Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə49/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   45   46   47   48   49   50   51   52   ...   112

Tamaşadakı Nadir şah rolunda Dövlət Təhlükəsizliyi idarəsinin Göy-
çay rayon şöbəsinin rəisi Saleh Kərimov çıxış edəcəkdi. Düşmən fit-
nələrinin qarşısını almaq, qaçaqların cinayətlərini dəf etmək üçün onlar
tez-tez məşqlərdən ayrılıb kəndlərə getməli olurdular. Odur ki, “Nadir
şah” tamaşasını Novruz bayramı günündə göstərə bilməmişdilər.
1931-ci il aprel ayının 4-ü idi. Qaçaqları Küçəkənddə məhv et-
dikdən sonra Saleh Kərimov kəhər atın belinə qalxıb Bərgüşad-Göy-
çay torpaq yolu ilə çapmağa başladı. İldırım surəti ilə irəliyə şığıdı.
Saleh Kərimov fikrindən ayrılmağa macal tapmamış yolun sol tərə-
findən xəndəkdən atılan güllə onun sol qolunu yaraladı. O, cəld atın
sol böyrünə yatdı. Xoşbəxtlikdən bundan sonra atılan güllələr ziyan
toxundurmadı. Saleh Kərimov evinə yetişəndə kəhər at tərin içində
idi. Sahibinin qolundan axan qan kəhərin tərinə qarışıb bud yerində
ləkələr salmışdı. Saleh Kərimovu qapıda qonşular: “Gözün aydın
olsun! Muştuluğumuzu ver, oğlun olub” – sözləri ilə qarşıladılar. O,
yaralı qoluna sarıdığı parça üzərində laxtalanmış qana baxıb gülüm-
sündü, qonşulara öz təşəkkürünü bildirib eyvana çıxdı. Xətrini əziz
tutduğu, doğma anası kimi sevib hörmət etdiyi qaynanası Mahı xala
onun qolundakı parçanı açıb tulladı, isti su ilə yarasını yuyub quru-
ladı, sonra ocağın soyuq külündən yaralı yerinə səpib bağladı. Çay
gətirib onun qarşısına qoydu. Saleh Kərimov çaydan bir-iki qurtum
içib, nə fikirləşdisə cəld ayağa qalxdı; katibin yanına yollandı. İki
saat keçməmiş evə qayıtdı, özü də şad və sevincək.
Həmin günün səhəri Göyçayın mərkəzi küçəsindəki çinar ağa-
cında “Nadir şah” tamaşasının göstəriləcəyini xəbər verən elan asıl-
mışdı. Axşam Saleh Kərimov Nadir şah rolunda səhnəyə çıxdı, özü
də qolu tənziflə boynundan asılmış yaralı Nadir şah rolunda. O, tez-
tez yaralı qoluna işarə edərək bunu səhnədə baş verən hadisələrlə
bağlayırdı. Nadir – Saleh Kərimov danışdıqca yaralı qoluna baxır,
sanki arvadı Gülcahanın dediyi “Su qabı suda sınar” sözlərindəki hə-
qiqəti təsdiqə yetirirdi. Oğlu Rzaquluya quldurluğun çox pis oldu-
ğunu: “Ad çıxarmaq üçün dürlü yollar var. Ancaq qaçaqlıqda ad
çıxarmaq yaman nifrətli yoldur. İnsan gərəkdir ki, ağlı ilə, yaxşılıq
ilə ad çıxarsın” sözlərini söylədiyi yerdə, daha həyəcanlı halda kimi
isə axtarırmış kimi, diqqətlə tamaşaçı zalını nəzərdən keçirdi. Həyə-
158


canı daha da artdı. Oğluna yaxınlaşıb quldurluğun pis aqibətindən
söz açdı. “İndi ancaq düz yolu tapmışam. İndi ancaq anlamışam ki,
insan gərək vətən və millət yolunda işləyib qeyrət, hakimiyyət gös-
tərsin”, – deyə yenə tamaşaçı zalına baxdı. Lakin daxili narahatlığı
zəifləmədi. Tamaşanın beşinci səhnəsində yaralanan və satqın saray
bəylərinin fitvası ilə bunu oğlu Rzaquludan görən Nadirin – Saleh Kə-
rimovun iztirabları, kədəri daha da gücləndi. O, həyəcanlı bir şəkildə:
“Of, düşmən gülləsindən aldığım o dəhşətli yara məni bu qədər incit-
məmişdi. Düşmən yarası üstündən oğul yarası” sözlərini mətnə əlavə
etdi. Əlləri ilə üzünü qapadı, hıçqırıqlar onu boğdu, sarsılmış halda,
dəhşət içərisində səhnədə gəzişdi; arxası üstə çevrilib tamaşaçı zalını
nigarançılıqla bir də nəzərdən keçirdi. Səməndəri tamaşaçılar arasında
görcək qəlbini sevinc çulğadı, ciyər dolusu nəfəs alıb taxta oturdu.
Pərdə endi. Saleh Kərimov dərin düşüncələr içərisində, səhnə ar-
xasında gəzişdi. Heç nəyə, heç kəsə məhəl vermirdi.
– ...Bəli, insanlar nə qədər əzab-əziyyət çəkmişlər; nə qədər cə-
fakeşliklər, igidliklər göstərmişlər. Naqis xislətlilər isə gündə min
dona girir, maskalanır, namuslu insanlara böhtan atır, onları məhv et-
məyə çalışırlar. Yox! Onların arzuları ürəklərində qalacaq. Hər halda
biz ayıq-sayıq olmalıyıq. Silahı əldə möhkəm tutmalıyıq. Teatr da
ideoloji cəbhədə ən kəsərli silahdır.
Birdən onun üzü gülümsündü. Neçə gün ərzində baş verən hadi-
sələr xəyalında canlandı. Həyata təzəcə gəlmiş oğlu barədə düşündü.
Ona seçdiyi ad fikrində dolandı... İnqilab...
1992
VƏLUŞKA, MƏN ALDIM
1949-cu ilin şaxtalı dekabr günləri idi; Azərbaycan teatrlarının
vəziyyəti getdikcə ağırlaşırdı; aktyorlar yarıac, yarıçılpaq dolanırdı-
lar. 1937-ci ildə şəxsiyyətə pərəstiş dövrünün ən qızğın çağında açıl-
mış rayon teatrları ucdantutma bağlanmışdı. Bir az əvvəl Respublika
İncəsənət İşləri İdarəsində keçirilən teatr işçilərinin müşavirəsində
Moskvadan gələn nümayəndə hökumət tərəfindən teatrlara daha yar-
159


dım edilməyəcəyini bildirmiş, teatrların özlərini maliyyələşdirmələ-
rinin vacibliyindən danışmış və bu işin yaradıcı işçilər üçün çox
böyük əhəmiyyəti və xeyri olduğunu sübut etməyə çalışmışdı. Mü-
şavirəyə toplaşanların bir çoxu vəziyyəti dərk etmədən, onun əsas
mahiyyətini araşdırmadan odlu-alovlu çıxışları ilə bu fikri müdafiəyə
qalxmışdılar. Hətta bəziləri bu dəyişikliyin teatrlara, aktyorlara gös-
tərəcəyi böyük mənfəəti qabaqcadan duyurlarmış kimi üzlərinə bay-
ram əhval-ruhiyyəsi vermişdilər. Yazıçılardan Mirzə İbrahimov,
Süleyman Rəhimov və başqaları bu əməliyyatın, bu tədbirin teatrlara
baha oturacağını hiss etsələr də göstəriş yuxarıdan olduğu üçün əley-
hinə danışa bilməmişdilər. Təkcə Qazax rayonundakı Dövlət Teatrı-
nın baş rejissoru Məcid Zeynalov, necə deyərlər, cavanlığına salmış,
ağlına qara-qura fikirlər gətirmədən “Canım, siz nə danışırsınız, döv-
lət yardımı olmadan hansı teatr yaşaya bilər. Bu iş teatrların məhvi
deməkdir. Moskva teatrlarına fikriniz getməsin. Oraya hər gün Sovet
İttifaqının ayrı-ayrı yerlərindən minlərlə adam gəlib gedir. Adi bir ta-
maşa neçə il repertuarda qərar tutur. Bizim ən yaxşı tamaşalarımız
isə öz pərəstişkarları ilə görüşüb, tez də ayrılır” dediyi üçün də o ki
var danlanmış, gözdən salınmışdı. Sonralar Məcid Zeynalov həmin
müşavirədən söz düşəndə canında bir üşütmə hiss edərdi: “Nə yaxşı
ki, Sov.İKP-nin üzvü deyildim, cəzam daha ağır olardı”.
Bəli, Azərbaycanın rayonlarındakı bütün dövlət teatrları – Nax-
çıvan, Xankəndi, Gəncə və Quba teatrları istisna olmaqla hamısı uc-
dantutma bağlandı. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da
öz qapılarını tamaşaçıların üzünə qapadı; yaradıcı kollektiv pərən-
pərən düşdü; çörəkpulu qazanmaq üçün qeyri-münasib işlərə başla-
dılar. Onlardan su satanı da oldu. Teatrın ən yaxşı aktyorları hələlik
fəaliyyət göstərən teatrlarda birtəhər işə düzələ bildilər. Əlacsızlıqdan
kütləvi səhnələrdə, epizodik rollarda çıxış etməyə belə razı oldular.
Bir haşiyə: Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının
aktyorları – Əməkdar artist Qaflan Muradov (Əmək qəhrəmanı
Murad Muradovun qardaşı) kargüzarlıqla məşğul idi; Qurban Mir-
zoyev isə pivə satırdı. Bununla belə onlar səhnədən ayrıla bilmirdilər.
Bədii özfəaliyyət dram dərnəyində çıxış edirdilər. 1969-cu ildə Ağ-
160


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə