Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə51/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   47   48   49   50   51   52   53   54   ...   112

İsgəndərov telefonla kiminləsə danışırdı. Mirzağa ayaq saxladı. Adil
İsgəndərov telefonun dəstəyini yerə qoyub, dərindən nəfəs aldı, gü-
lümsündü. Mirzağa onun yaxşı əhval-ruhiyyədə olduğunu anladı və
fürsəti əldən vermək istəməyib içəri keçdi. Adil İsgəndərov onu meh-
ribanlıqla qarşıladı:
– Hə Mirzə, əyləş görüm, keçən həftə “Müfəttiş”in gedişinə göz
qoyurdum. Həmişəki kimi, bu dəfə də Osip yüksək professional sə-
viyyədə idi; ancaq Xlestakov yemək yeyən zaman Osip ağzını-bur-
nunu çox yalayırdı. Bir də ki, tamaşanın ümumi ansamblında zəiflik
duyulurdu. Bəzi aktyorlar peşəkarlıqdan uzağa gedə bilmirdilər. Mən
həmişə demişəm, yenə də deyirəm. Hər bir tamaşa, premyera olma-
lıdır. Nə isə, bu haqda növbəti bədii şurada danışacağam, yeri gəldi
dedim. – Adil İsgəndərov Mirzağadan gəlişinin səbəbini belə soruş-
madan: – Bilirəm, Mirzə, pul üçün gəlmisən! – deyib ayağa qalxdı,
gedib otağın qapısını örtdü. Onun hərəkətlərini belə izləyən Mirza-
ğaya əhəmiyyət vermədən keçib öz yerində oturdu; qələmi götürüb
bir balaca kağıza nə isə yazıb ona verdi: – Ancaq Mirzə, xahiş edirəm
sənə pul verdiyimi heç kimə demə. Düzdür kassada bir az pul var,
amma bərayı-ehtiyat üçün saxlamışam. Elə bilirəm ki, üç-dörd günə
hamı məvacib ala biləcək.
Mirzağa Əliyev Adil İsgəndərovun yazdığı kağızı kassir Tama-
raya verib bir qədər pul aldı. Əvvəl istədi bu barədə heç kəsə bir söz
deməsin, ürəyi dözmədi.
– Yox, bu insanlıq olmaz. O birilərini bilmirəm, Sidqi ilə Məm-
mədəlinin neçə gündür ki, bir qara qəpikləri yoxdur. Bəlkə onlarla
bölüm? Hə? Yox, necə deyərlər, bundan fatıya tuman olmaz. Axı Adil
xahiş etdi ki, heç kəsə deməyim... məgər o özü demədi ki, kassada
pul var? Bəs niyə camaatın pulunu vermir? Nə bilim vallah... Hər
halda insafdan deyil...
Mirzağa bu fikirlər ağuşunda bir də ayıldı ki, həyətdədir; böyük-
dən kiçiyə kimi, bütün aktyor yoldaşları, dəvə nalbəndə baxan kimi,
heyrətlə ona baxırlar. Mirzağa əvvəl çaşbaş oldu, sonra özünü ələ alıb
qəddini düzəltdi, farağat vəziyyəti alıb rəsmi keçidə hazırlaşan əsgər
kimi irəlilədi. Məmmədəli Vəlixanlının bərabərinə çatanda hər iki əli
ilə sağ cibinin ağzını aralayıb:
164


– Vəluşka, mən aldım! – deyib cəld məşq otağına getdi.
Bir dəqiqə keçməmiş Adil İsgəndərovun iş otağı aktyorlarla
doldu. Oturduğu yerdə özünü gülməkdən saxlaya bilməyən direktor
zəngi basıb kassir Tamaranı yanına çağırdı...
1993
“MƏCNUN LEYLİNİN QƏBRİ ÜSTÜNDƏ”
– Sənə nə olub, ay oğul, niyə narahatsan, gecədən xeyli keçib
hələ yatmamısan? Ağrın ürəyimə, axı axşamdan əhvalın yaxşı idi,
yatağına uzananda deyib gülürdün, birdən halın niyə dəyişdi, qadan
alım? – deyə ana soruşdu.
Oğlunun rahat çarpayıda yata bilmədiyini, tez-tez o böyrü üstün-
dən bu böyrü üstünə çevrildiyini, balışını gah aşağı, gah da yuxarı
çəkdiyini görən ana yaxınlaşıb həyəcanla sualı-suala çaladı.
– Olmaya xətrinə dəyiblər?
–Yox, ay ana, görünür, gündüzkü yorğunluğumdandır.
Uşağın cavabı ananı qane etməsə də, onun ipək kimi yumşaq saç-
larını tumarladı, balışını düzəldib, bir söz demədən uzaqlaşdı.
Uşaq qalxıb çarpayıda bardaşqurma oturdu, kiçik totuq yumruq-
ları ilə balıncını döyəcləməyə başladı. Yumşaq tükdən düzəldilmiş
balış yumruqlandıqca tamam aşağı yatır. Uşaq əlini çəkən kimi qal-
xırdı. Uşaq gülümsünüb başını buladı, balışı bir qədər aşağı çəkib,
çiyinlərinin altına qoydu, əllərini çarpazlayıb boynunun ardına ke-
çirdi, gözlərini tavana zilləyib fikrə getdi. Hələ keçən ildən bəri baş
verən hadisələr xəyalında canlandı.
1896-cı ilin yazı təzəcə başlamışdı. Hələ 1850-ci illərdən teatr
truppası yaradaraq orada Mirzə Fətəli Axundovun və yerli müəlliflərin
kiçik həcmli əsərlərinin tamaşalarını hazırlayan Şuşa ziyalıları başqa
yerlərdən də qonaqlar dəvət etmişdilər. Şuşa ziyalıları qonaqları qar-
şılamaq üçün toplaşmışdılar. On bir yaşlı Üzeyir, Qaflan və Murad
Muradov qardaşları, Ağalar və Bahadur Əlibəyov qardaşları və Şükür
Ağayevlə atları minib, birlikdə Xanbağı tərəfə çapmağa başladı.
165


Ağa körpüsünə çatar-çatmaz qonaqlarla qarşılaşdılar. Faytonlara
oturub Şuşaya yollandılar.
Yol uzunu ona məlum olmayan mövzular, ətrafında gedən söh-
bətlər kiçik Üzeyirin qəlbini riqqətə gətirir, hər yan, hər şey ona se-
vinc dünyası kimi görünürdü. Qonaqların iştirakı ilə göstərilən
tamaşalar, eləcə də “Hamlet” faciəsi onun duyğularına bir əsrarən-
gizlik gətirmişdi. Bu əsrarəngizlik Üzeyirin cəmi 4 ay sonra “Dağılan
tifaq” tamaşasındakı uşaq rolunu oynayarkən xeyli barizləşmişdi.
Müəllimi Əbdürrəhim bəy Haqverdiyevin yeni yazdığı “Dağılan
tifaq” pyesi ilk dəfə Şuşada müəllifin öz rejissorluğu ilə 1896-cı ildə
oynanmış, Xandəmirovun böyük salonunda tamaşaçılara göstəril-
mişdi. Hələ tamaşadan əvvəl keçirilən müşavirədə Aşıq Abbasqulu,
Şəkili Ələsgər, Kəblə Dadaş kimi aşıq və xanəndələrin çıxışlarına
məftunluqla qulaq asan kiçik Üzeyir tamaşada Nəcəf bəy rolunda
çıxış edən Yusif bəy Məlik Haqnəzərovun, Sona xanım rolunda Zül-
füqar Hacıbəyovun, Süleyman bəy rolunda Süleyman Sani Axundo-
vun oyunlarına da heyranlığını gizlədə bilmirdi.
11 yaşlı Üzeyir tamaşanın xorunda oxuyur və birinci uşaq ro-
lunda oynayırdı. Budur, Süleyman bəy əlində stəkan dağdan enən
yolun sol tərəfindəki bulağa yaxınlaşarkən Kərim qəflətən dağın da-
lından çıxıb onu güllə ilə vurur. Stəkan yaralı Süleymanın əlindən
düşüb sınır. Həzin musiqi hüznlü-kədərli bir hal yaradır. Arxada tarın
yanıqlı sədası altında uşaqlar:
Əsmə badi səba, əsmə,
Döymə tellər, o tellərə.
Şanə vurmuş o tellərə,
Dad əlindən, dad əlindən,
Yar əlindən.
Mənim adım Sarı laçın,
Fələk qoymur qəddim açım.
Gəl səni götürüm qaçım,
Bizim ellər o ellərə.
166


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə