Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə52/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   48   49   50   51   52   53   54   55   ...   112

Şanə vurmuş o tellərə,
Dad əlindən, dad əlindən,
Yar əlindən.
– mahnısını oxuyurdular. Elə bu vaxt o mahnının son sözlərini oxu-
yan Üzeyir – birinci uşaq Süleyman bəyin meyitini görüb qorxurdu.
“Vay, dədəm, vay. Burada, burada bir adam öldürüblər. Odur yıxılıb,
qanı da axır”, – deyib təpənin üstündə görünən yoldaşlarının yanına
qaçırdı.
Bu ilk rolda uğurlu çıxışı müəllimi Əbdürrəhim bəy Haqverdiy-
evin səmimi, ürəkaçan, tərifli sözləri, uşağın başına tumar çəkən Sü-
leyman Sani Axundovun mehriban baxışı, onu qucaqlayıb bağrına
basan Zülfüqar bəy Hacıbəyovun gülümsəyən gözləri Üzeyirin xə-
yalında canlandı.
Öz füsunkar təbiəti ilə seçilən Şuşanın mədəni aləmi də cəlbedici
idi. Hacı Hüsü və Nəvvabın rəhbərlik etdikləri musiqişünaslar və xa-
nəndələr, Məşədi Əkbər Muxtarovun nüsxəbəndlər, Kərbəlayı Səfə-
rəli və Nəvvabın nəqqaşlar, Kərbəlayi Səfixanın rəhbərlik etdiyi
memarlar məclisi şəhərin mədəni mühitinə rövnəq verirdi. Cabbar
Qaryağdıoğlu və digər xanəndələrin məlahətli, şaqraq səsləri Cıdır
düzündən havalanıb Qarqarçayın üstündə dolanır, Daşaltıda qərar tu-
turdu. Sanki Şuşanın hər bir guşəsi, hər bir daşı, hər bir qarış torpağı
nəğmə oxuyur, güllər, çiçəklər, yarpaqlar belə mahnı pıçıldayırdı.
Bütün bunlar kiçik Üzeyiri sehrkar bir aləmə aparır, qəlbini riqqətə
gətirirdi.
Lakin kiçik Üzeyiri dərin düşüncələrə qərq edən, uşaq beyninə
rahatlıq verməyən, onu aramsız fikirlərə salan cəmi bir neçə saat
əvvəl baş verən hadisə idi.
...Şuşalı ziyalılar Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə
Azərbaycanın böyük şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun”
poemasından “Məcnun Leylinin qəbri üstündə” adlı səhnəcik hazır-
lamışdılar. Ülvi məhəbbəti, təmiz, saf sevgi duyğularını tərənnüm
edən bu səhnəcik çox təsirli və mənalı qurulmuşdu. Doğrudur, burada
naturalist əlamətlər nəzərə çarpırdı. Leylinin qəbri üstündə məlahətli
167


səslə yanıqlı nəğmələr oxuyan Məcnunun – Cabbar Qaryağdıoğlunun
başında qalın tüklər içərisində iki göyərçin yuva salmışdı.
Çox illər sonra biz əmək qəhrəmanı Murad Muradovun xatirə-
lərində oxuyacaqdıq ki, “Burada (Məcnun Leylinin qəbri üstündə”
səhnəciyində – İ.K.) Məcnun rolunu Cabbar Qaryağdıoğlu oynayırdı.
Üzeyir, mən və digər uşaqlar xorda çıxış edirdik. İbtidai şəkildə ya-
radılan həmin əsərin təfsilatı maraqsız deyildi. Səhnədə budaqlardan
meşə qurulmuşdu. Səhnənin ortasında isə iki daş var idi. Məcnun ro-
lunu oynayan Cabbar Qaryağdıoğlunun əyninə molla libası tapıb ge-
yindirmişdilər. Başında lələklərdən quş yuvası düzəltmişdilər.
Yuvanın içinə iki diri çöl göyərçini bağlamışdılar. Cabbar Qaryağdı-
oğlu ayaqyalın idi. Deməli, Leyli sevdasına düşmüş Məcnun meşəni
özünə məskən etmiş, başında quşlar yuva salmışdılar. Leyli rolunda
Muxtar Bədəlbəyov çıxış edirdi. Onun əyninə uzun bir köynək ge-
yindirmişdilər. Çox qəribə bir qiyafədə idi. Əvvəl səhnədə qoyulmuş
daşlardan birinin üstündə Məcnun, o birinin üstündə Leyli oxuyurdu.
Sonra isə Məcnun Leylinin qəbri üstündə nalə edirdi”.
Əlbəttə, “Məcnun Leylinin qəbri üstdə” səhnəciyindəki bu na-
turalist əlamətlər ondan irəli gəlmişdir ki, iştirakçılar iki sevən qəlbin
faciəsini ürəkdən duymuş və onu mənalandırmaq, sevən, fəqət döv-
rün qatı qaranlığı içərisində məhv olan sevgilərinin acı taleyini daha
həyəcanlı bir formada göstərmək istəmişdilər.
Bunu “Məcnun Leylinin qəbri üstündə” səhnəciyinin xorunda
çıxış edən, musiqinin ritminə, daxili məzmununa uyğun xoş və mə-
lahətli səslə oxuyan kiçik Üzeyir də yaxşı anlayırdı. Üstəlik “Leyli
və Məcnun” əhvalatı onu sehirləmiş, bütün varlığına elə hakim kə-
silmişdir ki, hissinə, ruhuna elə hopmuşdur ki, bu barədəki düşüncə-
lərdən ayrıla bilmir, rahatlıq tapmırdı.
...Səhərə az qalırdı. Cıdır düzündən əsən sərin meh sanki “Xarı
bülbül”ün ləçəklərindən axıb gələn “Şəbi-hicran” mahnısı kiçik Üze-
yirin qulaqlarında səsləndi. O, varlığında xoş bir əhval-ruhiyyə, qəl-
bində rahatlıq, hissində və düşüncəsində bir dinclik duydu. Sanki
kirpiklərində ulduzlar sayrışdı, şəfəqlər cilvələndi, dodaqlarında təbəs-
süm oynadı; “Leyli və Məcnun”, – deyə pıçıldadı, şirin yuxuya daldı.
168


Bəli, “Məcnun Leylinin qəbri üstündə” səhnəciyi o zaman həmin
səhnəciyin xorunda çıxış edən Üzeyirə çox qüvvətli təsir göstərmiş-
dir. Onun “Leyli və Məcnun” operasını yazmasına zəmin hazırla-
mışdı. Dahi bəstəkar sonralar özü bu haqda yazmışdır: “Opera
üzərində 1907-ci ildən işləməyə başladım. Doğrudur, opera yaratmaq
ideyası hələ 1897-1898-ci illərdə fikrimə gəlmişdi. O zaman 13 yaşlı
uşaq ikən doğma Şuşa şəhərində “Məcnun Leylinin qəbri üstündə”
tamaşasını görmüşdüm. Bu tamaşa mənə o qədər dərindən təsir etdi
ki, mən bir neçə ildən sonra Bakıya gələrək operaya bənzər bir şey
yazmağı qət etdim”.
1992
REJİSSOR FƏNDİ
Teatrın ən istedadlı aktrisalarından olan, təkcə öz şəhərində deyil,
hətta qonşu respublikaların sənətçiləri arasında da tanınan, sayılıb-
seçilən, fəxri adlara layiq görülmüş aktrisa N. neçə gün idi ki, bərk
narahatlıq keçirirdi. Hətta bu narahatçılıq bəzən evdə əsəbilik dərə-
cəsinə çatırdı. Qırx yaşı tamam olmamış bu gözəl-göyçək, şux, mü-
tənasib bədənli, xoş simalı, özü də həmişə deyib-gülən, güclü yumor
hissinə malik, mehriban, qayğıkeş, səliqə-sahmanlı, üstəlik də ol-
duqca zəhmətsevər bu qadının – sənətkarın, iş yoldaşları da, qohum-
qonşuları da xətrini çox istəyir, əzizləyir, onunla fəxr etdiklərini
deməkdən sevinc duyurdular. Ona yaxşı mənada qibtə edənlər də var
idi. Qonşusu filoloq qadın bir gün ziyafət zamanı onu öpüb, zarafatla
demişdi: “Vallah, ay qız, sən on qat xoşbəxtsən ki, Allah təala da sən-
dən qayğısını əsirgəmir. Bilirsən ki, qurban olduğum Allah, hərəyə
bir cür xoşbəxtlik verir. Kimisinə istedad, kimisinə gözəl sima, ki-
misinə gözəl xasiyyət və s. amma xoşbəxtlik əlaməti olan bütün bu
cəhətlər səndə cəm olub. On qat xoşbəxtsən vallah!
Bu həlim təbiətli qadında daxili bir bütövlük, güclü xarakter, mü-
barizlik də var idi. Həqiqəti deməkdən, haqqı müdafiə etməkdən çə-
kinməzdi. İş yoldaşlarını yersiz ittihamlardan az qorumamışdı.
169


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə