BABURNAMƏ
91
Mirşah Koçin, Seydi bəy, Qasım Əcəb, Mir Veys və Mirim Divan başda ol-
maq üzərə sərbəst buraxıb göndərdilər.
Əndicana gəldikdən sonra Əli Dostun xasiyyəti tamamilə dəyişdi. Mə-
nimlə birlikdə qazaxlıqlarda və çətinliklərdə olan adamlara pis rəftar etməyə
başladı. Öncə Xəlifəni [Nizaməddin Əli Barlas] qovdu. Ondan sonra İbra-
him Sarunu və Veys Lağarini günahsız və səbəbsiz yerə tutdurub mallarını
yağmalatdırdı və vilayətlərindən uzaqlaşdırdı. Qasım bəylə də öcəşdi. Gö-
rünüşdə buna səbəb olaraq İbrahim və Xəlifənin Xoca [Mövlana] qazının tə-
rəfdarları olduğunu və ondan intiqam almaq ehtimalının olduğunu söyləyir-
di. Oğlu Məhəmməd Dost da özünü padşah kimi (75 a) aparırdı, söhbət,
ziyafət, divan və ehtişamda sultanlar kimi hərəkət etməyə başlamışdı. Bun-
lar Tənbələ arxalanaraq belə hərəkət etdilər. Məndə isə onların bu məqbul
olmayan hərəkətlərinin qarşısını alacaq güc yox idi. Tənbəl kimi bir düşmən
bunları himayə etdiyi üçün canları nə istəsə eləyirdilər. Çox həssas bir dövr
idi, etiraz etmə imkanı yoxdu. O günlərdə bu ata-oğulun zorbalığından çox
əziyyət çəkdik.
EVLİLİK VƏ İLK EŞQ
[Baburun əmisi] Sultan Əhməd Mirzənin Ayşə Sultan bəyim adlı qızı-
nı atam və əmim sağ ikən mənimlə nişanlamışdılar. Ayşə Sultan şaban ayın-
da [=1500 mart] Xocəndə gələndə onunla evləndim, ilk zamanlarda ona olan
sevgim pis deyildi. Amma bu ilk evlənməmdi. Həya və xəcalətimdən hər
on-on beş və ya iyirmi gündə bir yanına gedirdim. Sonralar bu sevgim də
qalmadı, amma utanmam arttı. Ayda və ya qırx gündə bir anam xanım məni
azarlayaraq zorla onun yanına göndərirdi. O sıralarda (75 b) ordu bazarına
mənsub bir adamın Baburi adında gözəl bir oğlu vardı.
Mən anqa (ona) qərib meyl peyda qıldım,
Bəlkəm anqa özümni zarü şeyda qıldım.
Ondan əvvəl heç kimsəyə qarşı meylli deyildim. Bəlkə sevgi və mə-
həbbət haqqında söylənənləri belə dinləməz və o barədə danışmazdım. O
zamanlar tək-tük farsca beyt də söylərdim. Bu beyti o zaman söylədim:
Hiç kəs çon məni-xərabü eşqü rüsva məbad,
Hiç məhbubi çü tu birəhmü bipərva məbad.
Heç kim mənim tək xarab, aşiq və rüsva olmasın,
Heç bir məhbub sənin tək rəhmsiz və pərvasız olmasın.
Baburi bəzən yanıma gəlirdi. Lakin mən utandığıımdan üzünə baxa
bilməzdim, harda qala ki, onunla danışıb görüşəydim. Nəşə və həycanımdan
gəldiyi üçün təşəkkür edə bilməzdim, o ki qala uzaqlaşmasından şikayət
edəm. Söhbət təklif edə biləcək güc nə gəzirdi.
Bir gün bu sevgi və məhəbbət anlarında məiyyətimlə birlikdə küçədən
Zəhirəddin Məhəmməd BABUR
92
keçirdim; birdən-birə Baburi qarşıma çıxdı. Duyğulanaraq üstümə elə bir
hal çökdü ki, az qala əriyəm. Mənim üçün ona doğru baxmaq və ya ona
səslənmək (76 a) mümkün deyildi. Min cür utanıb sıxılma və əzabla keçdim.
Məhəmməd Salihin bu beyti xatirimə gəldi:
Şum şərməndə hər ki, yar xodra dər nəzər benəm,
Rəfiğan soy mən binənd və mən soy digər benəm.
Sevgilimə hər baxanda xəcalətdən utanıram,
Dostlarım mənə baxır, mən başqa tərəfə baxıram.
Bu beyt mənim vəziyyətimə çox uyurdu. Eşqin və məhəbbətin şiddə-
tindən, gəncliyin və məcnunluğun qüvvətindən ətrafda, küçədə, bağda və
bağçada başı açıq və ayayğı yalın gəzirdim. Nə dost-tanışa, nə də yadlara
qoşulur, nə də özümdən və ya başqalarından çəkinirdim.
Aşiq olğac bihudü divanə boldum, bilmədim,
Kim, pəri rüxsarələr eşqinə bu ərmiş xəvas.
Bəzən məcnunlar kimi təkbaşıma dağlara və çöllərə gedir, bəzən də
bağları və məhəllələri küçə-küçə dolaşırdım. Nə yürümə, nə də oturma ira-
dəsinə sahib idim, nə getməyə, nə də qalmağa qərar verə bilirdim.
Nə barurğa qüvvətim bar, nə tururğa taqətim,
Bizni bu halətgə sən qıldın giriftar, ey könül.
SULTAN ƏLİ MİRZƏNİN
TARXANLARLA ARASININ DƏYMƏSİ
Bu il [Baburun əmisinın oğlu] Sultan Əli Mirzə ilə Məhəmməd Məzid
Tarxanın arası dəydi. Səbəbi bu idi: tarxanlarm etibarı və gücü çox artmışdı.
Baqi [Tarxan] Buxaranı (76 b) tamamən ələ keçirmişdi və Buxaranın gəli-
rindən başqasına bir təngə belə vermirdi. Məhəmməd Məzid Tarxan da Sə-
mərqəndin tam hakimiydi və bütün vilayəti oğullarıyla öz adamlarının idarə-
sinə vermişdi. Şəhərdən nə qədər təxsisat təyin etmişlərsə, bundan başqa heç
bir yerdən Sultan Əli Mirzəyə bir fels belə gəlmirdi.
Sultan Əli Mirzə artıq böyümüşdü və bunların belə hərəkətlərinə necə
dözə bilərdi. Bir neçə içkisi ilə birlikdə Məhəmməd Məzid Tarxanın həya-
tına sui-qəsd təşəbbüsündə bulundu. Məhəmməd Məzid Tarxan bunu xəbər
alınca yanında olan tüm adamları və bəyləri ilə birlikdə şəhərdən çıxdılar.
Bunların arasında Sultan Hüseyn Arğun, Pir Əhməd, Uzun Həsənin qardaşı
Xoca Hüseyn, Qara Barlas, Salih Məhəmməd ilə digər bəzi bəy və igidlər də
vardı.
O əsnada [moğolların xanı] Sultan Mahmud xan Xan Mirzənin yanına
bir çox moğol bəyləri ilə birlikdə Məhəmməd Hüseyn Gürgan Duğlat və
Əhməd bəyi verib onu Səmərqənd üzərinə göndərmişdi. Hafız [Məhəmməd]
bəy Dulday və oğlu Tahir bəy də Xan Mirzənin bəy-atəkələriydilər. Həsən
BABURNAMƏ
93
Nəbirə, Hindu bəy [Koçin] və digər bəzi igidlər isə Hafız bəylə və Tahir
bəylə olan əlaqələri üzündən Sultan Əli Mirzədən qaçıb (77 a) Xan Mirzə-
nin hüzuruna getmişdilər.
Məhəmməd Məzid Tarxan adamlar göndərib Xan Mirzəni və moğol
əsgərini çağıraraq Şavdar civarına gəldi. Orada Mirzə Xan ilə görüşərək
moğol bəyləri ilə danışdı. Moğol bəyləri Məhəmməd Məzid ilə tam anlaşa
bilmədilər. Hətta Məhəmməd Məzid Tarxanı ələ keçirməyi belə düşündülər.
Amma o bəylər bunu anlayınca bir bəhanə taparaq moğol əsgərindən ayrıl-
dılar. Onlar gedincə moğol əsgəri də orada dura bilmədi və dönüb Yar-yay-
lağa gəldi. O zaman Sultan Əli Mirzə az əsgərlə Səmərqənddən sürətə gələ-
rək Xan Mirzə [Sultan Veys Mirzə] ilə moğol əsgərinin üstünə cümənda on-
lar vuruşa bilməyərək qaçdılar. Bu, son zamanlarda Sultan Əli Mirzənin
gördüyü ən yaxşı iş idi.
Məhəmməd Məzid Tarxan və adamları bu moğollardan və mirzələr-
dən əllərini üzüncə moğol Əbdülvəhhabı mənim yanıma göndərdi. Əbdül-
vəhhab əvvəlcə mənim yanımda olmuş və Əndicanın mühasirəsində Xoca
[Mövlana] qazı ilə birlikdə yaxşı işlər görmüşdü. Biz isə belə fəna vəziyətdə
idik. Onun üçün dərhal sülh bağlayıb Səmərqənd üzərinə yürüməyi qəti şə-
kildə qərara almışdıq. Ordunun toplanacağı yeri bildirmək üçün Mir Moğolu
sürətlə Axsiyə Cahangir Mirzənin yanına (77 b) göndərərək Səmərqənd üzə-
rinə səfərə hazırlaşdıq. Zilqədə ayında [=1500 may-iyun] Səmərqənd üzəri-
nə yürüyüb üçüncü günü Qabaya gəldik.
İkindi namazı vaxtında Sultan Əhməd Tənbəlin kiçık qardaşı Xəlilin
Oş kurqanını basaraq zəbt etdiyi xəbəri gəldi. Təfsilatı belədir: yuxarıda
bəhs edildiyi kimi, aramızda sülh bağlananda başlarında Tənbəlin kiçık qar-
daşı Xəlil olmaq üzrə əsirlər sərbəst buraxılmış, Tənbəl də Xəlili Ozgənd-
dəki köç və qohumlarını çıxarmaq üçün oraya göndərmişdi. Köçünü çıxar-
maq bəhanəsi ilə Özgəndə girən Xəlil bugün-sabah deyə hiylə işlədərək
oradan çıxmırdı. Biz səfərə çıxanda Oş müdafiəsiz qalınca da bunu fürsət
bilərək gəlib Oş kurqanını bir basqınla ələ keçirmişdi.
Bu xəbər bizə gələndə qalıb bunlarla uğraşmağı bir neçə səbəbə görə
lazım bilmədik və Səmərqəndə doğru hərəkətimizə davam etdik. Bu səbəb-
lərdən biri budur: bizim sipahilərimizin hamısı öz təchizatlarını tamamla-
maq üçün evlərinə getmişdilər. Biz sülh müqaviləsinə inanmışdıq, bunların
bu hiyləsindən və xəyanətindən xəbərsizdik. Bir digər səbəb də Əli Dost (78
a) və Qənbər Əli kimi böyük bəylərimizdən də, bəhs etdiyimiz kimi, neçə
dəfə belə hərəkətlər göründüyü üçün onlara da inamımız qalmamışdı. Ayrı-
ca başlarında Məhəmməd Məzid Tarxan olduğu halda bütün Səmərqənd
bəyləri məni çağırmaq üçün Mir Moğolu göndərmişdilər. Səmərqənd kimi
bir paytaxt varkən, niyə Əndican kimi bir yer üçün adam və vaxt itirim ki?
Qabadan Mərginana gəldik. Mərginan Qoç bəyin atası Sultan Əhməd
Dostları ilə paylaş: |