Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə44/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   40   41   42   43   44   45   46   47   ...   112

sözlərini əzbərləyib səhnədə demişik. Fars demişkən, tərki adət və
məcibi mərəzəsi, yəni adət insanın ikinci xasiyyətidir. Mən də adətim
üzrə başqasının sözlərini deyəcəyəm. O məşhur qraf Tolstoy var idi
ha! Yazıçı, dramaturq. “Anna Karenina”nın, “Hərb və sülhün”, “Hacı
Murad”ın “Canlı meyit”in müəllifi. Yadındadır bir əsərini də, nə idi
onun adı? Hə, “Əvvəlinci şərabçı”. Keçmiş əyyamda biz tamaşaya
qoymuşduq. O, deyərmiş ki, “insan özünü öydükcə, lovğalandıqca
onun istedadı, bacarığı azalır”. Məncə, axı o qraf Tolstoyun yetirməsi,
şagirdi, tələbəsi yox idi. Amma indi fikir ver, hər bir qələm əhlinin
yazdığından belə çıxır ki, həmin qraf Tolstoydan sonra gələn yazıçı
və dramaturqların əksəriyyəti onun yaradıcılığından mənfəətlənib,
ondan öyrənib, ərsəyə çıxıblar. Elə neçəsi bizim Azərbaycan yazıçı-
larından. Hə, susursan?! Yadında saxla, mənim hörmət etdiyim bir
tənqidçi olub, onun... “Moçalov Hamlet rolunda” adlı məqaləsini
oxumuşam”.
Bu məqamda aktyor Sidrux ayağa durub aktyor Mirəlinin düz
yanında dayandı. Qəribə bir görkəm aldı, sağ əlinin şəhadət barma-
ğını alnına dirəyib, xüsusi ahənglə ucadan dedi: “Vissarion Qriqoriy-
eviç Belinski. O, buyurub ki, “Böyük işlər yalnız mübarizədə və
döyüşdə yaranır. Hünərləri var o cavanların, necə deyərlər: bu mey-
dan, bu şeytan, gəlsinlər döyüşək, kim qələbə çalsa, səhnə onun
olsun, vəssalam, şüttamam”.
Aktyor Sidruxun sənət dostları gülümsəyib susdular. Aktyor
Ələkbər ona yaxınlaşıb: “Yaxşı daha bəsdir. Mənalı, dəyərli, qiymətli
və həm də əhəmiyyətli mühazirənə görə sənə iki yüz qram düşür”, –
deyə qolundan tutub onu teatrın həyətinə apardı.
Aktyor Sidrux əslən Bakılı idi. Bakının köhnə küçələrindən bi-
rində üç otaqlı mənzildə tək yaşayırdı. Yataq otağında üstündə yorğan
döşəyi olan bir dəmir çarpayısı, yanında dolabça, köhnə paltar şkafı
vardı. Şərti olaraq “qonaq otağı”, yaxud “yemək otağı” adlandırdığı
yerdə miz, yanında üç kürsü vardı. Müşəmbə ilə örtülmüş mizin üs-
tündə su dolu qrafin və stəkan nəzəri cəlb edirdi. Həmişə məşq etdiyi
üçüncü otaq bomboş idi. Divarları isə iştirak etdiyi tamaşalardan səh-
nələr, ifa etdiyi rollara aid şəkillər, afişa və proqramlar, qostrolda ol-
143


duğu zaman çəkdirdiyi fotolar bəzəyirdi. Küncdə çox da böyük ol-
mayan kitab şkafı nəzəri cəlb edirdi. Şah rollarının ifası zamanı gey-
diyi paltarlar otağa bir əsrarəngizlik verir, onun görkəmini xeyli
zənginləşdirirdi. Bu paltarlara xüsusi qayğı göstərildiyi hiss olunurdu;
toz dəyməsin deyə hər biri tənziflə örtülmüşdü. Aktyor Sidruxun hə-
yatda geymək üçün isə cəmi iki dəst kostyumu vardı. Biri nisbətən
təzə idi, ilk dəfə neçə il əvvəl öz yubiley gecəsində geymişdi. O birini
isə tikdirdiyi vaxtı müəyyənləşdirmək çətin idi. Aktyor Mirəli hərdən
zarafata salıb deyərdi ki Sidrux bu kostyumu “Vaqif” əsərinin ilk ta-
maşasından sonra aldığı məvaciblə tikdirib.
Müqtədir sənətkar Sidrux artıq yaşlaşmışdı. Ancaq şah obrazla-
rının ifasından əl çəkmirdi ki, çəkmirdi. Teatrın müdiriyyəti nə qədər
çalışsa da o təqaüdə çıxmağa razı olmurdu; bir kimsə də o rollara
yaxın düşə bilmirdi. Odur ki, şah obrazları olan əsərləri repertuara
gec-gec salırdılar.
Burası da var idi ki, teatrın direktoru bu şah rollarını oynamaq həs-
rəti ilə qovrulurdu; gecələr də yuxusunda şah rolu oynadığını görürdü;
ancaq dərd içini yandırır, sirri bir kimsəyə açmağa cəsarət etmirdi.
Bir gün teatra xəbər gəldi ki, aktyor Sidrux bərk xəstələnib. Te-
atrın direktoru fürsəti əldən verməyib, yağlı dilini işə saldı; aktyor
Sidruxun yaxın yoldaşlarını və dostlarını öyrətdi ki, onu təqaüdə çıx-
mağa razı salsınlar. Çox söz-söhbətdən sonra aktyor Mirəli aktyor
Sidruxa dedi: “Qardaşım, onsuz da bizim nəslin yarpaq tökümü baş-
layıb, çıx təqaüdə, get ölkəmizin gözəl, səfalı yerlərində bir qədər
dincəl, özünə gəl, yorğunluğun canından çıxsın. Vallah-billah səndə
heç bir xəstəlik yoxdur, sadəcə yorğunsan. Axı kim bilməsə də, mən
bilirəm ki, sən 1908-ci ildən bu vaxta qədər bir gün də olsun dincəl-
məmişsən. Axı buna can dözməz. Mühərrik mühərrikliyi ilə, o dəmir
parçası, ildə bir dəfə özünə qulluq tələb edir, amma biz...”
Dostu, həmkarı Mirəlinin səmimi sözləri aktyor Sidruxun qəlbini
kövrəltdi və təqaüdə çıxmağa razı olduğunu bildirdi. Razı oldu...
Lakin bir şərtlə ki, o, ölən günə qədər şah obrazlı əsərlər oynanılma-
sın. Bu xəbəri eşidən direktor sevindiyindən nə edəcəyini bilmədi,
şərti qəbul edib söz verdi. Bir neçə gün sonra Sidruxa təntənəli yara-
144


dıcılıq gecəsi təşkil edildi; təbriklər söylənildi, qiymətli hədiyyələr ve-
rildi. Kəlbəcərin “İsti su”yuna yol vərəqəsi verib, təqaüdə yola saldılar.
Aktyor Sidrux “İsti su”da yeni tanışlar tapmışdı, 15 gün idi ki,
burada idi; günləri pis keçmirdi. Bircə səhnə üçün, teatr üçün, aktyor
dostları üçün, necə deyərlər, burnunun ucu göynəyirdi, “Eh çanaqlı
bağanı ya öldür, ya arxası üstə çevir, fərqi yoxdur. Balıq susuz yaşaya
bilərmi?” Bu fikirlərlə yeməkxanaya gəlib əyləşdi; fikri çay içmək
idi; hələ yemək paylanmamışdı. Birdən bir masa aralıda oturmuş,
orta yaşlı, ağ saçlı bir qadının əlində tutduğu qəzetdəki şəkil aktyor
Sidruxun nəzərini cəlb etdi. o, yaşına uyuşmayan bir cəldliklə qadına
yaxınlaşıb, icazə belə istəmədən qəzeti alıb baxdı, rəngi saraldı, gözü
qaraldı, bir təhər özünü ələ alıb, qorxu və təəccüblə ona baxan qadına:
“Eybi yoxdur, deməli belə, məni aldatdılar, mən onlara... onlara...”
sözlərini təkrar edə-edə yeməkxanadan çıxdı.
Təəccüblənmiş və özünü itirmiş qadın qəzeti çevirib axırıncı sə-
hifəsinə baxdı. Burada, hələ 20-ci illərdə olduğu kimi, göstəriləcək
tamaşanın xüsusi çərçivədə elanı verilmiş və baş rolun ifaçısının şəkli
vurulmuşdu.
Aktyor Sidrux özünü o zaman teatra çatdırdı ki, Şah rolunun yeni
ifaçısı səhnədə tək monoloqunu söyləyir. Salon tamaşaçı ilə doludur,
iynə atsan yerə düşməz, tamaşa diqqət və həyəcanla izlənilir. Birdən
şah rolunun yeni ifaçısı səhnənin sol tərəfindəki qapıdan eyni ilə ona
bənzər bir şahın başında tac, əlində qılınc içəri girdiyini görür:
– Sən kimsən? – deyə hiddətlə soruşur.
– Kimliyini əvvəl sən söylə!
– Mən bu ölkənin şahıyam.
– Mən isə şahənşaham.
– Sən nə cəsarətlə...
– Sən yalançı və hiyləgərsən!
Şah rolunun yeni ifaçısı aktyor Sidruxu tanıdı. Əvvəl istədi əmr
etsin pərdəni örtsünlər. Lakin rüsvay olacağından qorxub, oyunu
davam etdirməyi üstün tutdu.
– Yəqin sən mənim əzab çəkən günahlarımsan? – deyə zorla
dilləndi.
145


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə