Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə33/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   29   30   31   32   33   34   35   36   ...   112

fikri, düşüncəsi arvadı Dilruba xanımın – Lizinanın yanında qalır.
Dilruba isə fürsət düşən kimi başqa bir kişinin yatağ otağına girir.
Akif bəy gözəlliyə məftun qəlbinin çılğınlığını göstərirdi, Dilruba
xamın isə elə həmin andaca, güya onun eşqini, məhəbbətini dərk et-
diyini bildirirdi, əslində isə başqası haqqında düşünürdü. Arvadının
xayanətindən xəbər tutmuş Akif bəy onu güllə ilə vurmaq istəyərkən,
güllə araya girən Əsəd bəyə dəyir. Əsəd bəy də özünün bəhriyyə za-
bitlərinə məxsus xəncərini (kortikini) çıxarıb Akif bəyi öldürürdü.
Növbəti tamaşaların birində Akif bəy – Hüseyn Ərəblinski ta-
pancanı iki dəfə sıxır, lakin güllə açılmır. O özünü itirməyib tapancanı
yerə tullayır, Cəld Əsəd bəyin üstünə cumub onun silahını qaparaq
Dilruba xanıma hücum edir. endirdiyi zərbə ilə araya girən Əsəd bəyi
vurur və “Yarəbb nə etdim?” – deyib kortiki yerə çırpır və yavaş səslə
Əsəd bəy rolunda çıxış edən Məmmədəliyə deyir: “Xəncəri götür,
məni vur”. Məmmədəli xəncəri götürüb Akifi vurur.
Tapança səsi gəlməməsi nəticəsində əmələ gəlmiş vəziyyəti Hü-
seyn Ərəblinski elə məharətlə və cəldliklə düzəldir ki, tamaşaçılar
tamaşanın məhz bu cür olduğunu zənn edirdilər.
DANS İSTƏYİRİK
1919-cu il yanvar ayında Tiflis Azərbaycan Teatrının kollektivi
ilk dəfə olaraq böyük bir dəstə və zəngin bir repertuarla Türkiyəyə
qastrola getmişdi və orada “Arşın mal alan”, ”O olmasın bu olsun”,
“Nadir şah”, “Əsli və Kərəm”, “Ağa Məhəmməd şah Qacar”, “Pəri
cadu”, “Bəxtsiz cavan”, “Əlmənsur”, “Dəmirçi Gavə”, “Əlli yaşında
cavan”, “Evliykən subay” tamaşalarını göstərmişdilər.
Bu vaxt Türkiyədə ictimai-siyasi və iqtisadi vəziyyət yaxşı de-
yildi. Azərbaycanın xalq artisti Mustafa Mərdanovun xatirəsinə nəzər
salaq: “1919-cu ildə İstanbula gəlib çatdıq. Şəhərdə Amerika, İngilis,
İtaliya, Fransa müdaxiləçiləri ağalıq edirdilər. Bu vaxt Mustafa Ka-
malın başçılığı ilə milli azadlıq hərəkatı getdikcə genişlənirdi... Mah-
mud Sultan xarici müdaxiləçilərin əlində bir oyuncaq idi...”
108


Türkiyənin ictimai-siyasi cəhətdən belə ağır bir vaxtında Azərbaycan
aktyorları qardaş ölkəyə gedibən bir ay müddətində qastrol tamaşaları
göstərmişdilər. Onları Türkiyənin mütərəqqi ziyalıları tərəfindən hör-
mət və rəğbətlə qarşılanırdılar. Bununla belə onların işinə mane olan-
lar da vardı.
Bir axşam İstanbulda “Evliykən subay” tamaşasını oynayıb qur-
tardıqdan sonra yan lojaların birindən “dans (rəqs) istəyirik” deyən
səs eşidilir.
Azərbaycan aktyorları əvvəlcə bunu bir zarafat kimi qəbul edir-
lər. Lakin az sonra başa düşürlər ki, bu, ciddi tələbdir. Rejissor Mir
Seyfəddin Kirmanşahlı (1892-1933) səhnə qabağına çıxıb camaatı
başa salmaq istədiyi vaxtda sərxoş bir tacir ətrafına topladığı adam-
larla birlikdə “dans istəyirik” deyə çığır-bağır salmağa başlayırlar.
Mir Seyfəddin bu təhqirə dözməyib deyir: “Dans istəyirsiniz, gedin
şantana, bura teatrdır”.
M.S.Kirmanşahlının bu sözlərindən acıqlanan tacir hirslə teatr-
dan çıxır. Sabahı günü tamaşaçıların sayı azalır. Məlum olur ki, mil-
liyyətcə erməni olan həmin tacir öz adamlarını kassanın qabağında
qoyub, bilet alanlara mane olurmuş.
Bəla burasındaydı ki, bəzi qəzetlər həmin taciri müdafiə edir -
dilər, onların “haqlı” tələbini rədd etdikləri üçün aktyorları, xüsusilə
M.S.Kirmanşahlını təqsirləndirməyə çalışmışdılar. M.S.Kirmanşahlı
onlara belə cavab vermişdi: “...hər kəsin bir qayəsi olduğu kimi, biz
də bir qayə ilə neçə aylardın səhnədə çalışıyoruz. Ona görə məc -
burəm məlum etməyə ki, biz Azərbaycandan buraya dans etməyə,
yaxud komiklik göstərməyə gəlmədik. Bu qədər zəhmətə təhəmmül
etməyimizin səbəbi Azərbaycan hissiyatını bu teatrosunu göstərmək
üçündür. Teatro əyləncə yeri deyildir. Teatroya əylənmək səbəbiylə
gələnlər də böyük səhv edirlər. Ondan ötəridir ki, əylənməkdən ötəri
şantanlar və sirklər vardır və bizim məqsədimiz camaatı əyləndirib
para qazanmaq olsaydı, gəldiyimiz zaman bir kaç donsöz bulub, te-
atromuzdan əvvəl və yaxud sonra danslar etdirərdik. Həm onları əy-
ləndirərdik və həm də özümüz iyi para qazanardıq. Əhaliyi də
özümüzə rəqib etməzdik”.
109


Həmin ildəki Türkiyə qostrolunda iştirak etmiş Gürcüstan xalq
artisti İbrahim İsfahanlı (1897-1967) sonralar bu sətirlərin müəllifinə
danışmışdı ki, “... işimiz çətinliklə olsa da pis getmirdi. Necə deyirlər,
Allah mərdimazara lənət eləsin. “Evliykən subay” tamaşası qurtaran
kimi bir nəfər irəli yeriyeb səndirləyə-səndirləyə: “dans istəyirik”
dedi. O, Türk ləhcəsində danışırdı. Şişman, biyöndəm bədən qurulu-
şuna malik idi. Biz onun milliyyətcə erməni olduğunu başa düşdük.
Şux və zarafatcıl olan Möhsün Sənani: “A kirvə nə istəyirsən?” deyə
astadan soruşdu. Türk həmkarlarımız Mir Seyfəddinə işarə etdilər ki,
millət söhbəti olmasın. Biz elə də hərəkət etdik. Ertəsi gün bəzi qə-
zetlər həmin tacirin tərəfini saxladılar. Ancaq heç bir qəzet onun er-
məni olduğunu yazmadı. Həmin tacir isə bizim işimizə az mane
olmadı. Elə bil ki, işi-gücü bizim tamaşaları bədnam etmək idi. Hətta
həmin erməni tacirlərinin təbliğatı ilə bir neçə nəfər bilet almadan ta-
maşamıza gəlib bilet satılan yerləri zorla tutmuşdular. Bu da çox səs-
küyə, söz-söhbətə səbəb olmuşdu. “Tamaşa” jurnalının 1 aprel
1919-cu il tarixli sayında “Müsafir səfillər” (“Yaramaz Qulluq mə-
murları”) adlı məqalədə də yazmışdı ki, 10-15 nəfərdən ibarət olan
Azərbaycanlı artistləri Şəhzadə başındakı teatrda müsavirə verdikləri
zaman bir neçə nəfər bilet almadan teatra gəlmiş, zor ilə lojaları aç-
dırıb oturmuşlar. Həmin lojalara bilet almış tamaşaçılar isə ayaqüstə
qalmağa məcbur olmuşlar. Ona görə də qarmaqarışıqlıq yaranmışdır.
ONUN ƏLİ MƏNİM BOĞAZIMA HEÇ DƏYMİRDİ
1910-cu il oktyabr ayının 29-da Bakıda Vilyam Şekspirin
“Otello” əsərinin ilk tamaşası göstəriləcəkdi. Tamaşadan bir gün
əvvəl Otello rolunun ifaçısı Hüseyn Ərəblinski ilə Yaqo rolunda çıxış
edəcək Məhəmməd bəy Əlvəndinin aralarında mübahisə düşür. Hü-
seyn Ərəblinski tamaşanın bütün iştirakçılarının – Murad Mura dovun
(1884-1964. Kassio), Əhməd Qəmərlinskinin (1880-1958. Baraban-
sio), Mir Mahmud Kazımovskinin (1882– 1940. Rodriqo), Əbülfət
Vəli Vəliyevin (1868-1918. Venetsiya Doju), Ələkbər Hüseynzadənin
110


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə