Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə36/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   32   33   34   35   36   37   38   39   ...   112

“Gözləyirəm” – dedim. 40 dəqiqədən sonra gəldi: “Dur, çıxaq” –
dedi. Durdum. Binadan çıxdıq. Mehdi Məmmədov nəqliyyatdan is-
tifadə etməyimizi məsləhət görmədi. Hüseyn Cavid (1882-1941)
prospekti ilə şəhərə tərəf üz tutduq. Məşədi Əzizbəyov heykəlinin
yanından keçib, keçmiş dağüstü parka (indiki Şəhidlər xiyabanı) tərəf
irəlilədik. Oradan da aşağı enib teleteatrın yanından üzüaşağı – indiki
prezident binasının yanından keçib dənizkənarı parka düşdük. Oradan
da xeyli yol gedib muzeylər binasının yanından sola dönüb Azərbay-
can Dövlət İncəsənət İnstitutunun Karqanov küçəsindəki köhnə bi-
nasının qapısı qarşısında dayandıq. Bu vaxt ərzində nə mən, nə də o
bir kəlmə belə danışmamışdıq. Mehdi müəllim yenə xeyli susduqdan
sonra: “İnqilab, sən naxçıvanlı deyilsən ki?” – deyə soruşdu. Mənim:
“Mehdi müəllim, mən Naxçıvanda çox olmuşam, ancaq heç vaxt nax-
çıvanlı olmamışam. Mən Şirvan zonasındanam, Göycayda anadan
olub, orada böyüyüb boya-başa çatmışam. O şəhər mənim üçün çox
əzizdir” – cavabıma gülümsünərək: “Çox yaxşı, gedək dərsimizi
keçək” – deyib qolumdan tutdu, binaya daxil olduq.
* * *
1982-ci ilin noyabr ayında “Azərbaycan teatrının yaranması, tə-
şəkkülü və inkişaf problemləri” adlı doktorluq dissertasiyamı müda-
fiə etmək üçün Moskvaya getmişdim. İşimin birinci rəsmi oppanenti
kimi Mehdi Məmmədov da Moskvaya gəlmişdi. Müdafiə keçmiş
Moskva Mədəniyyət Nazirliyinin Sənətşunaslıq İnstitutunun nəzdin-
dəki müdafiə şurasında keçirilməliydi. Mən bir qədər narahat idim.
Çünki ikinci rəsmi oppanentim, milliyətcə erməni olan Babkenin rə-
yini müdafiyəyə cəmi bir saat qalmış ala bilmişdim (halbuki qaydaya
görə ən azı bir həftə qalmış oppanent rəyini verməli idi). Özü də rəyi
mənə verərkən açıq bildirmişdi ki, “mənim tələbə dostum Ədilə Əli-
yeva məni axtarıb, tapa bilməyib, ancaq bir sifariş göndərib, onun si-
farişini yerinə yetirəcəyəm”. Bilirdim ki, mənim Bakıdakı azər baycanlı
həmkarlarım bu erməni dığasının əli ilə məni vurmağa çalışacaqlar.
İş barədə anonim məktublar da gəlmişdi.
118


İclas başlanmazdan əvvəl ürəyimdəkiləri Mehdi Məmmədova
açdım. Görkəmli rus teatrşunas alimlər – şuranın üzvləri Yuri Arseny-
eviç Dmitriyev (1911-1994) və Aleksandr Abramoviç Aniket (1910-
1990) Mehdi Məmmədovu yaxşı tanıyırdılar, ona hörmətləri vardı.
Mehdi Məmmədov onlarla bu iş barədə söhbət edə bilərdi. Ancaq
bunu nə mən istəyirdim, nə də Mehdi Məmmədov.
İclas başlandı. Hər şey öz qaydası ilə gedirdi. Mehdi Məmmədov
işin gedişindən məmnun idi. Nəhayət, gizli səsvermə başlandı. Bax-
dım ki, Babken əl-ayaqdadır, canfişanlıq göstərir. Müdafiə şurasının
ayrı-ayrı üzvlərinə yaxınlaşır, hiyləgərliklə gülümsəyir. Məni şübhə
götürdü. Mühasibat otağına tərəf gedən Mehdi Məmmədova fikrimi
dedim. O:
– Narahat olma hər şey yaxşı olacaq, – dedi.
Dinməyib geri qayıtdım. Səsvermənin nəticəsini oxudular. Mü-
dafiənin müsbət həll olunması üçün bir səs çatışmadı. Y.A.Dmitriyev,
A.A.Anikst və şuranın bir çox üzvləri pərt olmuşdular. Yerlərindən
tərpənə bilmirdilər. Bayaqdan əl-ayağa düşən Babken səsvermənin
nəticəsi oxunan kimi həmfikirləri ilə otaqdan çıxdı.
Elə bil ki, bu xoşagəlməz iş mənim başıma gəlməmişdi. Özümü
çox yaxşı hiss edirdim. Bəlkə də ona görə ki, sanki əvvəlcədən işin
sonluğunu görürdüm. Özümü ona hazırlamışdım. Heç bir narahatlıq,
əsəbilik əlaməti hiss etmirdim. Odur ki, müdafiədən müsbət nəticə
əldə etmiş adam kimi hərəkət etdim; gülə-gülə müdafiə şurasının səd-
rinə yaxınlaşdım, gətirdiyim gülü ona verib üzrxahlıq istədim. O,
məni qucaqlayıb:
– Sən mütləq bizdə müdafiə edəcəksən, – dedi.
Ayrılıb Mehdi Məmmədovun yanına gəldim. O, hələ də özündə
deyildi... Qolundan tutub:
– Mehdi müəllim, gedək– dedim. O:
– Hara? – deyə sual etdi. Mən:
– Restorana. Onlar öz işlərini gördülər, bizdə gedək öz işimizi
görək.
Mehdi müəllimlə və o vaxt Moskvada olan oğlu ilə birlikdə Bakı
restoranına getdik. Yeyi-içdik. Mehdi Məmmədov mənə diqqətlə
baxıb:
119


– İnqilab səndə böyük səbir və dözüm varmış. Xarakterin möh-
kəmdir. Mən səni kəşf etdim, – dedi.
* * *
1960-cı illərin axırları, 1970-ci illərin əvvəlində Mehdi Məm-
mədovla mən tez-tez Azərbaycan televiziyası ilə verilişlər aparırdıq.
Mən “Klassik irsimizdən” adlanan verilişlərimdə danışan zaman bir
qədər tələsirdim. Mehdi Məmmədov isə çox asta danışırdı. Təbii ki,
bu hər iki hal veriliş hazırlayanları o qədər də razı salmırdı. Bir gün
növbəti verilişə hazırlıq zamanı Azərbaycan televiziyasının ədəbi və
dram verilişləri şöbəsinin müdiri Həbibə Məmmədxanlı bizə müra-
ciətlə:
– Deyirəm, Allahın altında Mehdi müəllimin asta gəlişi ilə İnqi-
labın tələsməsini birləşdirib, bir məxrəc ala biləydik, – dedi.
TEATRI YAŞATMAQ LAZIMDIR, YA YOX?
Keçmiş SSRİ zamanı idi. Böyük bir rayona ezam olunmuşdum;
bir həftəyə yaxın orada qalmalı idim; fikirləşdim ki, fürsətdi, rayonun
mədəni həyatı ilə də yaxşı-yaxşı tanış olaram. Elə rayona gəldiyim
gün öyrəndim ki, burada dövlət teatrı yerli dramaturqlardan birinin
“Odlu diyar” əsərinin tamaşasını göstərəcək. Teatrın direktoru, baş
rejissoru və ən yaxşı aktyorları ilə tanışlığım var idi. Sənətimlə bağlı
olaraq respublikada keçirilən müəyyən tədbirlərdə, Teatr Cəmiyyə-
tinin (İndi Teatr Xadimləri ittifaqı adlanır). Qurultay və plenumla-
rında, Mədənəiyyət Nazirliyinin tədbirlərində görüşmüşdük; teatrın
hazırladığı bu və ya başqa tamaşanı qəbul etmək üçün Azərbaycan
Mədəniyyət Nazirliyi tərəfindən dəfələrlə bu teatra ezam olunmuş-
dum. Hətta bu teatrın tarixi, yaradıcılıq yolu haqqında, teatrın yeni
tamaşaları barədə, eləcə də burada çalışan, adlı-sanlı, görkəmli rejis-
sor və aktyorların yubileyləri münasibətilə respublikamızın qəzet və
jurnallarında məqalələr də, resenziyalar da çap etdirmişdim.
120


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə