Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə41/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   37   38   39   40   41   42   43   44   ...   112

İnamım budur ki, məhəbbət qocalmır, İlahi! Axı sənin hökmün-
dəndir ki, məhəbbətsiz, inamsız ürək özülü olmayan ev kimidir. Onun
uçulub, dağılmaq qorxusu var.
SƏN HƏMİŞƏ MƏNİMLƏSƏN
Sən anarsan məni. Hissinlə, qəlbinlə, həyata, hadisələrə, insan-
lara aydın, vicdanlı, məsuliyyətli münasibətinlə mənimləsən.
Mənə bir ağrı üz verəndə, sadəcə xəstələnəndə keçirdiyin daxili
həyəcanla mənimləsən.
Daim məni düşünüb, xoşbəxtliyim üçün çalışan, daim nikbin,
həyatsevər olmağım, kədərdən, qüssədən uzaq qaçmağımı tövsiyə
edən fikirlərinlə mənimləsən.
Ağıllı, tədbirli, ehtiyatlı olmağımı, hər yerdə, hər zaman ləya-
qətlə davranmağımı...
...Narahat qəlbimin çırpıntıları ilə mənimləsən. Ağıllı tövsiyələ-
rinlə, açıq fikirlərinlə, real varlığı, bizi əhatə edən mühitə aydın mü-
nasibətinlə mənimləsən... mənimləsən... mənimləsən!..
* * *
Dəfn mərasimi başa çatmışdı; hamı dağılışıb getmişdi. Təkcə uca
boylu, mütənasib bədənli, xoş simalı, məlahətli bir qadın xeyli sükut
içərisində qəbrin üstünə qoyulmuş əklillərə baxdı, kədərli, dalğın ba-
xışlarını ətrafa gəzdirdi. Heç kimin olmadığına əmin olduqdan sonra
qəbrin üstünə düşüb, içindən gələn bir hönkürtü ilə ağlamağa başladı.
O, çox ağlamışdı, çox göz yaşları axıtmışdı. Kədərli günləri, heç
zaman işinin düz gətirmədiyini fikirləşib dəhşətə gəldiyi anlarda,
tənha otaqda hıçqırdığı, göz yaşları axıtdığı vaxtlar az olmamışdı.
Fəqət bu dəfəki kimi heç vaxt ürəkdən, yana-yana, qovrula-qovrula
ağlamamışdı.
Göz yaşlarını sel kimi axıtdığı bu halında da o, gözəllik mücəs-
səməsini xatırladırdı...
134


Xəyal... xəyal... Xəyal da onu öz ağuşuna almışdı... Neçə illər idi
ki, Universitetə daxil olmurdu. Hər il bir iş çıxırdı. Bir gün telefon va-
sitəsilə onunla rastlaşdı. Universitetə daxil oldu, oxudu, təhsilini başa
vurdu, elmlər namizədi oldu, ləyaqətli bir ailə qurdu. Sənət aləmində
də öz yerini müəyyənləşdirdi. Onun üçün olduqca çətin, ağır görünən
bu yolda ona həyan olan zəkalı, müdrik insan onun ürəyindən, bey-
nindən, şəxsi həyatından, sənət həyatından bir an belə çəkilmədi.
İndi artıq o yoxdur, soyuq məzar onu öz ağuşuna almışdı.
Qadın xeyli ağlayıb göz yaşları axıtdı; başını qəbir ağacına söy-
kəyib fikrə getdi. Ürəyində qırıq-qırıq danışmağa başladı.
...Sənin üzünə, gözlərinə baxıb, sözlərini dinləmək mənim üçün
nə qədər xoş idi...
...Sənə qulaq asmamaq mümkün deyildi...
...Sənin sözünü kəsməyə cəsarətim çatmırdı...
...Vaxtın tez keçməsi məni yaman qorxudurdu...
...Mən hər şeyi unudurdum...
...Hər şeyi, hər kəsi səninlə müqayisə edirdim...
...Sən ülvilik mücəssəməsi, kişilik, mərdlik timsalı kimi çox-çox
yüksəkdə dururdun.
...Sənin haqqında fikrim, düşüncəm dəyişməzdir. O, mənimlə qə-
birə gedəcəkdir...
...Hər şey üçün var ol...
Mən tənhalıq içərisində çapalayırdım. Əsəbilik bütün varlığıma
işləmişdi. Səbirsizlik, dözümsüzlük məni əldən salmışdı. Sükunət,
tənhalıq axtarırdım. Ərə gedib, sadə bir ailə həyatı yaşamaq mənə
xoşbəxtlik kimi görünürdü. Özümü dərk edə bilmirdim. İnamımı, eti-
qadımı itirirdim. Özümdə bir məziyyət görə bilmirdim. Nəyə qadir
olduğumu dərk etmirdim. Heçliyə yuvarlanır, sanki həyatın dibinə
enirdim. Özümə, öz qüvvəmə inamım tükənmək üzrə idi. Yol ayrı-
cında tənha qalmış zəif bir insan kimi idim. Tufana düşmüş yelkənsiz
bir gəmiyə bənzəyirdim. Belə böhranlı bir vaxtımda sənə rast gəldim.
Müdrik hərəkətiniz, davranışınızla, alicənablığınızla, doğru, zəkalı
sözlərinizlə mənə ürək verdiniz, ruh verdiniz, mənəvi dayaq oldunuz.
Səbirli, dözümlü olmağı öyrətdiniz. Həyatın işıqlı yoluna düşdüm.
135


Elə bil hər şey gözümdə yenidən ilk gənclik illərində olduğu kimi
gözəlləşdi. Özümdə qüvvə hiss etdim. İnamım qayıtmağa başladı.
Mənə olan nəvazişli, şəfqətli söz və rəftarın məni özümə qaytardı.
Səninlə keçirdiyim hər bir dəqiqəni görmək, onu əldən qaçırmamaq
üçün səy göstərdim. Sən görür və duyurdun ki, mənim vəziyyətim
çox ağırdır. Eşitdiyim hər söz dərindən qəlbimə təsir edirdi. Mən həd-
siz dərəcədə mütəəssir olmuşdum.
...Anlatdınız ki, insanlar haqqında onların etdikləri hərəkətlər
əsasında mühakimə yürüdürlər.
Sənə rast gəldiyim gün ömrümün ən əziz, ən sevincli, ən xoşbəxt,
ən uğurlu günü oldu...
Heyf, yüz dəfə heyf ki, tez tərk etdin bizi.
Məzarın nurla dolsun, gözəl insan. Hər şey üçün var ol!.. Var ol!
NECƏ QAN AĞLAMASIN
Şura hökumətinin qurulmasının ildönümü yaxınlaşırdı. Bir ilə
yaxındı ki, Azərbaycan xalqının əsrlər boyu arzu etdiyi və nəhayət,
böyük çətinliklər, qurbanlar bahasına qurduğu Demokratik Cümhu-
riyyət, hələ iki yaşı tamam olmamış, yenicə ayaq açıb yeriməyə baş-
ladığı bir vaxtda xaincəsinə məhv edilmişdi. Üzdə mələk cildinə
girmiş rus bolşevizmi ayağı dəydiyi yerdə ölüm, fəlakət yayırdı. Dü-
şünən beyinlər, haqq-ədalət deyənlər amansızcasına məhv edilirdilər.
Dostu ilə düşmənini dəyişik salması xalqın faciəsini dərinləşdirirdi.
Özünü dost kimi göstərən, üzünə gülən, “Azadlıq”, “Xoşbəxtlik”,
“Bərabərlik”, “Yaxşı güzəran” sözlərini şüara çevirib, yalan vədlərlə
camaatı aldadan, həm daxili, həm də xarici düşmənlər xalqın başına
olmazın müsibət gətirirdilər.
Təbiətən səmimi, doğruçu, humanist olan azərbaycanlılar xoş söz-
lərə inanır, yalan vədlərə aldanır, düşmənin iblis simasını görə bilmir-
lər. Azərbaycanda, xüsusilə iri şəhərlərdə – Bakıda, Gəncədə və digər
yerlərdə rus imperiyası erməni daşnakları ilə gizlində him-cimləşib
hakimiyyətdə toplaşır, Azərbaycan xalqını iqtisadi, siyasi və sosial
136


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə