Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə81/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   77   78   79   80   81   82   83   84   ...   113

 
257
elə bu səbəbdən də bir-biriləri ilə qohumluq əlaqələrinə malikdirlər. 
(Hindistan dinləri də bir-biriləri ilə qohumluq və yaxınlıq əlaqələrinə 
malikdirlər) Amma, xristyanlıqdakı tövhid “Müqəddəs üçlük” və 
Zərdüştlükdəki tövhid “Sənəviyyət” (Müqəddəs ikilik) üzərində qu-
rulmuşdur. Bu iki dinin hər birisi, yəni istər Xristyanlıq, istərsə  də 
Zərdüştlük bütün vasitələrdən istifadə etməklə özləri ilə  əsil tövhid 
arasında ahəngdarlıq yaratmaq istəyir. Onların bu sahədə lazımi də-
rəcədə ahəngdarlıq yaratma dərəcələri müxtəlif insanların nəzərindən 
müxtəlif  şəkildə  dəyərləndirilir: Məsələyə yüngül yanaşan insanlar 
onların ahəngdarlıq yaratmaq sahəsindəki səylərini qiymətləndirərək 
qəbul edirlər, amma məsələyə daha dəqiq yanaşanlar isə onların 
bütün açıqlamalarını qəbul etmirlər və Qurani Kərimdə buyurulduğu 
kimi “müqəddəs üçlük” küfrün nişanəsidir. (Maidə surəsi, ayə 72-73) 
Şübhəsiz ki, bütün tövhidi dinlərin arasında  İslam bilikləri və 
mərifəti nöqteyi nəzərindən İslam dininə ən yaxın din Yəhudilikdir. 
Qeyd etmək lazımdır ki, İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) 
zamanından indiyədək müsəlmanlarla yəhudilərin arasında yaranan 
qarşıdurmalar və anlaşılmazlıqlar onların dini əqidələrinə görə deyil 
düzgün olmayan davranışlarına görə olmuşdur. Amma bun baxama-
yaraq Allahın Qurani-Kərimə qarşı  çıxan ilk kafirlərin yəhudilər ol-
masını bildirmişdir (Bəqərə surəsi, ayə 41) 
Elə bu səbəbdən də, İslam alimləri “َﻦﻴﱢﻟﺎﱠﻀﻟا ﺎَﻟَو ْﻢِﻬْﻴَﻠَﻋ ِبﻮُﻀْﻐَﻤْﻟا ِﺮْﻴَﻏ” 
“Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!”
1
 
ayəsinin təfsirində “Qəzəbə düçar olmuşların” Yəhudi və “Azmış-
ların” Nəsrani olduqlarını bildirirlər. Halbu ki, hər iki xüsusiyyəti hər 
iki dəstəyə aid edə bilərdilər. Bu parçalanmanın və ikiyə bölünmənin 
belə qeyd olunmasının əsas səbəbi bundan ibarətdir ki, Fatihə surəsi 
“ummul kitab” yəni kitabın anasıdır və başqa sözlə “Qurani Kərimin 
xülasəsidir”. Bu ilahi kitabın mətninə müraciət etdikdə  Yəhudilərin 
törətdikləri cinayətlərə  və gördükləri pis işlərə görə Allahın onlara 
                                                 
1
 Fatihə surəsi, ayə 7 


 258 
qəzəblənməsinin  şahidi olarıq.
1
 Xristyanları isə “müqəddəs üçlüyə” 
inandıqlarına və Həzrət İsa Məsihi (ə) İlahi kimi qəbul etdiklərinə gö-
rə haqq yolundan azmışlar kimi adlandırmışdır.
2
 Eləcə də, Yəhudilər-
lə müşrikləri müsəlmanların  ən pis düşməni kimi qeyd edir, amma 
xristyanları müsəlmanların ən yaxşı dostu kimi vurğulayır.
3
 Beləliklə 
də, mübarək Fatihə surəsinin son ayəsi bu qeyd olunanlara əsasən təf-
sir olunmuşdur.  
Qurani-Kərim səhv əqidələrin Yəhudilərə aid olmasını qeyd et-
mişdir və onları belə əqidələrə malik olduqlarına görə danlamışdır: 1. 
Üzeyir Allahın oğludur
4
; 2. Allah yoxsuldur və biz varlıyıq
5
; Allahın 
əlləri bağlıdır
6
. Yəhudilər bu məsələlərin hər üçünü təkzib edirlər və 
elə bu səbəbdən də, Quran təfsirçiləri belə bir nəzəri irəli sürmüşlər 
ki, bu sözlər bəzi yəhudilərin sözləri idi. Amma digərlərinin də bu 
məsələyə razılıq göstərmələrinə görə Allah onların hamısına  şamil 
etmişdir
7
. Hər halda yəhudilər bu üç səhv əqidələrinə (eləcə də, gizli 
şəkildə onlara işarə olunan Cəbrayil (ə) ilə olan düşmənçiliklərinə gö-
rə)
8
 bəraət qazanmağa çalışırlar və elə bu məsələlər kifayət qədərdir.  
Digər tərəfdən Qurani-Kərim xristyanların da bəzi səhv  əqidə-
lərə malik olmalarını vurğulayır və onları belə yalnış əqidələrə malik 
olmalarına görə danlayır: 1. Məsih Allahın oğludur
9
; 2. Allah Məryə-
min oğlu Məsihin özüdür
10
; 3. Allah üçündən biridir
11
. Xristyanlar bu 
məsələlərin hər üçünü qəbul edirlər və bunların düzgünlüyünə təkid 
                                                 
1
 Bəqərə surəsi ayə 61, 90; Ali İmarn surəsi, ayə 112; Maidə surəsi ayə 60; Əraf 
surəsi, ayə 152 
2
 Nisa surəsi, ayə 171; Maidə surəsi, ayə 17, 72,73, 77, 116; Tövbə surəsi 30-32 
3
 Maidə surəsi, ayə 82 
4
 Tövbə surəsi, ayə 30 
5
 Ali İmran ayəsi, 181 
6
 Maidə surəsi, ayə 64 
7
 Əl Mizan təfsiri, Tövbə surəsi, ayə 30 
8
 Bəqərə surəsi, ayə 97 
9
 Tövbə surəsi, ayə 30 
10
 Maidə surəsi, ayə 17, 72  
11
 Maidə surəsi, ayə 73 


 
259
edirlər. (Onlar yalnız Həzrət Məryəmin (ə) ilahilik məsələsini
1
 qəbul 
etmirlər) 
Yəhudilik dininin üç əsas prinsipi olan tövhid, peyğəmbərlik və 
məaddan əlavə bəzi dini əhkamlar nöqteyi-nəzərindən də İslam dini-
nə yaxındır. Belə ki, bəzi mələklərin, o cümlədən Cərayıl və Mikayı-
lın adları İbrani dilində Qurani-Kərimdə qeyd olunmuşdur
2
.  
Qurani-Kərimdə eləcə  də, müşriklərə xitabən belə buyurulmuş-
dur ki, Qurani-Kərim təlimləri ilə Bəni-İsrail alimlərinin biliklərinin 
üst-üstə düşməsi onun düzgün olmasını  təsdiqləyir
3
. Bundan əlavə, 
biz müsəlmanlar Qurani-Kərimin bəzi ayələrini təfsir edərkən Bəni-
İsrailin düzgün və səhv əqidələrini tanımalıyıq və belə məsələlərdən 
xəbərdar olmalıyıq. Çünki, Qurani-Kərimdə  Həzrət Musanın (ə) adı 
136 dəfə qeyd olunmuşdur və  Bəni-İsrailin bir çox işlərinə  işarə 
etmişdir. 
Hər halda Yəhudilik, Xristyanlıq və Zərdüştlük dininin davamçı-
ları  İslam dininin kölgəsi altında sakit həyat yaşadılar və buna görə 
də, bir çox müsəlman ölkələrində, qdları çəkilən dinlərin davamçıla-
rına o cümlədən İran İslam Respublikasında öz hüquqlarını müdafiə 
etmək və ölkə konstitusiyasının tənzim edilməsində Məclisdə öz nü-
maəndələrini təyin etmək icazəsi verildi.  
 
2. Adlandırılması: Müəyyənləşdirməklə və təyin 
etməklə 
Bir çox xalqların, qəbilələrin, tayfaların, sülalələrin,  şəhərlərin 
və ölkələrin qədim adları  təbii olaraq müəyyən müddət keçdikdən 
sonra müəyyənləşdi, heç kim qəsdən və bilərəkdən bu adları belə 
                                                 
1
 Maidə surəsi, ayə 116 
2
 Cəbayıl “Allahın kişisi” və Mikayıl “Kim Allaha bənzəyir?” mənasını  kəsb edir. 
Sözsüz ki, hər bir mələyin dünyanın hər bir dilində müxtəlif adı ola bilər.  
3
 Şüəra surəsi, ayə 197 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə