Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə91/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   87   88   89   90   91   92   93   94   ...   113

 
287
Hər bir insan Qurani-Kərimə baxdıqda asanlıqla onun İlahi kitab 
və Allah-Taalanın insana olan müraciəti olmasını anlayır. Yəni bu ki-
tabın ərsəyə gəlməsində Allah-Taaladan savayı kiminsə rolu yoxdur.  
Qurani-Kərimdə olan ilahi müraciətlər ən yüksək dəqiqliklə nəql 
olunmuş və yazılmışdır. Belə ki,  
"
ﺪﺣا ﷲﺁ ﻮه ﻞﻗ
 "
 “De: O Allah birdir!” 
müraciətindəki “ﻞﻗ” sözü həmişəlik olaraq müraciətin  əsli ilə qal-
mışdır və sonrakı  nəsillərə  gəlib çatmışdır. Müsəlmanlar da onu elə 
“ﻞﻗ” kimi istifadə etmişlər və heç bir dəyişikliklər aparmadan təkrar-
lamışlar.  
Hal-hazırki Tövrat Bəni-İsrailin tarixi və keçmişi, Həzrət Musa-
nın (ə) həyatı  və  fəaliyyətləri, Allahın O Həzrətə göndərdiyi müra-
ciətlər barəsində söz açan bir kitabdır.  
Əhdi-Cədiddə mövcud olan dörd kitab Həzrət  İsa Məsihin (ə) 
həyatı  və O Həzrətin sözləri barəsində söz açır. Amma bu kitabda, 
birbaşa olaraq Allahdan göndərilmiş müraciətlər qeyd olunmamışdır. 
Bir məsələni bildirmək vacibdir ki, xristyanlar Həzrət İsa Məsihi (ə) 
tanrı bilirlər və onun bir çox elçilərinin olmasını bildirirlər. Bu ölçi-
lərin bəziləri isə  İncilləri və  Əhdi-Cədidin başqa hissələrini qələmə 
almışlar. Elə bu səbəbdən də, bu kitabların hamısı ilahi müraciət kimi 
qəbul olunmuşlar.  
İstər  Əhdi-Ətiqdə, istərsə  də  Əhdi-Cədiddə münacat, hikmət, 
fəlsəfə,  şeir, peyğəmbərlik və başqa mükaşifələr mövcuddur. Misal 
olaraq Həzrət Davudun (ə) Zəburda qeyd olunmuş minacatlarını gös-
tərmək olar.  
Əhdi-Cədiddə isə elçilərdən olan 21 məktub mövcuddur və bun-
ların hamısı yeni ədəbi üslubda qələmə alınmışdır. Yəni, Əhdi-Ətiqdə 
həmən məktublara bənzər başqa yazılar gözə çarpmır.  
 
10-9. Səmavi kitabların mötəbərliyi 
Dinin daxilindən baxanda İbrahimi dinlərin müqəddəs kitabları-
nın mötəbərliyi eyni səviyyədə deyildir. Yəhudilər İncilin və Quranın 
səmavi və müqəddəs kitab olmasını  qəbul etmirlər. Xristyanlar isə 
Qurani-Kərimin səmavi kitab olmasını qəbul etmirlər. Digər tərəfdən 


 288 
müsəlmanlar da hal-hazırda mövcud olan Tövrat və  İncilin Allah-
Taalanın Qurani-Kərimdə təsdiqlədiyi Tövrat və İncil olduğunu qəbul 
etmirlər. Qurani-Kərim Tövrat və İncili Həzrət Musaya (ə) və Həzrət 
İsa Məsihə (ə) göndərilmiş Quran kimi qələmə verir. (Ali İmran surəsi, 
ayə  3, 4 və başqa ayələr) Halbuki, kitab əhli dini etiqadlarını əllərində 
şüar edərək Tövratın Həzrət Musa (ə) tərəfindən qələmə alındığını bil-
dirirlər. Xristyanların nəzərincə isə Həzrət İsa Məsihin (ə) heç bir ki-
tabı yoxdur və  İncillər ona gələn vəhylər toplusu deyil, O Həzrətin 
həyatı və sözləri əsasında yazılmış kitabdır. İncillərdə də Həzrət İsa-
ya (ə) Allah-Taala tərəfindən göndərilmiş  vəhylərin olması iddia 
olunmur. İncillərin yazılış tərzinə də diqqət yetirsək ilahi söz tərzinin 
mövcud olmaması gözə çarpır. Amma unutmayaq ki, Yəhudilər və 
xristyanlar Tövratı, İncili və digər kitabları onların məfhum və məz-
mununa əsasən vəhyli, müqəddəs və səmavi kitab kimi qəbul edirlər.  
İbrahimi dinlərin davamçılarının vəhylə göndərilmiş, müqəddəs 
və  səmavi kitablar üçün ümumi tərifi olmaması  səbəbindən yəhudi-
lər, xristyanlar və müsəlmanlar öz dinlərinə uyğun olaraq müqəddəs 
kitablarına inanırlar.  
Məsələyə qeyri-dini aspektdən yanaşsaq Qurani-Kərimin  İslam 
sivilizasiyası çərçivəsində bizə gəlib çatması səbəbindən aydın tarixə 
malik olmasının  şahidi olarıq. Hər bir tədqiqatçı  və araşdırmaçı bu 
müqəddəs kitabın müsəlmanlar arasında tam şəkildə yayılmasını görə 
bilər. Amma, hal-hazırki Tövrat və  İncilin tarixin qaranlıq səhifələ-
rindən baş qaldırası səbəbindən şəffaf tarixi keçmişə malik olmaması 
bildirilir və heç kim bu müqəddəs kitabların Həzrət Musa (əs) və 
Həzrət İsanın (ə) zamanından indiyədək dəyişilməz olaraq qalmasını 
iddia edə bilməz. Yəhudilər və xristyanlar öz kitablarının ilahi və 
səmavi kitab olmasını sübut etmək üçün başqa yoldan istifadə edirlər.  
Eləcə  də, Qurani-Kərimdə qeyd olunduğu kimi həm Tövratda, 
həm İncildə İslam dininin müqəddəs peyğəmbəri Həzrət Muhəmmə-
din (s) gəlməsi mövcud olmuşdur.
1
 Amma kitab əhli hal-hazırda Töv-
                                                 
1
 Əraf surəsi, ayə 157 


 
289
rat və İncilin islamdan öncə mövcud olmuş və indi dünyanın mötəbər 
kitabxanalarında və muzeylərində saxlanılan  bəzi nüsxələrini əllərin-
də rəhbər tutaraq öz kitablarında Həzrət Muhəmmədin (s) gələcəyinə 
olan ən cüzi işarələri də danırlar. Kitab əhli müsəlmanların bu sahədə 
olan nəzərlərini qəbul etmirlər. Kitab əhli eləcə də, bu bəşarətə görə 
öz dinini tərk edərək islamı  qəbul edən insanların sözlərini dəlil və 
sübut kimi qəbul etmirlər. Bütün bu deyilənlərdən belə nəticə çıxar-
maq olar ki, Qurani-Kərim Tövratdan və İncildən söz açanda məqsəd 
Həzrət  İbrahimə  (ə)
1
 göndərilmiş  və hal-hazırda mövcud olmayan 
müqəddəs səhifələr kimi hal-hazırda  əsli qalmayan Tövrat və  İncil-
dən danışır.  
Unutmayaq ki başqa bir Tövrat və İncilin mövcud olması iddiası 
Qurani-Kərimin bir çox ali təlimləri kimi yalnız müsəlmanlar tərəfin-
dən qəbul olunr. Belə kitabların mövcudluğunu qəbul edən hər bir 
kəs dərhal müsəlman olur.  
 
10-10. Görəsən Müqəddəs kitablar təhirf olunub? 
İslam kəlamı ilə xristyan kəlamı arasında ən mübahisəli məsələ-
lərdən biri də təhrif və müqəddəs kitablarda dəyişikliklərin aparılma-
sıdır. Qurani-Kərim on ayədə Tövrat və İncilin (İncillərin yox) nazil 
olunması məsələsinə işarə etmişdir:  
َﻞﻴِﺠْﻧِﺈْﻟاَو َةاَرْﻮﱠﺘﻟا َلَﺰْﻧَأَو
 
َنﺎَﻗْﺮُﻔْﻟا َلَﺰْﻧَأَو ِسﺎﱠﻨﻠِﻟ ىًﺪُه ُﻞْﺒَﻗ ْﻦِﻣ
 
“Tövratı da, İncili də O endirdi. Daha öncə insanları hidayət et-
mək üçün. Furqanı da O nazil etdi.”
2
 
Müsəlmanlar ən qədim dövrlərdən Allahın nazil etdiyi Tövrat və 
İncilin kəskin  şəkildə  təhrif olunması, həmən müqəddəs kitablarda 
Həzrət Muhəmmədin (s) sonuncu peyğəmbər kimi gələcəyi məsələsi-
nin pozulmasını  və Allah-Taalanın cismaniliyi kimi məsələlərin ki-
tablara əlavə olunmasını məsələsini qəbul etmişlər.  
                                                 
1
 Əla surəsi, ayə 18-19 
2
 Ali İmran, ayə3-4 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə