Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə48/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   44   45   46   47   48   49   50   51   ...   112

qarşısında qalıb, qaçaqlara qoşulublar. Cavadın Nadirə dediyi:
“Nadir, dünyada ad qazanmaq iki yolla olar: yamanlıqla və bir də
yaxşılıqla, yamanlıqla ad çıxarmaq hamıya mümkündür və bu ad hə-
mişəlik deyil. Yaxşılıqla ad qazanmaq hər şəxsin hünəri deyil. Yax-
şılıq edən şəxsin adı nəinki öz sağlığında və hətta öləndən sonra da
dillərdə zikr olunar. Bəs heç rəvadırmı ki, sənin kimi rəşid və şücaətli
cavanın adı sağlığında min cürə söyüşlə və öləndən sonra lənət ilə
zikr olunsun. Rəvadırmı ki, sənin ömrün, gücün və ağlın quldurluqla
çürüsün?.. Sən gərək bu yaman peşədən əl çəkəsən. Fikrini, gücünü
sərf edəsən millət və vətən yolunda...” – sözlərini söyləyəndə elə bi-
lirəm ki, təsadüfən qaçaqlığa qurşanan neçə-neçə insanı düzgün yola
qaytarıram.
– Hissə qapılma, ay Heydər, yoxsa gönü suya verərsən, – deyə
başqa bir atlı dilləndi.
Atlılar dağı enib Ərəblər məhəlləsinə çatanda şəhər tərəfdən
gələn bir atlı kəhər atın sahibinə yaxınlaşıb ürəyi atlana-atlana dedi:
– Yoldaş rəis, qaçaq Məhəmmədhüseynin dəstəsi Bərgüşad də-
miryol stansiyasını keçib Küçəkəndə gedib.
Rəis Kəhər atın başını çevirib sualedici nəzərlərlə atlı yoldaşla-
rına baxdı. Heç kim dinmirdi. Sükutla keçən hər an atlıların fikir,
xəyal aləminin yaşantısı idi.
– Buyur, bu da tamaşa, bu hay-həşirdə nə tamaşa, nə teatr...
– Elə demə Səməd, – rəis təmkinlə danışmağa başladı. – Biz
qaçaq-quldurlara qarşı yalnız silahla deyil, ideya vasitəsilə də vuruş-
malıyıq. Teatr bu işdə ən tutarlı vasitələrdən biridir.
– Ay Bədəl, axı sənə dedim ki, nəhs danışma, eşitdin?
Zarafatla deyilən bu söz elə bil atlı dəstəsini xəyaldan ayırdı. On-
ları necə hərəkət etmək qərarına gətirdi.
Atlı dəstə Göyçay Küçəkənd torpaq yolu ilə çapmağa başladı.
18 kilometr yol Bərgüşad dəmiryol stansiyasının yanından keçib Kü-
çəkənd və Çiyni kəndlərinə gedirdi.
Atlıların kəndə daxil olduqları vaxt döyüş üçün münasib deyildi.
Artıq hava qaralmış, əl-ayaq çöldən yığılmışdı səhərin açılmasını
gözləmək məcburiyyəti vardı; lakin bu da qorxulu idi. İtlərin ağız-
155


ağıza verib hürüşməsi də qoçaqları şübhələrə saldı. Odur ki, onlar si-
laha əl atdılar. Ağır, ciddi, tədbirli döyüş əməliyyatından sonra qa-
çaqların bəziləri həbs olundu.
Artıq səhər açılır, günəş nazəndə gəlin kimi qol-budağı şaxə qal-
xan ağaclar arasından boylanır, hər tərəfi öz nuruna qərq edirdi. Atlı
dəstənin rəisi, Saleh Kərimov qoca palıd ağacının altına gəlib yaşıl
otlar üzərində uzandı. Yaşıl bir yarpağı qoparıb ağzına aldı, arxası
üstünə çevrilib əllərini çarpazlayaraq başının altına qoydu, gözlərini
aydın səmaya zilləyib fikrə getdi. Elə bu vaxt həbs olunmuş gənc bir
qaçağı onun yanına gətirdilər. Qaçaq yaraşıqlı bir oğlan idi. O, hey-
rətlə dilləndi.
– Səməndər? Bu sənsən? Sən hara, bu qaçaq-quldur dəstəsi hara?
Uca boylu, enli kürəkli, üzünü tük basmış gəncin gözlərindən
alov parlayırdı; onun bütün bədəni hiddət alovuna bürünmüşdü.
– Səninləyəm, dillənsənə!
Rəisin hirslə dediyi bu sözləri də gənci cavabsız qoydu.
– Axı mən sənin əslini-nəslini yaxşı tanıyıram. Baban Bayramalı
insancanlıqda yalnız bu kənddə deyil, Səlyanda, Qəzyanda da tanı-
nırdı. Atan da, əmin də namuslu, qeyrətli mərd adamlar idilər; xalq
yolunda az zəhmət çəkməmişdilər. Onlar xalq adamı, el-oba adamı
olduqları halda sən nankor övlad, bir dəstə yaramaza qoşulub xalqa
arxa çevirirsən? Elə sənin kimilər barədə deyiblər ki, oddan kül tö-
rəyər.
Rəisin sön sözləri gənc qaçağı hövsələdən çıxardı.
– Babamın, atamın, əmimin buraxdıqları səhvləri mən təkrar
eləmək istəmirəm. Nə oldu onların axırı. Doğru deyirlər ki, “el üçün
ağlayan gözsüz qalar”. Babam el üçün, camaat üçün çarpışdı. Ata-
mın dilindən “xalq” sözü düşmədi. Axırda bir erməni dığasının fit-
vası ilə qoca kaftar Qulamməmmədli böhtan atdı atama. Kim bilir,
bəlkə də neçə-neçə namuslu adamları böhtana salıb o əclaf. Hara
getdik, dedilər: “baxarıq”. Sənin özün atama rast gələndə əlini çiy-
ninə qoyub demisən: “haqq yerini tapacaq”. Səhəri sən Bakıya get-
din, atamı həbs etdilər. Əmim buna dözməyib öldü, bacım vərəm
xəstəliyi ilə yatağa düşdü.
156


Rəis yerində var-gəl edirdi. “Qova-qova mərdi namərd ediblər”,
– deyə düşünürdü. Dünən dağ aşırımında Heydərin dediyi: “Onların
aralarında elələri var ki, vicdanlı, namuslu, igid adamlardır. Nə isə
anlaşılmazlıq üzündən məcburiyyət qarşısında qalıb qoçaqlara qoşu-
lublar” – sözləri yadına düşdü. Qarşısında vüqarla dayanmış gənc qa-
çağı bir də sınayıcı nəzərlərlə süzdü. Gəncin hiddətlə: “Indi mən
“intiqam” sözündən başqa bir söz qanmıram”, – deməsi rəisin hey-
rətini artırdı.
– Siz elə bilirsiniz, – qaçaq danışmağına davam etdi, – böhtançını
vurub öldürməklə ürəyim soyuyar. Dəliməmmədlidən bəri fürsət ax-
tarıram. Onu min bir əzabla öldürəcəyimə söz vermirəm. Əvvəl onun
əllərini kəsərəm, sonra “qələm ilə yazılanı balta ilə qoparmaq olmaz”
deyən dilini dibindən qoparıb ataram, ayaqlarını dizdən aşağı kəsə-
rəm. Sonra başını bədənindən ayırıb, kəlləsi ilə söhbətə başlayıram.
– Bəsdir, sən canidən də canisən! – rəisin hirs, şaşqınlıq və əsə-
biliklə dediyi bu sözlər gəncə az da olsun təsir etmədi.
– Aparın onu! – deyə rəis göstəriş verdi. Başını əlləri arasına alıb
dərin həyəcan içərisində: – Gör böhtan insanı necə caniləşdirərmiş.
Aramızda olan düşmənlər öz işlərini necə ustalıqla görürlər. – “Yox,
elə günü bu gün mən katiblə danışmalıyam”. – deyə xeyli vaxt dü-
şüncələrdən ayrıla bilmədi. Atlı dəstə indi ondan xeyli uzaqda idi.
Aprel səhərinin ilıq nəfəsi onun saçlarını oxşadı; haradasa uzaqlarda
şanapipiyin səsi eşidildi. Saleh Kərimov oynayacaqları “Nadir şah”
tamaşası barədə fikirləşməyə başladı.
Göyçay rayonunun teatr truppasında istedadlı, bacarıqlı adamlar
birləşmişdi. Respublikamızın digər rayonlarında olduğu kimi Göy-
çayda da məsul işçilər teatr işi ilə ciddi məşğul olurdular. Onların hə-
vəslə, şövqlə hazırladıqları tamaşalar güclü təsirə malik olur, rəğbətlə
qarşılanırdı. “Hacı Qara”, “Hacı Qənbər”, “Dilin bəlası”, “Bəxtsiz
cavan”, “Dağılan tifaq”, “Laçın yuvası”, “Xor-xor”, “Dursunəli və bal-
lıbadı” və s. əsərlər Göyçay teatr həvəskarlarının ifasında maraqlı səhnə
həllini tapmışdı. Onlar neçə vaxt idi ki, Nəriman Nərimanovun “Nadir
şah” pyesini də tamaşaya hazırlamışdılar, onu hələ mart ayının 21-də
Novruz bayramı günü tamaşaçılar qarşısında oynamaq fikrində idilər.
157


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə