Zəhirəddin Məhəmməd BABUR
94
bəyə verilmişdi. Bəzi işlər və əngəllər üzündən o mənimlə birlikdə hərəkət
edə bilməyərək Mərginanda qalsa da, oğlu Qoç bəy bir neçə qohumuyla bə-
rabər mənimlə gəldi. İsfəra yoluyla hərəkət edərək İsfəraya bağlı Maxan adlı
bir kəndə gəldik. Xoş bir təsadüf əsəri olaraq adamlarıyla birlikdə Qasım
bəy, Əli Dostla birlikdə bir çox igidi ilə Seyid Qasım [eşik-ağa] da əvvəlcə-
dən qərarlaşdırılmış kimi o gecə gəlib bizə qoşuldular. Oradan hərəkət edib
Dəşti-Həsban üzərindən ötərək Çoban körpüsündən keçib Ura-Təpəyə gəl-
dim.
Qənbər Əli isə Tənbələ güvənərək öz vilayəti olan Xocənddən qalxıb
hərbi məsələlər haqqında danışmaq üçün Axsiyə gəlir. Gəlincə də Tənbəl
onu dərhal bağladıb yanına alaraq (78 b) vilayətlərinin üstünə cumur. Türk-
cədə bir ata sözü vardır: «İnanma dostuna, saman təpər postuna» (dərinə).
Yolda götürülərkən Qənbər Əli qaçıb piyada olaraq min bir zəhmətlə
Ura-Təpəyə gəldi. Biz Ura-Təpədə ikən Şeybani xanın Dəbusi qalasında
Baqi Tarxanı məğlub edib Buxara üzərinə yürüdüyü xəbəri gəldi. Ura-Tə-
pədən hərəkət edib Bürkə yaylağı yoluyla Səngzara gəldik. Səngzar valisi
kurqanı təslim etdi. Qənbər Əli hər şeyini itirərək gəldiyi üçün onu Səngzar-
da qoyub getdik.
Xan yurduna gəlib düşərgə salanda başlarında Məhəmməd Məzid Tar-
xan olmaqla Səmərqənd bəyləri gəlib sədaqətlərini bildirdilər. Səmərqəndin
zəbti məsələsini onlarla müzakirə etdik. Onlar da «[Xoca Übeydullahın
oğlu] Xoca Yəhya padşaha candan bağlıdır, əgər Xocanı öz tərəfimizə çək-
sək, Səmərqəndi savaşmadan və asanlıqla zəbt etmək mümkündür» dedilər.
Bunun üçün bir neçə dəfə Xoca Yəhyaya adamlar göndərərək danışıq aparıl-
dı. Xoca Yəhya bizə qəti söz verməməklə birlikdə məyus edəcək söz də söy-
ləmədi.
Xan yurdundan qalxıb Dərğəm sahilinə gəldik. Dərğəm sahilindən
Xoca Məhəmməd Əli Kitabdar Xoca Yəhyanın yanına göndərildi (79 a) və
«Gəlsinlər, şəhəri təslim edərik» xəbərini gətirdi. Biz də axşama doğru Dər-
ğəmdən qalxıb şəhərə doğru hərəkət etdik.
Amma Sultan Məhəmməd Duldayın atası Sultan Mahmud Dulday ora-
dan qaçaraq getmiş və Səmərqənddə olanları bu ittifaqdan agah etmişdi. Xə-
bər aldıqları üçün nəzərdə tutduğumuz plan baş tutmadı və qayıdıb təkrar
Dərğəm sahilinə gəldik.
İbrahim Saru Mınqlı inayət etdiyim bəylərimdən idi, Əli Dost [Tağa-
yi] onu yaxaladıb sürmüşdü. Mən Yar-yaylağa gəldiyim zaman Yusif bəyin
[Seyid Yusif Oğlaqçı] böyük oğlu Məhəmməd Yusif ilə birlikdə gəlib səda-
qətini bildirdi. Əli Dost sadiq bəylərimizin və içkilərimizin bir uismini özü-
nə müxalif olduqları üçün sürdürmüş, mallarını yağmalatmış, bəzilərini də
yaxalatmışdı. Bunlar da birər-birər gəlib toplandılar.
Əli Dostun mövqeyi sarsılmışdı, çünki Tənbələ qüvənərək mənə və
BABURNAMƏ
95
mənim tərəfdarlarıma cəfa və əziyyət edirdi. Mən də bu alçaq adamdan heç
xoşlanmırdım. Utandığından və qorxusundan yanımda qala bilməyərək get-
mək üçün izin istədi. Mən də bunu minnət bilərək izin verdim. Əli Dost və
[oğlu] Məhəmməd Dost bu (79 b) izni alan kimi Tənbəlin yanına getdilər.
Tənbəlin yaxınlarından olan bu ata ilə oğuldan bir çox düşmənlik və
pisliklər meydana gəldi. Bir-iki il sonra Əli Dostun əlində çiban çıxaraq və-
fat etdi. Məhəmməd Dost isə özbəklərə qoşuldu. Vəziyyəti ümumən pis de-
yildi, lakin oradan da nankorluq edib qaçaraq Əndican dağının ətəklərinə
getdi, düşmənlik və fitnə çıxardı. Axırda özbəklərin əlinə düşdü, onlar da
bunun gözlərini kor etdilər. Gözlərini «duz tutdu»
1
ifadəsinin belə bir məna-
sı varmış.
Bunların getmələrinə izin verdikdən sonra Guri Barlas da bir neçə
igidlə birlikdə xəbər bilmək üçün Buxara tərəflərinə göndərilmişdi. Şeybani
xanın Buxaranı zəbt edib Səmərqənd üzərinə doğru yürüdüyü xəbəri gəldi.
O civarda olmağı uyğun görməyərək Keş tərəfinə getdik. Səmərqənd bəylə-
rinin bir çoxunun köçləri Keşdə idi.
SƏMƏRQƏNDİN ŞEYBANİ XANA TƏSLİM EDİLMƏSİ
Keşə gəlib bir-iki həftə keçirdikdən sonra Sultan Əli Mirzənin Səmər-
qəndi Şeybani xana təslim etdiyi xəbərini aldıq. Təfsilatı budur: Sultan Əli
Mirzənin anası Zöhrə Bikə ağa cahilliyi və axmaqlığı üzündən Şeybani xa-
na gizlicə bir adam göndərərək bu xəbəri çatdırır: «Əgər Şeybani xan (80 a)
mənimlə evlənəcək olsa, oğlu Səmərqəndi Şeybani xana təslim edəcək; la-
kin Şeybani xan da şəhəri aldıqdan sonra atasının vilayətini təkrar Sultan Əli
Mirzəyə verəcək».
Əbu Yusif Arğun bundan xəbərdar imiş. Bəlkə ona bu fikri verən elə o
xainin özü olmuşdur.
FƏRQANƏ - 906 (28 İYUL 1500 - 17 İYUL 1501)
1
Gözlərini duz-çörək tutdu deməkdir.
Zəhirəddin Məhəmməd BABUR
96
DOQQUZ YÜZ ALTINCI İLİN HADİSƏLƏRİ
Şeybani xan bu qadının vədi üzrə gəlib Baği-Meydana endi. Sultan
Əli Mirzə də bəylərindən və igidlərindən heç kimə xəbər vermədən və heç
kimlə məsləhətləşmədən yaxınlarından bir neçə kiçık zatla birlikdə günorta
vaxtı Çarrah qapısından çıxıb Baği-Meydana Şeybani xanın yanına getdi.
Şeybani xan onu elə də yaxşı qarşılamadı. Görüşdükdən sonra da özündən
aşağı bir tərəfə oturtdu.
Xoca Yəhya Mirzənin şəhərdən çıxdığını duyunca üzüldü. Lakin heç
bir çarə tapa bilmədiyi için o da çıxdı. Şeybani xan onu yerindən qalxmadan
qarşılayıb bir neçə tənəli söz söylədi. Axırda Xoca Yəhya getmək üçün ye-
rindən qalxanda Şeybani xan da sayğı göstərərək yerindən qalxdı.
Xoca Əli bayın oğlu Can Əli Ribati-Xocada olurdu. Mirzənin çıxdığı-
nı xəbər alınca o da Şeybani xanın hüzuruna gəldi.
Bu uğursuz qadının ağlı qıt olduğu üçün ərə getmək arzusu üzündən
oğlunun xanimanını (80 b) bərbad elədi. Şeybani xan ona zərrə qədər əhə-
miyyət vermədi və cariyəsi qədər belə saymadı.
Sultan Əli Mirzə tutduğu işə və şəhərdən çıxmağına çox peşman ol-
muşdu. Bəzi yaxınları vəziyyəti başa düşərək Mirzəni qaçırmaq istədilər.
Lakin Sultan Əli Mirzə buna razı olmadı. Əcəli gəldiyi üçün qurtula bilmədi.
O, [Şeybani xanın oğlu] Teymur Sultanla birlikdə qalırdı. Dörd-beş gün
sonra Külbə çayırında onu öldürdülər. Bu beş günlük fani həyat üçün pis ad-
la getdi. Qadın sözünə aldanıb özünü yaxşı ad sahibləri cərgəsindən çıxardı.
Belə bir adamın əhvalatını bundan artıq yazmaq və belə alçaq hərəkətləri
bundan artıq eşitmək doğru deyildir.
[Şeybani xan] Sultan Əli Mirzəni öldürdükdən sonra Can Əlini də öl-
dürüb Mirzəsının yanına göndərdi. Xoca Yəhyaya etimad etmədiyi üçün də
ona iki oğlu Xoca Məhəmməd Zəkəriyyə və Xoca Baqi ilə birlikdə Xorasan
tərəfinə getməsinə izin verdi. Sonra da arxalarından bir neçə özbək gedib
Xoca-Kardzən civarında Xoca həzrətlərini iki igid oğluyla birlikdə şəhid
etdilər. Şeybani xan Xocanın öldürülməsi işində (8l a) əli olmadığını, qatıl-
lərin Qənbər Bi ilə Köpək Bi olduğunu söyləmişdir. Əgər belədirsə, daha da
pis. Bir atalar sözü vardır: «üzrü qəbahətindən böyük». Əgər bəylər belə
işləri xanlarının və padşahlarının xəbəri olmadan özləri etməyə başlayırlarsa,
daha xanlığın və padşahlığın nə etibarı var?
Özbəklər Səmərqəndi aldıqdan sonra biz də Keşdən Hisara doğru get-
dik. Məhəmməd Məzid Tarxan başda olmaqla Səmərqənd bəyləri öz köç və
ailələri ilə birlikdə bizimlə hərəkət etdilər. Çağanyanın Çəltu çayırında da-
yananda Məhəmməd Məzid Tarxanın başçılıq etdiyi Səmərqənd bəyləri biz-
dən ayrılaraq gedib Xosrov şahın xidmətinə girdilər.
Dostları ilə paylaş: |