260
qoymamışdır. Bir çox dinlərin də adları belə meydana çıxmışdır. Yə-
hudiliyin (Judaism) müəyyənləşdirilmiş adı ata-babaların Yəhuda şə-
hərində yaşayan və bu səbəbdən də, Yəhudi adlandırılan insanların
dininin adıdır. Amma, təyin olunmuş Xristyanlıq və yaxud Məsihilik
(Christianity) isə Məsihə aid olduğu üçün belə adlandırılmışdır. Mə-
sihi sözü ümumilikdə Həzrət İsa Məsihin (ə) göylərə getməsindən,
qeybə çəkilməsindən sonra meydana çıxdı (Həvarilərin işləri 11:26)
və onların yeni yaranmış dinləri “Təriqət” adlandırıldı (Həvarilərin
işləri 9:2 və 22:4)
Yəhudilik və Xristyanlıq sözlərinin heç biri müqəddəs kitablarda
mövcud deyildir. Halbu ki, İslam sözü və bu sözdən əmələ gələn
digər sözlər Qurani-Kərimdə dəfələrlə təkrar olunmuşdur
1
. Çünki İs-
lam dini Həzrət Muhəmmədin (s) zamanında kamala çatmışdır və bu
səbəbdən də, ilk olaraq digər dinlərdən fərqlənməsi üçün adı bu for-
mada müəyyənləşdirilmişdir.
Müəyyənləşdirilmiş din adlarından fərqli olaraq təyin olunmuş
adlarının gözəl və məqsədəuyğun mənası olur və sonuncu peyğəmbər
üçün “təslim olmaq” mənasını kəsb edən İslam sözünün də seçilmə-
sinin də özəlliyi bundan ibarətdir
2
3. Sonunculuq və sonrakı dinlərin gəlməsi
barəsində müjdə
Yəhudilik, Xristyanlıq və İslam dinləri İbrahimi dinlər (Abraha-
mic Religions) və vəhy dinləri (Revealed Religions) adlandırılırlar.
1
Müsəlmanların bəziləri belə iddia edirlər ki, tövhidi dinlərin hamısı ilk olaraq “İs-
lam” adlandırılmışdır və “Yəhudilik” və “Xristyanlıq” dinləri bu dinlərin davamçıla-
rının öz dinlərinə etdikləri təhriflərdən sonra meydana çıxmışdır. Kəlam elmi nöqte-
yi-nəzərindən bu məsələni təsdiq etmək mümkün olsa da, dinləri elmi baxımından
sübut olunması mümkünsüzdür.
2
Avropanın kinli xristyanları orta əsrlərdə “İslam” və “Müslim” sözlərinin əvəzinə
“Muhammadanism” və “Muhammadan” sözlərindən istifadə edirdilər.
261
Bu dinlər Allah tərəfində göndərilən peyğəmbərlərin (ə) bizlər üçün
qoyduqları yadigarlardır. İbrahimi dinlərin hamısı haqq olmalarını
özlərindən qabaqkı dinlərin verdikləri müjdələrə əsasən təsdiq edirlər
və eləcə də, sonuncu olmalarını iddia edərək sonrakı dinləri qəbul
etmirlər. Belə ki;
Birinci: Yəhudilər özlərini Allah-Taalanın Həzrət İbrahimə (ə)
verdiyi vədin nəticəsi kimi qəbul edirlər. Xristyanla isə, “Canişinlik”
(Supersession) nəzəriyyəsini irəli sürərək özlərini Allahın vədəsinin
davamı kimi qəbul edirlər, Əhdi-Ətiqdə Həzrət İsaın (ə) və Əhdi-Cə-
didin gəlməsi müjdəsini tapmağa çalışırlar. İslam dini də Bəni-İsrail
peyğəmbərlərinə və özündən öncə gəlmiş səmavi kitablara diqqət
ayırır və İslam peyğəmbəri Muhəmmədin (s) gəlməsinin bütün səma-
vi kitablarda mövcud olmasını bildirir. (Əraf surəsi, 157)
Ikincisi: Yəhudilər nəsx məsələsini, yəni köhnə ilahi qanunların
Allah tərəfindən yeni qanunlarla əvəz olunmasını qəbul etmirlər və
xristyanlar da Əhdi-Cədiddən sonra yeni ilahi kəlamın gəlməsini
gözləmirlər
1
. İslam dininin də sonuncu ilahi və səmavi din olması
Qurani-Kərimdə (Əhzab surəsi, ayə 40), müxtəlif hədislərdə qeyd
olunmuşdur və bütün müsəlmanlar bunu İslam dininin ən zəruri
məsələlərindən biri kimi qəbul edirlər.
Bu dinlərin hər üçündə gəlməsi öncədən xəbər verilən xilaskarın
qayıtması məsələsi mövcuddur. Xilaskarın gəlməsi həmən dinin düz-
gün olmasını təsdiqləyəcək və gözlənilə xilaskar bu dini qüvvədən
salaraq yeni din təyin etməyəcək.
1
Xristyanlar da ilahi qanunların yeniləşməsi məsələsini inkar edirlər və Əhdi-Ətiqdə
mövcud olan şəriəti Əhdi-Cədiddə olan şəriətin başlanğıcı kimi qəbul edirlər. Buna
görə də, Tövratda mövcud olan dini əhkamlar xristyanlıqda inkar edilmir, əksinə ön-
cədən nəzərdə tutulmuş plana əsasən inkişaf etdirilir. Pavlos belə deyir: “Allah bizi
Məsihə çatdırmaq və ədalətli imana sahib malik olmaq üçün şəriət nazil etdi. Amma
iman gəldi və buna görə də Allahın əlinin altında deyilik. Çünki, hamı İsa Məsihə
olan imanları vasitəsilə Allahın oğullarına çevriləcəklər.” (Qalatyalılara məktub
3:24-26) Müsəlmanlar isə bu qanunların artıq köhnə olduqlarını və qüvvədən düş-
düklərini bildirirlər.
262
Muhəmməd peyğəmbərin (s) sonuncu peyğəmbər olması mə-
sələsi sahəsindəki etiqad yeni dinlərin meydana çıxması məsələsini
sıfıra endirir. Sonrakı dinlər bu yolu açmaq və məhdudiyyəti götür-
mək üçün daha öncə nazil olmuş səmavi kitablardaki sözləri səhv
açıqlayaraq öz dinlərinin zühur etməsi məsələsini belə səhv düşüncə-
lərdə axtarırlar. Elə bu səbəbdən də, xristyanlar Həzrət İsa Məsihin
(ə) gəlməsi müjdəsini tapmaq üçün Əhdi-Ətiqi və müsəlmanlar Həz-
rət Muhəmmədin (s) gəlməsi müjdəsini tapmaq üçün Əhdi-Ətiqi və
Əhdi-Cədidi təfsir edərək araşdırırlar.
Qeyd etmək lazımdır ki, lazımi şəxsin adını və xüsusiyyətini
tapmaq bir arzu və istək şəklində qalır, müjdələr tanınmayan adlara
aid olmağa başlayır. Məsələn; Məsihilər (Matta 1:23) Əhdi-Ətiqə
müraciət etməklə Emmanuel dünyaya gəlməsi müjdəsini tapırlar
(Əşiya 7:14) və müsəlmanlar Əhdi-Ətiqə müraciət etməklə Şilonun
gəlmə müjdəsini (Yaranış 49:10) və Əhdi-Cədidə müraciət etməklə
Faraqlitin (Yuhanna 14:16) gəlmə müjdəsini aşkarlayırlar. Sonralar
meydana çıxan digər iddiaçılar da Əhdi-Ətiq, Əhdi-Cədid və Qurani-
Kərimlə belə davranmışlar. Bu prosesdə müxtəlif ümmətlərin
müqəddəs kitabları təfsirlərinə və izahlarına baxmadan özünəməxsus
tərzdə təfsir olunmuşlar.
Bu dinlərin davamçıları özlərindən əvvəlki dinlərin vaxtlarının
başa çatması və özlərindən sonrakı dinlərin saxta olmasına inanırlar.
Elə bu səbəbdən də, xilaskarlığı özlərinə aid edirlər. Bu arada bir
məsələni də qeyd etmək lazımdır ki, yəhudilik xüsusi qövmün dinin-
dir və bu dində təbliğ məsələsi mövcud deyildir. Yəhudilərin əksəriy-
yəti dünya xalqlarını sionizmə dəvət edirlər. Digər tərəfdən, xristyan-
lıqda və islam dinində təbliğ mövcuddur. Xristyanlar təbliğat işlərini
missonerlik və müsəlmanlar dəvət adlandırırlar.
Bir məsələni də qeyd etmək lazımdır ki, yəhudilikdə və xristyan-
lıqda Elçi və Rəsul sözü dinin təbliği ilə məşğul olan ilk insanlara
deyilir (məsələn; “Elçi Daniyal” və “Elçi Pavel”) və yeni din gətirmiş
şəxslərə aid edilmir.
Dostları ilə paylaş: |