Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə34/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   30   31   32   33   34   35   36   37   ...   112

(1887-1967. Lodoviqo) və başqalarının yanında hirslə Məhəmməd
bəy Əlvəndiyə deyir: “Eyb etməz, sabah axşam tamaşa zamanı mən
səni boğaram, onda humanist, insan Otelonun kim olduğunu bilər-
sən” – deyib qapıdan çıxıb gedir.
Səhəri axşam tamaşa başlanır. O səhnədə ki, Yaqonun hiylə toru
getdikcə daralır, qımqanclıq alovları Otelloya yaxınlaşır. Lakin o,
ülvi, təmiz, qüvvətli bir məhəbbətlə sevdiyi zövcəsi Dezdemonadan
şübhələnməyi yaxın buraxmaq istəmir: “Yalan deyirsən, İblis, – deyə
Yaqonun sinəsinə çöküb: Ah, alçaq, of, rəzil, bir dəlil göstər. Sübut
et sən onun xəıyanətini. Necə-necə atdı ləyaqətini” – deyə boğazın-
dan yapışıb, boğmağa başlayır. Otellonun-Hüseyn Ərəblinskinin göz-
ləri qızarıb hədəqəsindən çıxır, saçları pərişan üzünə dağılır. Yaqonun
– Məhəmməd bəy Əlvəndinin rəngi ağarır, gözləri alacalanır, çaba-
layır, xırıldayır. Yaqonun – Məhəmməd bəy Əlvəndinin boğazından
əllərini çəkməyən Otello – Hüseyn Ərəblinski daha güclü qəzəblə:
Yoxsa, yadda saxla, əmin ol buna,
And olsun bəşərin ölməz ruhuna,
Könlümdə tükənməz qəzəbim vardı,
Bir it doğulsaydın, yaxşı olardı.
Tapmazsan bir ümid yeri həyatda,
Düşüb gəbərərsən ayağım altda.
Heç nə, heç nə səni qurtara bilməz.
– deyir.
Tamaşaçıların həyacanı artır. Səhnə arxasında dayanıb öz çıxış -
larını gözləyən tamaşanın digər iştirakçıları olan aktorlar isə daha
güclü həyacan keçirirlər. Hüseyn Ərəblinskinin dünən Məhəmməd
bəy Əlvəndiyə dediyi: “sabah tamaşada səni boğaram, onda bilərsən”
– sözlərini xağırlayırlar. Murad Muradov (Kassio) özü də hiss etmə-
dən: “Pərdəni örtün!” – deyə qışqırır. Pərdə örtülür. Aktyorlar cəld
Yaqoya – Məhəmməd bəy Əlvəndyə yaxınlaşıb onu qaldırmaq istə-
yirlər. Məhəmməd bəy Əlvəndi təccüüblə onlara baxıb: “Pərdəni niyə
örtdünüz?” – deyə soruşur. “Rəhmətliyin oğlu necə yəni niyə? – deyə
Mir Mahmud Kazımovski dillənir: – Səni boğub öldürmüşdü ki.”
111


Məhəmməd bəy: “Onun əlləri heç mənim boğazıma dəymirdi” –
deyib ayağa qalxır. Aktyorlar sevinc və təəccüblə bir-birlərinə baxır-
lar. Onlar sanki deyirdilər:
– Budur, böyük sənətkarlıq. Yaşama məktəbi ilə göstərmə mək-
tədi prinsipləri vəhdətinin mahir ifası.
GÖRƏSƏN BU KİMİN DİLİNİ YEYİR?
Ustad aktyor Ülvi Rəcəb (1903-1938) “Şeyx Sənan” tamaşasında
Şeyx Sənan rolunu ifa edərkən teatrın sol lojasında oturmuş cavan,
gözəl böir gəlin ona müraciətlə deyir:
– Sənin dilini yeyim.
Bunu eşidən Ülvi səhnə arxasına keçən kimi aktyor dostlarından
soruşur:
– Siz bilərsiniz, bu qadın mənim – Ülvi Rəcəbin dilini yemək is-
təyir, yoxsa Şeyx Sənanın?
ADAMA GƏZMƏK QALACAQ...
Xeyli vaxt xəstə yatan xalq artisti Ağasadıq Cəraybəyli (1897-
1988) teatra gələrkən rastına birinci istedadlı gənc aktyor Əliabbas
Qədirov (1946-2006) çıxır. İçkinin tsirindən kefi yuxarı olan Əliabbas
hal-əhval tutur:
– Ağasadıq dayı necəsən? – deyə onun qoluna girir.
Qocaman səhnə ustası kövrəlir:
– Əliabbas, deməzsən, getdim, o dünyanı gördüm gəldim.
Əliabbas:
– Yaxşı eləmisən, Ağasadıq dayı, adama gəzmək qalacaq, – deyib
ondan ayrılır.
112


...GÖRÜNÜR, MƏNƏ BİR SƏDƏMƏ 
TOXUNACAQDIR
Məşhur dramaturq, nasir Suleyman Sani Axundav, həm də is te -
dadlı aktyor imiş. 1896-cı ildə Əbdürrəhim bəy Haqverdiyevin “Da-
ğılan tifaq” tamaşasının Şuşada hazırlanmasına kömək edən Suleyman
Sani Axundov orada həm də Suleyman rolunu bacarıqla ifa etmişdir.
Tamaşaların birində S.S.Axundov Suleyman rolunda monoloqu de-
yərkən səhnədə birdən necə olursa aktyorun belindəki kəmər açılır və
xəncərlə birlikdə yerə düşür. əlbəttə, bu qeyri-adi və təsadüfi bir hal
idi, ancaq S.S.Axundov özünü itirmir, yerə düşmüş kəmərə və xəncərə
baxıb ani fikrə gedir və tamaşaçılara tərəf çevrilib deyir:
– Bax bu yaxşı olmadı, görünür, mənə bir sədəmə toxunacaqdır.
Suleyman bəyin sonrakı vəziyyəti ilə, ölümü ilə məntiqi şəkildə
bağlanan, uyuşan bu sözləri S.S.Axundov elə təbii və ustalıqla söy-
ləyir ki, tamaşaçı bunu əsərin özündən olduğunu zənn edir.
* * *
Mehdi Məmmədov istedadlı və fədakar fəaliyyəti ilə Cəfər Cabbarlı
adına Gəncə Dövlət Dram Teatrı kollektivi arasında sağlam əhvali-ru-
hiyyə yaradır, yaradıcılıq həvəsini artırırdı. Onun səmərəli işi teatr
kollektivini yüksək sənət uğrunda mübarizəyə səsləyirdi.
1943-cü ildə teatrın nəzdində Mehdi Məmmədovun təşəbbüsü və
səyi nəticəsində üçillik studiya yaranmışdı. Studiyaya o özü rəhbərlik
edir, ixtisaslı gənc aktyorların yatişməsinə ciddi fikir verirdi. Gəncə
teatrının Böyük Vətən müharibəsi illərindəki yaradıcılıq üslubunu, es-
tetik prinsipini, inkişaf yolunu Mehdi Məmmədov təyin edirdi. 1941-
1945-ci illər ərzində teatrın ideya-bədii cəhətdən mükəmməl
tamaşalarını Mehdi Məmmədov hazırlamışdı; “Madrid”, “İntiqam”,
“Qatır Məmməd”, “Vasvası xəstə”, “Od gəlini”, “Oqtay el oğlu”,
“Vaqif”, “Bağban iti”, “Toy”, “Partizan Kostya”, “İntizar” onun rejis-
sorluq fəaliyyətinin bəhrəsi idi. Müharibənin ilk aylarında Gəncə Döv-
lət Dram Teatrında onun quruluş verdiyi “Madrid” tamaşası müharibə
113


dövrünün yaxşı və əhəmiyyətli tamaşalarından biri imiş. Qəhraman
ispan xalqının öz azadlığı və istiqlaliyyəti uğrunda faşist işğalçılarına
qarşı apardığı mübarizədən bəhs edən bu tamaşanın vətənpərvərlik
hissi, mübarizə pafosu qüvvətli idi. 1936-1937-ci illərdə ispan xal-
qının faşizmlə mübarizəsi Hitler Almani ya sı na  qarşı apardığımız mü-
haribə ilə həmahəng səslənirdi. Siyasi-təbliği xarakter daşıyan bu
tamaşada kütləvi səhnələrə xüsusi diqqət yetirilmişdi. Xalq baş qəh-
ramana çevrilmişdi. Bununla yanaşı respublikaçı qız Lina (Rəmziyyə
Veysəlova), respublikaçı rəssam (Sadıq Tağızadə), kommunist yazıçı
Xoze (Kərim Sultanov), Henrix (Əşrəf Yusifzadə) aktyorların ifa-
sında çox qüvvətli idi. Mehdi Məmmədovun özü respublikaçı doktor
rolunda çıxış edirdi.
Mehdi Məmmədov “Madrid”i tamaşaya hazırlayarkən əsərdə bir
sıra dəyişikliklər etmişdi. Respublikaçı qız Lina rolu ön plana çəkil-
mişdi. Tamaşa oynanılan vaxt İspaniyada baş verən ictimai hədisələr
haqda, Dolores İbarrurinin fəaliyyəti barədə düzgün məlumat verilir,
tamaşaçanı dərindən düşündürürdü.
Pyesin müəllifi Mirzə İbrahimov (1911-1993) əsərinin ilk tama -
şasına baxmaq üçün Gəncəyə gəlir, quruluşa heyran olduğundan
Mehdi Məmmədovu ağıllı, düşünülmüş, mənalı fikirlərinə görə, əhə -
miyyətli dəyişikliklərə görə qucaqlayıb öpür, əsəri bu cür qüvvətli
şəkildə tamaşaya hazırladığı üçün ona öz təşəkkürünü bildirərək deyir
ki, “sənin xəcalətindən necə çıxım, əzizim Mehdi?” “On ikinci
gecə”ni tərcümə edin” – deyə Mehdi dərhal dillənir. Mirzə gülümsü-
nür və razılıq verir. Çox keçmədən ingilis dramaturqu Vilyam Şeks-
pirin “On ikinci gecə” pyesi Mirzə İbrahimovun tərcüməsində, Mehdi
Məmmədovun quruluşunda tamaşaçılara göstərilir.
SİZ FİKİRLƏŞƏNƏ KİMİ MƏN GƏLƏRƏM
Mehdi Məmmədov 1945-ci ildə Azərbaycan Dövlət Akademik
Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirir (1945-1956).
1948-ci ilin mart ayında Mehdi Məmmədov tanınmış rus yazıçısı
Aleksand Aleksandroviç Fadeyevin (1901-1956) eyni adlı romanı
114


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə