Zəhirəddin Məhəmməd BABUR
82
Anamın yanında min beş yüz-iki minə yaxın moğol vardı. Həmzə Sul-
tan, Mehdi Sultan və Məhəmməd Duğlat ilə birlikdə yenə bu miqdarda mo-
ğol da Hisardan gəlmişdi. Pislik və xaos daim moğol ulusundan törəmişdir.
İndəyə qədər mənimlə beş dəfə düşmən oldular. Düşmən olmalarının səbəbi
mənimlə dil tapa bilməmələri deyildi. Öz xanlarına qarşı da bir neçə dəfə
eyni şəkildə hərəkət etmişdilər.
Bu xəbəri mənə Sultanqulu Çanaq gətirdi. Bu yaxınlarda vəfat edən
atası Xudaverdi Buqaqa (65 a) moğollar içində çox hörmət etmişdim. O,
moğollarla birlikdə olurdu. Öz xalqından və ulusundan ayrılaraq mənə bu
xəbəri gətirdi. Gərçi bu dəfə yaxşı hərəkət etdi, lakin sonra elə qəbahətlərə
yol verdi ki, bunun kimi yüz min xidmət eləsə də onu ört-basdır edə bilməz-
di. Bu barədə sonra danışacağam. Sonradan etdiyi qəbahətlər də moğol ol-
masından qaynaqlanırdı.
Xəbər gəlincə bəyləri toplayıb vəziyyəti müzakirə etdik. Bəylər bunun
əhəmiyyətsiz bir məsələ olduğu, padşahın səfərə çıxmasına gərək olmadığı
və bütün bəylərin Qasım bəy komandanlığında hərəkət etməsinin kifayət
olacağı fikrində həmrəy oldular. Buna qərar verildi. Bunu asan sandılar, la-
kin bu fikir yanlış imiş. O gün Qasım bəy bəyləri və əsgəri alıb yola çıxdı.
Bunlar gedincəyə qədər Tənbəl də gəlib moğollara qoşulubmuş. Ertəsi gün
sabah tezdən Aylamış çayının Yastı keçid adlı keçidini aşınca birdən-birə
onlarla qarşılaşır və yaxşıca vuruşurlar. Qasım bəy Sultan Məhəmməd Ar-
ğun ilə şəxsən qarşılaşaraq iki-üç dəfə qılıncla vuruşduğu halda başa çıxa
bilmir. Bir çox igidimiz qılıncla vuruşur, lakin axırda məğlub olurlar. (65 b)
Qasım bəy, Əli Dost Tağayi, İbrahim Saru, Veys Lağari və Seydi Qara
ilə bəylərdən və içkilərdən üç-dörd adam qurtuldu. Digər bəy və içkilərin
çoxu ələ keçdi. Əli Dərviş bəy, Mirim Lağari, Tuka bəy və [atası] Şirim bəy
Tağayi, Məhəmməd Dost, Əli Dost, Mirşah Koçin və Mirim Divan da onla-
rın arasındaydı.
Bu müharibədə iki igid qılıncla gözəl vuruşdu. Bizim tərəfdən İbrahim
Sarunun kiçık qardaşlarından Səməd adlı biri ilə qarşı tərəfdən Hisar moğol-
larından Şahsuvar adlı biri qarşılaşır. Şahsuvar elə bir vuruş vurur ki, qılınc
dəbilqəni yararaq Səmədin başına işləyir. Səməd yaralı olmasına baxmaya-
raq Şahsuvarın başına elə bir zərbə endirir ki, qılınc Şahsuvarın başından
ovuc qədər bir sümük parçasını alıb götürür. Şahsuvarın dəbilqəsi yox imiş,
başını sarıdılar və yaxşı oldu. Səmədin başını sarıyacaq adam yox idi, üç-
dörd gün sonra bu yaradan öldü.
Qazaxlıq və fəlakətlərdən qurtularaq vilayəti yenicə aldığımız bir əs-
nada gerçəkləşən bu məğlubiyyət çox vaxtsız oldu. Mənə böyük bir dəstək
olan Qənbər Əli Moğul [Səllah] Əndican alındığı zaman vilayətinə getmiş
olduğundan (66 a) burada yox idi. Vəziyyət belə ikən [Sultan Əhməd] Tən-
bəl də Cahangiri yanına alaraq Əndicanın bir şəri məsafəsində yerləşən Eyş
BABURNAMƏ
83
təpəsinin önündəki çayıra gəldi. Bir-iki dəfə Çihil Doxtəran üzərindən əs-
gərini düzərək Eyş təpəsinin ətəyinə qədər irəlilədi, ancaq bizim igidlər qüv-
vələrini bir araya gətirib məhəllə və bağların arxasına qədər irəliləyərək on-
lara qarşı çıxdıqları üçün daha artıq irəli gedə bilmədilər və təpənin ətəyin-
dən geri qayıtdılar.
Tənbəl bu tərəfə gələndə ələ keçirdiyi bəylərdən Mirim Lağari ilə Tu-
kayı öldürdü. Bir aya yaxın bu ətrafda oturdu, lakin heç bir iş edə bilmədən
Oş tərəfinə qayıtdı. Oş İbrahim Saruya verilmişdi və orada onun adamı var-
dı. Oşu Tənbələ qarşı bağladılar.
FƏRQANƏ - 905 (8 AVQUST 1499 - 28 İYUL 1500)
Zəhirəddin Məhəmməd BABUR
84
DOQQUZ YÜZ BEŞİNCİ İLİN HADİSƏLƏRİ
Vilayətlərin atlı və piyada əsgərlərinə təcili xəbərçilər və tədarükçülər
göndərildi. Qənbər Əliyə və öz vilayətlərinə getmiş olan əsgərlərə də xəbər-
çilər yollayıb qalxan, qazma, balta və əsgərin silahlandırılmasına lazım olan
digər şeylər üçün tədbirli tədarükçülər təyin edildilər. Vilayətdən əsgər ola
biləcək atlıları, piyadaları və hər tərəfə işlə bağlı getmiş olan adamları və si-
pahiləri toplayaraq Tanrıya təvəkküllə məhərrəm ayının (66 b) on səkkizin-
də [=25 avqust 1499] Hafiz bəyin [Məhəmməd Dulday] çarbağına hərəkət
etdim. Bir-iki gün çarbagda qalıb çatışmayan paltar və sursatı hazırlayıb ta-
mamladıqdan sonra atlı və piyada əsgərin sağ qol, sol qol, mərkəz və önçü
hissələrini düzənləyib səf halında Oş tərəfə müxaliflərin üstünə yürüdük.
Oşa yaxınlaşanda müxaliflərin o civarda dura bilməyərək oranın şima-
lında yerləşən Ribati-Sərhəng tərəfinə getdikləri xəbəri gəldi. O gecə Lat-
kənd kəndinə endik. Sabah tezdən hərbi bir nizamla Oşdan keçərkən müxa-
liflərin Əndican tərəfinə getdiyini xəbər aldıq. Biz də Özgənd üzərinə yürü-
dük və bizdən öncə o civarı yağmalaması üçün axınçı göndərdik.
Əndicana getmiş olan müxaliflər ora çatıb gecə ikən xəndəyə girərək
divarlara nərdivan qoyarkən kurqandakılar bunu eşidir, müxaliflər də heç bir
şey edə bilmədən geri qayıdırlar. Bizim axınçılarımız da Oş civarını yağma-
lamaqla birlikdə ciddi bir şey ələ keçirmə bildən dönüb gəldilər.
MADU KURQANININ ALINMASI
Oş vilayətinin kurqanlarından olan Madu kurqanı o zaman öz möh-
kəmliyi ilə məşhur idi. [Sultan Əhməd] Tənbəl kiçık qardaşı Xəlili iki yüz-
iki yüz əlli adamla orada qoymuş (67 a) və Xəlil kurqanı bağlamışdı. Biz
gəlib savaşaraq Madu kurqanını almağa çalışdıq.
Madu kurqanı çox sağlam bir kurqandır. Şimal tərəfində bir çay var.
Kurqan olduqca yüksəkdə yerləşir. Çaydan ox atılırsa, bəlkə də divarına çat-
maz. Su yolu da o tərəfdədir. Bu yolu kurqandan aşağıya doğru küçə şəklin-
də iki tərəfinə divar tikərək nəhrə qədər gətirmişlər. Təpə tərəfləri xəndəkdir.
Çay yaxın olduğu üçün buradakı daşlardan qazan qədər böyük olanları
alıb kurqana çıxarmışlar. Madu kurqanından o qədər böyük daşlar atdılar ki,
bu qədər kurqan müharibəsi olduğu halda heç bir kurqandan belə daşlar
atılmamışdır. Katda bəyin böyük qardaşı Əbdülqüddüs Kuhbər divarın dibi-
nə qədər çıxmışdı. Divardan üzərinə o qədər daş atdılar ki, Əbdülqüddüs heç
bir yerə toxunmadan havadan birbaşa uçaraq bu qədər yüksək yerdən
kurqan bayırının dibinə qədər yuvarlana-yuvarlana gəldi. Lakin heç bir şey
olmadı, dərhal atına minib getdi. Su yolunda Yarəli Bilala bir daş ataraq