263
4. Düzgünlüyü
Dünyada müxtəlif dinləri mövcud olmasını nəzərə alsaq həmən
dinlərin düzgünlüyü barəsində üç məşhur baxış tərzi mövcuddur:
1. Dini xaricedicilik (Exclusivism)-İlahi peyğəmbərlərin və mü-
qəddəs kitabların öz dinlərinin düzgün olması və başqa dinlərin səhv
olması sahəsindəki baxışı. Bu baxışa əsasən özündən əvvəlki silsiləvi
dinlər hamısı qəbul olunurlar. Eləcə də, həmin dinlərin davamçıları-
nın öz dinlərinə inanmaları da toxunulmaz qala bilər və sonuncu ola-
raq gəlmiş din özündən əvvəllki dinlərin davamçılarına
xüsusi imti-
yazlar da nəzərdə tuta bilər. Amma ən düzgün din kimi özündən sa-
vayi heç bir dini qəbul edə bilməz.
2. Dini çoxluqçuluq (Pluralism)-Bəzi sufilərin və irfan əhlinin
bütün dinlərin düzgünlüyü barəsindəki baxışları. Belə arif və sufilərin
nəzərincə bütün dinlər düzgündür, heç birində səhvlik yoxdur və
sonda onların hamısı insani xilas edəcəklər. Hal-hazırda yaşayan bəzi
mütəfəkkirlər və ziyalılar da sufilərin bu baxışlarını modernləşdirərək
yaymağa başladılar. Bəziləri yalnız öz dininin haqq və düzgün olması
məsələsini qəbul edərək dingər dinlərin düzgün olmasını öz
dini ilə
olan oxşarlıqlar çərçivəsində qəbul edirlər. Qeyd etmək lazımdır ki,
belə baxış tərzini ən çox yayılmış baxış kimi birinci gətirmək lazım-
dır. (Dini əhatəedicilik-İncluivism)
3. Dinsizlərin, mülhidlərin, ateistlərin və deistlərin bütün dinlə-
rin düzgün olmaması və başqa bir dünyanın mövcud olmaması və
yaxud bu dünya ilə heç bir əlaqəsi olmaması baxışları.
5. Kəlami məsələləri
Qeyd etmək lazımdır ki, dinlər arası dialoqun və ümumiyyətlə
heç bir dialoqun nəticəsi olmayacaqdır. Çünki, dialoq zamanı tərəflər
istədikləri bütün həqiqətləri əldə etdiklərini düşünürlər və qarşı tərə-
264
fin isə həqiqəti anlamaqda problemli olduğunu təsəvvür edirlər. İnsan
ruhunun tanış anlamlarla yaxınlıq hissi yaşaması səbəbindən onu
dünyəvi anlam kimi qəbul edir. Elə bu səbəbdən də, dialoqda iştirak
edən tərəflərin üzərinə düşən vəzifə bu
anlamlarla üst-üstə düşən nü-
munələrdən istifadə etməklə məsələni sübuta yetirməkdir. Amma bir
məsələni unutmamalıyıq ki, dini anlamların əksəriyyəti ümumbəşəri
deyil. Yəni, biz öz dinimizdən olan anlamları onlarla müqayisə edə
bilmərik və öz dini təlimlərimizi onlara başa salmaq üçün qeyd olun-
muş məsələlərə müraciət etmək iqtidarında deyilik.
Əgər dialoqun aparılmasında zərurət güclənərsə bir məsələni
tam dəqiqliyi ilə bilməliyik ki, bizim məntiqimizlə peyğəmbərlərin
məntiqi arasında eynilik olsa belə onun bizim qarşı tərəfimiz tərəfin-
dən qəbul olunması mümkünsüzdür. Çünki, bizim qarşı tərəfimiz adi
insan olarsa məğlub olduğu təqdirdə alimə müraciət
etməlidir və alim
mövcud olduğu təqdirdə özündən öncə yaşamış daha böyük alimlərə
müraciət edəcəkdir. Sonda bütün alimlərin də onun kimi duşunə-
cəyini görəcəkdir.
Sözsüz ki, hər bir dində kəlam elmi çox güclü şəkildə inkişaf et-
mişdir və hər bir din öz kəlam elminin köməkliyi ilə özünün düzgün
və digər dinlərin isə səhv olmasını sübut etməyə çalışır. Hər bir dinin
davamçıları özlərini həqiqi davamçıları və digər dinlərin davamçıları-
nı isə təqlid edənlər adlandırırlar. Onlar öz
dini mənbələrini istədiklə-
ri formada açıqlayırlar, amma başqa dinin nümayəndələrinə bu məsə-
ləni ən zəif şəkildə belə həyata keçirməyə icazə vermirlər.
Hər bir din müştərək olmayan məsələlərin mənasız və səhv oldu-
ğunu bildirir. Məsələn, hər hansı bir katolik öz dini həyatında “Tan-
rımı yeyirəm” sözündən istifadə etsə başqa bir dinin nümayəndəsi
onun sözünü heç vaxt anlaya bilməz. Amma, həmən katolik üçün bu
sözün böyük mənası vardır. Çünki, birincisi həmən katolikin dini
etiqadına əsasən “Sonuncu şam yeməyindəki”
çörək və şərab həqi-
qətən
1
Məsihin əti və qanıdır. İkincisi isə Məsih həqiqətən Allahdır.
1
Protestanların nəzərincə isə məcazən
265
Beləliklə də, çörəklə şərab yeyən şəxs həqiqətən də Allahı yemiş
olur. Onun Allahı yeməkdə məqsədi Allahla birləşməsi mənasını da-
şıyır və bir müsəlman, yaxud yəhudi üçün bu cəfəngiyyatdan savayi
bir məna daşımır. Müştərək məsələlər eynilik təşkil etdiyi şəraitdə
qəbul olunur. Məsələn,
həm yəhudi, həm xristyan, həm də müsəlman
insanın öz duası vasitəsilə Allahın iradəsini dəyişdirə biləcəyi əqidə-
sini qəbul edir . Eləcə də, Həzrət İbrahimin (ə) öz övladını qurban
kəsmək məsələsini bütün İbrahimi dinlərin davamçıları qəbul edirlər.
Bütün dinlərin alimləri insanların tam şəkildə qəbul etmələri üçün bu
məsələləri daha aydın çəkildə bəyan etmək
məsuliyyətini öz üzərləri-
nə götürmüşlər.
1
Hər bir din öz davamçıları üçün yəqinlik gətirir və müxtəlif mü-
təfəkkirlər öz qiymətli əsəsrlərində bu məsələni açıqlamağa çalış-
mışlar. İndi İmam Muhəmməd Qəzzalı, İmam Xomeyni və Şəhid
Mütəhhərinin əsərlərində bu barədə qeyd olunmuş dəyərli fikirləri
sizin diqqətinizə çatdıracağıq.
İmam Xomeyni öz bəhslərində müxtəlif dinlərin davamçılarını
iki dəstəyə, avam və qeyri-avam dəstəyə bölür və yazır:
“Digər dinlərin avam davamçıları beyinlərini qəbul edə bilmə-
diyi məzhəblərin qarşısında dayanırlar və avam müsəlmanlar kimi öz
məzhəblərinin düzgün, sair məzhəb və dinlərin səhv olduqlarını qəti
şəkildə bildirirlər. Deməli bizim dinin avam davamçıları İslam dini
mühitində böyüyüb başa çatdıqları və öz dinlərinin tam düzgün və
digər dinlərin səhv olduqarını bildirdikləri kimi başqa dinlərin də
avam davamçıları belə düşünürlər. Bu iki dəstə arasında heç bir fərq
yoxdur. Onlar belə qətiyyətli və kəskin nəzərə malik olduqlarına görə
1
Məsələn əhli sünnət üçün Həzrət Mehdinin (ə) mübarək vücudunun qeybdə olması
məsələsi mümkünsüz və qəbuledilməz bir məsələdir. Amma həmən sünni qardaşımı-
za məsələni başa salmaq üçün əhli sünnətin qəbul etdiyi Xızr peyğəmbərin (ə)
qeybdə olması məsələsini misal çəkmək lazımdır. Bundan sonra artıq o məsələni
tam formada dərk edəcəkdir.