Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə35/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   31   32   33   34   35   36   37   38   ...   112

əsasında Qleb Qrakovun səhnələşdirdiyi “Gənc qvardiya” pyesini ta-
maşaya hazırlayırmış. Sergey Tulenin rolunu hazırlayan Möhsün Sə-
nani (1900-1981) məşqi qurtaran kimi o biri aktyorlarla məşq edən
Mehdi Məmmədova yaxınlaşıb:
– Mehdi müəllim, növbəti məşqiniz nə vaxt olacaq?” – deyə so-
ruşur və cavab almadan çıxıb gedir.
Məşq tamam qurtarır. Mehdinin yadına düşür ki, axı Möhsün
sual verdi, cavab almamış getdi. Teatrın bufetinə gedir. Görür ki,
Möhsün sakitcə oturub çay içir. Soruşur:
– Möhsün, axı sən sual verdin, bəs cavadını niyə gözləməyib
getdin.
Möhsün gülümsünüb:
– Mehdi müəllim, mən bildim ki, siz sualın cavabını fikirləşənə
kimi mən bir-iki stəkan çay içərəm, – cavabını verir.
* * *
Bir gün görürlər ki, indiki Azadlıq küçəsində əməlli başlı tıxac
yaranıb. Fikirləşirlər ki, görəsən nə olub? Bir nəfər sənət adamı gülə-
gülə: “əhəmiyyətinə varmayın,– deyir, – Mehdi Məmmədov yolun
ortasında xəyala dalıb.
Mehdi Məmmədov asta, təmkinli hərəkət edən, az-az, yığcam,
mənalı danışan, daha çox fikirləşməyə üstünlük verən fəlsəfi düşün-
cəli bir şəxsiyyət idi. Daxilən, bəlkə də, əsəbləşsə də xaricən onun
hirslənib özündən çıxdığını görmək olmazdı. Danışırlar ki, hətta bir
dəfə Eldəniz Zeynalov (1937-2001) istədiyi rolu Mehdi Məmmədov-
dan ala bilmədiyi üçün əsəbiləşmiş, onun teatrın qarşısında saxladığı
maşınına xətər toxundurmuşdu. Teatrdan çıxan Mehdi Məmmədov
bir kəlmə də danışmamış, başını bulayıb astaca yoluna davam et-
mişdi. İş burasındaydı ki, Mehdi Məmmədovun hirslənməyi də
inamlı idi.
İngiltərənin məşhur aktyoru və rejissoru Lorens Olivye (1907-
1979) Moskvada qastrol tamaşaları ilə çıxış edirdi (1967). Azərbay-
115


can Teatr Cəmiyyətinin ezamiyyəti ilə 4 nəfər görkəmli teatrşünas
alim – Cəfər Cəfərov, rejissorlar Mehdi Məmmədovla Tofiq Kazı-
mov bir də mən onun tamaşalarına baxmağa getmişdik. Biz ayrı-
ayrı mehmanxanalarda – Cəfər Cəfərov “Moskva”, Mehdi
Məmmədov “Yunost”, mən “Yakor” mehmanxanasında, Tofiq Ka-
zımov isə moskvalı rejissor dostu Efrosgildə (1925-1999) qalırdı.
Bir gün nahar üçün “Moskva” mehmanxanasına toplaşdıq. Stolun
üstündəki süfrə hədsiz dərəcədə çirkli idi. Xörəkpaylayan yaxınlaşıb,
heç nəyə əhəmiyyət vermədən saymazyana sifariş qəbul edib getdi.
Xeyli keçdi. Gətirdiyi yeməkləri çirkli süfrənin üstünə qoymaq is-
təyirdi ki, Mehdi Məmmədov:
– Dayan – deyib stolun üstündəki süfrəni hirslə dartıb, əvvəldən
üstündə olan qabları yerə tökdü. Xörəkpaylayan narazılıq etmək is-
tədikdə Mehdi Məmmədov xasiyyəti xilafına həyəcanla: – Utanın, –
dedi, – xaricdən gələn hər kəsin qarşısında müti qul kimi boyun əyir-
siniz. Bilmirsiniz cəsusdur-nədir, əldən-ayaqdan gedirsiniz. Amma
sovet adamı adını daşıyan, xalqa vicdanla xidmət edən sənət adam-
larının, öz professorlarınızın qarşısına belə çirkli süfrə sərirsiniz, bərk
utanın.
Xörəkpaylayan qulağının dibinə kimi qızardı. Cəld gedib təmiz
süfrə ilə geri qayıtdı.
BİLİRSƏN BU KİMİN ŞƏKLİDİR?
Mehdi Məmmədov Azərbaycan Dövlət İncəsənət İnstitutunda
rejissorluq kafedrasının müdiri vəzifəsində işləyirdi. Bir ildən artıq
idi ki, öz laborantı ilə evlənmişdi; oğlu olmuşdu. Bir gün mənə evə
zəng edib yumşaq bir səslə: “Neyləyirsən?” –deyə soruşdu. “Heç,
Mehdi müəllim, – dedim, – “Tamilla” kitabını oxuyuram. “Qoy “Ta-
milla” qalsın. Xanımını da sal yanına, gəl bizə. Bir qədər söhbət
edək” – dedi. Fikirləşdim ki, yəqin nə isə bir münasibətlə tanışlar,
dostlar yığışıblar. Razılaşdım. Evdən bir hədiyyə seçib, həyat yolda-
şım Almas xanımla yola düşdük. Qapını Mehdi müəllim özü açdı.
116


Bizi görcək sevincdən gülümsündü. Evdə tək idilər. Kənar heç bir
adam yox idi. Həyat yoldaşı çay gətirdi. Mizin üstünə şirniyyat
düzdü. Arvadlar hal-əhval tutdular, köhnə tanışlar kimi söhbətə baş-
ladılar. Biz isə küsülü adamlar kimi susub oturmuşduq. “Çayını iç,
soyutma, – deyə Mehdi müəllim birdən dilləndi. – İndi sənə bir şəkil
göstərəcəyəm, görüm, tanıyacaqsanmı? Dünən institut müəllimlərin-
dən biri gəlmişdi, adını deməyəcəyəm, o tanımadı”. Ayağa durub bir
bağlama şəkil gətirdi. Şəkildəkilər hamısı mənə tanış idi. Mehdi
müəllim bir şəkli mənə uzadıb: “Görüm bu şəkildəkini tanıyacaq-
sanmı? Bilsən bu kimin şəklidir?” – deyə şəkli mənə verdi. baxdım.
3-4 aylıq bir körpə şəkli idi. Mehdi müəllim diqqətli nəzərlərini mən-
dən çəkmirdi. Gülümsəyərək, inamla: “Bunu tanımağa nə var ki, bu
Elçinin (Mehdi Məmmədovun xalq artisti Barat Şəkinska yadan
(1914-1999) olan oğlu, tanınmış rəssam, respublikamızın əməkdar
incəsənət xadimi Elçin Məmmədov (1946-2001) şəklidir, – dedim.
Mehdi müəllim ayağa qalxdı, qollarını açıb qəhqəhə ilə gülməyə baş-
ladı. Şaqraq səsi otağı bürüdü. “Yox, tapmadın” – dedi. Elə bil mənim
səhvim ona dünyanı bəxş etmişdi. Şadyanalıq ilə mənə yaxınlaşıb
boynumu qucaqladı. “Şəkil bizim bu körpənin şəklidir. Görürsən El-
çinə necə bənzəyir, elə bil bir almanı yarı bölüblər”.
SƏN NAXÇIVANLI DEYİLSƏN Kİ
1982-ci ilin əvvəlləri idi. Heydər Əlirza oğlu Əliyev (1922-2003)
hələ Moskvaya SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsinə
getməmişdi. Azəbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət
İnstitutunda “Teatr və kino şöbəsi”ndə öz iş otağımda idim; zəng
oldu. Telefonun dəstəyini götürdüm. İki-üç dəfə “eşidirəm” desəm
də səs gəlmədi, dəstəyi asmaq istəyirdim ki, Mehdi Məmmədovun
tanış səsini eşitdim: “Otağındasan?” – deyə soruşdu. Mən “Mehdi
müəllim, bəs Siz mənim otağıma zəng etməmisiniz?” – deyə sual
etdim. Xeyli sükut çökdü. Handan-hana: “yəni bilmək istəyirəm ki,
otağında çox olacaqsan? – dedi. – Yarım saata yanına gələcəyəm”.
117


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə