Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə42/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   38   39   40   41   42   43   44   45   ...   112

məngənəyə salır, qula çevirirdilər. Çoxlarısa onlara xilaskar kimi
baxır, talelərini onlara tapşırır, minnətdarlıq edirdilər.
Bir ilə yaxındı ki, qırmızı bayraqlar dalğalanırdı. Onun kölgə-
sində hökmranlıq edən, yelləndikcə yaratdığı sərinliklərdən feyzyab
olanlar hər gün yeni cinayətlər törədirdilər, çox vaxt bunu özümü-
zünkülərin əl ilə görür, nəşələnirdilər.
Bir ilə yaxındı ki, bolşevizm xərçəng xəstəliyi kimi Azərbayca-
nın bütün varlığına rişə atmağa başlamışdı.
Bir ilə yaxındı ki, öz dindaşları ilə əlbir olan ermənilər 1905,
1917-1918, 1920-ci illərdə açıq-aşkar tökdükləri azərbaycanlı qanını,
indi gizli şəkildə, hiyləgərliklə su kimi axıdırdılar. Hər gün neçə-neçə
soydaşlarımız, bu və ya başqa yolla qətlə yetirilir, sonra da bunu
“sovet quruluşuna düşmən olanların işi” kimi qələmə verir, neçə-neçə
günahsız adamı bu yolla məhv edirdilər.
Bir ilə yaxındı ki, şimal küləyi əsir, dağıdır, məhv edirdi. Özü
isə həmişə “Sudan quru çıxır”, günahını başqalarının üstünə yıxır,
mələk kimi təmiz görünüb camaatın minnətdarlığını qazanırdı. Ancaq
o bununla kifayətlənmirdi. Gözə kül üfürməklə xalqın inamını qa-
zanmaq, özünü daha ədalətli, camaat tərəfdarı kimi göstərmək üçün
təbliğat və təşviqatını genişləndirməyə çalışırdı.
Bir ilə yaxındı ki, “Azərbaycanın incəsənət ustaları da, o cümlə-
dən teatr xadimləri – aktyorlar da təbliğata cəlb edilir, yeni həyatın
üstünlüklərini” xalq arasında yaymağa göndərilirdilər. 1921-ci ilin
şaxtalı fevral ayında Azərbaycan Dövlət Dram Teatrının bir qrup akt-
yoru Bakı Sovetinin sədri Əliheydər Qarayelin yanına çağırıldı. On-
lara Qarabağa gedib “sovet quruluşunun üstünlüyünü” ağızdolusu
tərifləmək tapşırıldı. Sözarası dedilər ki, Qarabağda, deyəsən, bir
qədər qarmaqarışıqlıqdır, ermənilər dinc durmurlar...
Elə bu vaxt Əliheydər Qarayevin yanında oturmuş şişman bə-
dənli, bərq vuran yağlı saçlarını iki yerə ayırmış bir nəfər sözə qa-
rışdı: “Ara, məzhəb haqqı, ermənilər quzu kimi adamdılar. Bax, elə
keçən həftə bir azərbaycanlı həyətində öldürülmüşdü. Dedilər erməni
öldürüb. Ara, yoxladıq. Məlum oldu ki, onu öz dostu, kənddə müəl-
lim işləyən bir nəfər müsəlman öldürüb. İşin açıldığını hiss edən hərif
137


qaçmaq istəyəndə bizimkilər onu da o dünyaya göndərdilər. İndi siz
gedirsiniz, çalışın ermənilərlə dil tapın, azərbaycanlıları qınayın,
dostluğa çağırın. Biz Yerevandakı dostlarımızla danışmışıq. Onlar da
Qarabağa bir dəstə göndərəcəklər ki, erməniləri qınasınlar...”
Aktyorlar üç-dörd dəstəyə bölünüb yola düşdülər. Tanınmış ko-
mediya ustaları Mirpaşa Sadıqzadə (1890-1921) və Əbülhəsən Anap-
lının (1894-1931) daxil olduğu dəstə sübh tezdən Ağdama yetişdi.
Orada bir konsert verib, Qarabağın Keşiş kəndinə getdilər. Havanın
şaxtalı olmasına baxmayaraq konsertə xeyli adam toplaşmışdı. Akt-
yorların hər çıxışına əl çalınsa da, buz kimi soyuq baxışlar insanın
ürəyini qışın şaxtasından betər üşüdürdü. Orta sıraların birində
küncdə oturmuş, saç-saqqalı üzünə tökülmüş bir nəfər gah sağ, gah
sol tərəfində oturmuş, gözlərindən qan tökülən orta yaşlı adamlarla
baxışır, hərdən saqqalının üstündən çənəsini qaşıyıb qımışırdı.
Əbülhəsən musiqili komediya tamaşalarından bir neçə səhnə
göstərdikdən sonra M.F.Axundovun “Hacı Qara” komediyasının ta-
maşasındakı Kərəməli rolunda səhnəyə çıxdı. Küncdə oturan yanın-
dakını müəmmalı bir baxışla süzdü. Mirpaşa vaxtı ilə bir aktyor
dostunun dediyi:
Eyləyin hümmət, yatmayın,
Eyləyin mürvət, yatmayın,
Eyləyin ibrət, yatmayın,
Eyləyin qeyrət, yatmayın –
bəndini söylədikdə həmin müəmmalı baxış təkrar olundu.
Konsert sona çatdı. Küncdə oturan şəxs aktyorların yanına gəldi.
Əbülhəsənin və Mirpaşanın qolundan yapışdı: “Siz bu gecə mənim
qonağımsınız, – dedi. Əbülhəsən də, Mirpaşa da bu gözlənilməz də-
vətdən bir şey anlamayıb baxışdılar. – İnciyərəm, nədi, yoxsa mənim
çörəyimi kəsmək istəmirsiniz?”
Bu sözlər hər iki aktyora inciklik əlaməti kimi göründü. Onlar
səmimiyyətlə: “Nə danışırsan, ay kirvə, biz çox şadıq” – deyib onunla
küçəyə çıxdılar.
138


Hər yan qatı qaranlığa bürünmüşdü. Göydə görünən tək-tək ul-
duzlar üşüyən adamlar kimi titrəşirdilər. Əbülhəsəngil ikinci tindən
sağa burulub, yenə xeyli yol getdilər. Birdən Mirpaşanın ayağı çuxura
düşdü. Bir təhər müvazinətini saxlayıb Əbülhəsənin qolundan tutdu;
gecənin qaranlığında baxışdılar. Ot tayasının yanından keçib iri taxta
darvazanın yanındakı kiçik qapıdan içəri girdilər. Pilləkənləri qalxıb
aynabəndə keçdilər. Evdə heç kim yox idi. Aynabəndin ortasında qo-
yulmuş mizin üstündə içki dolu şüşələr, saxsı qablara yığılmış bişmiş
kartof və quru balıq görünürdü. Ev sahibi əl-üzlərini yumamış qo-
naqları mizin arxasına dəvət etdi. Onlar oturmağa macal tapmamış
qapı açıldı. Konsert zamanı zalda ev sahibi ilə yan-yana oturmuş
şəxslər içəri girib, dəvət gözləmədən dinməzcə əllərini bir-birinə
sürtə-sürtə yemək mizi arxasına keçdilər. Əbülhəsən bu xoşagəlməz
məclisin qurtarmasını səbirsizliklə gözləyirdi. Mirpaşa isə zarafatın-
dan qalmırdı.
Təxminən bir saatdan sonra onlar yatmağa uzandılar. Otaq geniş
və boş idi. Bir-birindən xeyli aralı olan iki çarpayı qoyulmuşdu. Mir-
paşa yatağa uzanan kimi yuxuya getdi.
...Dünəndən yağmağa başlayan qar hələ ara verməyib yağırdı.
Mirpaşa dərs dediyi Biləcəri məktəbindən çıxıb evə tələsirdi. Çox
yorğun olduğundan ayaqlarını güclə çəkirdi. Buna baxmayaraq evə
getmək istəmirdi. Qapıda onu, başına qara kəlağayı örtmüş bibisi qızı
Maxveret qarşıladı. Mirpaşa üşüyən kimi oldu, onun yanından sa-
lamsız, dinməzcə ötüb keçmək istədi. Uşaqlıqdan yetim qalmış, fəqət
gözəlliyi, işgüzarlığı, səmimiyyəti və yapışıqlığı ilə seçilən Maxveret
titrək əlləri ilə onun qolundan yapışdı.
– Dayıoğlu, niyə bikefsən, axı iki gün əvvəl sən deyə-gülə evdən
ayrılmışdın. Sən gedəndən sonra mən Ağa Kazımgilə gedib qızı Kə-
birə ilə görüşdüm. Demə onun da sənə meyli var. Bir də, ay Paşa, axı
sən müəllim adamsan, bu teatr aktyorları ilə uzaq kənddə-kəsəkdə nə
işin var? Dünən qardaşın Seyid Hüseyn də deyirdi ki, gərək Mirpa-
şanı tez baş-göz eləyək.
Mirpaşa duruxdu, fikrindən keçdi ki, necə yəni, məgər mən indi
dərsdən çıxıb gəlmirəm. Sonra Maxveretə diqqətlə nəzər salıb:
139


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə