Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə38/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   34   35   36   37   38   39   40   41   ...   159

Müsəlman  elmi 

113 

 

tulmuşdur. O, cihazın dəqiq hazırlanmasına səy göstərmişdir [1.57].  



Biruni  mayelərdə  xüsusi  çəkini  ölçmək  üçün  düzəltdiyi  başqa  bir 

cihazın  köməyi  ilə  şirin  və  duzlu  suların  xüsusi  cəkilərini  soyuq  və  isti 

hallarda  təyin  edərək  göstərmişdir  ki,  suyun  sıxlığı  ilə  onun  xüsusi 

çəkisi arasında bir asılılıq mövcuddur.  

Biruninin  yaşadığı  dövrdə  astronomiya  elmi  güclü  inkişaf  etməkdə 

idi.  Şərq  alimləri  əsasən  astronomik  müşahidələr  aparmaq  üçün  tətbiq 

olunan  cihazlar  ixtira  edərək,  onları  təkmilləşdirirdilər.  Burada 

riyaziyyatın  tətbiqi,  onun  yeni-yeni  sahələrinin  yaranmasına  gətirib 

çıxarmışdır.  

Astronomiyaya  olan  maraq  həm  də  dini  təqvimlərin  düzəldilməsinə 

olan tələbat ilə əlaqədar idi. Dini bayram günləri, orucluq, gündəlik dini 

ritualların  dəqiq  vaxtını    bilmək  və  həmçinin  məscidlərin  tikilməsində 

Məkkənin istiqamətinin təyini, səmanı seyr etmək üçün dəqiq cihazların 

və  alətlərin  düzəldilməsini  tələb  edirdi.  Biruni  ilə  bərabər  xarici 

ədəbiyyatlarda  fars  kimi  qələmə  verilən,  əslən  azərbaycanlı  olan 

Nəsrəddin  Tusinin  də  astronomiyada  tətbiq  olunan  riyaziyyat  elminin  

inkişafında əməyi az olmamışdır [1.16].    

  Astronomiyada  tətbiq  olunan  cihazların  düzəldilməsi  və  tətbiqi 

haqqında  yalnız  Biruninin  işlərində  rast  gəlinir.  Onun  fikrincə 

astronomik  müşahidələri  yalnız  o  şəxs  dəqiq  yerinə  yetirirə  bilər  ki, 

onun,  cihazların  işləmə  prinsipindən  xəbəri  olsun.  Bu  baxımdan  o, 

astronomiyada  geniş  istifadə  olunan  “Astrolab”ın  (şəkil  1.73) 

konstruksiyası 

və 


işləmə 

prinsipini 

özünün 

“Astrolabiumsun 



hazırlanmasında  bütün  mümkün  imkanlardan  istifadə  etmək”  kitabında 

(təxm.  995-ci  il)  təsvir  edir.  O,  bu  kitabda  coxlu  sayda  Astrolabların 

konstruksiyalarını izah etməklə bərabər, onların tətbiqi və həmçinin fəza 

cisimlərinin  koordinatlarının  təyin  olunmasında  yaranan  xətaların 

qiymətləndirilməsi  haqqında  da  tövsiyələr  verir.  Astrolab  əsasən 

boşqaba  oxşayan  metallik  lövhədən  ibarət  olub,  onun  daxilində  bütün 

mexanizm  yerləşdirilir.  Bu  lövhənin  üzərində  üç  yastı  dairəvi  lövhə 

 



timpanlar oturdulur. Bu timpanların üzərinə səma koordinat torunun xət- 


Müsəlman  elmi 

114 

  

tləri  (stereoqrafik  proyeksiya),  səma  meridianları,  dünya  qütbünü  və 



horizontunu  göstərən  xətt  qeyd  olunur.  Verilən  coğrafi  endən  asılı 

olaraq  dünya  qütbünün  vəziyyəti  və  səma  koordinat  torunun 

proyeksiyası  müxtəlif  olur.  Ona  görə  də,  timpanların  üzərində  müxtəlif 

cografi  enlər  üçün  səma  koordinatları  qeyd  olunur.  Cihazın  mərkəz 

oxuna  bərkidilmiş  nişanlama  xətkeşini  ölçülən  əşyaya  tuşlamaqla  onun 

uzərində  qeyd  olunmuş  tarixi  və  ya  vaxtı  təyin  etmək  olur.  Bu  cihazın 

köməyi  ilə  həm  də  günəşin  və  ayın  vəziyyəti,  həmçinin  ayın  üzünün 

tutulması 

fazalarını 

tapmaq 


olur. 

Astrolabın 

triqonometrik 

hesablamalara  əsaslanan  işləmə  prinsipinin  dəqiqliyi,  onun  hissələrinin 

hazırlanma dəqiqliyindən asılı idi. Ədəbiyyatlarda  bu   hissələrin  hazır-     

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1.73. Astrolab.

 

 



Müsəlman  elmi 

115 

 

lanma texnologiyasına aid heç bir məlumata rast gəlinmir.   



Fizikanın  inkişafında  İbn  əl  Hətəmin  işləri  vacib  rol  oynamışdır 

[1.64].  O  Ptomoleyin  səma  hadisələrinin  riyazi  modelini  interpretasiya 

etmək və Aristotel fizikası ilə uzlaşdırmaq üzrə tədqiqatlar aparmışdır.  

Müsəlman riyazi elminə aid edilən optik problemlərin riyazi üsullarla  

araşdırılması  da  İbn  əl  Hətəmiyə  mənsubdur.  İbn  əl  Hətəmi  apardığı 

astronomik  tədqiqatlarında  əldə  etdiyi  nəticələrini  yalnız  işlədiyi  nəzəri 

əsaslarla  yoxlaya  bildiyi  halda,  optikada  məlum  olan  problemlər  ona 

prinsipial  olaraq  sınaqlara  keçməyə  imkan  vermişdir.  Apardığı 

sınaqların  nəticələrini  düzgün  qiymətləndirmək  üçün  cihazlardan 

düzgün  istifadə  etmək  və  lazım  gəldikdə  işlədiyi  riyazi  nəzəriyyəyə 

əsasən yenisini düzəltmək İbn əl Hətəminin görkəmli bir fizik olmasını 

sübut  edir  [1.64].  Məsələn,  o  ilk  dəfə  olaraq  işığın  düzxətli  yayılması 

ideyasını, içi boş güzgüyə düşən işığın dağılmasını sınaqların köməyi ilə 

yoxlamışdır.  O,  optika  sahəsində  gördüyü  işlərin  nəticələrini  bir  neçə 

kitab  şəklində  çap  etdirmişdir.  Onun  kitablarından  “Kitab  fil  manazir” 

(ərəb.  Böyük  optika)  ən  məşhurudur.  Bu  kitab  haqqında  Roqer  Bakon, 

Vitelos  və  Con  Pekams,  Leonardo  da  Vinçi  və  Yohannes  Kepler  kimi 

alimlərin  işlərində  qeyd  edilmişdir.  İbn  əl  Hətəm  işığı  kiçik  hissəciklər 

axını  kimi  təsvir  edir.  O,  qabarıq  və  çökük  səthlərdə,  silindrik,  konik, 

sferik 


güzgülərdə 

işığın 


refleksiya 

olunmasının 

xassələrini 

araşdırmışdır. İbn əl Hətəm işığı iki tərkib hissəyə bölmüşdür. Onlardan 

biri  güzgü  səthinə  paralel,  digəri  isə  ona  perpendikulyar  izah  olunur. 

İşığın refleks olunması haqqındakı qanunu sınaqlarla sübut etmək də İbn 

əl  Hətəmiyə  aiddir.  Ancaq  bu  çox  vaxt  səhv  olaraq  Bakonun  adına 

yazılır [1.64]. 

XII  əsrdə  ilk  dəfə  olaraq  müsəlman  alimləri  tərəfindən  mexaniki 

hərəkətin  dinamik  və  kinematik  xassələri  araşdırılmışdır.  Buna 

müsəlman  alimlərindən  İbn  Rəşid  və  İbn  Baccanın  tədqiqtlarında  

Aristotelin  işlərinə  dair  yazdıqları  izahatda  rast  gəlinir.  Bu  ideya  XIII 

əsrdə İngiltərədə xristian filosofları tərəfindən daha təkmilləşdirilmişdir.     

Müsəlmanlar öz ideyalarının bir çoxunu çinlilər, hindlilər və bizans- 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə