Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə28/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   24   25   26   27   28   29   30   31   ...   112

nışdım. “Xalq teatrlarından da bir addım geri” adlı məqaləm həmin
qəzetdə çap olundu. Məqalə qəzetdə çap olunandan iki gün sonra işə
gedirdim. O zaman mən Nəriman Nərimanov heykəli qoyulan yerdən
təxminən 200 metr aralıda – 1-ci xreptovı deyilən kücədə yaşayırdım.
Çalışdığım Memarlıq və İncəsənət İnstitutu isə Nizami Gəncəvi adına
Ədəbiyyat Muzeyinin binasında yerləşirdi. Bu yolda tranvay işlə -
yirdi. Tranvaya mincək Məmmədağaya rast oldum. O, irişə-irişə, həm
də rişğəndlə:
– Nə olsun ki, yazdın, ona baxan kimdi, – deyib məndən aralaşdı.
Varlığımda naxoş bir duyğu hiss etdim. Fikir məni götürmüşdü.
İnstituta çatcaq Respublika Mədəniyyət Nazirliyi İncəsənət işləri ida-
rəsinin sədr müavini Hüseyn Əhmədov (1928) zəng edib dedi ki,
dünən Məmmədağa gəlmişdi nazirin yanına, otağa qəmli girib, sevin-
cək çıxdı. Vaxt itirmədən nazirliyə getdim. Köməkcisinin nara zı lığına,
müqavimətinə baxmayaraq nazir Məmməd Qurbanovun iş otağına
daxil oldum. Bu hərəkətim təbii ki, nazirin narazılığına səbəb oldu.
– İcazəsiz nazirin otağına daxil olmaq xoşa gələn iş deyil, – dedi,
– bax istəsəm indi mən səni dinləmədən otaqdan çıxırda bilərəm.
– Doğru deyirsiniz, cənab nazir. Mən vaxtı ilə bir il sizin işçiniz
olmuşam. Xasiyyətim, tərbiyəm haqda yəqin ki, məlumatınız var.
Məni bu cür xoşagəlməz hərəkətə vadar edən ümumi işimizə, mədə-
niyyətimizə, xüsusilə teatr sənətimizə ziyan toxunduran halların na-
zirlik tərəfindən müdafiə olunmasıdır.
Söz bu yerə çatanda nazir fikrə getdi.
– Necə yəni ziyanlı halların bizim tərəfimizdən müdafiə olun-
ması, bu nə cəfəngiyatdır?
– Hörmətli nazir, buna necə qiymət vermək lazımdır ki, mən
Quba Dövlət Dram Teatrına gedib, oradakı əyintiləri, özbaşınalıqları
görüb, bu barədə qəzetdə məqalə çap etdirirəm. Teatrın direktoru
cəza landırılmalı olduğu halda, sizin yanınıza gəlib otağınızdan gülə-
gülə, sevincək çıxır, tramvayda mənə rast düşdükdə “nə olsun ki, yaz-
dın, kimdi ona fikir verən” deyə təkəbbürlü halda rişxənd edir.
Nazir xeyli susdu, sonra:
– O sənə elə beləmi dedi?
Dedim:
93


– Bəli.
Düyməni basıb, köməkcisini çağırdı, incəsənət işləri idarəsinin
sədrini istədi. Tapşırdı ki, bir həftədən sonra nazirliyin kollegiyası
çağırılsın. Quda Dövlət Dram Teatrının işi müzakirə olunacaq.
O vaxta kimi iki nəfəri Qubaya ezamiyyətə göndərin. Həmin teatrın
işi barədə ətraflı arayış hazırlasınlar. Kollegiyaya bütün teatrların di-
rektorları çağırılsın. Ədil İskəndərovu, Mehdi Məmmədovu, Tofiq
Kazımovu vaxtı ilə bizim işcimiz olan bu cavan oğlanı da dəvət edin.
Kollegiyada Məmmədağanan iş üsulunu möhkəm tənqid atəşinə
tutdular, teatrın pis vəziyyətdə, aşağı səviyyədə, ölü vəziyyətində ol-
duğunu söylədilər. Demə çox adam bu teatrın vəziyyətindən narazı
imiş, ancaq heç kəs birinci danışmaq istəmirmiş. Qərara alındı ki,
Quba Dövlət Dram Teatrı bağlansın.
Aradan bir neçə il keçmişdi, bir gün şair-dramaturq Novruz
Gncəli (1921) mənə dedi ki, Gəncə Dövlət Dram Teatrında mənim
“Dostluq körpüsü” adlı pyesimin ilk tamaşası olacaq, xahiş edirəm,
vaxtın, imkanın olsa mənimlə gedək, istəyirəm sən o tamaşanı görə-
sən. Razı oldum. Tamaşadan sonra Novruz mənə dedi ki, burada bir
aktyor var, adı Məmmədağadır, qoca kişi rolunda çıxış edir, arvadı
Şaginyan da tamaşada onun qarısı rolunu oynayır. Onlar deyirlər ki,
İnqilab müəllim, onsuz da, bizim ifamızı bəyənməyəcək.
– Novruz, ifaçılıq tərəfdən demirəm, yaşlarına uyğun rollarda
çıxış etmələri təqdirəlayıqdir. Nəhayət ki, Şaginyan öz yerini tapdı,
– dedim.
* * *
Azərbaycan teatrının zəngin yaradıcılıq imkanldarına malik olan
aktyorlarından biri kimi tanınan, yalnız xarakterik və dramatik rol-
larda deyil, komik rollarda da məharətlə çıxış edən Ağahüseyn Ca-
vadov Gancə Dövlət Dram Teatrında işlədiyi zaman (1933-1938)
məşhur Fransız dramaturqu-komedioqrafı Jan Batist Molyerdən (əsl
adı Poklen idi: 1622-1672) tərcümə və təbdil olunmuş “Canqur
Səməd” adlı tamaşada Səmədin rolunu ifa edirmiş. Deyilənlərə görə
94


onun xəstə atasının yanına gəldiyi və xəstə atasının: “Oğlum otur”
sözlərindən sonra oturuşu xeyli gülüşə və alqışlara səbəb olurmuş.
Bir gün tamaşanın başlanmasına bir az vaxt qalmış xəbər gəlir
ki, Ağahüseyn Cavadovun oğlu vəfat edib. Kollektiv məyus olur. Te-
atrın kollektivi bu qərara gəlir ki, tamaşa təxirə salınsın. Lakin Ağa-
hüseyn Cavadov razı olmur, qəti etirazını bildirir. İfa etdiyi Səməd
rolunu daha böyük məharətlə oynayır, arasıkısilməz gülüş dalğası ta-
maşaçı zalını çulğalayır. Yalnız tamaşa qurtardıqdan sonra o, acı göz
yaşları axıdıb oğlunun yasını saxlayır.
* * *
Bir gün yenə rayon qostrolu zamanı görkəmli daramaturq Əb-
dürrəhim bəy Haqverdiyevin “Pəri Cadu” əsərinin tamaşası göstə -
riləcəkmiş. Tamaşada Niyaz rolunu oynayan aktyor Əli Qurbanov
(1898-1962) gəlib çıxmır. Məcburiyyət qarşısında qalıb, tələsik onu
Ağahüseyn Cavadovla əvəz edirlər. Truppa müdiri Qürbət Qurbanov
(1924-2002) mehmanxanaya gəlib, görüb ki, Əli Qurbanov şirin
yuxu dadır. Qürbət Qurbanovun gəlişi ilə oyanan Əli Qurbanov soru-
şur ki, bəs mənim tamaşam nə oldu? Onun xəsiyyətinə yaxşı bələd
olan Qürbət Qurbanov deyir ki, nə tamaşa, bu gün sənin çıxışın yox-
dur ki? Aradan xeyli vaxt keçəndən sonra kimsə Əli Qurbanova deyir
ki, “Pəri Cadu”da səni Ağahüseyn əvəz edirdi.
Xeyli fikrə gedən Əli Qurbanov deyir:
– Qürbət bunu o an mənə demədi. Yoxsa ürəyim partlayardı.
* * *
Görkəmli yazıçı, dramaturq Nəcəf bəy Vəzirov 1909-cu ildə yaz-
dığı “Vay Şələküm-məəlləküm” adlı bir pərdəli pyesində avam,
nadan, cəhalətpərəst adamların acgözlüyünü, mənəvi yoxsulluğunu,
əxlaqi puçluğunu teatra münasibəti vasitəsilə belə qamçılayıb:
Xanmirzə bəy. Dünyada qəribə axmaq adamlar var. bu gün məni
tutub gücnən müsəlman teatrına aparmaq istəyirdilər. Nədi ki, bəs,
95


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə