Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə27/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   23   24   25   26   27   28   29   30   ...   112

kişi də mən hazırlayan tamaşaları bəyənmir, deyir primitivdir. Gör-
düm yox, bu uşaqlarla bir iş görmək olmaz. Dedim necə gəliblər,
eləcə də getsinlər.
Mən Ağakişinin də, Səyavuşun da, Ofeliya xanımın da istedadına
bələd idim. Bu gənclərin böyük gələcəyinə inanır və ümid bəsləyir-
dim. Ancaq Məmmədağanın “necə gəliblər, eləcə də getsinlər” fikrinə
ürəkdən razı idim. Çünki Məmmədağanın danışıq və rəftarından hiss
edirdim ki, onlar burada “bataqlığı düşən adam kimi” məhv olub ge-
dəcəklər.
Bir qədər sonra teatrın tanınmış, qabaqcıl aktyorlarından Əli Cə-
fərov (görkəmli filoloq, alim, Əkrəm Cəfərin qadaşı oğlu) və Mustafa
Suleymanov (sonralar Azərbaycan Dövlət Akademik Dram Teatrında
işlədi) gəldilər. Məmmədağa dil boğaza qoymurdu. Aktyorlar isə susur,
narazılıq işarəsi olaraq, başlarını yırğalayırdılar. Mən aktyor larla ayrı-
lıqda söhbət etməyi vacib bildim. Fürsət tapıb görüşdüm.
Əli Cəfərov da, Mustafa Suleymanov və digər aktyorlar da bir
ağızdan bildirdilər ki, bu teatrda heç bir qayda-qanun, nizam-intizam
yoxdur, yaradıcılıq işi barədə düşünülmür. Özbaşınalıq hökm sürür,
Məmmədağa milliyətcə erməni olan arvadı Şaginyanın dediyi ilə
durub-oturur, teatrda direktor Məmmədağa yox, arvadı Şaginyandır.
Rolları da o bölür. Cavan qız, qadın rollarını özünə götürür. Elə olur
ki, tamaşada ana qızından cavan görünür. Məsələn “Qatır Məmməd”
tamaşasında Gülcamal rolunu Şaginyan, onun anasının rolunu
23 yaşlı cavan aktrisa ifa edir. “Vaqif” tamaşasında Şaginyan Xura-
manı, cavan aktrisa Gülnarın anası Əminə rolunda çıxış edir. Özü də
iş burasındadır ki, o özünü elə qrim edir ki, səhnədə daha cavan və
gözəl görünsün. Məmmədağanın 11 yaşında oğlu tamaşanın ən dra-
matik yerində iti səhnəyə çıxarıb onunla əylənir, soskanı su ilə dol-
durub paltarların üstünə tökür. Maaşlarımız vaxtı-vaxtında, həm də
tam şəkildə verilmir.
Aktyorlar, texniki işçilər Quba Dövlət Dram Tatrında irili-xırdalı
nöqsanlardan, tez-tez baş verən xoşagəlməz hadisələrdən ürək yanğı -
sı ilə yana-yana danışdılar.
Teatrdakı bu nöqsanlara son qoyulması diləyi ilə Məmmədağa
ilə görüşdüm. Eşitdiyim şikayətləri ona deməyə başlamışdım ki, o:
90


– Pah atonan, indi gəl bu məxluqa yaxşılıq elə. Ə kişi, onların
əyinlərindəki qostyumları da mən almışam.
Çox həyacanlı olduğu üçün (hər halda o özünü belə göstərirdi)
söhbəti kəsdim, aktyorların yanına gəlib:
– Deyirsiniz ki, maaşlarınız vaxtı-vaxtında verilmir, həm də
ondam müəyyən bəhanə ilə kəsirlər. Əyninizdəki qostyumu da o alıb
ki? – dedim.
Əli Cəfərov başını buladı; Mustafa Süleymanov:
– Düz deyir o alıb. Ancaq necə? Getmişdik qostrola. Əynimiz-
dəki qastyum sökülüb dağılırdı, boynu, qolları çox işləndiyindən elə
sökülmüşdü ki, ipləri çıxıb, astarı görünürdü. Ağdaş rayonunda
olanda bizi mağazaya aparıb hərəmizə 880 manata bir qastyum aldı.
Altı aydır 880 manatı üç dəfə ödəmişik, hələ də borcundan çıxa bil-
mirik ki, bilmirik.
Doğrusu ürəyimdə kədərə bürünmüş bir nifrət oyandı. Kədər cə-
fakeşliklə həyatda və səhnədə bir iş görmək, insanlara xidmət etmək
istəyi ilə yaşayan, fəqət yalnız öz mənfəətini güdən nadan, cahil bir
müdir əlində yazıqlaşan, fağırlaşan aktyoların vəziyyətindən doğ-
muşdu; nifrət isə öz milli mənliyini dərk etməyən, bir erməni qadı -
nının hikkəli, hegemon, rəftarına rəgmən hərəkət edən savadsız,
düşüncəsiz, mənəviyyatsız bir teatr direktoruna yönəlmişdi. İstədim
gedib onu rüsvay edim, yenə də səbirli olmağa üstünlük verdim. İş
otağına gəlib dedim:
– Hörmətli direktor, mən teatrın aktyorları, texniki işçiləri ilə
xeyli söhbətdən sonra inandım ki, teatrda vəziyyət çox pis haldadır,
hamı sizdən şikayətcidir. Arvadınızın hikkəsi, hegemonluğu, oğlu -
nu zun şıltaqlığı hamını təngə gətirib. Bəlkə...
Mən danışdıqca dişini qurdalayan, qulağının dalını qaşıyan, hiy -
lə gərcəsinə gülümsəyən direktor söz bu yerə çatanda ilan vurmuş
adam kimi yerindən qalxıb, hirslə:
– Bilirsən nə var, hər kim, hər nə deyir, desin mənim vecimə deyil.
Sən də cavan oğlan, eşid, bura Məmmədağa teatrıdır. Vəssalam.
Məni heyrət bürüdü, bir söz demədən otaqdan çıxdım; istədim
həmin an Bakıya qayıdam; aktyorlara verdiyim söz yadıma düşdü.
91


Onlar xahiş etmişdilər ki, axşam “Qatır Məmməd” tamaşasına baxım.
Baxdım. Heç bir tənqidə dözməyən bu zəif, solğun tamaşa məni hey-
rətə saldı. Hündür boylu, əndamlı Şaginyan gobud hərəkətləri, qulaq
batıran gur, heybətli səsi ilə obrazı gülünc bir vəziyyətə salmışdı.
Bu gülünclük Gülcamalın Qatır Məmmədlə (artist Mustafa Su-
leymanov) görüşü, söhbəti zamanı daha da şiddətlənirdi.
Tamaşadan sonra Məmmədağa mənə yaxınlaşıb heç bir şey ol-
mamış kimi:
– Mənim, səndən yaxşı olmasın, bir dostum var. O, mənim sənin
kimi hörmətli qonağım gəlməsi münasibəti ilə qoyun kəsib, süfrə dü-
zəldib. İndi gedirik ora, çörək kəsək, yeyək-içək. Bu fərsiz, demaqoq
aktyorlar da imkan vermədilər ki, bütün gün ərzində bir çörək kəsək,
– dedi.
Ciddi və ötkəmliklə:
– Yox, gedə bilmərəm, səninlə çörək kəsmək qəbahətdir, hətta gü-
nahdır, – dedim. Sonra əlavə etdim: sən düz deyirsən, mən səhərdən
heç nə yeməmişm, yorğunluq və aclıq hiss edirəm. Təbii ki, mən bir
şey yeməliyəm. Buralarda harda bir loxma çörək yemək olar?
Məmmədağa mənim sözlərimin mənasına əhəmiyyət vermədən,
hey ziyafətə getməyimi israrla xahiş edirdi. Birdən gündüz gördüyüm
bir köşk yadıma düşdü, orada konservləşdirilmiş balıq diqqətimi cəlb
etmişdi. Oraya doğru addımladım. Məmmədağa məndən əl çəkmirdi.
Xoşbəxtlikdən gec olmasına baxmayaraq köşk açıq idi. Bir qutu kon-
servləşdirilmiş balıq açdırdım, tez də pulunu verdim. Mən yeməyə
baş layanda Məmmədağa da məzə üçün mənə qoşuldu.
– Məmmədağa, mən səninlə çörək kəsmirəm ha, aclığımı dəf
edirəm, çörək kəsmək çətin və məsüliyyətli işdir.
Oradan mehmanxanaya tərəf yollandım. Yol boyu, əvvəlki səhi -
fələrdə bəhs etdiyim gənc çobanla əzrayıl arasında olan çörək kəsmə
əhvalatını Məmmədağaya danışdım.
Məmmədağa heç nə demirdi, ürəyində yəqin, fikirləşirdi ki, “ge-
cənin xeyrindən, səhərin şəri yaxşıdır”. Sabah hər şeyi yoluna qoyar.
Mən isə səhər tezdın Quba-Bakı marşrutu ilə işləyən avtobusla yola
düşdüm. Ertəsi gün Quba Dövlət Dram Teatrındakı vəziyyəti yerli-
yataqlı “Azərbaycan gəcləri” qəzetinin redaktoruna və işçilərinə da-
92


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə