Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə45/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   41   42   43   44   45   46   47   48   ...   112

– Yox, mən sənin əzrailinəm, canını almağa gəlmişəm. Özü də
sənin canını elə alacağam ki, bütün riyakar, hiyləgər, yalançı və paxıl
adamlara ibrət dərsi olsun.
– Mən şaham, hünər sahibiyəm.
– Yalan deyirsən, sən bir heçsən, sən tamahkarsan, paxılsan.
Ağlın xəstə olduğu üçün tamah zəncirini qıra bilmirsən, qabiliyyət-
sizliyin, bacarıqsızlığın səni paxıllıq batağına salıb.
Bütün ömrü boyu şah və qüvvətli qəhrəman rollarında məharətlə
çıxış edən ustad sənətkar Sidruxun qarşısında nə qədər aciz, sönük
olduğunu bir daha hiss edən şah rolunun yeni ifaçısı susdu, əlləri ilə
başını tutub taxta tərəf addımladı; oturmaq istəyirdi ki, aktyor Sidru-
xun amiranə səsi eşidildi.
– Sənə son imkanı verirəm, götür qılıncını, kim qalib gəlsə taxt-
tac onundur.
Şah rolunun yeni ifaçısının ürəyində elə bil ümid çırağı yandı:
– Mən razıyam, deyə qılınca əl atdı.
Hadisələri nəfəs çəkmədən izləyən tamaşaçılar bütün bunların
tamaşada olduğunu zənn edir, həyəcan keçirirdilər. İşdən xəbər tutan
aktyorlar isə səhnə arxasında var-gəl edir, vəziyyətdən çıxmaq üçün
hərə bir təklif irəli sürürdü.
İki şah üz-üzə dayandı. Qılınclar toqquşdu. İki-üç zərbədən sonra
şah rolunun yeni ifaçısı rəqibindən xeyli cavan olmasına baxmayaraq
özünün gücsüzlüyünü, acizliyini hiss etdi. Aktyor Sidrux qızmış pə-
ləng kimi irəli şığıyıb sol əli ilə onun paltarının boynundan yapışıb
bir həmlə ilə yerə sərdi. Keçib taxtda oturdu. Tacı boynundan çıxarıb
son dəfə baxırmış kimi əlləri əsə-əsə tumarlayıb yanına qoydu, qılıncı
öpüb taxtın kənarına söykədi, yaxalığını açıb başını taxtın söykənə-
cəyinə dirədi və...
Şah rolunun yeni ifaçısı isə bu vaxt üzüqoylu döşəməyə yıxılıb
qalmışdı; qəlbindəki qorxu, xəcalət, nifrət və intiqam hissləri bir-bi-
rinə qarışmışdı. İşin əsl mahiyyətindən xəbərsiz olan tamaşaçıların
isə alqış sədaları salonu dağıdırdı.
1991
146


“YAŞASIN AZƏRBAYCAN OTELLOSU!
YAŞASIN HÜSEYN ƏRƏBLİNSKİ!”
1910-cu il oktyabr ayının 28-i idi; dünəndən yağan çisgin yağış
hələ ara verməmişdi. Bakının küçələrində toplaşmış su gölməçələ-
rindən keçib getmək çətinləşmişdi. Kasıb olmasına baxmayaraq ol-
duqca təmiz və səliqəli geyinməyi, şux yeriməyi sevən gənc Hüseyn
Ərəblinski əlindəki əsa-çətiri gah başı üstə qaldırır, gah da yerə dayaq
vurub, sanki atlana-atlana bu gölməçələri keçib teatra tələsirdi. Öm-
ründə bir dəfə də olsun məşqə gecikməyən, həmişə teatra aktyor yol-
daşlarından tez gələn istedadlı faciə aktyoru Hüseyn Ərəblinski indi
həmişə olduğundan daha böyük narahatlıq keçirirdi. Axı bu gün
böyük ingilis dramaturqu Vilyam Şekspirin “Otello” əsərinin son
məşqi idi; dünya dramaturgiyasının bu nəhəng əsəri sabah axşam ilk
dəfə olaraq Bakı tamaşaçılarına göstəriləcəkdir. Doğrudur, “Otello”
faciəsi elə həmin tərcümə əsasında (tərcüməçi Haşım bəy Vəzirov)
birinci dəfə 1898-ci ildə Şuşa teatr həvəskarları tərəfindən tamaşaya
qoyulmuş, 1904-cü ildə, ikinci dəfə yenə orada göstərilmişdi. Bakı-
lılar isə “Otello”nun nübar tamaşasını 1910-cu il oktyabrın 29-da gö-
rəcəkdilər. Onu dörd il əvvəl, 1906-cı ildə yaranmış, gündən-günə
genişlənib möhkəmlənmiş, “Ağa Məhəmməd şah Qacar”, “Nadir
şah”, “Vətən, yaxud Silistrə”, “Dəmirçi Gavə”, “Evlənmə”, “Əlmən-
sur”, “Qaçaqlar”, “Zorən təbib”, “Qəzavat” və sair bu kimi mükəm-
məl tamaşalar hazırlamış “Nicat” mədəni-maarif cəmiyyətinin dram
truppası ərsəyə gətirmişdi.
...Hüseyn üz-gözündən su süzülə-süzülə teatrın binasına daxil
oldu. Burada tam sakitlik idi; əlində bir dəstə açar tutmuş antrepren-
yor Polonski Hüseyni bu halda görüb bic-bic gülümsədi; əvvəl qı-
mışdı, nə isə demək istədi; ancaq nə fikirləşdisə, bir də Hüseyni
başdan ayağa süzüb uzaqlaşdı. Hüseyn bu müəmmalı baxışdan, hiy-
ləgər gülüşdən şübhəyə düşdü; varlığında bir narahatlıq duydu. Bir
neçə ay əvvəl hazırladıqları “Vətən, yaxud Silistrə” pyesinin tamaşası
ilə bağlı hadisə yadına düşdü.
Hüseyngil Türk dramaturqu Namik Kamalın “Vətən, yaxud Si-
listrə” adlı tarixi qəhrəmanlıq dramının tamaşasını hazırlamışdılar.
147


Tamaşanın göstərilməsinə bir həftə qalmış O.Abelyan müəmmalı şə-
kildə Hüseynə: “Yaxşı eləyirsiniz türk əsərini oynayırsınız”, – deyib
getmişdi. Tamaşa təyin olunan gün həmin antreprenyor Polonski bi-
nanın qabaqcadan ödənilmiş kirayə haqqını geri qaytarıb demişdi ki,
“bu gün erməni seminariyası həvəskarları xeyriyyə tamaşası göstərə-
cəklər”. Azərbaycanlı aktyorlar nə qədər axtarsalar da teatr binasının
sahibi Hacı Zeynalabdin Tağıyevi tapa bilməmişdilər ki, dərdlərini
desinlər. Həmin vaxt Hüseyn köks ötürüb demişdi: “Nə namərd zə-
manəyə tuş olduq, İlahi! Bilmirsən dost kimdir, düşmən kim?”
Hüseynin narahatlığı daha da artdı. “Bu namərdlərdən nə desən
gözləmək olar”, – deyə pıçıldadı. Bədənində soyuq bir gizilti duydu;
üşəndi. Heç özü də hiss etmədən Hacı Zeynalabdin Tağıyevin teatr
binasının yanması yadına düşdü. Hüseyn o hadisədən uzun müddət
özünə gələ bilməmişdi, evdə güşənişin kimi üzüqoylu yıxılıb qal-
mışdı. Sənət dostları, xüsusilə, o vaxt İran qastrolundan yenicə qa-
yıtmış tələbəsi Sidqi Ruhulla tez-tez onun yanına gedirdi. Sonralar
Sidqi danışardı ki, Hüseyn çox pəjmürdə idi. Heç cür sakit ola bil-
mirdi. Əsəbi halda danışır, kiminsə qarasına lənətlər yağdırırdı. Əbül-
fət Vəli Hüseyni sakitləşdirmək üçün dedi:
– Sən ki, Hacını yaxşı tanıyırsan, eşitmədin dedi ki, tezliklə bi-
nanı elə təmir etdirəcəyəm ki, əvvəlkindən də yaxşı olacaq.
Hüseyn:
– Allah Hacının ömrünü uzun etsin. Nə yaxşı ki, o cür adamlar
var. Yoxsa vallah bizi heç Bakıda yaşamağa da qoymazlar. Elə hər
yerindən duran – cuhudu da, moltanısı da deyir: “sizə oynamağa
icazə vermirəm, vəssalam”. Mən başa düşə bilmirəm ki, bizim gor-
bagor babalarımız niyə belə ediblər. Vallah adamın ürəyi partlamağa
gəlir.
...Hüseyn ayağa qalxdı; darıxmış halda ətrafa baxıb tərəddüdlə
qapıya tərəf bir neçə addım atıb dayandı: “Görəsən bu uşaqlar harada
qaldılar, niyə bu qədər gecikirlər? – sonra zorla gülümsəyərək: –
Yoxsa mən vaxtından çox tez gəlmişə? Eh saatım da yoxdur ki,
baxam. Bu Polonskidən də söz soruşmalı deyil, imkanı olsa cavabı
da pulla verər. Zalım oğlu özünü elə aparır ki, elə bil bütün Bakının
148


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə