Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə96/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   92   93   94   95   96   97   98   99   ...   113

 302 
ildə  vəfat etmişdir) olmaqla yəhudi alimlərinin bir dəstəsi onun bu 
əməlinə qarşı çıxdılar. Əndəluslu bu yəhud alimi İbn Meymunun tə-
vil məktəbinə qarşı etiraz dalğası, daha dəqiq desək etiraz tufanı ya-
ratdı. O, müqəddəs kitabların yalnız müqəddəs kitabın özü ilə üst-üs-
tə düşməyən ayələrini təvil etməyin mümkünlüyünü bildirirdi. 
 Xristyanlıqda da, din təvil üzərində qurulmuşdur. Bəzi insanlar 
təvil məsələsinə çox diqqət ayrılması fikri ilə müxalif olduqlarını 
bildirmişlər. Qeyd etmək lazımdır ki, Jerom (420-ci ildə vəfat etmiş-
dir) müqəddəs kitabın Latın dilində olan məşhur “Vulqata” tərcümə-
sini öz zamanında geniş yayılmış ifratçı  təvillərdən istifadə etməklə 
yaratmışdır. Orta əsrlərdə də bir qrup xristyan ruhanisi 1274-cü ildə 
vəfat etmiş Tomas Akvinasın (Thomas Aquinas) təvillərinə qarşı çı-
xaraq bu məsələyə kəskin etirazlarını bildirmişlər.  
Qəzzali sonuncu kitabı olan “İlcamul-əvam  ənil elmul-kəlam” 
kitabında təvillərin yarada biləcəyi problemlər barəsində xəbərdarlıq 
vermişdir.  İbn Ruşd “Fəslul-məqal” adlı kitabında hansı  şəxslərin 
Qurani-Kərim və peyğəmbərin (s) sünnəti barəsində verdiyi təvillərin 
vacib və hansı  şəxslərin Qurani-Kərim və peyğəmbərin (s) sünnəti 
barəsində verdiyi təvillərin haram olması barədə olduqca geniş məlu-
mat vermişdir. O, bu məsələləri qeyd etməklə təvilin nə zaman yarar-
lı və nə zaman yararsız olmasını çatdırmağa çalışmışdır.  
İslam dünyasının tanınmış arif və mütəfəkkiri Mövlana Cəlaləd-
din Rumi təvil barəsində belə deyir:  
“Bakirə sözləri təvil etməyə çalışan insan! Birinci özünü təvil et-
məyə çalışı İlahi zikri yox. Qurani-Kərimin havadan və özündən təvi-
lini verib şərh etmək istəyirsən?! Sənin açıqlamandan sonra onun bü-
tün mənaları dəyişdi və mənasını ititrdi.”
1
 
İslam dininin tanınmış alimlərindən olan mərhum Əllamə Məcli-
si də  təvili pisləmək məqsədilə Hindistanlı bir şəxsdən sitat gətirir. 
Hindistanlı alimin sözlərinə  əsasən dini mətnlətin təvil olunması 
ümumilikdə düzgün iş deyildir. Çünki, mətnə verilmiş təvillə mətnin 
əsas məqsədi arasında ahəngdarlıq olmasa həmin mətnə özümüzdən 
                                                 
1
 Məsnəvi, 1/1080-1081 


 
303
yalan məna əlavə etmiş oluruq. Onun məqsədi elə həmin məna oldu-
ğu halda isə mənanın gizlədilməsində həra hansı bir məqsədin güdül-
düyü və bizim həmin məqsədi pozduğumuz meydana çıxacaqdır.
1
  
Mərhum Əllamə Təbatəbai də “Əl Mizan” təfsirinin giriş hissə-
sində Qurani- Kərim ayələrinin təvil olunması məsələsini pisləmişdir 
və onun təqdim etdiyi təfsir metodunda artıq heç bir təvil ehtiyac du-
yulmadığını vurğulamışdır.  
Təvilin çox da sevilməməsi səbəbindən  İbn Meymun (Yəhudi-
likdə), Tomas Akvinas (Xristyanlıqda) və  Qəzzali,  İbn Ruşd,  İbni 
Ərəbi, Molla Sədra (İslamda) kimi təvilə diqqət ayıran alimlər lazı-
mınca hörmət qazana bilməmişlər və bəzən də kafir elan edilmişlər.  
Digər tərəfdən, bu ziyalı və mütəfəkkir insanların təvilləri İlahi 
dinlərin dinamikliyini, əbədiliyini, qüdrətini və onların zamanla 
ayaqlaşmasını sübuta yetirdi. Bu mütəfəkkir insanlar bu yoldan istifa-
də etməklə bəşəriyyətin əxlaqi, mənəvi, düşüncə və təfəkkür, mədə-
niyyət və sivilizasiya dünyasının güclənməsinə böyük xidmətlər gös-
tərmişlər. Qeyd olunmuş dinlərin hər birisinin gələcək nəsilləri məş-
hur alimlərinin yüksək düşünclərindən yararlanaraq onlara böyük 
əhəmiyyət vermişlər və belə alimləri öz ümmətlərinin və dinlərinin 
fəxr və iftixar rəmzi kimi qəbul etmişlər.  
 
11. Peyğəmbtanıma (Peyğəmbərşünaslıq) 
Müsəlmanlar bəzi hədisləri əllərində rəhbər tutaraq 124000 pey-
ğəmbərin olmasına inanırlar. Amma, onların 124 nəfərinin belə adı 
tam düzgün və dolğun deyildir. Onlardan 313 nəfərinin kitabı olub və 
beş  nəfəri “Ululəzm” (Ən  əzəmətli) peyğəmbərlərdir. Bu beş pey-
                                                 
1
 Biharul Ənvar, cild 58, səh 153. Qeyd etmək lazımdır ki, təvillə məşğul olan alim-
lərin işlərinin nəticəsi əsas məqsədlə ziddiyyət təşkil etmir. Onların nəzərincə qədim 
zamanlarda yaşamış insanların dərrakə cəhətdən tam inkişaf etməmələrinə və qədim 
zamanlarda yaşamış müxatiblərin dəqiq və incə  mənaları  dərk etmək qabiliyyətinə 
malik olmamalarına gör sözü deyən şəxs gələcək nəsillərin onun əsas məqsədini şərh 
etmək və insanlara çatdırmaq üçün əsas məqsədini xəzinə kimi sözlərin altında giz-
lətmişdir. 


 304 
ğəmbərin öz şəriəti olmuşdur və onlar aşağıdakılardır: Nuh, İbrahim, 
Musa, İsa və Muhəmməd(s). Adları çəkilən beş peyğəmbərin dinə də-
vəti ümumdünya xarakteri daşımışdır. Amma qeyd etdiyimiz bu dini 
etiqadların heç birisi kitab əhli yanında qəbul olunmur.  
Qurani-Kərimə müraciət edərkən adları çəkilən beş böyük pey-
ğəmbərdən yalnız Həzrət Muhəmmədin (s) dini dəvəti ümumdünya 
xarakteri daşıyır.
1
 Amma başqa peyğəmbərlərin dini dəvəti isə tayfa 
və qövm dəvəti xarakteri daşıyır.
2
  Xristyanların nəzərincə Həzrət İsa 
                                                 
1
  Əraf surəsinin 158-ci ayəsində belə buyurulur: 
"
ُلﻮُﺳَر ﻲﱢﻧِإ ُسﺎﱠﻨﻟا ﺎَﻬﱡﻳَأﺎَﻳ ْﻞُﻗ
 
ﺎَﻟ ِضْرَﺄْﻟاَو ِتاَﻮَﻤﱠﺴﻟا ُﻚْﻠُﻣ ُﻪَﻟ يِﺬﱠﻟا ﺎًﻌﻴِﻤَﺟ ْﻢُﻜْﻴَﻟِإ ِﻪﱠﻠﻟا
 
ُﻳَو ﻲِﻴْﺤُﻳ َﻮُه ﺎﱠﻟِإ َﻪَﻟِإ
 اﻮُﻨِﻣﺂَﻓ ُﺖﻴِﻤ
ﱢﻲِﺒﱠﻨﻟا ِﻪِﻟﻮُﺳَرَو ِﻪﱠﻠﻟﺎِﺑ
 
ﺗاَو ِﻪِﺗﺎَﻤِﻠَآَو ِﻪﱠﻠﻟﺎِﺑ ُﻦِﻣْﺆُﻳ يِﺬﱠﻟا ﱢﻲﱢﻣُﺄْﻟا
نوﺪﺘﻬﺗ ﻢﮑﻠﻌﻟ ﻩﻮﻌﺒ
"
 
  
“Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəm-
bəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı 
yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın 
sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsu-
luna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!”  
Bu ayə Məkkədə nazil olmuşdur və Həzrət Muhəmməd (s) Mədinə şəhərində İslam 
hökuməti yaratdıqdan sonra İran, Bizans, Efiopiya və bir neçə başqa məmləkətlərin 
şahlarına məktub göndərərək onları İslam dininə dəvət etdi və həmən məmləkətlərin 
müsəlman olması üçün şərait yaratdı. Həzrət Muhəmməddən (s) öncəki peyğəm-
bərlər üçün belə bir addım atmaq adi yolla mümkün deyildi.  
2
 Bu peyğəmbərlərin dini dəvətlərininyalnız öz tayfalarına aid olmasını sübut etmək 
üçün Qurani Kərimdən onlarla yə qeyd etmək mümkündür. Məsələn Həzrət Nuh (əs) 
barəsində belə buyurur: 
ِﻪِﻣْﻮَﻗ ﻰَﻟِإ ًﺎﺣﻮُﻧ ﺎَﻨْﻠَﺳْرَأ ﺎﱠﻧِإ
 
ٌﻢﻴِﻟَأ ٌباَﺬَﻋ ْﻢُﻬَﻴِﺗْﺄَﻳ نَأ ِﻞْﺒَﻗ ﻦِﻣ َﻚَﻣْﻮَﻗ ْرِﺬﻧَأ ْنَأ
  * 
ٌﺮﻳِﺬَﻧ ْﻢُﻜَﻟ ﻲﱢﻧِإ ِمْﻮَﻗ ﺎَﻳ َلﺎَﻗ
 
ٌﻦﻴِﺒﱡﻣ
 
“Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları (Alla-
hın  əzabı ilə) qorxut!” – deyə öz tayfasına peyğəmbər göndərdik. O dedi: “Ey 
qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəm-
bərəm!” (Nuh surəsi, ayə1-2) 
Eləcə  də, O Həzrətin qövmünün tufanda qəra olması  (Ənkəbut surəsi, ayə 14). 
Tufanla bağlı ayələrdə qeyd olunan “Yer” sözü, o cümlədən Həzrət Huhun (ə) öz 
qövmünə  lənət oxumasında bütün dünya nəzərdə tutulmamışdır. Eləcə  də, Yunis 
surəsi 78-ci ayədə “Yer” Misir ölkəsi mənasını daşıyır. O Həzrətin bütün dünyada 
olan kafirlərə lənət oxuması mənası da daşıya bilər, amma Allah-Taala yalnız onun 
qövmünü əzaba düçar etdi.  
Həzrət İbrahimin (ə) da qövmü olmuşdur: Ənam surəsi/83, Həcc surəsi/43, Ənkəbut 
surəsi/16, Zuxruf surəsi/26. Bu məsələ Həzrət Musa və Həzrət İsa (ə) barəsində də 
qeyd olunmuşdur: Səf /5-6, Ali İmran/49 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə