Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə94/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   90   91   92   93   94   95   96   97   ...   113

 296 
bələrdən istifadə etməklə başqa hissələrdə olan qaranlıq məqamlara 
aydınlıq gətirilməsi 
3.  Təvil: yəni müqəddəs mətnlərin zahiri mənasına fikir vermə-
dən bəzi ali məna və məfhumları təyin etmək üçün müqəddəs mətn-
dəki mənanın ümumiləşdirilməsi, dərinləşdirilməsi və  bəzən də  mə-
cazi baxışlarla açıqlanması 
4.  Müqəddəs mətnlərin açıqlanması sahəsində dördüncü metod 
da mövcuddur və bu metoda əsasən sözlərin və cümlələrin nə zahiri
nə də batini mənası nəzərdə  tutulmur. Müqəddəs mətndəki hərflərin 
və sözlərin ümumi düzülüş formasına, sayına və digər aspektlərinə 
diqqət yetirməklə hər bir alimin öz zövqünə uyğun olaraq verdiyi he-
sablama tipli açıqlamalardır. Bu metodun İslam dini elmlərində xü-
susi adı yoxdur və təvilin bir başqa forması kimi qəbul edilir. Amma 
kitab əhli bunu “Anaqogika” (Anagogy) adlandırırlar.  
Bu metodları bir-birindən ayırmaq heç də asan iş deyildir. Çün-
ki, bir tərəfdən sadə metodların daha mürəkkəb metodlara olan ehti-
yacını nəzərə almaq lazımdır. Belə ki, tərcümə edərkən bəzən təfsirə 
və təvilə ehtiyac yaranır. Eləcə də, müqəddəs mətnlərin təfsiri zamanı 
bir çox hallarda təvilə ehtiyac yaranır. Digər tərəfdən isə daha mürək-
kəb metodlar daha asan metodların lazımsız olduğunu bildirmir, ək-
sinə həmən sadə metodları daha da təkmilləşdirir və tamamlayır.  
Şübhəsiz ki bu metodların heç birisi müqəddəs kitabların mey-
dana çıxdığı yerdə və vaxtda mövcud olmamışdır. Çünki, vəhy kəla-
mı ilk müxatiblərinin düşüncə  tərzi ilə tam üst-üstə düşürdü və heç 
kimin bu sözləri (hətta Qurani-Kərimdəki qısaldılmış sözləri belə an-
lamaq sahəsində) problemi yox idi. Problemlər başqa zamanda və 
başqa məkanda yaşamış sonrakı  nəsillər üçün meydana və insanlar 
müqəddəs kitabları dərk etmək sahəsindəki problemlərini həll etmək 
üçün tərcümələrə, təfsirlərə və təvillərə üz tutdular.  
Gələcəkdə qeyd edəcəyimiz kimi oxşar və mütəşabih ayələr ət-
rafında olan problemlər həmin ayələrin mənalarını dərk etmək sahə-
sində deyil verdiyi vədələrinin həyata keçməsi sahəsində meydana 
çıxmışdır.  


 
297
Təfsirlə təvil arasındakı fərqi hiss etmək o qədər də asan iş deyil 
və insan zehninin yürütdüyü fərziyyələrə  əsasən bəzi təvilləri təfsir 
və bəzi təfsirləri təvil kimi anlaya bilər.  
Məsələn, “Leyl”, “Fəcr”, “Zuha+İnşirah”
1
 və  “Əsr” surələrinin 
əvvəlində qeyd olunmuş andlar günün müxtəlif vaxtlarına dəlalət 
edən andlardır. Bu nözqteyi-nəzərdən  Əsr vaxtına içilən and günün 
axşam çağına içilən and mənasını kəsb edir. Amma bunun başqa mə-
naları da vardır. Əsr vaxtına içilən andda “Peyğəmbərin (s) əsrinə”, 
“zühur əsrinə”, “əsr namazına”, gecə-gündüzə” və sair mənalara içi-
lən andlar kimi təvil oluna bilər. Bu təvillər olduqca gözəl və insanın 
ruhunu oxşayandır və ilahi kəlamı  təfsir edən insanların  əksəriyyəti 
sözlərin belə təvil və təfsir olunmasını yaxşı qəbul edirlər.  
Digər tərəfdən bəzən də təfisir təvil kimi qələmə verirlər. Nur və 
zülmət, həyat və ölüm, oyaq olmaq və yatmaq, agah olmaq və bixə-
bər olmaq, görmək və görməmək, eşitmək və kar olmaq və sair məca-
zi məna kəsb edən sözlər müqəddəs kitablarda çox gözə çarpır və on-
ları anlamaq çətin deyil. “Onlar kar, lal və kordurlar (haqqı eşitməz, 
danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz 
əməllərindən) dönməzlər”
2
 ayəsini anlamaq sahəsində heç kim 
problemlə üzləşmir, amma onu təvil edərək açıqlamağı da artıq bil-
mirlər. Belə təvillər və açıqlamalar təfsir adlandırılır.  
 
10-13. Səmavi kitabların təvil olunmaları və şərh edilmələri 
“Təvil” sözünün lüğəti tərcüməsi “əvvələ qaytarmaq” mənasını 
verir. Bu söz on yeddi dəfə Qurani-Kərimdə qeyd olunmuşdur və bu 
sözü istifadə etməkdə  məqsəd bütün ilkin mərhələləri hazır olan 
işlərin həyata keçməsidir. Məsələn, savab və  əzab barəsində Quran 
                                                 
1
 “Zuha” və “İnşirah” surələri ayrı-ayrı qeyd olunsalar da ikisi birlikdə bir surə hök-
mündədirlər.Elə bu səbəbdən də, namaz qılarkən bu surələrdən birini namazda oxu-
yarkən ikincisini də ona əlavə etmək lazımdır. “Fil” və “Qureyş” surələri arasındakı 
əlaqə də belədir.  
2
 Bəqərə surəsi, 18 


 298 
vədələrinin çatması
1
, yuxuların açıqlanılması
2
, Həzrət Xızırın (ə) iş-
lərinin nəticə verməsi
3
 və dünyada görülən əməllərin nəticəsinin axi-
rətdə zühur etməsi.
4
 
“Təvil” sözünün təfsir alimlərinin terminologiyasındakı  mənası 
müqəddəs mətnlərdəki zahiri mənaya diqqət yetirməməkdən və mət-
nin zahirindən anlaşılmayan mənanın nəzərdə tutulmasıdır.
5
 
“Təvil” sözü bəzi İslami mətnlərdə “Tənzil” (yənil nazil edilmiş) 
sözünün əksi mənasını kəsb edir. Bu mətnlərdə “tənzil” Qurani-Kərim 
ayələrinin zahiri və dəqiq mənası deməkdir, amma “təvil” bu mənala-
rın daha geniş və dərin şəkildə şərh edilməsi mənasını kəsb edirdi.
6
 
“Təvil” terminini din alimləri Qurani-Kərimin Ali-İmran surəsi-
nin 7-ci ayəsinə əsasən kəşf etmişlər. Amma, bu ayə və digər Quran 
ayələrindən istifadə olunana “təvil” sözünün Qurani-Kərimin nazil 
olmasından neçə əsrlər sonrayaradılmış dini terminlə heç bir əlaqəsi 
olmaması labüddür.  
Eləcə də, hər hansı bir şəxsin sözündən yeni bir sahədə istifadə 
etmək və ona yeni məna bəxş etmək mümkündür. Bu metod “İqtibas” 
adlandırılır və təvil ilə heç bir əlaqəsi yoxdur.  
Təvil zamanı sözlərin zahiri mənası nəzərdə tutulmur. Yəni, tə-
vil əhlinin təklif etdiyi məna mətnin zahiri mənası ilə üst-üstə düşmür 
və bəzi zərurətə uyğun olaraq irəli sürülür.  
Təvilin meydana çıxma zərurəti dini mətnlərdə istifadə olunan 
dilin dini çərçivəyə aid olmasına görədir. Zaman ünsürü, yəni elmin, 
insani təcrübələrin günü-gündən çoxalması və məkan ünsürü, yəni di-
nin dünyanın müxtəlif regionlarına yayılması  və dünyada genişlən-
məsi səmavi kitabların möhkəm ayələrini yavaş-yavaş oxşar ayələrə 
                                                 
1
 Ali İmaran, 7(iki dəfə), Əraf , 53 (iki dəfə) və Yunis surəsi 39 
2
 Yusif surəsi, 6, 21, 36, 37, 44, 45, 100, və 101 
3
 Kəhf surəsi, 78 və 82 
4
 Nisa surəsi, 59 və İsra surəsi, 35 
5
 İslam dininin yayıldığı ilk illərdə təvil təfsir mənasını verirdi. 
6
 Məsələn bir çox hədislərdə  Həzrət Muhəmməd (s)-in Həzrət  Əmirəlmöminin  Əli 
(ə) barəsində vurğuladığı bu söz qeyd olunmuşdur: “Mən Qurani Kərimin tnzili yo-
lunda döyüşdüyüm kimi Həzrət Əli də onun təvili yolunda döyüşəcəkdir.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə