Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə90/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   86   87   88   89   90   91   92   93   ...   113

 284 
məktub, 4:13-15) Hər iki irfan xristyanlıqda bir-birinə qarışmışdır və 
hər hansı bir xristyan üçün onları ayırmağın heç bir mənası yoxdur.  
 
10-4. Vəhy 
Vəhy  əsası  və  mənşəyi Allaha qayıdan hər bir dində Allahla 
insanlar arasındakı  əlaqə  mənasını  kəsb edir. İslam dinində istifadə 
olunan “Vəhy” termini ilə xristyanlıqda istifadə olunan “revelation” 
(yəni, açılış) termini arasında azacıq fərq mövcuddur: 
“Vəhy” ərəb dilində”İşarə” mənası verir və İslam terminalogiya-
sında İlahi hidayətə dəlalət edir. Qurani-Kərim bu termindən dəfələr-
lə varlıqların, insanın və bütün yaradılmışların hidayət məsələləri 
barəsində istifadə etmişdir. Məsələn; Səmaya olan vəhy (Fussilat su-
rəsi, 12), bal arısına olan vəhy (Nəhl surəsi, 68), Mələklərə olan vəhy 
(Ənfal surəsi, 12), Peyğəmbərlərə olan vəhy (Nisa surəsi, 163),öz ye-
ni dünyaya gəlmiş körpəsini qorumaq üçün Həzrət Musanın (ə) 
anasına olunan vəhy (Qəsəs surəsi, 7) 
“Revelation” (Latın dilindəki “revelare”, yəni zühur və açılış sö-
zündən götürülmüşdür)xristyanlıq terminologiyasında insanları xilas 
etmək məqsədilə Allahın insanların gözü önündə zühur etməsi məsə-
ləsinə  dəlalət edir. Yaradanın təzahürlərindən sayılan bu dünyadan 
əlavə  Bəni-İsrailin dənizin parçalanması ilə nicat tapması, Tövratın 
əhkamı və Həzrət İsa Məsihin (ə) həyatı xristyan vəhyinin nümunələ-
rindən sayılır.  
Yəhudilikdə olan irfan isə  İslam dinində mövcud olan irfana 
bənzəyir və yəhudilərin dini etiqadlarına əsasən vəhy və peyğəmbər-
lik eradan 400 il öncə başa çatmışdır.  
Dünyanın əksər dinlərində vəhy mövcuddur. Amma ibtidai din-
lərdə də vəhyin olub-olmaması məsələsi isə bizim vəhyə necə tərif və 
açıqlama verməmizdən asılıdır.  
 
10-5. Səmavi kitablar 
İlahi vəhyin sonrakı nəsillər üçün qalan maddi forması dinlərdə 
mövcud olan müqəddəs kitablardır. Müqəddəs kitablar keçmişdə na-


 
285
zil olmuş vəhyləri gələcək nəsillərə çatdırır və hər hansı bir dinin da-
vamçıları onları səmavi və müqəddəs kitablar adlandırırlar. Məsələn; 
“Vedalar”, “Tripitaka”, “Avesta”, “Əhdi-Ətiq”, “Əhdi-Cədid” və 
“Qurani-Kərim”. Müqəddəs kitablarda istifadə olunan ədəbiyyat 
müxtəlifdir və bu kitabların müqəddəs olması yalnız həmən dinin da-
vamçıları tərəfindən qəbul olunur. Hər hansı bir dinin müqəddəs ki-
tabı başqa bir dində xürafatla dolu və yaxud əksinə adlandırıla bilər.  
Bəzi müqəddəs kitablar əsrlər boyu sinələrdə  əzbərlənmiş for-
mada qalmışdır və nəsildən nəsilə ötürülmüşdür. Yalnız uzun zaman 
keçdikdən sonra kitab formasına salınmışdır. Amma bəzi müqəddəs 
kitablar isə ilk dövrdən qələmə alınaraq qorunub saxlanılmışdır.  
 
10-6. Qurani-Kərim və müqəddəs kitablar 
Əksər dinlərin müqəddəs kitabları əvvəlcə onun səmavi olub-ol-
mamasına diqqət yetirilmədən qələmə alınmışdır və insanlar zaman 
ötdükdən sonra onun səmavi olmasını  qəbul etmişlər. Halbuki, Qu-
rani-Kərimin səmavi, ilahi və nazil olunmuş  vəhy olması  qətiyyətlə 
vurğulanır.  
Qurani-Kərimlə başqa müqəddəs kitabları müqayisə etdikdə gö-
rürük ki, bu müqəddəs kitabda Tövrat və İncildən daha çox tövhidi, 
nəsihətamiz,  əxlaqı  və s. məsələlər mövcuddur. Qurani-Kərimdəki 
Həzrət Yusifin (ə) hekayəsini Əhdi-Ətiqin Yaranış bölümündəki (37-
46) eyni hekayə ilə müqayisə etsək bu fərqin nə dərəcədə kəskin ol-
duğunu aydın şəkildə müşahidə etmək olar. Həzrət İbrahimin, Həzrət 
Musanın (ə) hekayələri də müqayisə olunmaz dərəcədə daha geniş 
qeyd olunmuşdur. Hələ  Əhdi-Ətiqdə  Həzrət Davud (ə) və Uryanın 
xanımı tükürpədici hekayələrini qeyd etmirəm. (Samuelin ikinci ki-
tabı, 11) 
Şübhəsiz ki, yəhudilər, xristyanlar və başqa dinlərin davamçıları 
da müsəlmanlar kimi öz müqəddəs kitablarından əxlaqi mənalar da-
şıyan məfhumlar əldə edirlər. 
Bir məsələni də qeyd etmək lazımdır ki, Qurani-Kərim  İslam 
dininin  əsasıdır. Halbuki, xristyanların təsəvvürünə  əsasən  İncil və 


 286 
Əhdi-Cədiddə mövcud olan başqa kitablar xristyanlıq yaranandan bir 
onillikdən sonra meydana çıxmışdır və xristyanlıq bu kitab olmadan 
belə mövcud olmuşdur.  
 
10-7. Allah kəlamının qədim olması 
Yəhudilikdə Allah kəlamının qədim olması dini əqidəsi xrist-
yanlıqda Məsihin məxluq sayılmaması əqidəsinin yaranmasına səbəb 
oldu. İslam dinində əhli-sünnə tərəfindən Qurani-Kərimin məxluq ol-
maması  əqidəsi yarandı. Onlar belə bir nəzər irəli sürdülər ki, “Qu-
rani-Kərim yazıldıqda, hifz olunduqda və tilavət edildikdə Allah kə-
lamıdır və  məxluq deyildir. Amma, bizim yazmamız, hifz etməmiz  
və oxumağımız məxluqdur.  
Yəhudilər Tövratın yaradılışdan öncə  də mövcud olduğunu və 
ağ-qara alovlarla yazıldığını bildirirlər. Daha sonra Allah-Taala onu 
imla  şəklində demişdir və  Həzrət Musa (ə) onu göz yaşları ilə yaz-
mışdır.
1
 (Yəni Tövratın yazılmasında emosiyalardan və hisslərdən 
çox istifadə olunmuşdur.)  
 
10-8. Müqəddəs kitabların müəllifləri 
Müqəddəs kitabların heç bir müraciəti olmayan hissələrinin 
müəllifləri barəsindəki bəhs olduqca əhəmiyyətli bəhsdir. Qurani-Kə-
rimin hamısı  və hal-hazırki Tövratın bəzi hissələri Allah tərəfindən 
birbaşa olaraq göndərilimiş müraciətlərdir. Amma, Luka İncilinin gi-
riş hissəsində həmin İncili qələmə almış müəllifin Həzrət İsa Məsihin 
(ə) həyatı və sözləri barəsində məlumat toplamaq üçün bir çox insan-
lara müraciət etməsi və sonda topladığı məlumatları  İncil formasına 
salması qeyd olunmuşdur. O eləcə  də, “bir çox” insanların da onun 
atdığı addımla üst-üstə düşən addım atmasına işarə edir. Həqiqətdə 
də, xristyanların Əhdi-Cədidi hazırlamaları bir az vaxt apardı və on-
lar bir neçə on illiklər  ərzində çoxlu sayda yazıların arasından bu 
müqəddəs kitabı meydana çıxarda bildirlər.  
                                                 
1
 Urşəlim Təlmudu, Şikalim 6:1 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə