BABURNAMƏ
85
başını partlatdılar.
Bir çox adam bu daşlardan (67 b) öldü.
Sabah tezdən təkrar müharibəyə başlandı və günortada əvvəl su yolu
alındı. Savaş axşama qədər davam etdi. Artıq su yolu alındığı üçün bir şey
edə bilmədilər və ertəsi sabah aman diləyib kurqandan çıxdılar. Tənbəlin ki-
çık qardaşı Xəlilin dəstəsindəki yetmiş-səksən və ya yüz adam əsir edilərək,
yaxşı mühafizə edilmələri üçün Əndicana göndərildi. Bizim də bəylərimiz,
içkilərimiz və yaxşı adamlarımız onların əlinə düşmüşdü. Bu iş yaxşı oldu.
Madu alındıqdan sonra Oş kəndlərindən olan Ünçü-Töbə adlı yerə en-
dik. Digər tərəfdən Tənbəl də Əndicandan dönərək Ribati-Sərhəng kəndlə-
rindən Abi-Xan deyilən yerə gəldi. Bu iki ordunun arasındakı məsafə bir
ağac idi. Bu arada Qənbər Əli xəstələnərək Oşa getdi. Bir ay və ya qırx gün
qədər orada qaldıq, lakin müharibə olmadı. Yalnız bizim ərzaqçılarla onların
ərzaqçılan arasında kiçık çarpışmalar baş verirdi.
Bu müddət ərzində gecələr ordugahın ətrafında çox yaxşı ehtiyat tər-
tibatı alındı: xəndəklər qazılır və xəndək olmayan yerlərə ağac qazıqlardan
əngəllər qoyulur, mövcud sipahilər də tam silahlı olaraq xəndək kənarına çı-
xarlardı. (68 a) Bu qədər ehtiyatlı davrandığımız halda, hər üç-dörd gündə
bir gecələr əsgərlər silah başına çağırılırdı.
Bir gün ərzaqçıların başında Seydi bəy Tağayi getmişdi. Düşmənin
adamları üstün qüvvələrlə gələrək ani bir vuruşma əsnasında Seydi bəyi əsir
aldılar.
BAYSUNQUR MİRZƏNİN XOSROV ŞAH
TƏRƏFİNDƏN ÖLDÜRÜLMƏSİ
Xosrov şah bu il Bəlx üzərinə yürümək düşüncəsi ilə Baysunqur Mir-
zəni çağırıb Qunduza gətirtdi və Bəlx üzərinə yürüdü. Uyaca gəldiklərində
xain və kafir Xosrov şah səltənət davasıyla -belə insaniyyətsiz, hünərsiz, də-
yərsiz, qorxaq, insafsız və ədalətsiz bir adama səltənət nəsib olarmı?- Bay-
sunqur Mirzəni bəyləri ilə birlikdə həbs etdi və onu kirişlə boğdurub məhər-
rəm ayının onunda [=17 avqust 1499] bu xoş təbiətli, çox fəzilətli, dəyərli
və əsil şahzadəni şəhid etdi. Bəylərini və içkilərindən bəzilərini də öldürdü.
BAYSUNQUR MİRZƏ
Doğumu və nəsəbi: Baysunqur Mirzə 882-ci [=1477] ildə Hisar vila-
yətində doğulmuşdur. [Teymur bəyin nəvəsi Əbu Səid Mirzənin oğlu] Sul-
tan Mahmud Mirzənin ikinci oğludur. Sultan Məsud Mirzədən kiçık, Sultan
Əli Mirzə və Sultan Hüseyn ilə Xan Mirzə adıyla bilinən Sultan Veys Mir-
zədən böyük idi. Anası Pəşşə bəyim idi. (68 b)
Şəkil və görkəmi: böyük gözlü, yuvarlaq üzlü, orta boylu, türkmən
Zəhirəddin Məhəmməd BABUR
86
çöhrəli və gözəl bir igiddi.
Əxlaqı və xasiyyəti: adil, insaniyyətli, xoş təbiətlı və fəzilətli bir şah-
zadə idi. Ustadı Seyid Mahmud şiə olduğu üçün Baysunqur Mirzə də şiə-
liklə ittiham edilirdi. Sonradan anlatdıqlarına görə, Səmərqənddə bu pis eti-
qadı buraxaraq, təmiz etiqadlı (sünni) olmuşdur. Şəraba çox düşkündü, şə-
rab içmədiyi vaxtlarda namaz qılardı. Cömərdliyi və ehsanı orta dərəcədə idi.
Nəstəliq yazısını çox yaxşı yazırdı. Nəqqaşlıq qabiliyyəti də fəna deyildi.
Şeiri də yaxşı söylərdi, təxəllüsü Adil idi. Şeiri divan tərtib edəcək qədər de-
yildi. Bu mətlə onundur:
Sayəvar əz natəvani cabəca miəftəm,
Gər nəgirəm ruyi-divari zi pa miəftəm.
Zəifliyimdən kölgə kimi oraya-buraya düşürəm,
Əgər bir divar tapmasam yıxılaram.
Səmərqənddə Baysunqur Mirzənin qəzəlləri o qədər yayılmışdı ki,
Mirzənin şeirləri olmayan ev çox az idi.
Meydan müharibələri: iki meydan müharibəsi elədi. Birincisi Sultan
Mahmud xan ilə elədiyi savaşdır. Taxta çıxdığı zaman [moğol xanı] Sultan
Mahmud xan Sultan Cüneyd Barlas və digərlərinin öyrətməsiylə Səmərqən-
di almaq (69 a) üçün qoşun çəkərək Ağ Kötəldən keçib Ribati-Soğd və Kən-
bay civarına gəlmişdi. Baysunqur Mirzə də Səmərqənddən ona qarşı çıxdı
və Kənbayda vuruşaraq onu möhkəm məğlub etdi. Üç-dörd min moğolun
başını kəsdirdi. Xanın işlərini idarə edən Heydər Göyəldaş bu savaşda öldü.
İkinci dəfə isə Buxarada [qardaşı] Sultan Əli Mirzə ilə savaşdı və yenildi.
Torpaqları: atası Sultan Mahmud Mirzə ona Buxaranı vermişdi. Ata-
sının ölümündən sonra atasının bəyləri toplanaraq onu ittifaqla Səmər-
qənddə padşah elan elədilər. Buxara da bir müddət onun divanına daxil idi,
ancaq tarxanlarm üsyanından sonra əlindən çıxdı. Mən Səmərqəndi alanda
Xosrov şaha sığındı, Xosrov şah da Hisarı alıb ona verdi.
Heç uşağı qalmadı. Xosrov şahın yanına gedəndə əmisi Sultan Xəlil
Mirzənin qızı ilə evləndi. Ondan başqa qadını və cariyəsi yox idi. Özü yal-
nız başına səltənət sürmədiyi üçün heç kimi öz əliylə yetişdirib böyüdərək
mötəbər bir bəy edə bilmədi. Bəyləri atasının və əmisinin (69 b) bəyləri idi.
Baysunqur Mirzənin ölümündən sonra Qoç bəyin atası Sultan Əhməd
Qaravul, böyük və kiçık qardaşları köçləri və əqrəbaları ilə birlikdə Qara-
Təkin vilayətindən çıxaraq bizim yanımıza gəldilər. Oşda xəstə olan Qənbər
Əli də xəstəlikdən qalxıb gəlmişdi. Belə bir əsnada gözlənilməyən bir yar-
dım olaraq, Sultan Əhməd Qaravulun adamları ilə birlikdə gəlib bizə qoşul-
malarını uğur sayaraq, ertəsi sabah qüvvələrimizi düzənlədik və dərhal düş-
mən üzərinə yürüdük. Tənbəl isə Abi-Xanda müharibə etmədən yurdundan
qalxıb getdi. Çadır, kilim və araba kimi bəzi əşyaları əsgərimizin əlinə keçdi.
Biz də gəlib onun yurduna endik.