Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə47/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   43   44   45   46   47   48   49   50   ...   112

qoyur, onu mənalandırır və sanki tamaşaçıya deyirdi: “Otello Dez-
demonanı yalnız ona görə öldürmür ki, o bütövlükdə qısqancdır,
yaxud təmiz məhəbbətlə sevən bir ərdir, həm də ona görə ki, bu qəh-
rəman insan öz qadınında xəyanət görür, ona eybəcərlik kimi baxır.
Bir halda ki, belədir, deməli, gözəlliyi yaymağa çalışan mərdlik, sə-
daqət, xeyirxahlıq, qəhrəmanlıq timsalı olan Otello eybəcərliyi məhv
etməlidir. Çünki onun fikrincə eybəcərliyi, xəyanəti görüb soyuqqan-
lılıq göstərmək, onu məhv etməmək özü cinayətdir”. Ancaq xəyanəti,
eybəcərliyi məhv etmək, gözəllik hisslərini qorumaq istəyən Otello
– Hüseyn Ərəblinski, heyf ki, qısqanclıq hisslərinə tapındığından
aldanır, səhvə yol verir, bilmədən gözəlliyi, sədaqəti məhv edir,
eybəcərlik, xəyanət qalır. Elə buna görə də Hüseyn Ərəblinskinin
Otellosu bu faciəvi həqiqəti dərk etdiyi səhnədə bütünlüklə şaşı-
rır, hıçqırıqlar onu boğur, divanəlik dərəcəsinə çatır və özünü məhv
edir. Sonralar teatr tənqidi Hüseynin Otellosu barədə yazacaqdı:
“Ərəblinskinin Otellosunu çılğın ərəb Otellodan sərkərdə və insan
Otelloya doğru bir addım kimi qiymətləndirmək həqiqətə daha yaxın
olardı” (C.Cəfərov).
...Əhməd Qəmərlinski sevinc və həyəcanla içəri girib dedi:
– Sabah tamaşamız olacaq. Nəcəf bəy Vəzirovla, Əbdürrəhim
bəy Haqverdiyevlə görüşdüm. Polonskinin dediklərini onlara çatdır-
dım. Onlar işə təcili müdaxilə edib, ciddi səy göstərdilər. Hacı da
işdən xəbərdardır. Sabah tamaşamız olacaq!
Bu xəbər Hüseyni ürəkdən sevindirsə də hirsini soyuda bilmədi.
O, Məhəmməd Əlvəndiyə yaxınlaşıb:
Eyb etməz, sabah axşam tamaşa zamanı mən səni boğaram,
onda humanist insan Otellonun kim olduğunu bilərsən, – deyib qa-
pıdan çıxdı.
...Bakı, 1910-cu il, 29 oktyabr. Teatr salonu tamaşaçı ilə doludur.
Azərbaycan aktyorlarının ifasında “Otello” tamaşası böyük maraq və
diqqətlə izlənilir. Xeyirxah Otellonun hər bir hərəkəti, hiyləgər Ya-
qonun hər kəlmə sözü tamaşaçıların əhval-ruhiyyəsində öz əksini
tapır. Məkrli Yaqonun hiylə toru getdikcə daralır; qısqanclıq alovları
Otelloya yaxınlaşır. Lakin o ülvi, təmiz, qüvvətli bir məhəbbətlə sev-
diyi zövcəsi Dezdemonadan şübhələnməyi yaxın buraxmaq istəmir.
152


– Yalan deyirsən, İblis! – deyə Yaqonun sinəsinə çöküb onu boğ-
mağa başlayır. Otellonun – H.Ərəblinskinin qızarmış gözləri hədə-
qəsindən çıxır. Saçları pərişan üzünə dağılır. Yaqonun –
M.Əlvəndinin rəngi ağarır, gözləri alacalanır, çapalayır. Tamaşaçıla-
rın həyəcanı artır, səhnə arxasında dayanıb öz çıxışlarını gözləyən,
tamaşanın digər iştirakçıları olan aktyorlar isə daha güclü həyəcan
keçirirlər. Hüseynin dünən Məhəmməd bəyə dediyi: “sabah tamaşada
səni boğaram, onda bilərsən” – sözlərini xatırlayırlar.
M.Muradov (Kassio) özü də hiss etmədən:
– Pərdəni örtün! – deyə qışqırır. Cəld Yaqoya – Məhəmməd bəyə
yaxınlaşır, onu qaldırmaq istəyirlər.
Məhəmməd bəy təəccüblə onlara baxıb:
– Pərdəni nə üçün örtdünüz? – deyə soruşur.
– Rəhmətliyin oğlu, necə yəni niyə? – deyə Mir Mahmud Kazı-
movski dillənir, – səni boğub öldürmüşdü ki.
Məhəmməd bəyin: “Onun əlləri heç mənim boğazıma dəymirdi.
– sözlərindən sonra aktyorlar sevinc və təəccüblə bir-birilə baxışırlar.
Elə bil ki, deyirdilər: “Budur böyük sənətkarlıq, yaşama məktəbi ilə
göstərmə məktəbi prinsipləri vəhdətinin mahir ifası.
“Otello” Azərbaycan aktyorlarının, xüsusilə Hüseyn Ərəblinski-
nin parlaq sənət qələbəsini nümayiş etdirdi. “Yaşasın Azərbaycan
Otellosu! Yaşasın Hüseyn Ərəblinski!” sədaları qanad açdı. Sevinc-
dən gözləri yaşarmış Nəcəf bəy Vəzirov Otellonu – Hüseyn Ərəb-
linskini qucaqlayıb öpdü, onun qrimlənmiş üzündə dodaq izləri
qoydu. Rus və qeyri millətlərin sənət adamları Hüseyni təbrikə gəl-
dilər. Ən axırda rus rejissoru Levin Hüseynin əlini sıxaraq dedi:
– Mən 20 il suflyor, 5 il rejissor olmuşam. Mən çox faciə akt-
yorları görmüşəm. Ancaq bu cür yüksək sənətkarlıq nümunəsi gör-
məmişəm. Əgər siz bu rolu rus dilində ifa etsəydiniz mən öz
re jis sorluq işimi buraxıb, sizinlə bütün Rusiyanı, hətta bütün Avro-
panı dolaşardım.
Elə həmin vaxtda tamaşa salonundan eşidilən: “Yaşasın Azər-
baycan Otellosu! Yaşasın Hüseyn Ərəblinski!” sədaları Bakı küçələ-
rini dolaşmaqda idi.
1991
153


YARALI NADİR ŞAH ROLU
O il istilər tez düşmüşdü. Ağaclar, rəngbərəng çiçək açan bağlar
göz oxşayır, könül açırdı. Göyçayın yaşıl dona bürünmüş sıra dağları
daha vüqarlı, əzəmətli görünürdü. “Qurunun” qurtarıb, yaşın ələ gəl-
məyən” vaxtı idi. Yemlik yığan uşaqlar dağ aşırımlarını aşdıqca sanki
daha da gümrahlaşır, dağlardan səslərinin əks-sədasını eşitmək hə-
vəsilə biri-birinə macal vermədən, əllərini qoşalayıb boru kimi ağız-
larına tutur, müxtəlif adlar çağırır, dağlardan gələn əks-sədanı
eşitdikcə sadəlövhcəsinə qürrələnir, atılıb düşürdülər. Axşam çağının
sərinliyi getdikcə artırdı. Elə bu vaxt dağdan enən atlı dəstəsi gö-
ründü. Uşaqlar bu atlı dəstəsini tanıdıqlarından səs-küylə onlara tərəf
qaçdılar. Dəstənin önündəki kəhər atın belində şəstlə oturmuş gümrah
bədənli, xoş simalı, orta yaşlı kişi arxaya çevrilib atlı yoldaşlarına
müraciətlə:
– Hə qoçaqlar, deməli, danışdıq. Sözümüz sözdür. Sabah saat 11-
də sonuncu məşqə toplaşırıq, axşam isə tamaşanı camaata göstəririk.
Uşaqlara işarə ilə:
– Bu dəcəlləri də tamaşaya dəvət edək.
– Ay rəis, axı məşq eləməyə ehtiyac yoxdur. Biz ki tamaşanı gös-
tərməyə hazırıq. Amma hər dəfə bir iş çıxır. Görünür o tamaşanı gös-
tərmək bizə qismət olmayacaq, – bu sözləri yarıciddi, yarızarafatla
deyən qarayanız gənc yoldaşlarına göz vurdu:
– Nəhs danışma, ay Bədəl, – deyə üçüncü atlı dilləndi. – Az qala
yuxumda da Nadirin dayısı Cavad kişini görürəm. O rolu tamaşaçılar
qarşısında oynamamış ölsəm, gorum çatlar.
– Sən də söz dedin. Heç Nadir şah kimi dağ boyda rolun ifaçısı
danışmır. Sənin iki kəlmə sözü olan bir rolun var, aləmi götürmüsən
başına.
– Az sözü olmasında nə işin var. Sən mənasının böyüklüyünə
bax. O rolu hər dəfə məşq eyləyəndə elə bilirəm ki, ürəyimi boşaldı-
ram, deməli sözümü deyirəm. Üç gündür at belindəyik. Axı o quldur,
qaçaq olmasa... Eh açığı onların arasında elələri var ki, vicdanlı, na-
muslu, igid adamlardır. Nə isə anlaşılmazlıq üzündən məcburiyyət
154


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə