Microsoft Word \223X?rcl?rinin ucotunun \223Direkt-kostinq\224 v? \223Standart-kostinq\224. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35189
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

 

49

Xərclərin  idarəetmə  kompleksinə  sexlərin,  digər  xidmət  və  bölmələrin  idarə 

olunmasına  çəkilən  xərclər,  həmçinin  müəssisənin  idarə  olunmasına  çəkilən 

ümumi xərclər aiddir. 

Xərclərin  kommersiya  kompleksinə  bazarın  öyrənilməsi,  reklam  və  malların 

satışı, işlər, xidmətlər, ticarət meydançaları və ticarət işçilərinin saxlanılması daxil 

edilməklə, malların çeşidlərə ayrılmaı və qablaşdırılması və digər müvafiq işlərin 

yerinə yetirilməsi aid edilir. 



Cari  xərclərin  formalaşması  (əmələ  gəlməsi)  yeri

  müəssisənin  fəaliyyətinin 

daxili sferasının fazası və yaxud funksional fərqləndirilməsi deməkdir. Bu zaman 

xərclər  baş  verir  və  onlara  görə  məsuliyyət  daşıyırlar  (onların  kəmiyyətinə  görə, 

onlara qənaətə görə və i.a.). 

Xərclərin  formalaşması  yerləri  kimi  necə  bir  plan-uçot  vahidi  kimi  ayrılmış 

struktur  bölmələri  nəzərdə  tutulur.  Onlar  xərclərin  müəyyən  məcmusuna  nəzarəti 

təmin  edir.  Daha  konkret  desək,  xərclərin  formalaşmasının  iki  başlıca  sferasına 

ayrılır:  istehsalat  və  qeyri-istehsalat.  stehsalat  sferasında  xərclərin  formalaşdığı 

əsas yerlər göstərilir (məhsul istehsalı üzrə əsas sexlər, əsas sexlərin işini nizama 

salan  köməkçi  sexlər,  həmçinin  tədqiqat  və  lahiyə  işləri).  Qeyri-istehsalat  sferası 

istehsalın  planlaşdırılması,  onun  idarə  ounması,  uçotu  və  nəzarət,  habelə 

müəssisənin fəaliyyətinə və onun heyətinə xidmət göstərən bölmələrdir. 

stehsalat və qeyri-istehsalat sferalarına konkret aidiyyatı olmayan fiktiv plan-

uçot  vahidləri  də  xərclərin  formalaşdığı  yerlərə  aid  edlir.  Onlar  ya  məsuliyyət 

sferalarının  bölüşdürülməsi  nəticəsində  meydana  çıxır,  ya  da  ümumiyyətlə  çox 

cüzidir (belə xərclər planlaşdırılır).  

Məsuliyyə  mərkəzləri.

  darəetmə  uçotunda  məsuliyyə  mərkəzləri  qeyri-

mərkəzləşdirmənin  və  məsuliyyətin  yuxarı  həlqələrdən  aşağıya  doğru 

yönəldilməsinin  nəticəsi  kimi  baş  verir.  Nəzarətin  istiqamətindən  asılı  olaraq 

məsuliyyət mərkəzlərinin adətən dörd tipini fərqləndirirlər: xərclərin formalaşdığı 

yerlər; gəlirlərin mərkəzləri; mənfəət mərkəzləri və investisiya mərkəzi. 




 

50

Xərc  mərkəzlərinin  ayrılması

  prosesində  mərkəzləri  idarə  edənlərə  xərclərin 

formalaşmasına  məsuliyyət  həvalə  olunur.  Bu  zaman  onlar  gəlirlərə  və  mənfəətə 

görə məsuliyyət daşımırlar. 



Gəlir  mərkəzləri

  əksliklər  prinsipindən  asılı  olaraq  seçilir:  mərkəzləri  idarə 

edənlər  xərclərin  formalaşmasına  görə  deyil,  gəlirlərin  formalaşmasına  görə 

cavabdehdirlər.  Bu  o  deməkdir  ki,  belə  mərkəzlərdə  hər  hansı  xəclər  yoxdur. 

Sadəcə  olaraq,  onlar  cüzidirlər  və  belə  mərkəzlərin  rəhbərlərinin  fəaliyyətinin 

qiymətləndirilməsinə  təsir  göstərə  bilməz.  Məsələn:  ticarət  firmasının  topdansatış 

şöbəsində başlıca vəzifə tapşırılan satış məbləğinin formalaşmasını təmin etməkdir. 

Burada şöbənin özünün saxlanılmasına çəkilən xərclər çox cüzidir. 



Mənfəət  mərkəzləri

  biznesin  həmin  mərkəzlərin  menecerləri  tərəfindən 

kurasiya  olunan  gəlirlərə  və  xərclərə  görə  məsuliyyət  daşıyır.  Mahiyyətcə,  onlar 

gəlirlərin,  xərcləri  üstələməsi,  başqa  sözlə  mənfəətə  görə  məsuliyyət  daşıyırlar. 

Bundan təəssüflənməyə dəyməz ki, mənfəət mərkəzlərinin məbləği və müəssisənin 

ümumi  mənfəətinin  məbləği  üst-üstə  düşmür.  Mərkəzlər  şərti  mənfəəti 

formalaşdırır  və  onun  kəmiyytinə  nail  olduqda,  müəssisənin  ümumi  maliyyə 

nəticələrinə sözsüz ki müsbət təsir göstərir. 



nvestisiya mərkəzləri

 digər mərkəzlər arasında xüsusi çəkiyə malikdir. Onları 

idarə edənlər investisiya lahiyələrinin yerinə yetirilməsinə cavabdehlk daşıyır. Tez-

tez  investisiya  mərkəzləri  mənfəət  mərkəzləri,  xüsusən  də,  idarəetmənin  yüksək 

səviyyələri  ilə  əlaqələndirilir.  Kompleks  mərkəzlər  mənfəətin  əldə  olunmasına, 

investisiyalardan  istifadənin  səmərəliliyinə,  o  cümlədən  mərkəzlərin  özlərinin 

aktivlərinə  məsuliyyət  daşıyırlar.  Mərkəzləri  idarə  edənlər  həm  cari  məsrəflərə, 

həm  də  investisiya  vəsaitlərinə  sərəncam  verirlər,  müstəqil  investisiya  qərarları 

qəbul edirlər. 

Məsuliyyət  mərkəzlərinin  strukturu  müəssisənin  idarə  olunmasının  təşkilati 

strukturu ilə üst-üstə düşməyə bilər. Burada elə bir fəlakət yoxdur. Bu şərt vacibdir 

ki, belə mərkəzlər üzvi surətdə planlaşma, uçot, xüsusən də, müəssisənin idarəetmə 

uçotunun  ümumi  sisteminə  daxildir.  Bunun  üçün  adekvat  metodik  priyomlar  və 

yanaşmalar zəruridir. 




 

51

Məsuliyyət mərkəzlərinn ayrılması

 şərti hər bir müəssisə üçün fərdidir. Lakin 

belə  məkəzlər  vasitəsilə  idrəetməyə  keçmək  üçün  zəruri  olan  ümumi  şərtlər  də 

mövcuddur. 

Təşkilatın bütün fəaliyyətinə, onun həm əsas, həm də köməkçi istinamətlərinə 

mərkəzlər məsuliyyət daşımalıdırlar. Belə mərkəzlər bir-birilə məsuliyyə xətləri ilə 

əlaqədardır və onlar zəruri informasiya infrastrukturu ilə təmin olunmalıdır. 

Məsuliyyət  mərkəzləri  sisteminin  informasiya  strukturu  üç  əsas  prinsipə 

istinad edir: 

1.

  Hər  bir  mərkəzin  məsuliyyət  sahələrinin  seçilməsi  və  tsdiqi.  Bu  zaman 



həmin göstəricilər adekvat miqdar kəmiyyətlərinə əsasən xarakterizə olunur; 

2.

  Konkret  məsuliyyət  mərkəzinin  fəaliyyətinin  nəticələri  haqqında 



məlumatların  lokallaşdırılmasını  təmin  edən  plan-uçot  sənədləşməsinin 

personifikasiyası; 

3.

  Mərkəzlərin menecerləri nəinki faktik xərclər və fəaliyyətin nəticələri haqda 



hesabat təqdim etmək, habelə gələcək dövr üçün smeta hazırlamalıdır; 

Məsuliyyət  mərkəzlərinin  fəaliyyətinin  nəticələrini  xarakterizə  edən 

informasiya hökmən aşağıdakı əlamətlərə malik olmalıdır (şəkil 3.1.): 

nformasiyaların  vaxtında  əldə  olunmasından  cari  idarəetmə  və  məsuliyyət 

mərkəzinin  başlıca  parametrlərinin  tənzimlənməsi  asılıdır.  O,  müntəzəm  surətdə 

hər bir hesabat-nəzarət dövründə formalaşmalıdır. 

Yığcam,  yəni  konkret  informasiyalar  zəruriyyət  və  qənaətləndiricilik 

prinsipindən  asılı  olaraq  formalaşan  göstəriciləri  təmin  edir.  lkin  informasiya 

bilavasitə uçot sistemindəki plan və faktik göstəricilərin müqayisəsinə istinad edir. 

Belə 


bir 

müqayisə 

normativdən 

yüksək, 


anormal 

kənarlaşmaların 

qiymətləndirilməsinə və aşkara çıxarılmasına səbəb olur.  darəetmə uçotunda aşağı 

səviyədə  mərkəzlərin  nəticəli  məbləğ  göstəriciləri  ayrıca  maddələr  kimi  daha 

yüksək səviyyəli mərkəzlərin hesabat məlumatlarına daxil olur. 

 

 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə