BABURNAMƏ
123
duqdan sonra nə olacağı bəlli deyildi. Çarəsizlik üzündən istər-istəməz razı
oldum.
Böyük xanın hüzurundan çıxıb ata minərək kiçık xanı görməyə get-
diyim zaman Sallax deyə bilinən Qənbər Əli bəy mənə yaxınlaşdı və dedi:
«Gördünüzmü, bugün mövcud vilayətləri aldılar. Bunlarla sizin işiniz irəli
getməz. (108 b) Oş, Mərginan, Özgənd və idarənizə girmiş olan vilayət və
əhali hələ əlinizdədir. Dərhal gedib Oşa girərək kurqanları qapayın, Sultan
Əhməd Tənbələ adam göndərib barışaraq moğolu vurub çıxarın və vilayət-
ləri iki qardaş paylaşın».
Mən də belə dedim: «Bu, mümkün deyil, xanlar mənim öz qohumla-
rımdır. Bunlara xidmət etmək, Tənbələ padşahlıq etməkdən daha yaxşıdır».
Qənbər Əli bəy sözünün təsir etmədiyini görüncə peşman olub geri qayıtdı.
Gedib kiçık xan dayımı gördüm, ilk görüşümüzə onun xəbəri olmadan
getmişdim, kiçık xan atdan enməyə macal tapmamış və biz xüsusi ehtiram
olmadan görüşmüşdük. Bu dəfə bir az yaxınlaşınca qaçaraq çadır iplərinin
yanına qədər çıxdı. Ayağımdakı ox yarası üzündən əsaya söykənərək çətin-
liklə yeriyirdim. Gəlib mənimlə görüşdü, «Qardaşım, qəhrəmansınızmış»
deyə əlimdən tutdu və kömək edərək çadıra götürdü. Çadır bir az kiçık idi.
Əyalətdə böyüdüyü üçün çadırı və yaşayış yeri səliqəsiz və qazaxlarınkı
kimi idi. Qovun, üzüm və at ləvazimatı elə çadırının içində idi.
Kiçık xanın hüzurundan çıxıb öz qərargahıma gəldim. Xan yarama
baxması üçün Atikə bəxşi adlı bir moğol cərrahını göndərmişdi. Moğollar
yaxşı cərraha da bəxşi deyirlər. Atikə bəxşi cərrahlıqda fövqəladə mahir idi.
İnsanın beyni (109 a) çıxsa, müalicə edir, hər cür yara üçün köklərdən dər-
hal bir dərman düzəldirdi. Bəzi yaralara mərhəm kimi dərman qoyur, bə-
zilərinə də yemək üçün bir dərman verirdi.
Mənim budumun yarasına yandırılmış yun sürtməmi söylədi, fitil qoy-
madı. Bir dəfə də kök kimi bir şey yedirtdi. Özünün dediyinə görə, bir dəfə
birinin ayağının incə sümüyü qırılıb dörd barmaq qədər yeri tamamən parça-
parça olmuşdu. Ətini yarıb sümüklərini tamamən çıxararaq yerinə dərmanı
toz halında qoymuş və o dərman sümüyü əvəz etmişdi. Belə qəribə şey-
lərdən çox danışdı. Vilayət cərrahları belə şeylər etməkdən acizdir.
Üç-dörd gün sonra Qənbər Əli söylədiyi sözlərdən xoflanaraq qaçdı
və Əndicana getdi.
BABURUN AXSİ ÜZƏRİNƏ GÖNDƏRİLMƏSİ
Bir neçə gün sonra xanlar ittifaq edib Əyyub Bəyciyi tüməniylə, Can
Həsən Barini barin tüməniylə və Sarıqbaş Mirzəni də çərikbəyi təyin edərək
iki min qədər adamı yanıma qatıb məni Axsi tərəfinə göndərdilər.
Axsidə Tənbəlin kiçık qardaşı Şeyx Bəyazid bəy və Kasanda isə
Zəhirəddin Məhəmməd BABUR
124
Şahbaz Karluq olurdu. O günlərdə Şahbaz gəlib Nevkənd kurqanının önün-
də yerləşmişdi.
Biçratanın qarşısından Xocənd çayını keçib Nevkəndə Şahbazin üzə-
rinə axın etdik. Sabahdan bir az öncə Nevkəndə yaxınlaşanda (109 b) bəylər
belə ərz etdilər: «Bu adam gəlişimizdən mütləq xəbər tutub, səfləri pozma-
dan aydınlıqda getməmiz daha uyğun olar». Bir az yavaş yürüdük. Şahbazın
xəbəri yoxmuş. Biz Nevkəndə yaxınlaşdığımız vaxt eşidib, tez qaçıb kur-
qana girmişdi. Buna bənzər şeylər çox olur. Düşmən xəbərdar olmuşdur de-
yə düşünənlər fürsəti qaçırırlar. Təcrübə bunu təsdıq edir. Deyirlər ki, iş qa-
pıya gələndə qeyrət və diqqətdə qüsura yol vermək olmaz, sonrakı peşman-
lıq fayda verməz.
Dan ağarırkən kurqan ətrafında kiçık bir çarpışma oldu, lakin ciddi bir
savaş olmadı. Sonra axın üçün Nevkənddən dağlara doğru, Bişharan tərəfinə
getdik. Şahbaz Karluq fürsəti qənimət bilib Nevkəndi buraxdı və qaçıb Ka-
sana getdi. Biz də qayıdıb Nevkəndə yerləşdik.
O günlərdə əsgərlər ətrafa bir neçə dəfə axın etdilər. Bir dəfə Axsinin
kəndlərinə və bir dəfə də Kasana axın edildi. Şahbaz və Uzun Həsənin Mi-
rim adlı oğulluğu onlara qarşı çıxdı, savaşdılar və yenildilər, Mirim orada
öldü.
Axsinin möhkəm kurqanlarından biri də Bab kurqanıdır. Kurqandakı-
lar Bab kurqanını qapadıb bizə adam göndərdilər. Seyid Qasım bir neçə
igidlə birlikdə oraya göndərildi. (110 a) Onlar Axsinin yuxarı tərəfindəki
kəndlərinin qarşısından çayı keçib Bab kurqanına girdilər.
Bir neçə gün sonra qəribə bir hadisə oldu. O günlərdə İbrahim Çapıq
Tağayi, Əhməd Qasım Kuhbər və Qasım Xatikə Arğun Axsidə [Əhməd
Tənbəlin kiçık qardaşı] Şeyx Bəyazidlə birlikdə olurdular. Tənbəl bu bəhs
edilən adamlara iki yüzə qədər seçmə igid qoşaraq bir gecə ansızın Bab kur-
qanı üzərinə göndərir.
Seyid Qasım qəflətə düşərək ehtiyat tədbirləri görməmişdi. Bunlar
kurqana varıb nərdivanla yuxarı çıxaraq qapını ələ keçirir və xəndək kör-
püsünü endirib yetmiş-səksən yaxşı silahlı igidi kurqana buraxırlar. Seyid
Qasım ancaq o zaman bundan xəbər tutur. Gecə köynəyiylə qalxıb yanın-
dakı beş-altı adamla birlikdə ox ataraq, vura-vura bunları dışarı çıxarır. Bir
neçə adamın da başını kəsib göndərdi. Bu hadisədəki kimi bu cür qəflətə
düşmək komandanlıq baxımından çox böyük bir qəbahət olsa da, az adamla
silahlı bir çox igidi uğurla vurub çıxarmaq da böyük bir cəsarətdir.
Bu arada xan dayımlar Əndican kurqanının mühasirəsi ilə məşğul idi-
lər. Kurqan əhalisi onları kurqana yaxınlaşmağa qoymurdu. İgidlər at üzə-
rində dışarı çıxıb vuruşdular.
BABURUN AXSİ KURQANINI ƏLƏ KEÇİRMƏ CƏHDİ