M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


İnsan, fərd, fərdiyyət və şəxsiyyət



Yüklə 363,25 Kb.
səhifə74/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   70   71   72   73   74   75   76   77   ...   91
Muhazire fəlsəfə

14.4. İnsan, fərd, fərdiyyət və şəxsiyyət

İnsan problemi ilə əlaqədar olaraq “insan”, “fərd”, “fərdiyyət” və “şəxsiyyət” anlayışlarının təhlili, bu anlayışların ümumi cəhətlərinin və fərqinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.


İnsan – bütün “homo sariens”lərə məxsus ümumi cəhətləri əks etdirən, yəni onları bütün heyvanlardan fərqləndirən növ anlayışıdır. İnsan öz təbiəti etibarilə bioloji olduğu halda, öz mahiyyəti etibarilə sosialdır. O, ictimai - tarixi fəaliyyətin və mədəniyyətin subyekti, dəqiq desək, mövcud ictimai münasibətlərin, ümumdünya tarixi-mədəni prosesin məhsuludur. Fərd – insan nəslinin, özünəməxsus ümumi və spesifik cəhətlərini özündə birləşdirən ayrıca nümayəndəsidir. Fərd həm bioloji, həm sosial, həm də psixi tərəflərə malikdir. Fərddə bu tərəflər bir-birinə culğalaşmış şəkildə mövcud olur. Beləliklə, fərd özünün antropoloji (bioloji) və ictimai (sosial) tərəflərinə nəzərən etinasızdır. Fərd bizim qarşımıza canlı orqanizmin malik olduğu fiziki və ruhi qabiliyyətlərin məcmusu kimi çıxır. Fərd dedikdə ayrıca, bir insan nəzərdə tutulur. Onun ümumi cəhətləri ilə yanaşı, fərdi cəhətləri də vardır.
Şəxsiyyət” anlayışı biososial varlıq olan insanın ancaq sosial tərəfini ifadə edir və ondakı bu sosial tərəfin inkişaf dərəcəsini göstərir. Şəxsiyyət - yüksək zəkalılığı, öz hərəkət və davranışları üçün məsuliyyət hissini, şəxsi ləyaqəti və başqa yüksək mənəvi keyfiyyətləri özündə təcəssüm etdirən şəxsdir. Şəxsiyyət müstəqil, sosial cəhətdən çox fəal olan insandır. Şəxsiyyətin başlıca cəhəti onun ictimai fəaliyyətidir.
İnsan anadan fərd kimi doğulur, şəxsiyyət kimi isə sonralar formalaşır. Əgər fərd anlayışı insanın ictimai münasibətlərin məhsulu olduğunu göstərirsə, şəxsiyyət anlayışı onu daha çox bu münasibətlərin subyekti kimi səciyyələndirir.
Şəxsiyyət öz mahiyyətinə görə sosialdır, mövcudluq üsuluna görə fərddir. Fərd şəxsiyyətə çevrildikdə, həm də fərdiyyət xüsusiyyətini kəsb edir. Fərdiyyət hər bir fərdi başqalarından fərqləndirən spesifik, özünəməxsus konkret bioloji və sosial cəhətlərin məcmusudur. Hər bir adamın fərdiliyi bir tərəfdən bioloji amillərlə, digər tərəfdən isə sosial mühitlə, ictimai münasibətlər sistemi ilə şərtlənir. Beləliklə, “fərdiyyət” və “şəxsiyyət” anlayışları məzmunca qismən yaxındır. Bu yaxınlıq onda təzahür edir ki, bir tərəfdən bütün şəxsiyyətlər özünəməxsus keyfiyyətlərə malikdir, fərddir, təkrarolunmazdır, digər tərəfdən, məhz fərdilik şəxsiyyətin spesifikliyini ifadə edir. Lakin həmin anlayışları tam eyniləşdirmək olmaz. Belə ki, əgər fərdiyyət anlayışı insanın təkrar olunmaz xüsusiyyətlərini, orijinallığını ifadə edirsə, şəxsiyyət anlayışı daha çox insanın müstəqilliyini, əqidə möhkəmliyini, şəxsi simasını, prinsipiallığını, çətin vəziyyətlərdə müstəqil qərar qəbul etmək qabiliyyətini göstərir.
Fərdiyyət öz ifadəsini insanın təbii əlamətlərində, psixi xassələrində – hafizə, təxəyyül, temperament və xarakterində, onun simasının və həyat fəaliyyətinin xüsusiyyətlərində tapır. İnsanın şüurunun bütün məzmunu: fikirləri də, mühakimələri də fərdi rəng alır. Hətta bunlar müxtəlif adamlarda da ümumi olduqda belə, hardasa müəyyən “özünəməxsusluqla” fərqlənir. Şəxsiyyət isə yalnız öz ümumi xüsusiyyətləri cəhətindən deyil, həmçinin öz sosial - mənəvi keyfiyyətləri cəhətindən nəzərdən keçirilən bir insandır. Bu keyfiyyətlər həm müsbət, həm də mənfi ola bilər. Lakin çox zaman onlar müxtəlif nisbətlərdə insanın həm ləyaqətini, həm də çatışmazlıqlarını özündə birləşdirmiş olur.
Əməyin sayəsində heyvanlar aləmindən ayrılaraq cəmiyyətdə inkişaf edən, dilin köməyi ilə başqa adamlarla ünsiyyətə girən insan öz əməlləri sayəsində həyatın fəal dəyişdiricisinə çevrilir. Şəxsiyyəti sosial mühitin passiv məhsulu kimi şərh etmək və şəxsiyyətdə fəal ictimai xadimi görməmək düzgün olmazdı. Şəxsiyyətin sosial təcrübəni mənimsəməsi prosesi onun daxili aləmi, istedadı vasitəsilə həyata keçirilir.
Şəxsiyyət, fərdin sosial keyfiyyətlərinin ifadəsi, onların obyektiv və subyektiv xarakteristikalarının vəhdətidir.
Şəxsiyyətin sosial strukturunda aşağıdakı ünsürləri qeyd etmək olar:

    1. fəaliyyətin müxtəlif növlərində sosial keyfiyyətlərin reallaşması üsulu;

    2. şəxsiyyətin obyektiv tələbatı və mənafeyi;

    3. cəmiyyətin mənəvi sərvətlərə yiyələnmə dərəcəsi, yəni şəxsiyyətin mənəvi aləmi;

    4. şəxsiyyətin rəhbər tutduğu əxlaqi normalar və prinsiplər;

    5. əqidə və əqidəyə sədaqət.

Hər bir şəxsiyyətdə bu struktur ünsürlərini müşahidə etmək olar. İnkişaf prosesində şəxsiyyətin sosial strukturu daim dəyişilir, təkmilləşir. Şəxsiyyət sosial mühitlə qarşılıqlı təsir prosesində formalaşır.
Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatı təşkil edir. Məhz tələbat insanı müəyyən surətdə və müəyyən istiqamətdə iş görməyə təhrik edir. Tələbat şəxsiyyətin fəallığının mənbəyi kimi meydana çıxır.
Şəxsiyyətin fəallığı isə tələbatların təmin olunması prosesində təzahür edir.
Hər bir şəxsiyyət təkrarolunmaz ünsiyyətlərə malikdir. Çünki o, tipik olanla fərdi olanın dialektik vəhdətidir. Ayrı-ayrı adamların fəaliyyətində, davranışında uyğun cəhətlər də vardır. Ona görə də insanları uyğun, oxşar sosial əlamətlərinə görə müxtəlif qruplara ayırmaq olar ki, bunları da, adətən, şəxsiyyətin sosial tipləri adlandırırlar. Şəxsiyyətin sosial tipi insanın öz fəaliyyət növlərini həyata keçirmək üsulları ilə bağlıdır.



Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə