269
si isə əsil islamçı olmaqdır. Yəni şəxs həqiqətin önündə təslim olaraq
ürəyinin qapılarını həqiqətin üzünə açmış olsun, haqqı qəbul etsin,
bütün qayda-qanunlarını həyata keçirtsin, öz şəxsi araşdırmaları nə-
ticəsində əldə etdiyi islamı qəbul edərək təəssübkeşlik hissi keçirmə-
dən onun qarşısında baş əysin. Allahın qarşısında təslim olaraq onun
iradəsi qarşısında baş əyəyn şəxsin İslami qanunlarla tanışlığı olma-
sa və İslam dini ona gizli qalarsa artıq onun heç bir təqsiri yoxdur.
Allah buna görə heç zaman ona əzab verməz və sözsüz ki, həmən şəxs
sonda xilas olan insanlardan birinə çevrilər...”
1
O, öz uzun və çətin bəhsinin
sonunda müsəlman və müqəssir
olmayan insanların yaxşı əməlləri üçün necə mükafatlandırılacağını
və əzabdan necə yaxa qurtaracaqlarını aşağıdakı şəkildə izah edir:
“Bəzi İslam filosoflarının, o cümlədən Əbu Əli Sina və Sədrəl
Mutəəllihinin nəzərincə həqiqəti etiraf etməyən insanların əksəriyyəti
müqəssir deyillər. Belə insanlar Allahı tanımadıqları şəraitdə heç bir
əzaba düçar olmayacaqlar və eləcə də, cənnətə də daxil olmayacaq-
lar. Amma Allahı tanıdıqları və axirət həyatına imanları olduğu şə-
raitdə öz xeyirli əməllərinin müsbət mükafatlarını alacaqlar. Yalnız
müqəssir olan insanlar əzab-əziyyətlərlə üzləşəcəklər və müqəssir ol-
mayanları heç bir əzab-əziyyət gözləmir”
2
.
6. İnsanın süquta uğraması və xilas təlimi
Dinlərin ən əsas vurğuladığı məsələ insanın süquta uğraması və
onun xilasa çatması üçün səy göstərməsidir. Haqqı batildən ayırmaq
xilas olmaq yolundakı bütün maniələri aradan götürür. Elə bu səbəb-
dən də, hər bir din öz davamçıları üçün düzgün və yalnış etiqadları
özündə əks etdirən sıralamanı nəzərdə tutur
və bununla da, onlar öz
1
Əsərlər toplusu, cild 1, səh 293
2
Əsərlər toplusu, cild 1, səh 342
270
inamlarını həmin sıralamaya əsasən tənzimləyirlər. Hər bir dində
mövcud olan kəlam elmi də elə bu səbəbdən yaradılmışdır.
Bu sözlər dinlərin özündə cəmləşmişdir. Amma “Dinlər elmi”-
nin heç bir dinin səhv ya düz, haqq ya batil olması ilə işi yoxdur və
yalnız
bu dinlər, etiqadlar barəsində məlumat verməklə kifayətlənir.
Müxtəlif dinlər insanın süquta uğraması və onun xilas olmağa
ehtiyacı barəsində söz açmışlar. Allah-Taala da Tin surəsində (yəni
Əncir surəsində)insanın süquta uğrayaraq “alçaqların ən alçağına”
çevrilməsi məsələsini çox aydın şəkildə çatdırmışdır. Müasir dünya-
mızda Umanizmin meydana çıxması nəticəsində insanın süquta
uğraması məsələsi öz əvvəlki əhəmiyyətini itirmişdir. Bununla da,
müxtəlif dinlər diqqətlərini insana xas olan vəziyyətlərin başqa sahə-
lərinə ayırmışlar. Yəhudilər və xristyanlar insanın Allah formasında
1
yaradılmasına təkid göstərdikləri halda müsəlmanlar Allahın xəlifəsi
və insanın kəraməti
2
məsələlərinin üzərində dayanırlar.
Hər bir din özünəməxsus məntiqi dəlillərini
irəli sürməklə xila-
sın yalnız ona məxsus olduğunu bildirir və bəzi xüsusi hallarda insan-
ların qəlbində özünəməxsus sevgini əldə etmək məqsədilə bu inhisar-
çılıqdan uzaqlaşır. Xristyanlar daim bu sözləri vurğulamışlar: “Kilsə-
dən xaricdə heç bir xilas yoxdur!”. Eləcə də, Pavelin Həzrət İsa
Məsih (ə) barəsində sözlərini bildirmişlər: “Ondan savayı heç kimdə
xilas yoxdur, çünki insanların Allahla münacat etmələri üçün göyün
aşağısında bizi xilas edəcək heç kimin adı yazılmamışdır” (Həvarilə-
rin işləri 4-12)
Biz müsəlmanlar da İslam təlimlərinin üzərində çox dayanaraq
axirət dünyasının xilası və insanların nicat tapmasının
müqəddəs
İslam dininə aid olmasını təkidlə bildiririk:
ﺎًﻨﻳِد ِمﺎَﻠْﺳِﺈْﻟا َﺮْﻴَﻏ ِﻎَﺘْﺒَﻳ ْﻦَﻣَو
َﻦﻳِﺮِﺳﺎَﺨْﻟا َﻦِﻣ ِةَﺮِﺧﺂْﻟا ﻲِﻓ َﻮُهَو ُﻪْﻨِﻣ َﻞَﺒْﻘُﻳ ْﻦَﻠَﻓ
1
“Allah insanı öz formasında yaratdı” (Yaranış 1:27) Buna bənzər başqa bir söz
Həzrət Muhəmməd (s)-in hədisində qeyd olunmuşdur: “Allah insanı öz formasında
yaratmıışdır”.
2
Bəqərə surəsi, ayə 30 və İsra surəsi, ayə 70
271
“Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt
ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!”
1
7. Təhzib-paklanma
Bütün dinlər insanlardan əxlaq normaları çərçivəsində olan hə-
yat yaşamağı istəyir və bu dinlərə aid bütün qanunlar bəşəriyyətin
islah olunmasına xidmət edir. İnsanlar
bu dünyada həmin qanunlara
riayət etməklə mənəvi saflığa və islaha çatırlar. Şübhəsiz ki, insanlar
şeytanın vəsvəsəsinə görə demək olar bütün heyvanlar üçün özünə-
məxsus ilahilik yaratmışlar (cırcıramadan filə qədər bütün həşərat və
heyvanlara) və onlara sitayiş etmişlər. Amma, dini həyat müəyyən
miqdarda əxlaqi kriteriyalara malikdir və hal-hazırda da belədir.
İmam Rza (ə) İmam Səccada (ə) istinadən belə rəvayət edir ki,
Misir Əzizinin xanımı
2
Həzrət Yusifi (ə)
vəsvəsə edəndə əlindəki
parçanı evində olan bütün üzünə atdı və onun gözlərini bağladı. Həz-
rət Yusif (ə) onun bu hərəkətinin səbəbini soruşanda o belə cavab
verdi: “Mən bu bütdən utanıram və bizi belə görməsini istəmirəm”. O
Həzrət dedi: “Necə ola bilər ki, sən heç bir dərrakəsi və hissi olmayan
bütdən utanasan, amma mən insanları yaradandan və aradılışın
müəllimindən utanmayım?!”
3
İstər ortodoks, istərsə də katolik kilsəsində günahların
keşiş ya-
nından etriaf edilməsi cəmiyyətdə günah səviyyəsini aşağı salmaq
mənasını daşıyırdı. Bütün insanlar istər keşişlər, istər yepiskoplar və
istərsə də Papalar etiraf mərasimini mütəmadi olaraq həyata keçirir-
dilər. İslamda, yəhudilikdə və protestant xirstyanlarda günahları etiraf
etmək kimi işlərə icazə verilmir. Adlarını sadaladığımız dinlərdə və
firqələrdə insanın öz günahını Allahın dərgahında etiraf edərək ondan
bağışlanılmasını istəməsi məsələsinə təkid edilir.
1
Ali İmran surəsi, ayə 85
2
İslami mənbələrdə həmən xanımın adının Züleyxa olduğu bildirilir.
3
Biharul Ənvar, cild 12, səh 266