Yığma prosesində dəqiqliyə nəzarət
362
Bu baxımdan nəzarət üçün texniki vasitələrin
və üsulun seçilməsində o nəzərə alınmalıdır ki,
texniki tələb ilə təyin olunan müsahidə daxi-
lində qalan parametrlərlə nəzarət olunan ma-
şın birləşməsi zay alınmasın. İmkan daxilində
nəzarət
→
bazaları ilə yerləşmə bazaları üst-
üstə salınır.
Maşın düyümlərinin və mexanizmlərinin
texniki vasitələrin köməyi ilə yığılmasında
həndəsi yoxlamaların (şəkil 1) əsas növlərinə
araboşluqlara (a), oxboyu (b), radial (c) və yan
(d) vurmalara, paralelliyə (e) və perpendikul-
yarlığa (ə), eynioxluluq (f), düzxətlilik (g) və
müstəviliyə, həmçinin hissələrin düyümdə
vəziyyətinə nəzarət daxildir.
Şəkil 1. Maşınların yığılmasında icra edilən həndəsi
yoxlama formaları
Tələb olunan ölçmə dəqiqliyini təmin etmək
üçün nəzarət olunan yığma düyümü, cihaz və
ya nəzarət tərtibatı əlverişli şəkildə yerləş-
dirilməli və sərt dayaqlar üzərində oturdul-
malıdırlar. Ona görə də, nəzarət işçi yerləri
adətən yüksək dəqiqlikli və sərtlikli qranit
lövhələr ilə təchiz olunurlar.
Ölçmə zamanı tətbiq olunan texniki vasi-
tələrin çeşidləri çox böyükdür. Ən çox istifadə
olunan
→
saat tipli indikatorlardır. Elektron
displeyə malik indikatorlar nəzarəti daha dəqiq
aparmağa imkan verirlər. İndikatorun növünün
seçilməsi nəzarət olunan ölçüyə qoyulan
dəqiqlikdən asılıdır. Burada nəzarət olunan
parametrlə ölçmə tərtibatının faktiki göstəricisi
arasındakı fərq buraxılabilən müsahidə ilə
səciyyələnir.
Məmulun yığılmasının keyfiyyətinə sexlərdə
işçilər, avadanlıqları sazlayıcılar və ustalar nə-
zarət edirlər. Nəzarətçilərin payına az iş düşür,
belə ki, onlar yalnız aralıq və sonuncu nəzarət
işini görürlər. Yığmada nəzarətin yeri, lazım
olan vasitələr marşrut texnologiyasında tex-
noloq tərəfindən göstərilir. O, xüsusi nəzarət-
ölçmə tərtibatlarının işlənməsi, konstruksiya
olunması üçün tapşırıqlar verir, yoxlama əmə-
liyyatının aşağı maya dəyərində aparılması
üçün nəzarət tərtibatlarının sxemini işləyir.
Nəzarət əməliyyatları üçün yoxlamaların
aparılması üsulunu və ardıcıllığını, həmçinin
istifadə olunan nəzarət vasitələrini göstərən
instruksiya kartları hazırlanır.
(alm. die Kontrolle in der Montage, ingl.
Control in
assembly)
Yığma robotu maşınların avtomatlaşdırılmış
yığılmasında istifadə olunur (şəkil1). Yığma
məqsədi ilə tətbiq olunan sənaye robotunun
tətbiqi yeni texnoloji imkanlar açır. O, yığma
maşınları arsenalını tamamlayır. Sərt proq-
ramla işləyən yığma maşınlarına nisbətən ro-
botlar ləng işləyir, amma bir çox üstünlüklərə
malikdir:
Hərəkətlər sərbəst proqramlaşdırıla bilir,
Yığma şəraitinə adaptasiya oluna bilir,
→CAD və PPS sistemlərinə qoşula bilir.
Bununla bərabər yığma robotlarının tətbiqi
aşağıdakı şərtləri tələb edir:
Yığma prosesi tam avtomatlaşdırılmış ol-
malıdır,
Yığma robotu
363
Hissələr ardıcıl olaraq yığma zonasına
verilir və orada sıraya düzülür,
Hissələr avtomatik bərkidilə bilməlidirlər,
Köməkçi əməliyyatlar ya mövcud olmur,
ya da qurğuların köməyi ilə avtomatlaşdırılır,
Yığma üçün tələb olunan sıxma qüvvəsi
robot tərəfindən icra edilə bilməlidir.
Yığma robotları çevik yığma yerlərinin tər-
kib hissəsidir. Onlar çəkisi bir neçə qramdan
tutmuş 100 kq-a qədər olan hissələrin >2 san –
dan bir neçə dəqiqə müddətə qədər olan vaxtda
hərəkət etdirir. Yığma robotları stasionar və
səyyar hazırlanaraq müxtəlif kinematik quru-
luşlarla təchiz olunurlar (→sənaye robotu).
Bundan asılı olaraq yığma robotlarının işçi sa-
hələri və →sərbəstlik dərəcələri fərqli olur.
Yığma maşınlarının ölçüsü, çəkisi, dəqiqliyi
yığmadakı robotların seçilməsi üçün əsas
sayılır.
Şəkil 1. Robotla təchiz olunmuş yığma sistemi
1-yığma robotu, 2-hissələrin verilməsi, 3-veriş
diyircəyi, 4- alət maqazini, 6-qayıdış diyircəyi, 7-
pəstah daşıyıcı, 8-pəstah daşıyıcı üçün barabanlı
maqazin, 9-idarə pultu.
Yığma prosesinin yerinə yetirilməsi üçün
robot proqramlaşdırılır. Proqramlaşdırma aşa-
ğıdakı hissələrdən ibarətdir:
Hərəkət formasının təsviri,
Hərəkət ardıcıllığının təsviri,
Nəzarət və kommunikasiya.
Müasir robotların proqramlaşdırılması komp-
yüterlərin tətbiqi ilə yerinə yetirilir.
(alm. der Montageroboter, ingl. Assembly robot)
Yığma tərtibatları məmulun və düyümün
yığılmasında tətbiq olunur. Onlar əl işlərini
avtomatlaşdırmaq, həmçinin adi və avtomatlaş-
dırılmış yığma avadanlığı üçün sadə və ef-
fektiv vasitə sayılır. Yığma tərtibatları qovuşan
maşın hissələrinin tez yerləşdirilməsi və bərki-
dilməsini təmin edir. Tərtibatlar aşağıdakı növ-
lərə bölünür.
Universal tərtibatlar fərdi və kiçik seriyalı
istehsalda tətbiq tapır. Buraya plitələr, yığma
tirləri, prizmalar və bucaqlar, domkratlar,
müxtəlif köməkçi hissələr və qurğular daxil-
dirlər (altlıqlar, pazlar, vintli tutqaclar). Plitələr
və tirlər yığılan maşın və düyümlərin yox-
lanması və bəkidilməsinə xidmət edirlər.
Hissələr plitələrin üzərində açılmış pazlarda
bərkidilir. Plitələr yerdən 50÷100 sm yuxarıda
yerləşdrilir və tarazlığı yoxlanılır. Prizma və
bucaqlar yığılan maşının düyüm və baza
hissələrnin bərkidilməsinə xidmət edirlər.
Xüsusi tərtibatlar iri seriyalı və kütləvi isteh-
salda müəyyən yığma əməliyyatlarının yerinə
yetirilməsinə imkan yaradır. Təyinatına görə
onları iki hissəyə bölürlər. Birinci növə məmul
və düyüm baza hissələrinin tərpənməz bər-
kidilməsi üçün tərtibatlar daxildilər. Bu növ
təribatlar yığmanı asanlaşdırır və əməyin
məhsuldarlığını artırır, çünki, işçilər hissələri
əl ilə tutub saxlamaqdan azad olunurlar. Yığ-
manın məhsuldarlığını artırmaq üçün çox halda
təribatlar dönən hazırlanırlar. Baza hissələrini
və
düyümləri
bərkitməyə
xidmət
edən
tərtibatlar bir yerli və ya çox yerli işlənirlər.
Bir yerli tərtibatlar bir yığılan məmulun bər-
kidilməsinə imkan verir. Çox yerli tərtibat-
lardan istifadə zamanı bir neçə məmulun
yerləşdimə və çıxarılmasına sərf olunan vaxtın
qısalması sayəsində yığmada çalışan işçilərin
əməyinin məhsuldarlığı artır. Çoxyerli yığma
tərtibatlarında işlər texnoloji keçidlərin ardıcıl
və ya paralel konsentrasiyasına əsaslanır.
Sonuncu hal məmulda olan bütün yivli birləş-
mələrin eyni zamanda çoxşpindelli
→
qayka-
bağlayanla bərkidilməsində tətbiq olunur. Çox
yerli tərtibatlar bütün hissələrin bərabər və tez
bərkidilməsinə imkan verir.
Maşınqayırmada qeyd olunan yığma tərti-
batları növlərindən əlavə elastiki elementlərin