Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə89/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   85   86   87   88   89   90   91   92   ...   113

 
281
sahədəki düşüncələrinə yaxın olan mövqedən çıxış etməyə başladılar. 
Amma bunu da qeyd etmək lazımdır ki, Hədis əhlinin düşüncələri hə-
lə də qalmaqdadır.  
Eləcə  də, Allah-Taalaya Tövratda “Alov”
1
,  İncildə “Ruh”
2
 və 
Qurani-Kərimdə “Nur”
3
 adların ilə xitab olunmuşdur. Allahın bütün 
sifətlərdən uzaq bilinməsi zərurəti səmavi kitabların davamçılarını bu 
sözləri məcazi mənada  şərh etməyə  məcbur etdi. Din alimləri bu 
məqsədlə əqli və nəqli sübutlardan çox istifadə edirlər. Əqli dəlillər-
dən daha üstün sayılan nəqli dəlillərdən biri kimi Tövratda qeyd 
olunmuş “Allah insan deyil”
4
 cümləsini nümunə  gətirə bilərik. Mü-
səlmanların nəqli dəlillərindən biri kimi Qurani-Kərimdəki “Ona bən-
zər heç bir şey yoxdur.”
5
 ayəsini nümunə gətirə bilərik.  
Yəhudi filosofu Filo (Philo) 1-ci əsrdə Əhdi-Ətiqi fəlsəfənin kö-
məkliyi ilə  şərh etmişdir. Filonun elmi irsi 215-ci ildə  vəfat etmiş 
Klement İskəndərlinin (Clement of Alexandria) vasitəsi ilə xristyan-
lığa gətirildi və 254-cü ildə vəfat etmiş Origen onu sistemləşdirdi.  
Allahın bütün sifətlərdən uzaq olması məsələsi o qədər əhəmiy-
yətli məsələlərdən birinə çevrildi ki dinlərin kəlam elminin alimləri 
“Allah necədir?” sualının əvəzinə “Allah necə deyil?” sualını soruş-
mağı meydana çıxartdılar. Yəhudilikdə və xristyanlıqda əmələ gəlmiş 
belə baxış “Apofatik ilahiyyatın” meydana çıxmasına səbəb oldu. 
Apofatik ilahiyyat nöqteyi-nəzərindən bütün insani sifətlər Allaha şa-
mil edilmir, hətta “mövcud” sözündən belə Allah barəsində istifadəyə 
icazə verilmir. Digər tərəfdən Allah-Taalanın özünü insana göstər-
məsi Apofatik ilahiyyatın da kamil olmamasını sübuta yetirir.  
Biz müsəlmanlar Allah-Taalanın bütün sifətlərdən uzaq olması 
sahəsində atılan addımlara görə sevinc hissi keçirməliyik və qeyd et-
məliyik ki, kitab əhli ilə əməkdaşlıq sahələrindən biri də elə budur. 
Bütün deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, heç kim-
başqa dinlərin mənbələrini söz çatışmamazlığı üzündən əmələ gələn 
                                                 
1
 Təsniyə və ikilik bölümü 4:24 
2
 Yühənna İncili, 4:24 
3
 Nur surəsi, ayə 35 
4
 Ədədlər bölümü 23:19 
5
 Şura surəsi, ayə 11 


 282 
anlaşılmazlıqlara görə tənqid etməməlidir. Digər tərəfdən də, həmin 
kitabların  İslam dini nöqteyi-nəzərindən insanlar  tərəfindən  hazır-
lanmalarına görə biz müsəlmanların şübhəli sözləri açıqlamaq sahəsin-
də üzərimizə heç bir öhdəlik düşmür. Amma biz müsəlmanlar insaflı 
olmalıyıq və Qurani-Kərimdə buyurulduğu kimi kitab əhli ilə söhbət 
zamanı ən yaxşı yollardan istifadə etməliyik. (Ənkəbut surəsi, ayə 46) 
 
10-3. İrfan və sufilik 
Bütün dinlərdə olan irfan və sufilik bəhsləri həmən dinlərin fiqhi 
və fəlsəfi bəhslərinə qarşı göstərilmiş reaksiya mənasını daşıyır. İrfan 
zövqdən yaranır, isbat və yaxud inkar edilmir və incəsənətlə yaxın 
əlaqəyə malikdir. İrfan olduqca incə bir alov kimidir. Qarşısına keçən 
hər şeyi yandıraraq irəliləyir. Hindistan və uzaq şərq dinlərinin hamı-
sı irfanidir və hal-hazırda da cüzi bir təbliğat aparmaq bütün Amerika 
və Avropa xalqlarını öz tərəfinə  çəkir. Mərhum  Əllamə  Təbatəbai 
“İslamda şiyə anlamı” adlı kitabının ikinci cildində belə yazır: 
“Arif Allaha eşq və məhəbbətlə sitayiş edən şəxsdir. Onun nə sa-
vab qazanmaq ümidi, nə də əzabdan qorxma hissi vardır. Bu sözlər-
dən İrfanın digər məzhəblərin müqabilində dayanan yeni bir məzhəb 
kimi qəbul etmək düzgün deyildir. İrfan Allaha sitayiş etmə yolların-
dan biridir (qorxu və yaxud ümidlə edilən sitayiş yox, eşqlə edilən si-
tayiş)və dinin həqiqətlərini əqli düşüncə və zahiri görünüşlə yox mə-
həbbətlə anlamaq yoludur. Allaha sitayiş edən dinlərin, hətta bütpə-
rəstliyin davamçıları belə bu yolun, yəni irfan yolunun köməkliyi ilə 
həqiqətə çatırlar. Həm bütpərəstlikdə, həm yəhudilikdə, həm xrist-
yanlıqda, həm zərdüştlükdə və həm İslamda irfan əhli olan və olma-
yan insanlar mövcuddur.” 
Həqiqətən də irfan hər bir ölkədə özünü zamanın və  məkanın 
dini ilə ahəngdar edir. Andalusiya səkkiz  əsr  İslam dininin bölgələ-
rindən biri olmuşdur və 1240-cı ildə vəfat etmiş İbn Ərəbi kimi arif-
lər həmən diyarda dünyaya gəlmişlər. O ərazilər 1492-ci ildə  təma-
milə xristyanlaşdı və rahibliyin banilərindən biri olan 1556-cı ildə və-
fat etmiş Cezuit İqnatos Dolevivla kimi arifləri ərsəyə gətirdi.  


 
283
İslam irfanı Həzrət Əmirəlmöminin Əlidən (ə) qalmışdır və bü-
tün ariflərin sıralaması sonda O Həzrətə çatır. İrfan və sufilik sözləri 
İslamın əsas mənbələrində, eləcə də İslam ölkələrində eyni məna da-
şıyır. Şeyx Əkbər Muhiyəddin İbni Ərəbi və Mövlana Cəlaləddin Ru-
mi kimi şəxsiyyətlər asanlıqla “Arif” və “Sufi” adlandırılırlar. Bəzi 
ölkələrdə, o cümlədən İranda “Sufi” sözü bəzi səbəblər üzündən o qə-
dər də müsbət məna kəsb etmir.  
Daha öncə qeyd etdiyimiz kimi yəhudilərin irfanı “Qebala” ad-
landırılır. Unutmamalıyıq ki, xristyanlığın yarandığı zamanlarda yə-
hudi irfanının bir növü mövcud idi və davamçıları onu “Təriqət” ad-
landırırdılar. (Həvarilərin işləri 9:2 və 22:4) Sonda onlar müstəqil bir 
din yaratdılar. Xristyanlıqda daha öncə qeyd etdiyimiz kimi yəhudi 
irfanı üzərində qurulmuş irfan mövcuddur. Amma bundan əlavə 
xristyanlıqda dərin irfan və böyük ariflər mövcuddur. Daha öncə 
qeyd etdiyimiz kimi Hindistan və Uzaq şərq dinləri təmamilə irfan 
üzərində qurulmuşdur.
1
Xristyan irfanındakı rahiblik, Hindistan və 
Uzaq Şərq irfanı çətinliklərə dözmək və düşünməkdən ibarətdir. Bəzi 
dinlər teorik və bəziləri praktik irfana üstünlük verirlər, amma ümu-
milikdə böyük dinlərin hamısında irfanın hər iki növü mövcuddur. 
Bir müsəlman nöqteyi-nəzərindən dağın başında nitq söyləyən (Matta 
5:7) və Tövrata əməl olunması  məsələsinə  təkid edən (Matta 5:17) 
Həzrət İsanın (ə) irfanı düzgün irfandır. Amma Pavelin Tövratda bu-
yurulan  şəriətə qarşı  çıxan irfanı  təmamilə yalnışdır.
2
 (Romalılara 
                                                 
1
 Mərhum  Əllamə  Təbatəbainin sözləri mətndə qeyd olunmuşdur: “Həm bütpərəst-
likdə, həm yəhudilikdə, həm xristyanlıqda, həm zərdüştlükdə və həm İslamda irfan 
əhli olan və olmayan insanlar mövcuddur” Bu sözlərə əlavə olaraq bildirmək istəyi-
rik ki, bütpərəst arifdən “irfanla bütpərəstlik arasında nə əlaqə vardır?” sualını soruş-
saq belə cavab verəcək ki, “İnsanların bəziləri bu bütlərin vasitəsilə mənəfi paklığa 
çatırlar.”  
2
 Bəzi ölkələrdə və xüsusən də İranda düzgün olmayan irfanı “Təsəvvüf-sufilik” və 
bununla məşğul olan insanı isə “Sufi adlandırılar. Bəzi səhv sufilər “Yəqin” məqamı-
na çatdığını  və “Allahın eşqi onu “məst” elədiyini iddia edərək “Və  sənə  yəqin 
(ölüm) gələnədək Rəbbinə ibadət et!” (Hicr surəsi, ayə 99) və “Sərxoş ikən nə dedi-
yinizi anlamayana qədər namaza (namaz qılınan yerə) yaxınlaşmayın.” (Nisa surəsi, 
ayə 43) ayələrini əllərində rəhbər tutaraq ibadəti tərk etmişlər.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə