Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə86/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   82   83   84   85   86   87   88   89   ...   113

 272 
Bütün dinlərin çox mənasız və qaranlıq bir məfhum kimi tanıdıl-
ması sahəsində çox işlər görülüb.
1
 Dinlər insanları müxtəlif dərəcədə 
tərki dünya olmağa dəvət edir və rahiblik həyatı yaşamaq bu dinlərin 
hamısında gözə çarpır. İslamda rahiblik anlamı yoxdur
2
, amma qədim 
zamanlarda yaşamış müsəlmanların bəziləri rahibliyə tərəf getdilər və 
məsum  İmamlar və din alimləri onları tutduqları  səhv yoldan geri 
döndərməyə çalışdılar.
3
  
Bildiyiniz kimi xristyanlıqda şəriət anlamı mövcud deyildir. Bü-
tün dinlərin, istər xristyanlıq, istərsə  də digər dinlərin insan öldür-
mək, oğurluq etmək, zina etmək, yalan danışmaq, qiybət etmək, böh-
tan atmaq və buna bənzər başqa məsələlərə icazə vermirlər. Amma 
digər ibadətə aid olan şəriət məsələləri xristyanlıqda gözə çarpmır. 
Məsələn, donuz ətininin yeyilməsinə icazə verilməsi başqa İbrahimi 
dinlərdə mövcud deyildir, amma xristyanlıqda bu sahədə heç bir 
problem yoxdur.  
Həzrət İsa Məsihin (ə) da bəşəriyyət uğrunda qurban edilməsi də 
insanların günah etməsinə icazə verməməlidir. Eləcə də, İslam dinin-
də  də Allahın mərhəmətli və Allahın seçdiyi bəndələrin  şəfaətçi ol-
ması müsəlmanlara günah etməmələri üçün icazə kimi qəbul edilmə-
məlidir.  
Əxlaqi günahlardan çəkinmək məfhumu xristyanların bəzilərini 
qeyri-adi  şəkildə  mənəvi paklanmağa sövq etdi. Şəhid Mütəhhəri 
çıxışlarının birində xristyanların və xristyan keşişlərinin təqvalı 
olduqlarını bildirərək onların cənnət əhli olacaqlarını belə bildirdi:  
“Əgər siz təhrif olunmuş və dəyişdirirlmiş xristyan dininə diqqət 
yetirsəniz, onların kənd və şəhərlərinə getsəniz onların hamısının pis 
                                                 
1
 Eyni zamanda tarixin bütün dönəmlərində dinlərdən məqsədlərə və maliyyə mən-
bələrinə çatmaq üçün istifadə edilib. Əldə olunmuş maliyyə  mənbələrindən isə xü-
susi istəklərə uyğun olaraq istifadə edilib. Ən maraqlısı budur ki, insanlar hər hansı 
bir din üçün pul verdikləri təqdirdə ona olan bağlılıqları daha da artır və ümumilikdə 
insanlardan daha çox pul yığa bilən din daha böyük uğurlar əldə edə bilir.  
2
 “Mənim ümmətimin rahibliyi Allah yolunda cihad etməsidir” (Peyğəmbərin hədis-
ləri, Biharul Ənvar,   cild 8, səh 170 
3
 Nəhcül Bəlağə, xütbə 209 


 
273
və fasid adam olduğunu düşünməməlisiniz. Allaha and olsun ki, onla-
rın arasında yuzlərlə, minlərlə elə insanlar var ki, iman, təqva və 
paklıqları ilə  Məsih və  Məryəmin adı ilə insanlara nə  qədər düz-
günlük, paklıq, təqvalılıq öyrədirlər. Elə insanlar müqəssir deyillər 
və onlar cənnətə daxil olacaqlar, Onların keşişləri də cənnətə daxil 
olacaqlar.”
1
 
 
8. Adət və mərasimlərin dəyişdirilməsi 
Dinlər və məzhəblər ictimai, siyasi, hərbi və emosional hadisələ-
rin hadisələri tarixdə  və coğrafiyada yazmış dindarlar okeanından 
ibarətdir. Bu okeanlardan olan bəzi damlalar isə bəzən başqa okean-
lara düşə və yaxud keçə bilirlər. Başqa okeanların yeni damlalarını öz 
sularında görən hər bir okean onları ən bahalı mirvarid dənələri kimi 
əzizləyir və belə bir bahalı damlaya sahib olduqlarına görə çox 
sevinir və fəxr edir. Bu damlalar əslində yeni din seçənlərdir. 
Yeni din qəbul etmiş insanların keçmişi və əxlaqi dəyərləri barə-
sində araşdırmalar apardıqda onların  əksəriyyətinin avam insanlar 
arasından olduğunu və öz dinləri barəsində heç bir elmə sahib olma-
dığını görürük. Digər tərəfdən hər hansı bir dini alimin öz ata-baba 
dinindən imtina edərək yeni bir din qəbul etməsinə nadir hallarda 
təsadüf olunur. Keşiş Cezuit Tomas Mişel belə yazır: 
“Tarixi mənbələrdən əldə olunmuş məlumatlar bunu göstərir ki, 
öz dini və mənəvi aləminə tam qəlbilə bağlı olan hər hansı bir müsəl-
man və ya xristyanın öz dinindən üz döndərərək başqa bir dini qəbul 
etməsi olduqca azdır. Bunu da qeyd etmək lazımdır ki, istər keçmişdə, 
istərsə də indi bəzi insanların evlilik, peşə seçimi, mədəni göstərici-
lərinin yüksəldilməsi və ictimai təzyiqdən yaxa qurtarmaq üçün baş-
qa bir dinin sıralarına daxil olmuşlar. Amma yuxarıda qeyd etdiyimiz 
məsələlərə baxmayaraq öz dininə tam şəkildə bağlı olan insanın baş-
                                                 
1
 Əsərlər toplusu, cild 3, səhifə 439 


 274 
qa bir din seçərək öz dinini tərk etməsinə olduqca nadir hallarda rast 
gəlmək olar.”
1
 
Bir şəxsin öz dinini tərk edərək başqa bir din sıralarına daxil ol-
ması  məsələsi sahəsində verilmiş dinlərarası bu açıqlama kəlam el-
mində qəbul olunmaz məsələdir. Kəlam elmində dini dəyişmək pro-
sesi yalnız bir yolla mümkündür. Həmən  şəxs seçdiyi dinin düzgün 
və başqa dinin isə səhv olmasını sübut etməlidir.  
Yeni din qəbul edən şəxslər çox vaxt hansı səbəblər üzündən ye-
ni bir din seçmələrini izah edə bilmirlər. Dinini yeni dəyişmiş şəxsin 
dostları yeni dinin hansı tərəflərinin onu özünə cəlb etməsini soruşur-
lar. Amma yeni din qəbul etmiş insanların əksəriyyəti nə əvvəlki, nə 
də yeni qəbul etdiyi din sahəsində heç bir məlumata malik olmamala-
rına görə onların arasında müqayisə aparmaqda aciz qalırlar və onla-
rın suallarına heç bir cavab tapa bilmirlər. Bir məsələni də unutmayaq 
ki, dindarların öz ata-babalarından qalan dinlərinin davamçıları 
olması üçün səbəbləri olduqları kimi dinlərini dəyişmiş insanların da 
yeni din seçmələri sahəsində özünəməxsus səbəbləri vardır.  
Dinlərin əksəriyyəti sıralarına yeni insanları qəbul edirlər. Am-
ma, bəzi dinlər həmin dini qəbul etməyən şəxsləri qəbul etmirlər və 
onları rəsmən bu dinin davamçıları kimi tanımırlar. Belə dinlərə mi-
sal olaraq Livandakı Dürziləri,  İranda və  İraqda olan sabiiləri misal 
çəkmək olar. Bu din nözteyi-nəzərindən yalnız həmən dinin davamçı-
larından ibarət olan ailədə dünyaya gəlmiş uşaqlar qeyd olunmuş di-
nin davamçıları ola bilərlər.  
Öz sıralarına yeni insanlar qəbul edən dinlərdə təbliğ məfhumu 
mövcuddur. Bəzi dinlərdə  təbliğ  məfhumu yoxdur, amma hər hansı 
bir şəxs bu dinin sıralarına daxil olmaq istəsə onu qəbul edirlər. Buna 
misal olaraq Yəhudiliyi nümunə gətirmək olar.  
Yarandığı ilk dövründən indiyədək Xristyanlıqda güclü təbliğat 
məsələsi mövcud olmuşdur. Bu din təbliğatçıları  və missionerləri 
dünyanın bütün yerlərinə gedərək böyük uğurlar qazanmışlar. Onlar 
                                                 
1
 Məsihi kəlamı, səh 16-17 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə