87
TUNİS RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB ZEYNULABİDİN BEN ƏLİYƏ
Hörmətli cənab Prezident!
Tunis Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün
xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Tunis Respublikası arasındakı münasibətlər xalqlarımızın məna-
feyinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost Tunis xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 mart 2004-cü il
92
YENİ AZƏRBAYCAN PARTİYASININ
(YAP) MƏRKƏZİ QƏRARGAHINDA
YAP İDARƏ HEYƏTİNİN
İCLASINDA NİTQ
11
mart 2004-cü il
Hörmətli İdarə Heyətinin üzvləri!
Əziz dostlar!
Prezident seçkilərindən sonra bu ilk görüşümüzdür. Mən çox şadam ki, bu gün hamımız birlikdəyik.
Bu seçkilər bizim hamımız üçün böyük bir sınaq idi. Çünki seçkilər elə bir şəraitdə keçirilirdi ki, xalqımızın
ümummilli liderinin səhhəti lazımi səviyyədə deyildi. Bizim hamımızın
arzusu ondan ibarət idi ki, bu seçkilərdə
prezident Heydər Əliyev iştirak eləsin və heç kəsdə şübhə yox idi ki, o, seçkilərdə qalib gələcəkdir. Çünki onun
son on il ərzində apardığı siyasət Azərbaycana böyük uğurlar gətirmiş, Azərbaycanı böhrandan çıxarmış,
Azərbaycanı müasirləşdirmiş, Azərbaycanda demokratiyanın, ölkə iqtisadiyyatının inkişafını təmin etmişdi.
Demək olar ki, Azərbaycan regionun mərkəzinə çevrildi. Azərbaycan xalqı bütün bunları çox yaxşı dərk edirdi.
Ona görə heç kimdə şübhə yox idi ki, prezident Heydər Əliyev növbəti dəfə bu vəzifəyə seçiləcəkdir. Amma
onun səhhəti buna imkan vermədi. Belə olan halda partiyanın tövsiyəsi, Azərbaycan xalqının
dəstəyi ilə seçki-
lərdə mən iştirak etdim.
Deyə bilərəm ki, seçki kampaniyası çox gərgin və çox səmərəli keçdi. Hər bir namizəd üçün eyni imkanlar
yaradılmışdı. Hər bir namizəd azad, demokratik şəkildə, bütün kütləvi informasiya vasitələrindən eyni
səviyyədə istifadə edərək öz proqramı haqqında xalqa müraciət etdi. O cümlədən də mən. Çox şadam ki, bizim
partiyamızın fəalları bu seçkilərdə çox yaxından iştirak etdilər. Təbliğat kampaniyasında çox fəal iştirak
edirdilər, yerlərdə partiya tərəfindən təşkil olunmuş tədbirlərdə çox güclü təbliğat aparılmışdı. Əlbəttə, bu
təbliğatın aparılması partiyanın namizədinə əlavə səslər gətirdi. Bu fürsətdən istifadə edib bütün partiya
üzvlərinə, seçkilərdə fəal iştirak etmiş şəxslərə öz minnətdarlığımı bildirirəm.
Seçkilərdən sonrakı dövr də Azərbaycan üçün çətin bir dövrə çevrildi. Xalq öz liderini itirdi. Bu hamımız
üçün çox böyük sınaq, çox böyük faciə idi. İlk növbədə,
yəqin ki, mənim üçün. Çünki Heydər Əliyev mənim
atamdır. Düzdür, o, xalqın atasıdır. Amma bizim ailə üçün bu çox böyük zərbə idi. Hesab edirəm ki, biz
hamımız bu böyük sınaqdan şərəflə çıxdıq. Bizim hamımızı birləşdirən o idi ki, gərək Heydər Əliyev işini
davam etdirək, onun ruhu rahat olmalıdır.
Mən çox şadam ki, xalqın dəstəyi ilə bir neçə ay ərzində ölkədə aparılan siyasət Azərbaycan xalqının
mənafelərinə xidmət edib, əhali tərəfindən dəstəklənir. Bu siyasət Heydər Əliyev siyasətinin məntiqi nəticəsi və
davamıdır. Başqa cür ola da bilməz.
Mən öz seçkiqabağı çıxışlarımda da dəfələrlə demişdim ki, bu siyasətə sadiq olacağam.
Təkcə ona görə yox
ki, Heydər Əliyev bizim partiyamızın sədridir, ölkə prezidentidir, yaxud mənim atamdır. Ona görə ki, bir
vətəndaş kimi, bir siyasətçi kimi, mən açıq-aydın görürəm ki, Azərbaycanda bu siyasətə alternativ yoxdur. Əgər
biz istəyiriksə ki, Azərbaycan xalqı rahat, xoşbəxt yaşasın, bu siyasət mütləq və mütləq davam etdirilməlidir.
Məncə, Azərbaycanda artıq bunu başa düşməyən adam qalmayıbdır.
Xüsusilə, seçkilərdən dərhal sonra
müxalifət tərəfindən törədilmiş o kütləvi iğtişaşlar Azərbaycan xalqına bir daha göstərdi ki, bu siyasətə
alternativ yoxdur. Əgər bu siyasət aparılmasa, əgər o qüvvələr hakimiyyətə gəlsələr Azərbaycanı yeni fəlakətlər,
yeni bəlalar gözləyə bilər. Azərbaycan xalqına bunun heç biri lazım deyildir. Bizə lazımdır ki, ölkə inkişaf etsin,
iqtisadiyyatımız inkişaf etsin, sosial problemlər öz həllini tapsın və Azərbaycan Dünya Birliyində yerini daha da
möhkəm tuta bilsin. Ötən aylar ərzində bütün bu istiqamətlərdə siyasət aparılıbdır.
Deyə bilərəm ki, bizim siyasətimiz beynəlxalq aləmdə dəstəklənir. Azərbaycanın haqq səsi eşidilir. Mən
keçirdiyim bütün ikitərəfli görüşlərdə, beynəlxalq tədbirlərdə apardığım danışıqlar əsasında
bir daha əmin
oldum ki, bizim üçün ən ağrılı problem olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində Azərbaycanın tutduğu mövqe dəstəklənir. Bu mövqe Heydər Əliyevin mövqeyidir və yeganə
düzgün bir mövqedir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr torpaqlarımızdan çıx-
malıdır. Çox şadam ki, keçirdiyim bütün ikitərəfli görüşlərdə, bütün rəsmi səfərlərdə, dövlət başçıları ilə
apardığım söhbətlərdə bu mövqe dəstəklənir. Çünki bu, məntiqə, beynəlxalq hüquq normalarına əsaslanır.
Bizim ən çətin
problemimiz həmişə bu olub ki, məsələnin həlli ilə məşğul olan və digər beynəlxalq
təşkilatlar, ictimaiyyət bəzi hallarda buna ikili standartlarla yanaşır. Bizim də əsas məqsədimiz odur ki, bu ikili
standartlar siyasətinə son qoyaq. Əlbəttə, bunu etmək üçün bizim diplomatiyamız çox güclü işləməlidir.
Azərbaycan bütün tədbirlərdə, bütün beynəlxalq təşkilatlarda öz sözünü deməlidir. Artıq bu proses gedir və çox
səmərəli nəticələr verə bilər.