Yığmanın dəqiqliyi
366
yığım elementlərinin sərt olması nöqteyi
nəzərindən irəli gələrək təyin edilir. Buna bax-
mayaraq maşınlarda tətbiq olunan hissələrin iş
zamanı deformasiyalarının qarşısı konstruktiv
yollarla alınır. Çalışılır ki, iş zamanı yaranan
deformasiyalar maşının işləmə qabiliyyətinə
xələl gətirməsin. Çünki, işləyən maşında qo-
vuşan hissələrin parametrləri yığmada verilən
qiymətdən fərqlənirlər. Ona görə də, texniki
sənədlər və tələbatlara əsasən yığmada təmin
edilən dəqiqlik müəyyən dərəcədə şərtidir.
Maşının yığmadan sonra faktiki dəqiqliyinin
təyini üçün
→
texniki diaqnostikadan istifadə
edilir.
Yığmanın dəqiqliyi maşınların keyfiyyətini
səciyyələndirən ən vacib texniki-iqtisadi göstə-
ricidir. Maşını bütövlükdə, eləcə də onun kons-
truktiv və yığma elementlərini xarakterizə
edən parametrlər məmulun xidməti təyina-
tından asılı olaraq müəyyən edilirlər. Hər bir
konkret birləşmə üçün optimal yığma dəqiqliyi
mövcuddur, çünki, ehtiyac olmadan onun həd-
dən çox artırılması maşın hissələrinin hazır-
lanmasını mürəkkəbləşdirə və bununla maşının
maya dəyərinin artmasına gətirib çıxara bilər.
(alm. die Genauigkeit der Montage, ingl. Accuracy
of the Mounting)
Yırğalanan döymə üsulu diyirlənmə və döy-
mə üsulları kombinə edilmiş şəkildə həyata
keçirilən yüksək təzyiq altında icra edilən emal
üsuludur. Kötük şəkilli emal alətlərinin hər biri
3 eksentrik tərəfindən işlədilir. Nəticədə
→pilqer üsuluna oxşar olaraq pəstah addım-
addım yırğalanan diyirlənmə ilə emal olunur.
Alət iki hissədən ibarətdir: giriş və çıxış. Giriş
hissədə alət böyük diametrli diyircək seqmenti
formasına malikdir. Çıxış hissə hamarlama
vəzifəsini icra edir. Emal prosesi 4 pillədə təs-
vir oluna bilər (şəkil 1). Prosesin əvvəlində
alətin işçi hissəsi pəstaha toxunur (şəkil 1a).
İkinci və üçüncü addımda alət materialı dalğa
şəklində qabağı ilə sıxışdırır (şəkil 1b və c).
Yığılmış material sonrakı mərhələdə yır-
ğalanan alətlərlə diyirlənir və hamarlanır.
Burada yayılan material sərbəst paylanır.
Proses başa çatdıqdan sonra alət kötükləri
pəstahdan aralanır və ilkin mövqeyə gətirilir
(şəkil 1d). Sonra proses təkrarlanır.
Yırğalanma zamanı üfüqi istiqamətdə baş
verən hərəkət pəstahda veriş yaradır. Diyirlən-
mə oxuna simmetrik yerləşmiş 4 yırğalanma
sistemi ilə pəstahı hər tərəfdən emal etmək
mümkündür. Burada 2 sistem bir müstəvidə
yerləşdirilir və sinxron işləyir. Beləliklə yır-
ğalanan alətlər cüt-cüt iki müstəvidə işləyirlər.
Şəkil 1. Dörd pillədə yırğalanan döymə prosesi
(alm. das Schwingschmiedeverfahren, ingl.
Oscli-
lating forging process)
Yırğalanan qarışdırıcı iş prinspinə görə →ba-
rabanlı qarışdırıcı ilə oxşar olub, yalnız fır-
lanma oxunun vəziyyətinə görə ondan fərqlənir
(şəkil 1).
Şəkil 1. Yırğalanan qarışdırıcı
Bununla proses zamanı əlavə olaraq uzununa
istiqamətdə də qarışdırma əldə edilir. Nəticədə
qarışdırma vaxtına qənaət edilir və qarışığın
keyfiyyəti artır.
(alm. der Taumelmischer, ingl. Tumblers )
Yırğalanan patron rayberlə emal zamanı
alətin dəqiq yönəldilməsinə xidmət edir.
Deşiklərin mexaniki emalında
→
rayber alətinə
böyük radial və kiçik ölçüdə oxboyu qüvvələr
təsir edirlər. Ona görə də, rayber deşiyin
Yırğalanan patron
367
oxluluğunu tam təmin edə bilmir, onun özü
mövcud deşiyin oxuna uyğunlaşmağa cəhd
edir. Bu halda rayberin oxboyu hərəkətini
dəqiq yönəltmək üçün deşiyi öncədən incə
yonurlar. Rayberin sərbəst yerləşməsi və ya
dəqiq oxboyu hərəkəti yırğalanan patronla
təmin edilir.
Yırğalanan patron içərisində konus deşiyi
olan oymaqdan (1) ibarətdir (şəkil 1). Oymaqla
tutqac (5) arasında yerləşən kürə (3) oynaq
birləşməsi yaradır. Oymaqla tutqac çivi (2) ilə
birləşdirilir. Kürə pəncəyə (4) söykənərək
rayberə veriş hərəkəti ötürür. Tutqacla patron
arasında yaranan araboşluğu emal zamanı
əmələ gələn qüvvənin təsirindən tutqacı alətlə
birlikdə patronun daxilində yırğalanmağa və
bununla düzgün vəziyyət almağa imkan yara-
dır. Yırğalanan patronda bərkidilmiş alət emal
zamanı patronun oxuna nisbətən müəyyən
bucaq qədər dönə bilir. Dönmə nəticəsində
alətin və deşiyin oxları üst-üstə düşür.
Şəkil 1. Rayberləmə üçün yırğalanan patron
(alm. schwingende Patrone, ingl. Swaying)
Yırğalanan yastıq maşınqayırmada valın fır-
lanma hərəkətini onun üzərində yerləşmiş
oymağın oxboyu irəli-geri hərəkətinə çevirir
(şəkil 1). →Planşayba-barmaq mexanizmi ilə
oxşardır. Valın üzərində çıxıntı hazırlanır. O,
yastığın
daxili
oymağı rolunu
oynayır.
Çıxıntının yerləşdiyi müstəvi valın oxuna
nisbətən maili yerləşir. Yastığın xarici üzüyü
qola malikdir. Qol yalnız valın oxundan keçən
müstəvi üzərində hərəkət edə bilir. Onun
sərbəst ucu oymağa keçirilir və valın oxuna
paralel istiqamətdə müəyyən parçada irəli-geri
hərəkət edir. İrəli-geri hərəkətin sayı valın
dövrlər sayı ilə mütənasibdir. Həkətin amplitu-
dası yastığın maillik bucağı və qolun uzun-
luğundan asılıdır. Yırğalanan yastıqlar →əl
burğulama maşınlarında geniş tətbiq olunurlar.
Burada onların funksiyası fırlanan burğu
alətinə əlavə olaraq irəli-geri hərəkəti vermək
və bununla çətin emal olunan materialların
deşilməsinə şərait yaratmaqdır (şəkil 2).
Şəkil 1. Yığalanan yastıq
Şəkil 2. Əl burğuluma maşını
(alm. schwingender Lager, ingl. Oscillating bea-
ring)
Yırğalanan presləmə zamanı ştempel itələyici
ilə birlikdə yırğalanma hərəkəti icra edir. Emal
zamanı →presləmə və diyirləməklə əzmə kom-
binasiya olunmuş şəkildə tətbiq olunur.
Yırğalanma sayəsində ştampın yuxarı hissəsi
pəstahla yalnız kiçik bir sahədə təmasa girir
(şəkil 1). Alətin yaratdığı təzyiq səth üzrə
sabitdir və pəstah materialının axıcılıq həddini
azca üstələyir. Bu onunla izah olunur ki,
yırğalanma nəticəsində pəstahla alət arasında
sürtünmə azalır. Ənənəvi presləmə ilə müqa-
yisədə işçi qüvvəsi 5
÷
10 dəfə az olur. Radial
istiqamətdə yuxarı alət hissəsi tərəfindən ya-
radılan material axını ona gətirib çıxarır ki,
material formanın alt hissəsində olan boş-
luqlara asanca axır.