İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   15   16   17   18   19   20   21   22   ...   96

 
57 
ölk
ələrinə  səfərləri də  qarşılıqlı  münasibətlərin  xeyli  inkişaf 
etm
əsinə səbəb oldu.   
 
Prezident Con Kennedinin dövründ
ə ABŞ-ın xarici siyasəti 
Dünyada  baş  verən  qlobal  dəyişikliklər,  Asiya,  Afrika  və 
Latın Amerikası ölkələrində güclənən milli-azadlıq hərəkatı ABŞ-
ın  xarici  siyasətinə  də  ciddi  təsir  etdi.    ABŞ-ın  xarici  siyasətində 
dövlətin  xarici  ölkələrdə  iqtisadi  maraqlarının  etibarlı  mühafizə 
edilməsi  aktuallaşdı.  Çünki,  İkinci  dünya  müharibəsindən  sonra 
ABŞ-ın  xarici  ölkələrə    birbaşa  kapital  qoyuluşu  4  dəfədən  çox 
artaraq 1946-
cı  ildəki  7,2  milyard  dollardan  1960-cı  ildə  31,9 
milyard  dollara  çatmışdı.  Con  Kennedinin  ən  məşhur  doktrina-
larından  biri  də  «Məhvedici  təsir  etmə»  doktrinası  idi.    Bu 
doktrinaya görə ABŞ dünyanın istənilən yerində gedən müharibəyə 
müdaxilə  edə  bilərdi.   Bu  ABŞ-da  atom  və  digər  silahların  geniş 
istehsalına  şərait  yaradırdı.  Onun  dövründə  «Sülh  korpusları» 
adlanan qrupl
ar  yaradıldı  ki,  bu  qruplar  geridə  qalmış  ölkələrdə 
iqtisadiyyat,  təhsil,  səhiyyə  sahəsində  fəaliyyət  göstərməli  idilər.  
Bundan  məqsəd  əslində  həmin  ölkələrdə  ABŞ-ın  mövqeyini 
gücləndirmək idi.   
60-
cı  illərin  əvvəllərində  SSRİ  ilə  ABŞ  arasında  bir  sıra 
g
örüşlər keçirildi. 1961-ci  il  mayın  19-da  ilkin  danışıqlar 
n
əticəsində  SSRİ  Nazirlər Sovetinin sədri  N.S.Xruşşovla  ABŞ 
prezidenti C.Ken
nedinin      görüşünün      bitərəf   ölkə   olan 
Avstriyanın paytaxtında keçiriləcəyi elan edildi. Rəsmi məlumatda 
bu  görüşün  danışıqlar  aparmaq  və  başqa  ölkələrin  marağına 
toxunan 
ən vacib beynəlxalq problemlər üzrə  ilkin  razılığa  nail 
olmaq m
əqsədilə təyin olunduğu bildirildi. Görüş iki ölkə arasında 
münasib
ətlərə  aid  əsas problemlər üzrə  fikir mübadiləsinin 
keçirilm
əsi və ABŞ prezidenti ilə sovet rəhbəri arasında ilk şəxsi 
əlaqənin yaradılmasına yönəlmişdi. 
Fikir mübadil
əsində mərkəzi yeri tərksilah problemi və Qərbi 
Berlin m
əsələsi tuturdu. İyunun 4-də ABŞ prezidentinə Almaniya 
m
əsələsinin  dinc  yolla  nizamlanması  və  Qərbi  Berlin məsələsi 
haqqında  yaddaş  qeydi  təqdim  olundu.  Açıq  xarakter  daşıyan 


 
58 
söhb
ət nəzərdə tutulan müddətdən çox vaxt aparsa da, ortaq fikrə 
g
əlmək mümkün olmadı. 
T
ərksilah probleminin müzakirəsi məsələsində  də  fikir 
ayırdığı yarandı. 
Laosun müst
əqilliyini  dəstəkləmək və  onun bitərəfliyinə 
hörm
ət etmək məsələsində tərəflər müəyyən razılığa gələ bildilər. 
Onlar h
əmçinin bütün dünya üçün maraq kəsb edən hər bir məsələ 
üzr
ə  əlaqələr  saxlamağa  və  bu məsələlərin dinc yolla həll 
edilm
əsinə razılıq verdilər.  
Bütün  bunlara baxmayaraq, Avropada hadis
ələr gözlənilən 
n
əticələri vermədi. Çünki qitədə gərginlik hökm sürürdü.  
Kennedi hökum
ətinin xarici siyasətində  Latın  Amerikası 
ölk
ələrinə  xüsusi diqqət yetirilirdi. 1961-ci  il  martın  13-db  ABŞ 
Latın Amerikası ölkələrinə münasibətdə yeni doktrina; irəli sürdü. 
Bu, «T
ərəqqi naminə  ittifaq»  adlandırıldı.  Doktrinanın  məqsədi 
ABŞ-ın fəal maliyyə yardımı ilə Latın Amerikası ölkələrinin iqtisa-
diy
yatını dirçəltmək idi. Latın Amerikası üçün Kennedinin «Tərəq-
qi naminə ittifaq» siyasətindən həm də məqsəd bu ölkələrdəki xalq 
inqilablarının  inkişafına  mane  olmaq  və  Latın  Amerikası  burjua-
ziyasını ABŞ-ın tərəfinə çəkmək idi.   
Plana  uyğun  olaraq  1961-1968-ci illərdə  Latın  Amerikası 
ölk
ələrinə 4,5 milyard dollar yardım edildi. Bu yardımların köməyi 
il
ə  Latın  Amerikası  ölkələrində  iqtisadi  islahatlar  aparıldı. 
Amerikan  yardımları  Latın  Amerikası  ölkələrində  sosial-iqtisadi 
inki
şafa təkan verməklə yanaşı onları ABŞ-la daha da yaxınlaşdır-
dı.    Bundan    sonra  Latın  Amerikası    ölkələri ilə  Avropa dövlət-
l
ərinin ticarət-iqtisadi əlaqələri xeyli zəiflədi. 
Kennedi  hökumətinin  xarici  siyasətində  60-cı  illərin  əvvəl-
lərində ziddiyyətli  meyllər   də   müşahidə edilirdi. Əvvəlki illərdə 
olduğu  kimi  ABŞ-ın  əsas səyləri  Sovet  İttifaqı  ilə  qarşıdurmaya 
yön
əlmişdi. Kuba inqilabından sonra, 1960-cı  il iyulun 9-da Xruş-
şov bildirdi ki,  SSRİ indi ABŞ-a əvvəlkindən  çox  yaxındır. 1961-
1962-ci  ill
ərdə bu qarşıdurmanın əsas arenası Kuba oldu.  1961-ci 
ilin aprel ayında    amerikan    gəmilərində    Kuba    ərazisinə ku-
ba
lı mühacirlərin  hərbi  desantı  çıxarıldı.  Lakin  Kubaya qarşı 
silahlı  müdaxilə  cəhdi  boşa  çıxdı.  Buna  baxmayaraq,  Kuba  ətra-


 
59 
fında vəziyyət ağır olaraq qalırdı. Belə şəraitdə SSRİ çox təhlükəli 
addım  atdı.    1962-ci  ilin  iyun  ayında Moskvada Kubada  sovet  
atom    silahının  yerləşdirilməsinə  dair gizli müqavilə  imzalandı. 
İyul-sentyabr aylarında Kuba ərazisində 62 ədəd orta mənzilli raket 
yerl
əşdirildi. Bu raketlər  ABŞ-ın  böyük  şəhərlərinə  qarşı  yönəl-
dilmişdi.  Bu  isə  ABŞ-ın  dövlət və  milli mənafelərinə  zidd olub 
nüv
ə müharibəsi təhlükəsi yaradırdı. Cavab   olaraq   Kennedi   hö-
kum
əti   1962-ci il oktyabrın 22-də Kubanı hərbi-dəniz blokadasına 
aldı.  Bir  neçə  gün  ərzində  dünya nüvə  müharibəsi  təhlükəsi 
qarşısında  qaldı.  Böhran  zamanı  Kennedi  bütün  məsuliyyəti öz 
üz
ərinə  götürdü. Hər iki tərəfin  qarşılıqlı  güzəştə  getməsi nəticə-
sind
ə Karib böhranı dinc yolla aradan qaldırıldı. Sovet İttifaqı öz 
nüv
ə  raketlərini  Kubadan  çıxardı.   Con  Kennedi Kubaya müda-
xil
əyə  cəhd etməyəcəyi  və  rejimi devirmək üçün səylər göstər-
m
əyəcəyi öhdəliyini götürdü. 
Kennedi xarakter etibaril
ə  ziddiyyətli adam idi.    O,  bir 
t
ərəfdən ölkə  əhalisinin vəziyyətinin  qayğısına  qalsa  da,  digər 
t
ərəfdən onun dövründə  Karib  böhranı  baş  verdi  və  «soyuq 
müharib
ə» özünün ən yüksək zirvəsinə çatdı.  Bu hadisədən sonra 
böyük dövl
ətlər  arasında  nüvə  tərksilah  problemli daha da 
aktuallaşdı.  Kennedi hökuməti 1963-cü ilin avqustunda Moskvada 
İngiltərə  və  SSRİ  ilə  birlikdə  nüvə  silahlarının  sınaqdan  keçiril-
m
əməsi haqqında sazişi imzaladı.  Kennedi göstərirdi ki, müharibə 
irad
ələrin mübarizəsinin nəticəsidir.  Düz yolla gedənlər heç vaxt 
toqquşmurlar. Kennedinin 1962-ci ilin yanvarında konqresə təqdim 
etdiyi xarici ticar
ət proqramında ABŞ-ın AİB və NATO ölkələri ilə 
əlaqələrinin  yaxşılaşdırılması  nəzərdə  tutulurdu.    Onun xarici 
siyas
ətdə  başlıca  məqsədi beynəlxalq aləmdə  ABŞ-ın  nüfuzunu 
daha da gücl
əndirmək idi.   
Qloballaşma  amillərini nəzərə  alan C.  Kennedi xarici siya-
s
ətdə “Yeni üfüqlər” doktrinasının müddəalarını əsas götürürdü. O, 
1960-
cı  ildə  general M.  Teylor tərəfindən irəli  sürülmüş  «Çevik 
münasib
ət» doktrinasını müdafiə etdi.  
1963-
cü  ilin  payızında  ABŞ-da vəziyyət kəskinləşdi.  
Ultrasağ  qüvvələr hökumətdən daxili və  xarici siyasətdə  kəskin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə