Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə50/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   46   47   48   49   50   51   52   53   ...   112

damda Xalq Teatrının yaranması xəbəri onların hədsiz sevincinə
səbəb oldu. Hər iki sənətkar, eləcə də Əməkdar Artist Narınc Məli-
kova Heydər Şəmsizadənin rejissor olduğu bu teatr ətrafında birləş-
dilər. Məşədi Əzizbəyovun adını daşıyan Azərbaycan Dövlət
Akademik Dram Teatrının da vəziyyəti çox ürəkaçan deyildi. Bu te-
atrın kollektivi hələ bir il əvvəldən 1948-ci ildən bəri özünün 75 illik
yubileyini keçirməyə hazırlıq işinə başlamışdır; hər cür çətinliklərə
baxmayaraq bir sıra maraqlı, mükəmməl tamaşalar hazırlaya bil-
mişdi: “Gənc qvardiya”, “Günahsız müqəssirlər”, “Dərin köklər”,
“Pəri cadu”, “Lənkəran xanının vəziri”, “Bahar suları”, “O tayda”,
“Otello”, “Solğun çiçəklər”, “Rəqs müəllimi”, “Kimdir müqəssir”,
“Bir evin sirri” SSRİ Nazirlər Sovetinin 21 aprel 1948-ci il tarixli qə-
rarı ilə teatrın hələ 1947-ci ildə hazırladığı “Şərqin səhəri” tamaşasına
görə quruluşçu rejissor Ədil İskəndərov, bədii tərtibatını hazırlamış
rəssam Nüsrət Fətullayev, əsas rollarda çıxış edən M.Əliyev, Sidqi
Ruhulla, Mərziyyə Davudova, Kazım Ziya, Rza Əfqanlı, İsmayıl Da-
ğıstanlı... Dövlət mükafatına layiq görülmüşdülər. Teatr kollektivi
1948-ci ilin avqust ayının 20-dən sentyabr ayının 3-nə kimi Mosk-
vada qastrolda olmuş, “1905-ci ildə”, “Şərqin səhəri”, “Vaqif”, “12-
ci gecə”, “Tufan” və “Günahsız müqəssirlər! tamaşalarını paytaxt
camaatına göstərmişlər. 1949-cu ilin iyul ayının 22– də teatr Qırmızı
Əmək Bayrağı Ordeni ilə təltif olunmuş, bir gün sonra isə iyulun 23-
də 75 illik yubileyi qeyd edilmişdir.
İlk baxışdan vəziyyət pis görünmürdü. Gendən baxıb bəxtəvər-
lik söyləyənlər də var idi. Ancaq teatrın vəziyyəti “içim özümü yan-
dırır, çölüm özgəni” misalında idi. İki aydan artıq idi ki, artistlər
məvacib almırdılar. Adi iş günlərindən biri idi; məşqin başlanmasına
hələ xeyli vaxt qalırdı. Gələn aktyorlar teatrın, çox da böyük olma-
yan həyətində yığışırdılar. Onlar biri-biri ilə qısaca hal-əhval tutub
susurdular; tutqun sifətlərindən, qayğılı baxışlarından hiss olunurdu
ki, görəsən bu gün, heç olmasa sabah məvacib ala biləcəklərmi? Bir-
dən bayaqdan bəri aktyor dostlarına diqqət yetirən Süleyman Tağı-
zadənin yapışıqlı, mülayim, eyni zamanda təlqinedici gücə malik
səsi eşidildi:
161


– Horatsio, aktyorlara yaxşı qulluq edin! Axı onlar həyatın güz-
güsüdürlər.
Mirzağa Əliyev elə bunu gözləyirmiş kimi ayağını ayağının üstünə
aşırıb, əlini çarpazlayıb dizinə qoymuş Fateh Fətullayevə çevrildi:
– Ağa Xlestakov, nə olar, o şorbadan bir-iki qaşıq mənə də saxla da!
Sidqi Ruhulla ciddi bir görkəm alıb ətrafındakılara həqarətlə:
– “Mən Qacar nəsliyəm, şahlar şahıyam. Mən də yer üzünün bir
Allahıyam!” – dedi və Ələsgər Ələkbərova pıçıldadı: – Amma bu saat
cibimdə bir qara qəpiyim də yoxdur.
Ələsgər Ələkbərov ciddi, qayğılı bir görkəm alıb:
– “Mən cahan mülkündə mütləq doğru halət görmədim, hər nə
gördüm əyri gördüm, özgə babat görmədim”, – dedi.
“Rəqs müəllimi” tamaşasında nökər rolunu oynayan, Musiqili
Komediya Teatrının görkəmli aktyorlarından biri sayılan Lütfəli
Adullayev:
– “Ağa başına dönüm, bu nərdivanı hara söykəyim?” – deyib
bic-bic gülümsündü.
Hökümə Qurbanova ilə Sona Hacıyeva salamlaşıb qapıdan ke-
çəndə Mirzağa Əliyev Mirzə Səməndərsayağı:
– “Min dəfə demişəm bu şoğəribi yerinə qoyun... Ah qurban
olum Məhəmmədin sənətinə”, – deyərək, qalxıb yerini rahatladı.
Elə bu vaxt İsmayıl Dağıstanlı içəri girdi. Atamoğlan cəld ona
tərəf irəliləyib:
– “Yoldaş Lenin, Azərbaycan teatrının pulsuz, lüt aktyorları gə-
liblər, sizi görmək istəyirlər”.
Hamı duruxdu. Ağasadıq Gəraybəyli tərs-tərs Atamoğlana baxdı.
Sarsıdıcı bir sükut ətrafı bürüdü. “Böyük bir səhvə yol verdiyini” indi
anlayan və canında bir qorxu hiss edən Atamoğlan çıxış yolu tapmış
kimi yarıəsəbi, yarıqorxu içində dedi:
– Qəribə adamlarsız vallah, mən sizi heç cürə başa düşə bilmi-
rəm. Bir yandan deyirsiniz ki, aktyor hər yerdə məşq etməlidir, bu
yandan da məni qınayırsınız. Birdən yadına nə düşdüsə içəridən Sona
Hacıyevanı çağırdı. – Sona, qurban olum, biz “Bahar suları”nı oyna-
yan gecə səndə bir kitab var idi ha, onu tap gətir mənə, ölən günümdü.
162


– Bıy, elə niyə deyirsən, Atamoğlan? Əvvəla qurbanın qoyun
olsun, ölən də düşmənin, o ki qaldı kitaba, – Sona əlini sumkasına
salıb ordan köhnə, göy cildli bir kitabı çıxarıb Atamoğlana uzatdı, –
buyur, nə qədər istəyirsən özündə saxla, oxu, – deyib uzaqlaşdı.
Atamoğlan kitabı alıb, əlləri əsə-əsə vərəqləməyə başladı; iki-üç
dəfə o tərəf-bu tərəfə çevirəndən sonra sevincək:
– Hə budur, tapdım, inanmırsınız, qulaq asın, – deyə oxumağa
başladı: – Məşhur rus aktyoru Kaçalov yazıb ki, “Yalnız məşqlərdə
deyil, küçədə də, iş otağında da, bir sözlə, müxtəlif şəraitdə aktyor
və ya aktrisa öz obrazını beynində gəzdirir və onu fikrən yaradır.
Küçə ilə gedirsən, dostlar məclisində oturursan və qəflətən sənin ya-
dına öz obrazına lazım olan hərəkət, bir də danışıq tərzi düşür. Yara-
dıcılıq fantaziyan daha gərgin, daha sərbəst işləməyə başlayır. Bəzən
də bağda və parkda gəzdiyin halda fərqinə varmadan özün-özünlə
danışırsan”. – Atamoğlan oxuduğunun təsirini yoxlamaq üçün yol-
daşlarına baxdı. Soyuq baxışlar onu daha da çaşdırdı: – Mən ki nə
küçədəyəm, nə də parkdayam, elə teatrdayam, özüm də aktyor dost-
larımın arasında. – O, səsindəki yumşaqlığı daha da artıraraq: – Əgər
mən bu sözləri qonaqlıqda, yeyib-içdiyimiz zaman desəydim, ney-
lərdiniz? Məni lap şişə çəkərdiniz ki...
Bu yerdə Süleyman Tağızadə dözə bilməyib, xüsusi bir əda ilə:
– O günləri bir daha görməzsən, a çağa. Yemək-içmək dükanı
bağlandı, qonaqlıqlar qurtardı, – dedi və fağır bir görkəm alıb: – Ayə,
görəsən, Qazaxlı balası Səməd qağa təzə pyes yazmayıb ki, yazsaydı
oynardıq, həm də ki, – sağ əlini boğazına çəkib, sol əlini qarnına
sürtdü. – Eh bu tərcümə əsərlərini tamaşaya qoymaqla bir şey olmur.
Budur ey axırıncı tamaşamız “Bir evin sirri” oldu. İndi tap onun
müəllifləri Tur qardaşlarını, bir banket təşkil etsin. Ay tapdın ha!
Hamı gülüşdü. Bu gülüş Atamoğlan Rzayevin lap ürəyindən
oldu; bayaqkı şübhəli qorxudan hələ özünə gələ bilməsə də, daha
bərkdən gülməyə başladı.
Birdən Mirzağa nə fikirləşdisə, səhnənin yanından keçib foyeyə
çıxdı, pillələrlə ikinci mərtəbəyə qalxıb, teatrın direktoru və bədii
rəhbəri Adil İsgəndərovun iş otağına yaxınlaşdı. Qapı açıq idi. Adil
163


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə