Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə85/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   81   82   83   84   85   86   87   88   ...   113

 
269
si isə əsil islamçı olmaqdır. Yəni şəxs həqiqətin önündə təslim olaraq 
ürəyinin qapılarını həqiqətin üzünə açmış olsun,  haqqı qəbul etsin, 
bütün qayda-qanunlarını həyata keçirtsin, öz şəxsi araşdırmaları nə-
ticəsində əldə etdiyi islamı qəbul edərək təəssübkeşlik hissi keçirmə-
dən onun qarşısında baş əysin. Allahın qarşısında təslim olaraq onun 
iradəsi qarşısında baş əyəyn şəxsin İslami qanunlarla tanışlığı olma-
sa və İslam dini ona gizli qalarsa artıq onun heç bir təqsiri yoxdur. 
Allah buna görə heç zaman ona əzab verməz və sözsüz ki, həmən şəxs 
sonda xilas olan insanlardan birinə çevrilər...”
1
  
O, öz uzun və  çətin bəhsinin sonunda müsəlman və müqəssir 
olmayan insanların yaxşı  əməlləri üçün necə mükafatlandırılacağını 
və əzabdan necə yaxa qurtaracaqlarını aşağıdakı şəkildə izah edir: 
“Bəzi  İslam filosoflarının, o cümlədən  Əbu  Əli Sina və  Sədrəl 
Mutəəllihinin nəzərincə həqiqəti etiraf etməyən insanların əksəriyyəti 
müqəssir deyillər. Belə insanlar Allahı tanımadıqları şəraitdə heç bir 
əzaba düçar olmayacaqlar və eləcə də, cənnətə də daxil olmayacaq-
lar. Amma Allahı tanıdıqları və axirət həyatına imanları olduğu şə-
raitdə öz xeyirli əməllərinin müsbət mükafatlarını alacaqlar. Yalnız 
müqəssir olan insanlar əzab-əziyyətlərlə üzləşəcəklər və müqəssir ol-
mayanları heç bir əzab-əziyyət gözləmir”
2

 
6. İnsanın süquta uğraması və xilas təlimi 
Dinlərin ən əsas vurğuladığı məsələ insanın süquta uğraması və 
onun xilasa çatması üçün səy göstərməsidir. Haqqı batildən ayırmaq 
xilas olmaq yolundakı bütün maniələri aradan götürür. Elə bu səbəb-
dən də, hər bir din öz davamçıları üçün düzgün və yalnış etiqadları 
özündə əks etdirən sıralamanı nəzərdə tutur və bununla da, onlar öz 
                                                 
1
 Əsərlər toplusu, cild 1, səh 293 
2
 Əsərlər toplusu, cild 1, səh 342 


 270 
inamlarını  həmin sıralamaya  əsasən tənzimləyirlər. Hər bir dində 
mövcud olan kəlam elmi də elə bu səbəbdən yaradılmışdır.  
Bu sözlər dinlərin özündə  cəmləşmişdir. Amma “Dinlər elmi”-
nin heç bir dinin səhv ya düz, haqq ya batil olması ilə işi yoxdur və 
yalnız bu dinlər, etiqadlar barəsində məlumat verməklə kifayətlənir.  
Müxtəlif dinlər insanın süquta uğraması  və onun xilas olmağa 
ehtiyacı barəsində söz açmışlar. Allah-Taala da Tin surəsində (yəni 
Əncir surəsində)insanın süquta uğrayaraq “alçaqların  ən alçağına” 
çevrilməsi məsələsini çox aydın şəkildə çatdırmışdır. Müasir dünya-
mızda Umanizmin meydana çıxması  nəticəsində insanın süquta 
uğraması  məsələsi öz əvvəlki  əhəmiyyətini itirmişdir. Bununla da, 
müxtəlif dinlər diqqətlərini insana xas olan vəziyyətlərin başqa sahə-
lərinə ayırmışlar. Yəhudilər və xristyanlar insanın Allah formasında
1
 
yaradılmasına təkid göstərdikləri halda müsəlmanlar Allahın xəlifəsi 
və insanın kəraməti
2
 məsələlərinin üzərində dayanırlar.  
Hər bir din özünəməxsus məntiqi dəlillərini irəli sürməklə xila-
sın yalnız ona məxsus olduğunu bildirir və bəzi xüsusi hallarda insan-
ların qəlbində özünəməxsus sevgini əldə etmək məqsədilə bu inhisar-
çılıqdan uzaqlaşır. Xristyanlar daim bu sözləri vurğulamışlar: “Kilsə-
dən xaricdə heç bir xilas yoxdur!”. Eləcə  də, Pavelin Həzrət  İsa 
Məsih (ə) barəsində sözlərini bildirmişlər: “Ondan savayı heç kimdə 
xilas yoxdur, çünki insanların Allahla münacat etmələri üçün göyün 
aşağısında bizi xilas edəcək heç kimin adı yazılmamışdır” (Həvarilə-
rin işləri 4-12)  
Biz müsəlmanlar da İslam təlimlərinin üzərində çox dayanaraq 
axirət dünyasının xilası  və insanların nicat tapmasının müqəddəs 
İslam dininə aid olmasını təkidlə bildiririk: 
ﺎًﻨﻳِد ِمﺎَﻠْﺳِﺈْﻟا َﺮْﻴَﻏ ِﻎَﺘْﺒَﻳ ْﻦَﻣَو
 
َﻦﻳِﺮِﺳﺎَﺨْﻟا َﻦِﻣ ِةَﺮِﺧﺂْﻟا ﻲِﻓ َﻮُهَو ُﻪْﻨِﻣ َﻞَﺒْﻘُﻳ ْﻦَﻠَﻓ
 
 
                                                 
1
 “Allah  insanı öz formasında yaratdı” (Yaranış 1:27) Buna bənzər başqa bir söz 
Həzrət Muhəmməd (s)-in hədisində qeyd olunmuşdur: “Allah insanı öz formasında 
yaratmıışdır”.  
2
 Bəqərə surəsi, ayə 30 və İsra surəsi, ayə 70 


 
271
“Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt 
ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!”
1
 
 
7. Təhzib-paklanma 
Bütün dinlər insanlardan əxlaq normaları  çərçivəsində olan hə-
yat yaşamağı istəyir və bu dinlərə aid bütün qanunlar bəşəriyyətin 
islah olunmasına xidmət edir. İnsanlar bu dünyada həmin qanunlara 
riayət etməklə mənəvi saflığa və islaha çatırlar. Şübhəsiz ki, insanlar 
şeytanın vəsvəsəsinə görə demək olar bütün heyvanlar üçün özünə-
məxsus ilahilik yaratmışlar (cırcıramadan filə qədər bütün həşərat və 
heyvanlara) və onlara sitayiş etmişlər. Amma, dini həyat müəyyən 
miqdarda əxlaqi kriteriyalara malikdir və hal-hazırda da belədir.  
İmam Rza (ə) İmam Səccada (ə) istinadən belə rəvayət edir ki, 
Misir  Əzizinin xanımı
2
 Həzrət Yusifi (ə) vəsvəsə edəndə  əlindəki 
parçanı evində olan bütün üzünə atdı və onun gözlərini bağladı. Həz-
rət Yusif (ə) onun bu hərəkətinin səbəbini soruşanda o belə cavab 
verdi: “Mən bu bütdən utanıram və bizi belə görməsini istəmirəm”. O 
Həzrət dedi: “Necə ola bilər ki, sən heç bir dərrakəsi və hissi olmayan 
bütdən utanasan, amma mən insanları yaradandan və aradılışın 
müəllimindən utanmayım?!”
3
 
İstər ortodoks, istərsə də katolik kilsəsində günahların keşiş ya-
nından etriaf edilməsi cəmiyyətdə günah səviyyəsini aşağı salmaq 
mənasını daşıyırdı. Bütün insanlar istər keşişlər, istər yepiskoplar və 
istərsə də Papalar etiraf mərasimini mütəmadi olaraq həyata keçirir-
dilər. İslamda, yəhudilikdə və protestant xirstyanlarda günahları etiraf 
etmək kimi işlərə icazə verilmir. Adlarını sadaladığımız dinlərdə və 
firqələrdə insanın öz günahını Allahın dərgahında etiraf edərək ondan 
bağışlanılmasını istəməsi məsələsinə təkid edilir.  
                                                 
1
 Ali İmran surəsi, ayə 85 
2
 İslami mənbələrdə həmən xanımın adının Züleyxa olduğu bildirilir.  
3
 Biharul Ənvar, cild 12, səh 266 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə