Zəhirəddin Məhəmməd BABUR
134
mək yemirdım. Günorta namazı vaxtı bir qoyun taparaq gedib bir yerdə fa-
silə verdik və kabab bişirdilər. Bu kababdan doyunca yedim. Ondan sonra
atlara minib beş günlük yolu iki gün və iki gecədə sürətlə gedib Əndicana
girdik. Orada böyük və kiçik xan dayılarımla görüşdüm, başımdan keçənləri
tam şəkildə onlara danışdım.
Dörd ay xanların yanında qaldım. Hər tərəfə (120 a) dağılan adamla-
rım yığıldılar. Üç yüzdən bir az artıq adam vardı. «Madam ki bu Fərqanə vi-
layətində yersiz və yurdsuz olaraq yaşamam lazımdır, mən də başımı alıb
başqa bir tərəfə gedim» deyə düşündüm və məhərrəm ayında Xorasana get-
mək niyyətilə Fərqanə vilayətindən yola çıxdım
1
.
II. KABİL
1
Baburun xatirələri 908-ci ilin hadisələri başa çatmadan burada kəsilir, 909-cu ilin ha-
disələri isə bütünlüklə yoxdur. Həmin çatışmayan dövrdə bu hadisələr baş vermişdir: 909-
cu ildə Əndican Baburun dayıları olan iki moğol xanının əlində, Babur özü dayılarının ya-
nında olmuşdur. Tənbəlin vəziyyəti çox pisləşmiş, Fərqanədə qala bilmək üçün Şeybaniyə
tabe olmağı qəbul edərək onu köməyə çağırmışdır. Şeybani xan savaşda moğol xanlarını
məğlub etmiş, ancaq onları öldürməmiş, onların soyundan qızlar alaraq xanları buraxmışdır.
Məqsədi moğolları öz ordusuna qatmaqdır.
Bu savaş zamanı dayılarının ordusunda olan Babur qaçmağı bacarmış və Şeybani onu
yaxalaya bilməmişdir. Babur qaçıb Fərqanənin cənubundakı dağlarda gizlənmişdir. Şeybani
xan Daşkəndi və Seyhunun sağ sahilindəki bir çox yeri də almışdır. Sonra Bəlxdə Bədiüz-
zaman Mirzənin üstünə hücum edib şəhəri bir neçə ay mühasirədə saxlamış, lakin ala bil-
məmişdir. Daha sonra Tənbəli Əndicanda ələ keçirmiş və öldürmüşdür. Bundan sonra Fər-
qanəyə bütünlüklə hakim olmuşdur.
Babur isə Fərqanənin cənubundakı dağlardan Xorasana getməyi qərara almışdır. Bu
zaman onun yanında üç yüzdən bir az artıq adam olmuşdur.
BABURNAMƏ
135
KABİL - 910 (14 İYUN 1504 - 4 İYUN 1505)
DOQQUZ YÜZ ONUNCU İLİN HADİSƏLƏRİ
Məhərrəm ayında [=1504 iyun-iyul] Xorasana getmək niyyətilə Fər-
qanə vilayətindən çıxıb Hisar vilayətinin yaylalarından olan İlək yaylasına
endim. Orada iyirmi üç yaşıma girərkən ilk dəfə təraş oldum.
Hər hansı bir ümidə qapılaraq mənimlə birlikdə gələnlərin sayı böyük-
kiçık iki yüzdən bir az artıq, üç yüzdən bir az azdı. Çoxu piyadə idi.
Əllərində zopa, ayaqlarında çarıq və üstlərində çuldan başqa heç bir şeyləri
yox idi. Səfalət o dərəcə idi ki, yalnızca iki çadırımız vardı. Mənim çadırım
validəmə təxsis edilmişdi. Mənə isə hər getdiyimiz yerdə bir alaçıq qururdu-
lar və mən bu alaçıqda otururdum.
Gərçi Xorasana getmək niyyətilə yola çıxmışdıq, lakin bu vəziyyətdə
bu vilayətdən və Xosrov şahın adamlarından ümidlənirdik. Hər neçə gündən
bir bir adam gəlib vilayət və xalqdan xəbər gətirir, biz də ümidə qapılırdıq.
Bu əsnada Xosrov şahın yanına elçi olaraq göndərilən Molla Baba Pə-
şağari gəldi. Xosrov şahdan qəlbəyatan bir söz gətirməsə də əhalidən gətir-
diyi sözlər (120 b) ümidverici idi.
İləkdən ayrılıb üç-dörd mənzildə gecələdikdən sonra Hisar civarında
Xocaimad deyilən yerdə düşərgə qurduq. Orada ikən Mühib Əli Qurçu Xos-
rov şahın elçi olaraq gəldi. Xosrov şah kərəmi və səxavəti ilə məşhur idi, an-
caq iki dəfə onun vilayətindən keçdiyimiz halda başqalarına elədiyi insaniy-
yəti bizə göstərmədi. Amma əhalidən və vilayətdən ümidvar olduğumuza
görə hər mənzildə bir müddət qalırdıq.
O zaman ən böyqk adamımız Şirim Tağayi idi, onun da Xorasana get-
mək istəməyərək bizdən ayrılmaq niyyəti vardı. Sərpüldə məğlub olaraq Sə-
mərqəndə döndüyüm zamanda da ailəsini uzaqlaşdırmış və qalanın müdafiə-
sində yalnız özü qalmışdı. Çox alçaq bir adamdı. Daha öncə də bir neçə dəfə
belə hərəkətlərdə bulunmuşdu.
Qabadiyana gələndə Çağanyanı, Şəhri-Səfanı və Termizi əlində tutan,
Xosrov şahın kiçık qardaşı Baqi Çağanyani Qarşı xatibini göndərib mənə öz
sədaqətini bildirərək bizə qoşulmaq istədi və Amu çayını [Amu-Dərya]
Ubaç keçidindən keçən zaman gəlib bizə qoşuldu.
Baqinin xahişi ilə Termiz qarşısına gəldik və sonrasında bütün köç-
lərini Amudan keçirib bizimkilərə qatılmasının ardından da Xosrov şahın
qardaşı oğlu, Baqinin oğlu Əhməd Qasımın idarəsindəki Kahmərd və Bam-
yan tərəflərinə hərəkət etdik. Niyyətimiz Kahmərdin Əcər adlı dərə kurqa-
nında ailə və adamlarımızın (121 a) təhlükəsizliyini təmin etmək, sonra da
vəziyyətə görə hərəkət etmək idi.
Aybəkə gələndə əvvəlcə mənim yanımda olan, yaxşı qılınc çalan və
Zəhirəddin Məhəmməd BABUR
136
bu qarışıqlıqda məndən ayrılıb Xosrov şahın yanına gedən Yarəli Bilal bir
neçə igidlə birlikdə qaçıb gəldi və Xosrov şahın moğollarından da sədaqət
sözləri gətirdi.
Dəreyi-Zindana gələndə isə Sallax dedikləri Qənbər Əli bəy də qaçıb
gəldi. Üç-dörd mənzildə dayandıqdan sonra Kahmərdə gəldik. Ev və ailələri
Əcər kurqanına yerləşdirdik.
Əcərdə ikən Cahangir Mirzə ilə Sultan Mahmud Mirzənin Xanzadə
bəyimdən olan qızının nikahları kəsildi. Cahangir Mirzə onu əvvəlcə hələ
mirzələr sağkən istəmişdi.
Bu sırada Baqi Bəy mənə dəfələrcə dedi ki, bir vilayətə eyni anda iki
padşah və bir əsgərə iki komandan qarışıqlığa və xarablığa səbəb olur, fitnə
və pərişanlığa aparıır, necə ki demişlər:
Dəh dərviş dər kilime bexoftənd,
Dü padşah dər iqlime nəqoncənd,
Nim nane gər xurənd mərdi-xuda,
Bəzli dərvişan konəd nimi-digər,
Mülki-iqlime bigərəd padşah
Həmçinin dər bəndi iqlimi-digər.
On dərviş bir kilim üstündə yatar,
Lakin iki padşah bir iqlimə sığmaz.
Dindar adam bir çörəyin yarısını öz yesə
Digər yarısını kasıblara verər.
Bir iqlim mülkünü tutan padşah
Digərlərini də zəbt etmək fikrinə düşər.
1
Elə ümid edirdik ki, bugün-sabah Xosrov şahın yanında bulunan bütün
adamları gəlib padşahın xidmətinə girəcəklər. Lakin orada Əyyubun [Bəy-
cik] oğulları və digərləri kimi (121 b) bir çox fəsadçılar vardı ki, onlar bizim
mirzələrin arasında daima pislik və fitnənin səbəbkarı və təhrikçiləri idilər.
İndi bu zaman Cahangir Mirzənin Xorasan tərəfinə getməsinə xoşluq və gö-
zəlliklə izin verilməli idi ki, gələcəkdə təəssüf və peşmanlığa səbəb olmasın.
Lakin qohum-qardaşdan bəzi qəbahətlər görsəm də, onların mənim
üzümdən zərərə uğramalarını istəmək mənim təbiətimə xas deyildi. Düzdür,
Cahangir Mirzə ilə aramızda əvvəlcə mülk, səltənət və adamlar üzündən in-
ciklik, qovğa və gurultu çox olmuşdu, lakin bu dəfə o, vilayətdən mənimlə
birlikdə gəlmişdi, qardaş və xidmətçi vəziyyətində idi, bugünlərdə də ondan
incikliyə səbəb olacaq heç bir şey görmürdüm. Ona görə də Baqi bəy o sözü
təkrar-təkrar söyləsə də, mən qəbul etmədim. Axırda Baqi Bəyin dediyi ki-
mi, Yusif Əyyub və Bəhlul Əyyub kimi fitnəkarlar mənim yanımdan qaçıb
Cahangir Mirzənin yanına getdilər, pisliklə, fitnə ilə uğraşaraq Cahangir
1
Sədi Şirazidən.
Dostları ilə paylaş: |