Mәnim sizә tövsiyәm ondan ibarәtdir ki, orta mәktәbdә necә oxumusunuz, elә dә davam edin


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə52/54
tarix01.07.2018
ölçüsü6,16 Mb.
#52644
1   ...   46   47   48   49   50   51   52   53   54

123
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Mahmudov Mirkamran (II qrup, 630 bal) ‑ Test tapşırıqları ilə cox işləyin, müəllimlərin
tarşırıq və məsləhətlərinə əməl edin. Özünüzə inanın, amma heç vaxt özünüzdən müştəbeh
olmayın. 
Əmiraslanlı Xanlar (II qrup, 623 bal) ‑ Çox oxumaq, vaxtı səmərəli bölmək, çoxlu sayda
test həll etmək, sınaq imtahanlarında iştirak etmək, sınaqların nəticələrini təhlil edib nəticə
çıxarmaq lazımdır. Oxu və istirahət rejimini düzgün qurmaq da vacib şərtlərdəndir.
Məmmədova Ləman (II qrup, 617 bal) ‑ Dərslərə ciddi yanaşsınlar, qarşılarına aydın
məqsəd qoysunlar, ən əsası isə özlərinə inamlı olsunlar.   
Əhmədzadə Sənan (II qrup, 617 bal) ‑ Qəbul imtahanlarına hazırlıq prosesində daim əzmlə
çalışın. Heç vaxt özünüzdən razı qalmayın, eyni zamanda özünüzü qorxutmayın. 
Əliyev Maşdı (II qrup, 612 bal) ‑ “İmtahan vermək çətindir” deyimi müəyyən mənada
şərti xarakter daşıyan məsələdir. Çünki imtahanın çətinlik və asanlıq dərəcəsini bizim
biliyimiz müəyyən edir. İstənilən fənni yaxşı öyrənməyin yolu onu həvəs və maraqla
oxumaqdan keçir. Belə olduqda yaşanılan yuxusuz gecələr, yorğunluq, gərginlik və s.
çətinliklər gözə görünmür. Sonda isə arzuedilən nəticəyə nail olunması bu çətinliklərin şirin
bəhrəsi kimi qəbul olunur.  
Məhəmməd İsmayılov (III qrup, 700 bal) – Gələcək abituriyentlərə tövsiyə edərdim ki, heç
vaxt ruhdan düşməsinlər, qarşılarına aydın məqsəd qoysunlar, məqsədlərinə nail olmaq üçün
səylə çalışsınlar. Əzmkar və iradəli olsunlar. Aşağı siniflərdən başlayaraq dərslərini yaxşı
oxusunlar. Yəni “11‑ci sinifdə çox oxusam, kifayət edər”, – deyə düşünməsinlər. Bu, yanlış
fikirdir. Dərs oxumaqla bərabər, istirahətə də vaxt ayırsınlar. Testlərlə çox işləsinlər. Dərsləri
bir dəfə oxumaqla kifayətlənməsinlər, hər cümləni diqqətlə bir neçə dəfə  oxusunlar. TQDK‑
nın təşkil etdiyi sınaq imtahanlarında mütəmadi iştirak edib öz hazırlıq səviyyələrini
yoxlasınlar. İmtahan vaxtı həyəcanlanmasınlar. Hər yerdə, həmişə özlərinə inamlı olsunlar. 
Nurlan Yusifli (III qrup, 691 bal) – Qəbul imtahanına sistemli hazırlaşsınlar. Test
tapşırıqları üzərində mümkün qədər çox işləsinlər. 
Tərxan İsmayılzadə (III qrup, 680 bal) – Öz üzərlərində müntəzəm çalışsınlar. Bütün
fənlərə eyni dərəcədə diqqət yetirsinlər. Fənlərdən birini digərindən üstün tutmasınlar.
Çətinlik çəkdikləri mövzuları xüsusilə araşdırsınlar.
Narxanım Həsənova (III qrup, 679 bal) – Məsləhət görərdim ki, mövzuları öyrəndikdən
sonra onların təkrarına çox vaxt ayırsınlar. Oxuduqlarını dərindən mənimsəməyə çalışsınlar.
Həmçinin, əvvəlki illərin sınaq və qəbul imtahanlarının test tapşırıqlarını işləsinlər.
Esmira Tağıyeva (III qrup, 676 bal) – Vaxtlarını boş və mənasız işlərə sərf etməsinlər, elm
öyrənib bilik qazansınlar. Elm dəyəri ölçülməyən, insana ömrün bütün pillələrində yararlı
olan böyük sərvətdir.
Rukiyyə Tağısoy (III qrup, 672 bal) – Qəbul imtahanına hazırlıq zamanı TQDK‑nın nəşr
etdiyi dərs vəsaitlərindən də istifadə etsinlər. Siniflər üzrə test topluları xüsusilə
əhəmiyyətlidir. Sınaq imtahanlarında iştirak etmək də vacibdir.
Ülkər Səfərova (III qrup, 669 bal) – Abituriyentlər özlərinə, öz biliklərinə güvənməlidirlər.
Qarşılarına konkret məqsəd qoyub inamla ona doğru irəliləməlidirlər. Yalnız bu halda yüksək
nəticə qazanmaq mümkündür.


124
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Ayşən Səfərova (III qrup, 660 bal) – Hər bir abituriyent bilməlidir ki, dərsləri vaxtlı‑
vaxtında hazırlamaqla, vaxtı düzgün bölüb ondan səmərəli istifadə etməklə və mütəmadi
olaraq sınaq imtahanlarında iştirak etməklə uğurlu nəticə əldə etmək mümkündür.
Mirhadı Səmidzadə (III qrup, 659 bal) – Məqsədyönlü, planlı və sistemli çalışsınlar. Testlər
üzərində işləməyə və öyrəndiklərini təkrar etməyə vaxt ayırsınlar.
Arzu Nəzərova (III qrup, 657 bal) – Hər bir abituriyent məktəbdə bütün dərsləri yaxşı
mənimsəməlidir. Öz gücünə inanmalı və məqsədinə doğru qətiyyətlə addımlamalıdır. Hər
kəsin zəhmətinin qarşılığı vardır. Biz abituriyentlərin isə zəhmətinin qarşılığı biliyimizə
TQDK tərəfindən verilən obyektiv qiymətdir.
Həşim Həşimli (III qrup, 655 bal) – Əsas məsələ çox oxumaq yox, planlı şəkildə oxumaqdır.
Öyrənilən materiallar təkrarlanmalıdır. Bir də ki abituriyent imtahan proqramından
çıxarılmış və proqrama yeni salınmış mövzular haqda mütləq məlumatlı olmalıdır. 
Pərviz Həsənli (III qrup, 651 bal) – Qəbul imtahanında yüksək bal toplamaq istəyən hər bir
abituriyent özü üçün müəyyən iş‑vaxt qrafiki qurmalıdır. Yuxu rejimi və istirahəti də düzgün
tənzimləmək gərəkdir. Lüzumsuz məşğuliyyətlərdən mümkün qədər uzaq durmaq lazımdır.
Zərxanım Nəhmətova (III qrup, 651 bal) – Qəbul imtahanına hazırlaşmaq üçün məktəb
dərslərini son iki sinifdə yox, 11 il ərzində mütəmadi öyrənmək lazımdır. Son bir ildə isə daha
çox çalışmaq, öyrənilənləri mümkün qədər çox təkrar etmək lazımdır. Min dəfə zirvəyə
uzaqdan baxmaqdansa, bir dəfə zirvədən uzaqlara baxmaq daha yaxşıdır.
Lalə Səfərli (III qrup, 650 bal) – Gələcək abituriyentlər biliklərini çoxlu test işləməklə daha
da möhkəmləndirsinlər. Məncə, qəbul imtahanına repetitorsuz – müstəqil şəkildə də
hazırlaşmaq mümkündür.
Ramilə İsrafilli (III qrup, 647 bal) – Məktəbdə oxuyarkən bütün fənləri eyni səviyyədə
öyrənmək lazımdır. Düzgün vaxt bölgüsü, məsuliyyət, çalışqanlıq, möhkəm iradə uğura
təminat verir. Dərslikləri öyrənməklə bərabər TQDK‑nın nəşr etdiyi materiallardan
yararlanmaq qəbul imtahanına hazırlaşmağı nisbətən asanlaşdırır. 
Lalə İmanova (III qrup, 640 bal) – Məqsədlərinə çatmaq üçün çox çalışsınlar. Dərsləri
yorulmadan, həvəslə öyrənsinlər. Sınaq imtahanlarına ciddi yanaşsınlar.
Turanə Məmmədova (III qrup, 640 bal) – Qəbul imtahanında yüksək bal toplamaq üçün
dərs oxumaqdan yorulmamaq, hər gün keçilənləri təkrar etmək, TQDK‑nın təşkil etdiyi sınaq
imtahanlarında iştirak etmək lazımdır.
Aytac Nəbizadə (III qrup, 634 bal) – Bilik qazanmaq yolunda çəkilən heç bir zəhmət hədər
getmir. Layiqli vətəndaş olmaq, ölkəmizin inkişafında önəmli rol oynayan şəxsə çevrilmək
üçün təhsilli, savadlı, intellektli olmaq vacibdir. Gələcək abituriyent gərək qarşısına belə bir
məqsəd qoysun. 
Lamiyə Əzizli (III qrup, 633 bal) – Abituriyent məktəbdə mütəmadi olaraq dərslərə ciddi
hazırlaşmalı, ali məktəbə hazırlıq prosesinə çox məsuliyyətlə yanaşmalıdır. Zənnimcə, vaxtını
düzgün bölməyi, həm dərslərə, həm də istirahətə vaxt ayırmağı bacaran abituriyent yaxşı
nəticə əldə edə bilər.


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə