Microsoft Word \223X?rcl?rinin ucotunun \223Direkt-kostinq\224 v? \223Standart-kostinq\224. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35189
1   ...   18   19   20   21   22   23   24   25   26

 

64

3.3. Məsuliyyət mərkəzlərinin xərc smetasının tərtib 

olunması metodikası 

 

Smeta  və  normativlər  əsasında  məsuliyyət  müəssisədə  seçilmiş  və  təşkilati 



cəhətdən  rəsmiyyətə  salınan  məsuliyyət  mərkəzləri  üzrə  bölüşdürülür. 

Kənarlaşmaların  təhlili  və  nəzarət  üçün  xərclərdən  istifadə  olunması  müəyyən 

praktik  əhəmiyyət  kəsb  edir.  stisnasız  olaraq  bütün  kommersiya  müəssisələrində 

hər hansı bir şəxsin elə bir vaxtı və imkanı yoxdur ki, maliyyə-təsərrüfat fəaliyyəti 

haqda  bütün  operativ  informasiyalar  əldə  etsin  və  konkret  qərarlar  çıxara  bilsin. 

Təsərrüfata  rəhbərlik  və  operativ  idarəetmə  sferasında  səlahiyyət  və  məsuliyyət 

menecmentinin  imkanlarını  genişləndirmək  və  səmərəliliyini  yüksəltmək  üçün 

müxtəlif  səviyyəli  idarə  heyəti  arasında  bölüşdürülməlidir.  Bu  zaman  rəhbərlik 

razılaşdırılmış  şəkildə  işləməlidir  və  son  yekunda  müəssisənin  nəinki  lokal,  həm  

də ümumi məqsədlərinə nail olmalıdır. 

Belə  bir  razılığın  əsasını  idarəetmənin  və  meydana  çıxan  kənarlaşmalara 

opertiv nəzarətin bütün səviyyələrində tərtib olunan smeta xərcləri sayılır. 



Məsuliyyət  mərkəzlərinin  formalaşmasının

  əsasını  hər  bir  müəssisənin  idarə 

olünmasının  təşkilat  strukturu  təşkil  edir.  Formalaşmasının  bu  əsası  bütün 

səviyyələrdə  idarəetmənin  səmərəli  qarşılıqlı  əlaqəsinə,  səlahiyyət  bölgüsü 

məsələlərinin həllinə və s. məsələlərə köməklik göstərir. 

Təşkilat strukturunun  növləri bu  və  ya  digər təşkilatda  ən  müxtəlif  amillərin 

təsiri  atında  formalaşır:  istehsalat  obyektlərinin  və  bazarların  əlaqələndirilməsi 

dərəcəsi;  istehsalın  texnoloji  şərtləri,  ali  rəhbər  eyətin  prinsipləri;  bölmələrin  və 

bütövlükdə  müəssisənin  strukturunun  idarə  olunması  dərəcəsi.  Baxmayaraq  ki, 

təşkilat  strukturunun  bütün  müəssisələrə  məcburi  sayılan  tipi  onun  universal 

qaydada  tətbiqidir:  idarəetmənin  səmərəliliyini  təmin  etmək  üçün  səlahiyyət  və 

məsuliyyət dəqiq qaydada bölüşdürülməlidir. 



Məsuliyyət mərkəzi

 müəssisənin hər hansı bir bölməsi hesab olunur. Bu bölmə 

xərclərin  baş  verməsinə,  gəlirlərin  əldə  olunmasına  və  investisiya  vəsaitlərindən 



 

65

istifadəyə  nəzarət  edir.  Aşağıdakı  şəkildə  məsuliyyət  mərkəzlərinin  ğəşkilat 

quruluşu və konseptual sxemi verilmişdir (şəkil 3.6.). 

Şə

kil 3.6. 



Məsuliyyət mərkəzlərinin təşkiat quruluşu və konseptual sxemi 

 

 

Xərc  mərkəzləri

 xərclərin baş verməsinə nəazərt edən və onların səviyyəsinə 

məsuliyyət daşıyan ilk istehsalat bölmələrinin bazasında yaradıla məntəqələr hesab 

olunur. 


Mənfəət  mərkəzləri

  gəlirlərə  və  xərclərə  nəzarət  edən,  böləmlərin  xərc 

smetalarını  təsdiqləyən  və  mənfəətə  sərəncam  verən  müəssiələr,  filiallar  və 

müəssisənin digər bölmələri deməkdir. 



nvestisiya mərkəzi

 qaydaya görə investisiyalara, mənfəətə və xərclərə nəzarət 

edən bütöv bir müəssisədir. 

Məsuliyyətin  dəqiq  bölgüsü  müəssisənin  informasiya  təminatı  sisteminin 

səmərəli  fəaliyyət  göstəricisinin  dönməz  şərtidir.  Müəssisənin  istehsalat-

Məsuliyyət mərkəzləri 

Xərc mərkəzlləri 

Mənfəət 


mərkəzləri 

Müəssisənin 

sexləri 

Yığma   


Emaledici   

Yığma   


Emaledici   

Tədarük  

Müəssisə 

Investisiya 

mərkəzləri 

2 saylı müəssisə  

1 saylı müəssisə  



 

66

kommersiya  fəaliyyəti  haqda  məlumatlar  istifadə  üçün  yararlıdırsa,  onların 

ötürülməsi  konkret  mudriyyətə  praktik  əhəmiyyət  daşıyan  qərarlar  qəbul  etməyə 

imkan  verir.  Xərclər,  satış,  mənfəət  haqda  məlumatlar  müəssisə  daxilində 

məsuliyyətin bölgüsü strukturuna müvafiq olaraq idarəetmə uçotunda toplanılır və 

qruplaşdırılır.  Təşkilati  strukturda  planlaşma  və  uçot  elə  qurulur  ki,  zəruri 

informasiya zəruri nöqtəyə daxil olur və zəruri vaxtda rəhbərliyə optimal qərarlar 

qəbul  etməyə  şərait  yaradır.  nformasiyaların  ünvanlılığı  (fərdiliyi)  iki  məqsədə 

xidmət edir:  

-

  məsul idarə edənlər üçün informasiya axınını təmir etmək; 



-

  ayrı-ayrı  şəxslərin  işinə  qiymət  verilməsinə  ali  rəhbərliyə  köməklik 

göstərmək. 

Xərclərə  görə  məsuliyyət  mərkəzlərinn  seçilməsi  və  hər  bir  maddə  üzrə 

onların  kəmiyyətinə  məsuliyyət  daşıyan  müxtəlif  şəxslərin  identifikasiyası 

məsuliyyət  strukturunun  təhlilini  tələb  edir.  Bu  da  özlüyündə  aşağıdakıları 

açıqlamalıdır: 

-

  mövcud məsuliyyət mərkəzlərinin kifayət qədər olmaı; 



-

  heç kimin məuliyyət daşımadığı bölmələrin və yaxud xərclərin mövcudluğu; 

-

  məsuliyyəti təkrarlanan bölmələrin və yaxud xərclərin mövcudluğu; 



-

  məşğul olan işçilərn sayı, xərclərin məbləği və fəaliyyətin həcmi əks olunan 

bölmələrin ölçüsü; 

-

  müəssisənin  indiki  quruluşunun  məntiqi  və  onun  yenidən  qurulması  və 



inkişafının zəruriliyi. 

Rəhbərliyin arzusu ilə fəaliyyətin və bölmələrin növlərini elə geniş və elə dar 

çərçivədə qruplaşdırmaq olar ki, həmin qruplaşma uyğunluq nöqteyi-nəzərindən iki 

başlıca meyar üçün zəruridir: 

1.

  fəaliyyət  növlərinin  məsuliyyət  mərkəzlərinə  bölgüsü  xərclərə  görə 



məsuliyyətin təkrarlanmasına gətirib çıxarmamalıdır; 

2.

  fəaliyyətin  növlərinin  məsuliyyət  mərkəzlərinə  bölgüsü  iqtisadi  tələblərə 



gətirib çıxarmamalıdır. 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə