Zəhirəddin Məhəmməd BABUR
78
yüzdən azdı və hər tərəfdə qüvvətli düşmənlər vardı. Əndican üzərinə səfər-
lərimizdə də tale bizə yar olmadı və Səmərqəndə əl uzatmaqdan da heç bir
nəticə çıxmadı. Məcburən sülhə bənzər bir şey bağlandı və Pəşağardan (60
a) geri qayıtdıq.
Xocənd kiçık bir yerdir. Bir bəyin həyatı orada sıxıntıyla keçər. İl ya-
rımdır adamlarımız və ailələrimizlə oradaydıq. Bu müddət ərzində oradakı
müsəlmanlar imkan daxilində xərac verməkdə və xidmətdə qüsur etmədilər.
Oraya təkrar nə üzlə getmək olar və oraya gedən insan nə edə bilərdi?
Varmağa nə məskən müyəssər,
Durmağa nə dövlət müqərrər.
Axırda belə tərəddüdlər içində Ura-Təpənin cənubundakı yaylalara
getdik. Öz halımıza şaşmış bir vəziyyətdə gedəcək və qalacaq bir yer bil-
mədən bir neçə günü o civarda avara keçirdik. Orada ikən bir gün bizim ki-
mi vətənindən sürülərək şaşqın bir halda olan Xoca Əbülməkarim məni gör-
məyə gəldi. Haraya gedəcəyimizi və nə edəcəyimizi soruşdurub mütəəssir
oldu və halımıza acıyaraq dua edib getdi. Bu mənə çox təsir etdi.
BABURUN MƏRGİNANI YENİDƏN ƏLƏ KEÇİRMƏSİ
O gün ikindi namazı vaxtında dərənin aşağı tərəfindən bir atlı göründü.
Əli Dost Tağayinin Yulçuq adlı adamı imiş və bu xəbərlə göndərilmişdi:
«Gərçi mənim tərəfimdən çox böyük günahlar işləndi, lakin ümid etdiyim
kimi inayət edib günahlarımı bağışlayaraq (60 b) buraya gəlsə, Mərginanı
təslim edərək ona elə bir qulluq və xidmətkarlıq edəcəyəm ki, günahım
təmizlənib utancım keçsin».
Bu qədər şaşqın bir halda olduğum əsnada belə bir xəbər gəldiyinə
görə heç əndişələnmədən və dayanmadan gün batarkən iti bir yürüşlə dərhal
Mərginana doğru hərəkət etdim. Ora ilə Mərginanın arası təxminən iyirmi
dörd-iyirmi beş ağaclıq bir yoldur. O gecə sabaha və ertəsi gün günorta na-
mazına qədər heç bir yerdə durmadan yürüdük. Günorta namazı vaxtında
Xocəndin Tənük-ab adlı kəndinə endik. Atlar dincini alıb yemləndikdən
sonra gecə yarısı nağara vaxtında Tənük-abdan hərəkət etdik. O gecə sabaha
və ertəsi gün günəş batıncaya qədər və ondan sonra gələn gecə boyunca yol
getdik.
Sabahdan bir az əvvəl Mərginandan bir ağac məsafəyə gələndə Veys
bəy ilə bir neçə adam tərəddüd edərək dedi: «Əli Dost necə pisliklər etmiş
bir adamdır. Arada bir-iki dəfə elçi gedib-gəlmədən, danışıq, əhd və şərt ol-
madan ona necə etimad edə bilərik?» Gerçəkdən də tərəddüdləri yersiz de-
yildi. Bir az durduq və vəziyyəti müzakirə etdik. Axırda buna qərar verdik:
«Gərçi bu tərəddüdlər yerindədir, lakin (6l a) bunu daha əvvəl düşünmək
gərəkdi. Üç gün-üç gecə durub-dincəlmədən iyirmi dörd-iyirmi beş ağac yol
BABURNAMƏ
79
yürüdük. Artıq nə adamlarda, nə də atlarda taqət qalmışdır.
Buradan necə
qayıdaq, qayıtsaq belə hara gedək. Bu qədər gəldikdən sonra gedəcəyimiz
yerə varmaq lazımdır. Heç bir şey Tanrının təqdirindən başqa şəkildə ola
bilməz». Belə qərar verib qədərimizə razı olaraq yolumuza davam etdik.
Sübh namazı vaxtında Mərginan kurqanının qapısına gəldim. Əli Dost
Tağayi qapının arxasında duraraq qapını açmadan əhd istədi. Əhd və şərtdən
sonra qapını açıb qapı arasında bağlılığını bildirdi. Əli Dostu gördükdən
sonra kurqanın içində uyğun bir yerə endim. Mənimlə birlikdə olanlar bö-
yük-kiçık iki yüz qırx adamdı.
Uzun Həsən və Sultan Əhməd Tənbəl vilayət əhalisinə çox zülm və
pis rəftar etmişdilər. Vilayət əhalisinin hamısı məni istəyirdi. Mərginana gə-
lişimizdən iki-üç gün sonra Qasım bəy, pəşağarlılar, yeni nökər
1
olanlar və
Əli Dost bəyin adamlarından yüz nəfər Əndicanın cənub tərəfindəki dağ
qəbilələrindən (61 b) aşpariyan, turuq-şaran, çəgrək və bütün o civara bu ca-
maatı xoşluqla və ya zorla itaətə gətirmələri üçün göndərildi. İbrahim Saru,
Veys Lağari və Seydi Qara da yüz nəfərə yaxın bir qüvvə ilə Xocənd çayını
keçərək o tərəfdəki kurqanlarla dağ xalqlarını, nə şəkildə olursa-olsun, bizə
tabe etmək üçün Axsi tərəfinə göndərildi.
Bir neçə gün sonra yanlarına [Baburun kiçık qardaşı] Cahangir Mir-
zəni də alan Uzun Həsən ilə Sultan Əhməd Tənbəl əlindəki sipahiləri və
moğolları toplayıb Əndican və Axsinin əsgər ola biləcək adamlarını yığaraq,
Mərginanı mühasirə məqsədilə Mərginanın bir şəri şərqində yerləşən Sapan
adlı kəndə endilər. Bir-iki gün sonra da qüvvələrini qaydaya salıb Mərgina-
nın məhəllələrinə gəldilər.
Qasım bəy, İbrahim Saru və Veys Lağari komandanlığı altında olan
qüvvələr iki tərəfə göndərilmiş olduğu üçün mənim yanımda çox az qüvvə
qalmışdı. Buna baxmayaraq igidlər qüvvələrini qaydaya salaraq qarşı çıxdı-
lar və düşməni məhəllələrdən daha irərli buraxmadılar. O gün Xəlil Çöhrə
dəstar-piç cəsur hərəkət etdi və çox şücaət göstərdi. Düşmənlər gəlib heç bir
şey edə bilmədilər və bir daha (62 a) da kurqana yaxınlaşmadılar.
Qasım bəy Əndicanın güney dağlarına getmişdi. Aşpariyan, turuq-şa-
ran, çəgrək ilə o civarın dağlarında və ovalarında oturan əhali tamamən bi-
zim hakimiyyətimiz altına girdi. [Düşmən tərəfindəki] sipahilər də bir-bir,
iki-iki qaçıb bizə qoşulmağa başladılar. İbrahim Saru və Veys Lağarinin
başçılığı altıında olanlarsa Axsi tərəfinə gedib çayın qarşı sahilinə keçmiş-
dilər. Bab kurqanı və daha bir-iki kurqan bizə keçdi.
Uzun Həsən ilə Tənbəl zalım, fasiq və kafir adamlardı. Vilayət əhalisi
bunlardan çox zülm görmüşdü. Axsinin böyüklərindən olan Həsən Dikcə ilə
adamları, oranın bəzi alt təbəqəsi də üsyan edərək şəhərin dış kurqanında
1
Nökər: birinin əmri altına girərək onun xidmətində və məiyyətində olan, sıravi əsgər-
dən başlayaraq bəyə qədər çeşidli dərəcəli hərbi və mülki adamlar üçün işlənən termin.