Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə43/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   39   40   41   42   43   44   45   46   ...   112

Bəs elə isə, nə üçün qara geyinmisən? Mən heç vaxt səni qara
kəlağayıda görməmişəm? – soruşdu.
– Bıy, doğrudan a, bu necə olub? Mirpaşa söz deməyə macal tap-
madı. Göy üzü qırmızı rəngə boyandı. Ürək didən, könül parçalayan
bir səs eşidildi. Maxveret:
– Dayıoğlu, aman günüdür, – deyib əlləri ilə üzünü qapadı. Qır-
mızı rəng Mirpaşanı haqladı. Bütün bədənini heç zaman duymadığı
gizilti bürüdü.
...Əbülhəsən yatağa uzanıb xeyli fikrə getdi. Əllərini çarpazlayıb
başının altına qoydu. Uşaqlığı, ilk gənclik illəri gözü qarşısında can-
landı. 1911-ci ildən səhnə fəaliyyətinə başlamasını, “Nicat” və “Səfa”
mədəni-maarif cəmiyyətlərini, konsertlərdəki və müsamirələrdəki çı-
xışlarını yadına saldı. Oynadığı komik rolları elə bil təkrar oynadı.
Özünə gülməyi tutdu. Xoş bir duyğu varlığını çulğaladı, dodaqları
qaçdı, göz qapaqları ağırlaşıb yuxuya getdi.
“...Qubanın bağları yazbaşı necə də gözəl və cazibədar olurmuş,
İlahi. Mən bu yaşa çatmışam, uşaqlığımı, ilk gənclik illərimi keçir-
diyim bu torpağın bu qədər əsrarəngiz olduğunu bilməmişəm”, –
deyə ürəyi atlana-atlana vətən torpağını məhəbbətlə seyr etməyə baş-
layan 26 yaşlı Əbülhəsənin ayağı birdən daşa toxundu, diksindi, ya-
rıyuxulu gözlərini açmaq istədi. Heyhat, qarı düşmən öz işini gördü,
baş bədəndən ayrı düşdü. Gözlərindən diyirlənən yaş damcıları bo-
ğazdan axan qana qarışdı.
Bir neçə saat bundan əvvəl konsert zamanı zalda xısınlaşıb, hiy-
ləgərliklə məkrli plan cızan, az sonra Əbülhəsəni və Mirpaşanı evinə
qonaq dəvət edən, onlarla çörək kəsmək istədiyini bildirən qəni düş-
mən artıq qımışırdı.
Özünü Allah adamı adlandıran erməni keşişi öz evində cani dost-
larına iki azərbaycanlı gəncin, iki istedad sahibinin başını yuxuday-
kən kəsdirmişdi. Canilər bir-birinə baxıb gülümsünürdülər.
Canilərdən biri qanlı əlini qaldırıb gözünün üstünə düşən saçlarını
dala itələdi. Bir az əvvəl yeyib-içdikləri otağa keçib çaxır dolu badəni
qaldırdı: “İçək dostluğun sağlığına... – deyə kinayə ilə hırıldadı.
İkinci cani: “ İçək”,– dedi, – yaxşı sağlıqdır. Çox şeyi ört-basdır edir.
140


Səhər bu qanlı cinayət haqqında xəbər Şuşa dağlarını aşıb Bakıya
yetişdi. Məlum oldu ki, nə ev sahibi tapılıb, nə də digər canilər.
Xalq öz sənətkarlarına, cəfakeş oğullarına yas tutdu. “Kommu-
nist” qəzetində yazırdı: “Səhnəmizdə camaat müəllimi olan bu artist
yoldaşlarımız Azərbaycanın uzaq guşələrində olan kənd füqərasını
yaddan çıxarmayıb, onları feyzyab etməkdən ötrü kəndbəkənd gəz-
məkdə idilər. Lakin sənaye nəfisə (İncəsənət – İ.K.) nə olduğunu an-
lamayan xain daşnak öz qaba və kobud əlləri ilə bu zərif və nəfis
sənət xadimlərini bir dəqiqədə yox edib, bizləri yetim və gözüyaşlı
qoydular” (“Kommunist” qəzeti, 20 fevral, 1921-ci il).
Bu liberal, əsl caniləri ört-basdır aləti olan yazı belə Bakıda yük-
sək vəzifə tutan erməniləri qane etmədi... “Ara, məzhəb haqqı, bu
sovet hökumətinin düşmənlərinin işidir”, – deyib hay-küy qopardılar.
Əsl canini, cinayəti törədənləri gizlətdilər. Üzüyola qəzetlərimiz isə
şəhid aktyorlarımızın fəaliyyəti haqda yazmaqla vəzifələrini bitmiş
hesab etdilər. Əbülhəsən barədə yazdılar: “Bizim səhnəmizdə az adam
tapılar ki, Anaplı kimi qısa zaman içərisində məşhur olsun. Komiklik
Əbülhəsən yaradıcılığının ayrılmaz bir təbiətidir. Nə qədər böyük bir
ali məclis olursa olsun, nə qədər məşhur və müqtədir sənətkarlar o
məclisdə məharət edirlərsə, etsinlər, Əbülhəsən onların hamısını ikinci
dərəcəyə buraxacaq, bütün məclis əhlini məşğul edəcəkdir” və s.
Yadıma Həzrət Əlinin ölüm ayağında öz qatili haqqında oğlanları
Həsənə və Hüseynə vəsiyyəti düşdü: “Unutmayın ki, hər öldürənin
arxasında bir öldürtdürənləri gizlənib. Nəbadə qatili öldürməklə öl-
dürtdürənləri xalqa unutdurasınız...”
Min təəssüf ki, nəinki öldürtdürənləri ört-basdır edib unutdurdu-
lar, qatillərin özləri də cəzadan kənarda qaldılar. Yenə beynəlmiləl-
çilik şüarı altında hər şey gizlədildi. Qəribədir, bir vaxtlar azər baycanlı
Mirzə Fətəli Axundov (1812-1878) həqiqətən beynəlmiləlçilik bay-
rağını başı üzərində dalğalandıranda erməni “dostu” Xaçatur Abov-
yan (1805-1848) onun üzünə gülə-gülə, gözlərinin içinə baxa-baxa
Azərbaycan xalqına qatı düşmənçilik hissləri ilə dolu olan “Ermə-
nistanın yaraları” adlı əsərini yazdı.
Ax, unutqanlıq, unutqanlıq...
141


SƏHNƏDƏ SON ÇIXIŞ
Sidrux görkəmli səhnə ustası, müqtədir aktyor kimi məşhur idi.
Hələ 1910-cu ildən bəri yaratdığı dolğun səhnə obrazları ilə şöhrət
tapmış, sonralar yüksək fəxri adlara layiq görülmüşdü. Ancaq bir cə-
həti də vardı ki, o öz rollarına, xüsusilə şah obrazlarına güclü bir qıs-
qanclıqla yanaşar, həmin obrazların başqa bir aktyor tərəfindən ifa
ediləcəyini düşünmək belə istəməzdi. Aktyor dostları bu barədə onun
yanında söhbət açanda ya dodaq büzər, ya da onların yanında otur-
mazdı. Meyvəsiz ağac, övladsız ana kimi, onun da bir nəfər olsun
belə yetirməsi, tələbəsi yox idi. Doğrudur bir çoxları qiyabi olaraq
onu özlərinə müəllim hesab edirdilər: “Mən aktyor Sidruxun yaradı-
cılıq yolunu davam etdirəcəyəm”, – deyə fəxrlə danışardılar. Belə
halda yaşlı aktyorların onlara bir növ yazıqları gələr və düşünərdilər
ki, aktyor Sidrux bu fağırların fikirlərindən xəbər tutsa vay hallarına.
Aktyor Sidruxun yanında deyəndə ki, balam düz buyurublar da “in-
cəsənət qurban tələb edir”, o dodaqaltı gülümsünər və deyərdi: “ Ay
yazıqlar, elə işiniz-peşəniz o rus rejissorunun – dünənki uşağın söz-
lərini əzbərləyib deməkdi. Heç bilirsiniz dünya şöhrətli rəssam Mi-
kelancelo bu barədə nə deyib? Deyib ki, incəsənət qısqancdır, o tələb
edir ki, insan bütünlüklə özünü ona həsr etsin”.
Bir gün də belə söhbətlərdən birində tanınmış səhnə ustası Mirəli
ona demişdi: “Yaxşı, buna sözümüz yoxdur. Bəs yeni kadrlar tərbiyə
edib yetişdirmək necə? Biz ki dünyanı tutub durası deyilik. Rəhmət-
lik Ömər Xəyyam demişkən:
Yaşasan səksən il, doxsan il, yüz il,
Bir gün öləcəksən, bunu yəqin bil.
Bəs bizdən sonra səhnə boş qalsın, ya da naşıların əlinə keçsin,
hə?”
Həmkarı Mirəlinin bu sözlərindəki danılmaz həqiqəti duysa da,
aktyor Sidrux özünü sındırmadı. Yarıciddi, yarızarafatla: “Bilirsən, biz
aktyorların heç zaman öz sözü olmayıb; adətimizdir, elə onun-bunun
142


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə