Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə38/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   34   35   36   37   38   39   40   41   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

95



Təhi-minada ta mey var, ola bağrımdakı qan tək. 

Rəhm eyləyib əhvalina kuyindəki itlər. 

  

 

 (Qövsi Təbrizi) 



Könlümdəki əsrari-nihanımı edər faş. 

  

 



 (Vəhid Qəzvini) 

Yeri, qapındakı gədayi unut. 

  

 

 (Məhəmməd Məczub) 



  

 

 



Hüsnünqə oxşar çəməndəki güli gördüm. 

  

 



 

 

(Məlik bəy Avcı) 



 

 

 



 

Gördün dolu əldəki əyağın.  

  

 

 



(Məsihi) 

 Yuxarıdakı  misralarda işlənmiş  başımdakı,  sinəmdəki,  bağrımda-

kı,  kuyindəki,  könlümdəki,  qapındakı,  çəməndəki,  əldəki  düzəltmə 

sifətlərində  -dakı/  -dəki  şəkilçisinin  bəzi  sözlərdə  birbaşa  isimlərə  artırıl-

ması, bir qisim sözlərdə isə mənsubiyyət şəkilçisindən sonra işlənməsi diq-

qəti çəkir. Müasir dilimizdə də belədir. 

 

  

 -kı



4

 şəkilçisi 

 

Müasir  Azərbaycan  dilində  olduğu  kimi,  on  yeddinci  əsr  ədəbi 



dilimizdə elə düzəltmə sifətlərə də təsadüf olunur ki, onlar –kı

4

 şəkilçisinin 



bəzi  zərflərə  artırılması  yolu  ilə  yaranmışdır.Məsələn,  əvvəl,  axır 

zərflərindən sifətlər əmələ gəlmişdir: 

  

 

  



 Əvvəlki məqamə düzgil ahəng. 

  

 



(Məsihi) 

Ki, axırkidür gecə beysət güni. 

 (Təsir Təbrizi) 

Həmin şəkilçi hətta sifətə artırılaraq düzəltmə sifət də yaratmışdır:  

Tazəki işlərindən sayılıbsan, ey Vəhid

Kim baxar həsrət gözülən qeysərü xaqan sənə. 

  

 

 



 (Vəhid Qəzvini) 

Burada –ki şəkilçisinin köməyi ilə tazə (təzə) sadə sifətindən tazəki 

düzəltmə  sifəti əmələ gəlmişdir. Həmin  düzəltmə  sifət  hazırda Azərbaycan 

dilində işlənmir. 

 

 -gə şəkilçisi 



 

Bu  şəkilçi  qeyri-məhsuldardır,  bəzi  sözlərin  yaranmasında  iştirak 

edir. Müasir dilimizdə işlənən özgə düzəltmə sifəti öz qayıdış əvəzliyinə -gə 

şəkilçisinin artırılması yolu ilə yaranmışdır. XVII əsrdə də həmin düzəltmə 

sifət işlənmişdir: 

Hər kimsədən ki, can ala, bir özgə can verir... 

  

 

 



 (Qövsi Təbrizi) 


Filologiya məsələləri, №4, 2017 

 

96



 -anə/-yanə şəkilçisi 

 

Bu şəkilçi dilimizdə adətən zərf düzəldir. Bununla yanaşı, onun sifət 



əmələ  gətirməsi  halları  da  vardır:  dahiyanə  fikir,  aqilanə  hərəkət  və  s.  On 

yeddinci əsr ədəbi dilimizdə də həmin şəkilçinin sifət düzəltməsi faktı qeydə 

alınır: 

  

 



Məstanə baxışından meyxanə oldi peyda. 

 

 



 

 (Məhəmməd Məczub) 

  

 

 



 Mərdanə canfəşanlıq, məstanə mehribanlıq. 

  

 



 

 

 (Qövsi Təbrizi) 



 Burada  məst  sifətindən  məstanə,  mərd  sifətindən  mərdanə 

düzəltmə sifətləri əmələ gəlmişdir. 

 -i/-vi şəkilçisi 

 

 Bu  şəkilçi  mənşəcə  alınmadır,  dilimizə  ərəb  dilindən  keçmişdir. 



İsimlərə,  bəzən  də  sifətlərə  artırılaraq  düzəltmə  sifət  yaradır,  ahəngə  tabe 

olmur.  Samitlə  bitən  sözlərlə  --i  şəklində,  saitlə  bitən  sözlərdə  isə  -vi  şək-

lində  işlənir.On  yeddinci  əsr  ədəbi  dilimizdə  firəng,  rus  və  s.  isimlərə, 

qədim  kimi  sifətlərə  artırılmış  bu  şəkilçilərin  yaratdığı  düzəltmə  sifətlər 

işlənmişdir.Məsələn: 

Zahirdə firəngi, əsli rusi. 

  

  

 



 

(Məsihi) 

  

 

 



  

 Kəbəni bütxanə edibdir firəngi gözlərin. 

  

 

 



 (Saib Təbrizi) 

Qədimidir əflakə bu rəsmü adət. 

  

 

 



 (Vəhid Qəzvini) 

Sifət düzəldən şəkilçilərin böyük bir qismi də feillərdən sifət əmələ 

gətirən şəkilçilərdir. Onların XVII əsrdə dilimizdə işlənmiş əsas nümunələri-

nə nəzər salaq.  

 

 -ıq/-ik/-uq/-ük, -q,/-k şəkilçiləri 



 

 Bu  şəkilçilər  feillərdən  sifət  yaradılmasına  kömək  göstərir.  On 

yeddiunci  əsr  Azərbaycan  şairlərinin  əsərlərində  həmin  şəkilçilərin  iştirakı 

ilə  əmələ  gəlmiş  bir  sıra  feillərə  rast  gəlinir  ki,  onlar  hazırda  da  dilimizdə 

işlənməkdədir. –ıq

şəkilçisi samitlə bitən feil köklərinə, –q/-k şəkilçisi isə 



saitlə  tamamlanan  feil  köklərinə  qoşularaq  düzəltmə  sifətlər  yaradır. 

Nümunələr: 

Mövc kafidir sınıq kəştimğə, tufan istəməz. 

 

 



(Mirzə Saleh Təbrizi) 

 



Filologiya məsələləri, №4, 2017 

 

97



Başı böyükdür, əsli kiçik küknar tək. 

  

 



 

(Vəhid Qəzvini) 

 

 

 



Bu çürük başım olsa payəndaz. 

  

 



 (Məhəmməd Məczub) 

Ta dolaşuq həlqə-həlqə kakili gördüm. 

  

 

 (Məlik bəy Avcı) 



 

 

 



Açıq əl ol kərim ilə qonşu çanağıdır. 

 (Vaiz Qəzvini) 

 Yuxarıdakı nümunələrdə işlənmiş sınıq, dolaşuq, açıq sifətləri –ıq

4

 



şəkilçisinin, böyük, çürük sifətləri isə -q/–k şəkilçisinin feillərə artırılması 

yolu ilə formalaşmışdır. Dolaşuq sifəti həm də hazırkı dilimizdən fərqli ola-

raq –ıq əvəzinə -uq şəkilçisi ilə işlənmişdir ki, bu da o dövr ədəbi dilimiz 

üçün xarakterik faktdır. 

 

 -ıcı/-ici/-ucu/-ücü şəkilçisi 



 

Bu şəkilçilər Azərbaycan dilində feillərdən düzəltmə sifətlərin əmələ 

gəlməsində  iştirak  edir.  Müasir  dilimizlə  müqayisədə  on  yeddinci  əsr 

Azərbaycan ədəbi dilində həmin şəkilçilərin işlənmə dairəsinin çox da geniş 

olmadığını müşahidə edirik.Məsələn: 

Bir çalıcı həramiyə, bir əgri oğruya. 

  

 

 



(Qövsi Təbrizi) 

Alıcı gözlərin laçını etsə birinə çağıdır. 

  

 

 



Bitərəhhüm durucu, öldürücü, qan edici, 

Dərbədər, qapıbəqapı salıcı budur, bu. 

  

 

(Vəhid Qəzvini) 



Bir can alıcı könül xərabi, 

Evlər yıxıcı dil iztirabı. 

  

 (Məsihi) 



 Nümunələrdəki  çalıcı,  alıcı,  durucu,  öldürücü,  salıcı,  yıxıcı 

düzəltmə sifətləri feil köklərinə müvafiq şəkilçi artırılması yolu ilə düzəlmiş-

dir. Öldürücü sifətində -ücü şəkilçisinin –dür şəkilçisindən sonra işlənməsi 

də diqqəti çəkir. Çalmaq feilinin oğurlamaq mənasında vaxtı ilə daha işlək 

olduğunu da xatırladaq. İlk beytdə də çalıcı sifəti çal- feilindən düzəlməklə 

oğurlayan, oğru mənasını bildirir. Alıcı sifəti də müəyyən qədər arxaik xüsu-

siyyətlərə  malikdir.  Dilimizdə  indi  də  işlənən  alıcı  quş  ifadəsində  həmin 

arxaiklik  saxlanmaqdadır.  Bu  nümunədə  alıcı  sifəti  can  alan,  ovlayan  mə-

nasını bildirməkdədir. 

 -qın


4

, -ğın


4

 şəkilçiləri 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə