66
doktrinası elan edildi.Bu doktrinada Asiya-da ABŞ-ın hökmranlığı,
strateji baxımdan Yaponiyaya xüsusi diqqət yetirilməsi, Çinlə
münaisb
ətlərin normallaşdırılması, Cənub-Şərqi Asiyada sabitliyin
qorunması, bölgədə bütün siyasi münaqişələrin, ilk növbədə Ko-
reya m
əsələsinin nizamlanması, Asiya ölkələri ilə iqtisadi əmək-
daşlıq öz əksini tapmışdı. Bu doktrina ABŞ-ın siyasətinin regionda
yeni dövr
ə qədəm qoyduğunu göstərirdi. Cerald Ford hökumətinin
xarici siyas
əti ziddiyyətli xarakter daşıyırdı. ABŞ Seul rejimini
müdafi
ə edir, İsrailin təcavüzünə haqq qazandırırdı, Latın Ame-
rikası və ərəb ölkələrinin daxili işlərinə müdaxilə edirdi. Xalqların
sülh uğrunda mübarizəsinin artdığı şəraitdə güzəştə getməyə
m
əcbur olaraq 1974-cü ilin noyabrında Vladivostokda Cerald
Ford
la SSRİ rəhbərliyi arasında danışıqlarda Strateji Silahları məh-
dudlaşdırmaq haqqında ikinci saziş bağlamaq qərara alındı. 1975-
ci ild
ə ABŞ və SSRİ-nin birlikdə kosmosa «Soyuz-Apollon»
g
əmilərini göndərməsi və bu sahədə əməkdaşlıq etmələri hər iki
ölk
ə xalqları arasında dostluq münasibətlərinin yaranmasında
mühüm addım oldu.1975-ci ilin iyul-avqustunda çağırılmış Helsin-
ki
müşavirəsində ABŞ da iştirak etdi və Müşavirənin Yekun aktını
imzaladı.
Bütün bunlarla b
ərabər iqtisadi böhran, «Uotergeyt işi»,
M
ərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqat bürosunun fəaliy-
y
ətinin siyasi ifşası və başqa hadisələr seçicilərin əksəriyyətinin
respublikaçılardan üz döndərməsinə gətirib çıxartdı.
1976-
cı il seçki kampaniyası nəticələrinə görə demokratlar
partiyasından olan Ceyms (Çimmi) Karter yeni prezident kürsüsü
uğrunda mübarizədə qələbə qazandı.
Ceyms Karterin prezidentliyi dövründ
ə ABŞ-ın xarici
siyas
əti
Karter hökum
ətinin fəaliyyətində əsas yerlərdən birini yеnə
d
ə əvvəlki illərdə olduğu kimi, xarici siyasət məsələləri tuturdu.
Yeni iqtidar hakimiyy
ətə gəldiyi gündən ABŞ-ın xarici siyasət
x
əttinə əsaslı dəyişikliklər etməyə can atırdı. Bu siyasətin əsasında
Vaşinqton strategiyasının qlobal məsələləri dururdu. Bu siyasət
67
Birl
əşmiş Ştatların imperialist maraqlarının müdafiəsinə, kapita-
lizm dünyasında onun liderlik rolunun saxlanmasına, bu rolun
stabilliyinin azaldılmasına qarşı yönəldilmiş bütün qüvvələrə qarşı
mübariz
əyə yönəldilmişdi.
Karter hökum
əti xarici siyasətində Qərbi Avropa ölkələ-
ri il
ə münasibətlərə də başlıca diqqət yetirirdi. 1979-cu ildə Avro-
pa İqtisadi Birliyi ölkələri ABŞ-la müqayisədə xaricə üç dəfə çox
mal ixrac etmişdilər. Bu ölkələrin birlikdə valyuta ehtiyatı 1980-ci
ild
ə ABŞ-dan təxminən 6 dəfə çox idi. ABŞ-ın fəal iştirakı ilə
NATO-
nun Avropada rolu artırıldı. 1978-ci ilin may ayında Qərbi
Avropa ölk
ələrində silahların modernləşdirilməsi haqqında qərar
q
əbul olundu. 1978-ci ilin may ayında həmçinin NATO-nun
sessiyas
ında ABŞ-ın təşəbbüsü ilə hər il hərbi xərclərin 3%
artırılması, 1979-cu ilin dekabr ayında isə ABŞ raketlərinin Qərbi
Avropada yerl
əşdirilməsi haqqında qərarlar qəbul olundu.
1977-
ci ilin fevral ayında Birləşmiş Ştatlar hökuməti
Kanadanı bölmək istəyən Kvebek separatçılarının əleyhinə çıxdı.
Bununla da Kanadanın parçalanmasının qarşısmı aldı. Karter
hökum
əti Latın Amerikası ölkələrinin daxili işlərinə SSRİ-nin
müdaxil
ə etməsinə qarşı da qəti şəkildə çıxış edirdi.
ABŞ-ın Yaxın və Orta Şərq siyasətində İran özünəməxsus
yer tuturdu. 1978-
ci il Iran inqilabı ABŞ-ın bu ölkədə nüfuzunu
sarsıtdı. İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvi Qərbdə
gizl
əndi. Yeni hökumətin şahın təslim edilməsinə dair tələbləri
ABŞ tərəfindən rədd edildi. İran İslam Respublikası hökuməti
ABŞ-ı başlıca düşməni, SSRİ və İsraillə yanaşı «üç şeytandan» biri
elan etdi. İki ölkə arasında münasibətlər kəskinləşdi. Karter İran
hökum
ətinin 8 mlrd. dollar məbləğində bank hesablarını dondurdu,
Hind okeanına «Miduey» avionosunu göndərdi. Buna cavab olaraq
iranlı və pakistanlı tələbələr İslamabaddakı amerikan səfirliyini
yandırdılar. 5 nəfər amerikan öldü. Bu zaman xəstə olan şahı Nyu
Yorkdan Panamaya, oradan da Misir
ə göndərdilər. Az sonra o,
v
əfat etdi. Ağ ev 1979-cu il noyabrın 4-də yeni hökumət tərəfindən
Tehranda girov götürül
ən və 444 gün saxlanandan amerikan
diplomatlarını və səfirliyin digər işçilərini azad etməkdən ötrü
1980-
ci ilin aprel ayında İrana qarşı 8 vertolyotla hərbi hava
68
əməliyyatına başlasa da, uğursuzluğa düçar oldu. ABŞ 3 maşın, 8
h
ərbçi itirdi. Bu uğursuzluq Karter hökumətinin nüfuzuna ciddi
x
ələl gətirdi. Şah öldükdən sonra İran dondurulmuş aktivlərini
t
ələb etdi. ABŞ onu verdi. İran isə girovları azad etdi.
Karter hökum
əti Çinlə münasibətləri yaxşılaşdırdı. 1979-cu il
yanvar
ın 1-də iki ölkə arasında diplomatik münasibətlər quruldu.
ABŞ xarici siyasətində Hind okeanı zonasına xüsusi diqqət
yetirirdi. Karter doktrinasına görə, Hind okeanı və İran körfəzi
Q
ərbi Avropa və Uzaq Şərqlə bərabər ABŞ-ın həyati mənafeyi
zonası elan edildi. Hind okeanı zonasına belə diqqət yetirilməsinin
başlıca səbəbləri regionun əlverişli hərbi-strateji mövqeyi, buradan
38 növ malın dünya bazarına çıxarılması, sərfəli ticarət yollarının
keçm
əsi və əhalisi 1,4 milyard nəfər olan 44 dövlətin yerləşməsi ilə
əlaqədar idi.
Karter hökum
ətinin Afrika qitəsində yeritdiyi xarici siyasə-
tinin başlıca məqsədi antiamerikan əhval-ruhiyyəsinə son qoymaq
idi. Amerikan diplomatiyası bu məqsədə çatmaq üçün silahlı
müdaxil
əni və zorakılığı deyil, həmin ölkələrə iqtisadi, texniki və
maliyy
ə yardımları etməyi əsas götürürdü. Bu məqsədlə 1980-ci
ill
ərdə Afrika ölkələrinə edilən yardım 271 milyon dollardan 600
milyon dollara çatdırıldı. Nəticədə ABŞ-ın xarici ölkələrə etdiyi
yardımlarda Afrika ölkələrinin ümumi payı artaraq 17%-ə çatdı.
ABŞ-ın Afrika ölkələrinə kapital qoyuluşu Cənubi Afrika istisna
olmaqla 2 milyard 802 milyon dollardan 3 milyard 730 milyon
dollara çatdı. 1976-1980-ci illərdə ABŞ-ın yalnız Cənubi Afrika
Respublikasına kapital qoyuluşu 1,6 milyard dollardan 2,3 milyard
dollara qalxdı.
Karter hökum
ətinin xarici siyasətində beynəlxalq təş-
kilat
ların işində iştirak etmək, BMT, tərksilah və digər qlobal pro-
bleml
ər də mühüm yer tuturdu.
Düzdür, C. Karter v
ə onun kabinet üzvləri bir neçə dəfə
ABŞ-ın xarici siyasətində onun bütün ölkələrlə «əməkdaşlıq» et-
m
ək istəyi barədə bəyanatlarla çıxış etmişlər. Dünya ictimaiyyəti-
nin diqq
ətini cəlb etmək məqsədilə Karter hökuməti xarici siya-
s
ətdə «insan hüquqları» və «əxlaq prinsipləri»nin əsas təbliğat-
çısına çevrilmişdir.
Dostları ilə paylaş: |