Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə25/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   21   22   23   24   25   26   27   28   ...   112

olduğunu (hər halda bu beləydi, mən də belə fikirləşirdim) nəzərə
alıb və bütün etik normaları nəzərə alaraq səmimiyyətlə, eyni za-
manda qətiyyətlə dedim:
Hörmətli sənətkar, əgər göstərilən əsər hər hansı bir müasir er-
məni yazıçısının əsəri olsaydı, bəlkə də sizə haqq qazandırmaq olardı.
Bu Şekspirin şah əsərlərindəndir. Onu Azərbaycan Dövlət Akademik
Dram Teatrı da hələ üç il əvvəl tamaşaya qoymuşdu. Azərbaycan ta-
maşaçıları, xüsusilə teatrşunaslar, az qala onu əzbər bilirlər. Nəinki
təkcə “Qış nağılı”nı, “Hamlet”i də, “Otello” da. Tamaşada aktyor ağ-
zını açanda onun hansı sözü söylədiyi mənə məlumdur. Burada söh-
bət tamaşa yaradıcılarının – quruluşcu rejissorun, tərtibatçının,
bəstəkarın işindən, ələlxüsus aktyor ifasından, sənətkarlığından, Le-
ontu, Hermionanı, Perditanı, Polikseni, Florizeli və digər obrazları
necə dərk edib, səhnə şərhini necə vermələrindən gedər. Acemyan
oturacağımın yanından əlimi sıxıb susdu.
Tamaşanın müzakirəsinin ertəsi günü teatrın müdiriyyəti bizi
“İsa bulağı”na aparmağı planlaşdırmışdı. Yemək-içmək tədarükü gö-
rülmüşdü. Avtobus yola düşdü. Mən teatrşunas Levon Haqverdi yanla
müasir teatrın vəziyyətindən, əsas problemlərindən danışırdıq. Bir
neçə kilometr getmişdik ki, Acemyan arxaya, mənə tərəf çevrilib.
–Siz donuz əti yeyirsiniz? – deyə soruşdu.
Doğrusu bu qəfil sualı gözləmirdim, bir anlığa susdum və donuz
ətinin çox yağlı olduğunu xatırlayıb dedim:
– Bilirsinizmi, ya donuz əti, ya qoyun əti mənim üçün fərqi yox-
dur. Ancaq mən qara tikəni xaşlayıram, yağlı tikədən xaşum gəlmir.
Acemyan sürücüyə müraciətlə:
– Şuşaya sür, – dedi.
Demə əvvəlcədən kabab üçün donuz əti tədarük ediblərmiş. Şu-
şada bir neçə kilo qoyun əti alıb “İsa bulağı”na tərəf yol aldıq. Yol
boyu Acemyan bu yerlərin təbiət mənzərəsinə heyranlığından həvəslə
danışırdı.
“İsa bulağı”nda söhbət yenə teatrlardan düşdü. İrəvan Azərbay-
can Teatrından söhbət düşəndə Acemyan dodaq büzüb:
– Bu mənasız işdir, axırı yoxdur. – dedi. Birdən nə fikirləşdisə:
– bəs niyə Azərbaycanda Erməni Teatrı açmırlar? – deyə mənə baxdı.
84


Mən yenə hörmətlə ona müraciət edib dedim:
– Hörmətli sənətkar, əvvəla deyim ki, istər inqilabdan əvvəlki
dövrdə, istərsə də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan
sonra (o vaxt belə deyilirdi) erməni artistləri Bakıda geniş fəaliyyət
göstəriblər. Məgər bizim dünən “Qış nağılı” tamaşasına baxmadınız,
teatr Azərbaycanda fəaliyyət göstərmirmi?
– Axı bu adından da göründüyü kimi Stepanakert Dövlət Erməni
Dram Teatrıdır; özü də M.Qorkinin adını daşıyır, – dedi Acemyan.
– Burası belədir,– dedim, – ancaq bu teatr Azərbaycan Xalq Maa-
rif Komissarlığının göstərişi ilə Bakıdakı erməni teatrının tanınmış
aktyoru Karo Comoqonoviç Alvaryan 1932-ci ildə açıb, kollektivi
genişləndirmək və möhkəmləndirmək məqsədi ilə Bakıdakı erməni
teatrından, təbii ki, həm də İrəvıandan professional aktyorları buraya
cəlb edib. Bu şübhəsiz ki, müəyyən səhv və səhlənkarlıq nəticəsində
Stepanakert Dövlət Erməni Dram Teatrı adlansa da Azərbaycan Döv-
lətinə məxsus, onun onun ərazisində yerləşən erməni teatrıdır. Azər-
baycan hökuməti bu teatrı maliyyələşdirməklə yanaşı, vaxtaşırı ona
kömək edir. Bu teatr Azərbaycan hökumətinin daim qayğısını hiss
edir, maddi və mənəvi köməyini görür. Teatrın yaradıcı heyətinin tər-
kibinə fikir verin. Onlar Azərbaycanın xalq artisti, Azərbaycanın
əməkdar artisti, Azərbaycanın əməkdar incəsənət xadimi adlarını da-
şıyırlar.
Acemyan əllərini sinəsinə çarpazlayıb xeyli sükut içində müəm-
malı şəkildə məni süzdü, sonra zorla gülümsünərək Levona:
– O qarpızı gətir, kəsib yeyək, içərim yanır (Vnutri qorit).
Stepanakert teatrının bizimlə gələn, üzvləri bir kəlmə də olsun
danışmırdılar. Elə bil ağızlarına su almışdılar. Varşavski də dinmirdi.
Ancaq him-cimi ilə mənə işarə edirdi ki, yaxşı eləmirəm, ustad sə-
nətkarın qəlbinə toxunuram. Mukeş Sağıyan isə qarpız dilimini
Acemyana uzadıb, gözü məndə kinayəli bir baxışla dedi:
– Ustad, cavandır, hələ duza gedir, əhəmiyyət verməyinə dəyməz.
Elə bil bu söz Acemyana şillə kimi dəydi və:
– Nə danışırsan? Bu heç də əhəmiyyətsiz məsələ deyil. Belə fi-
kirləşsəniz, uduzarsınız, – dedi.
Levon Haqverdiyan bu an, cəld badəni qaldırıb:
85


– Ustad, içək dostluğun sağlığına. İnqilab namizədlik dissertasi-
yasını İrəvanda Akademiyanın İncəsənət İnstitutunda müdafiə edib,
– dedi.
Acemyan:
– Belə de, biz hər zaman Azərbaycanlılara dayaq durmuşuq,
gömək əlimizi uzatmışıq, – dedi və badəsini mənim badəmə toxun-
durdu.
Hörmətli oxucuların nəzərinə aşağıdakıları da catdırmağı vacib
bildim.
1970-ci ildən sonra mən İrəvandakı Azərbaycan Teatrının işi ilə
tanış olmaq üçün dəfələrlə İrəvana getmişəm. İstedadlı, cəfakeş sə-
nətkarların nə qədər mənəvi sarsıntı keçirdiklərinin şahidi olmu şam.
Bu barədə tənqidi yazı ilə mətbuatda çıxış etmək niyyətində olsam
da baş tutmayıb. Sovet ideoloğiyası, qırmızı təbliğat Çin səddi kimi
qarşıda durmuşdu. Əksinə, gərək vicdanının əksinə gedib “Xalqlar
dostluğu”, “Beynəlmiləlçilik” prinsiplərindən çıxış edərək Ermənis-
tan hökumətinin guya Azərbaycan teatrına “böyük qayğısından” da-
nışaydın, yazaydın. Bunu da mən bacarmadım. İrəvana növ bəti
səfərim zamanı teatrın direktoru, yazıçı publisist, dramaturq Hidayət
Orucovun (1944) iş otağında oturub xeyli söhbət etdik. Məxfi söh-
bətdə qəm, fikirlərdə etiraz, düşüncədə narazılıq olsa da müəmmalı,
bir qədər də ümidli baxışlarla ayrıldıq.
İrəvanda Azərbaycan Teatrı rəsmən yaransa da əslində yox kimi
idi. Ermənistanın hakim dairələri erməni şovinistləri teatra nəinki
kömək etmirdilər, əksinə, necə deyərlər, “ona göz verib, işıq vermir-
dilər”. Kollektiv köçəri qaraçı həyatı keçirirdi. Bu vəziyyətdən, “sər-
güzəştlərdən” təngə gələn teatrın direktoru Hidayət Orucov, əlacsız
qalıb Azərbaycanın o vaxtki Kommunist Partiyası Mərkəzi Komitə-
sinin katibi Cəfər Cəfərova müraciət edir. söhbət zamanı teatrın bi-
nasız olduğunu bilən Cəfər Cəfərov:
– Stasionar binasız teatr? Özü də cavan teatr? – deyə təəccüb və
heyrətini bildirir.
Hidayət Orucovun:
– Bizim kollektivdə güclü bir xüsusiyyət var. Məncə bu xüsu-
siyyət bütün çətinliklərə qalib gələcək, – sözlərinə Cəfər Cəfərovun:
86


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə