293
نا ﷲا دﺮﻳ ﻦﻣ و اورﺬﺣﺎﻓ ﻩﻮﺗﻮﺗ ﻢﻟ نا و ﻩوﺬﺨﻓ اﺬه ﻢﺘﻴﺗوُا نا نﻮﻟﻮﻘﻳ ﻪﻌﺿاﻮﻣ ﺪﻌﺑ ﻦﻣ ﻢﻠﮑﻟا
ﺧﻻا ﯽﻓ ﻢﻬﻟ و ٌﯼﺰﺧ ﺎﻴﻧّﺪﻟا ﯽﻓ ﻢﻬﻟ ﻢﻬﺑﻮﻠﻗ ﺮّﻬﻄﻳ
ﻢﻴﻈﻋ باﺬﻋ ةﺮ
;
“Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda,
dildə (ağızları ilə): “İnandıq”, deyənlərin (münafiqlərin), yəhudilər-
dən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir ca-
maata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnu-
xanları səni kədərləndirməsin. Onlar (Tövratdakı) sözlərin yerini son-
radan dəyişib təhrif edir və deyirlər: “Əgər sizə bu (təhrif olunmuş
dini hökm) verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçının”.
Allahın fitnəyə (azğınlığa) düşməsini istədiyi şəxs üçün Allaha qarşı
sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların
ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axi-
rətdə isə böyük (dəhşətli) bir əzab gözləyir!”
1
Yuxarıda qeyd etdiyimiz Qurani-Kərim ayələrinə ümumi baxış
keçirməzdən öncə bir məsələyə diqqət yetirməliyik ki, bu ayələrdə
yəhudilərin yalnız Tövratda apardıqların təhriflər nəzərdə tutulur.
Çünki xristyanlara “Yəhudilər sizin İncili təhrif etmişlər!” sözünü de-
mək çox çətin məsələdir.
Qurani-Kərim Yəhudilərin və xristyanların kitablarının təhrif
olunması barəsində heç nə deməmişdir:
Birinci: Yuxarıdakı ayələrin heç birisində Tövrat və yaxud İn-
cilin təhrif olunması barəsində birbaşa söz açılmamışdır, əksinə gör-
düyümüz kimi yalnız bir dəfə “Allah kəlamı” məfhumu mövcuddur
və bu da Qurani-Kərim təfsirçilərinin nəzərincə Həzrət Musanın (ə)
dövründə yaşamış yəhudilərin törətdikləri əməllərə işarə edir. Yəni,
Həzrət Muhəmmədin (s) besətə çatmasından sonra Tövrat və İncilin
təhrif olunması ilə heç bir əlaqəsi yoxdur. Qeyd etdiyimiz ayə İsla-
mın ilk illərində yəhudilərin Allahın kəlamına qarşı etdiyi pis əməl-
lərə işarə də ola bilər. Yəni yəhudilər Allahın kəlamını, Qurani-Kəri-
mi eşidirdilər, amma təhrif olunmuş şəkildə başqalarına nəql edirdilər
və onun mötəbərliyini azaltmağa çalışırdılar.
1
Maidə, ayə 41
294
İkinci: Qeyd etdiyimiz ayələrdə təhrif həm danişiq dilində, həm
də eşitməkdə mövcuddur: “ُﻪَﻧﻮُﻓﱢﺮَﺤُﻳ ﱠﻢُﺛ ِﻪﱠﻠﻟا َمﺎَﻠَآ َنﻮُﻌَﻤْﺴَﻳ” , “َنوُﻮْﻠَﻳ ْﻢُﻬَﺘَﻨِﺴْﻟَأ
ِبﺎَﺘِﻜْﻟﺎِﺑ”, “
ﻴَﻟ
ْﻢِﻬِﺘَﻨِﺴْﻟَﺄِﺑ ﺎ ”
Qeyd etdiyimiz kimi Qurani-Kərim üç ayədə “kəlmələrin təh-
rifi” barəsində söz açmışdır. Təhrif olunmuş sözlər onların düzgün
formaları ilə Nisa surəsinin 46-cı ayəsində qeyd olunmuşdur:
1. “ﺎَﻨْﻴَﺼَﻋَو ﺎَﻨْﻌِﻤَﺳ”-nı yerinə “
ﺎَﻨْﻌِﻤَﺳ
ﺎَﻨْﻌَﻃَأَو
” istifadə edilmişdir. Yə-
hudilərin bəziləri İbrani dilindəki “ﻮﻨﺴﻋ” yəni “yerinə yetiririk” sözü-
nün əvəzinə məsxərə etmək məqsədi ilə “ﺎﻨﻴﺼﻋ” yəni “üsyan edirik”
sözündən istifadə etmişlər.
2. “ﻊَﻤْﺳا” yəni “eşit” əvəzinə “َﻊَﻤْﺴُﻣ ْﻴَﻏ ْﻊَﻤْﺳا
ﺮ
”–dən istifadə olun-
muşdur.
Sözlərlə oynamaq və xüsusi məqsədlər uğrunda sözləri bir-birinə
qatmaq yəhudilərin adətlərindən biri hesab olunur. Yəhudilərin söz
oyununun şahidi olmaq istəyənlər Təlmuda nəzər sala bilərlər. Həzrət
Muhəmmədin (s) həyatı barəsində yazılmış kitablarda bəzi yəhudilə-
rin O Həzərət salam verərkən “Əssəlamun əleyk” əvəzinə “Əssamun
əleyk”, yəni “Sənə ölüm olsun!” sözünü deyirdilər. Həzrət Muhəm-
məd (s) də öz növbəsində “Əleyk”, yəni “Sənə də” formasında cavab
verirdi.
Qurani-Kərimin Tövrat və İncilin təhrif olunmasını birbaşa ola-
raq deməməsini və “kəlmələrin təhrif olunması” barəsində söz aç-
dığını bildik. Bu təhrif bir neçə danışıq sözündə qeyd olunmuşdur və
Tövrat, yaxud İncillər heç bir əlaqəsi yoxdur. Bizim yuxarıda vurğu-
ladığımız təhrif “demək və eşitmək” mərhələsindən qırağa çıxmamış-
dır, birbaşa olaraq qeyd olunmamışdır. Təhrif olunmuş ayələr də hal-
hazırda mövcud olan Tövrat və yaxud İncilə ünvanlanaraq söylənil-
məmişdir. Bu barədə hökm çıxarmaq üçün qeyd etdiyimiz ayələri nə-
zərə almamalıyıq.
Bir məsələni də vurğulamaq lazımdır ki, hər hansı bir müsəlman
şəxsin kitab əhlinin müqəddəs kitabı olan Tövrat və İncili təhrif olun-
muş səmavi kitablar kimi təqdim etməsi böyük ehtiyatsızlıq olardı.
Onların sözlərinin müsəlmanlar üçün nə əhəmiyyəti vardır? Həqiqi
295
Tövrat və İncilin İbrahihimin sühufları və başqa müqəddəs ilahi ki-
tablar kimi itməsini və onların insanlar tərəfindən qələmə alınmış
mötəbər sayılmayan kitablarla dəyişdirilməsini desək daha məqsədə-
uyğun olmazmı? Həqiqi Tövratda olan cümlələrin müasir Tövratda
heç bir rolu yoxdur. Çünki, Həzrət Muhəmmədin (s) həyatı barəsində
qələmə alınmış kitablarda da Qurani-Kərim ayələri mövcuddur, am-
ma bu kitablar Qurani-Kərim deyildir.
Allah-təala bu barədə belə buyurur:
َبﺎَﺘِﻜْﻟا َنﻮُﺒُﺘْﻜَﻳ َﻦﻳِﺬﱠﻠِﻟ ٌﻞْﻳَﻮَﻓ
ِﻪِﺑ اوُﺮَﺘْﺸَﻴِﻟ ِﻪﱠﻠﻟا ِﺪْﻨِﻋ ْﻦِﻣ اَﺬَه َنﻮُﻟﻮُﻘَﻳ ﱠﻢُﺛ ْﻢِﻬﻳِﺪْﻳَﺄِﺑ
ْﻢُﻬَﻟ ٌﻞْﻳَﻮَﻓ ﺎًﻠﻴِﻠَﻗ ﺎًﻨَﻤَﺛ
ْﻢُﻬَﻟ ٌﻞْﻳَوَو ْﻢِﻬﻳِﺪْﻳَأ ْﺖَﺒَﺘَآ ﺎﱠﻤِﻣ
َنﻮُﺒِﺴْﻜَﻳ ﺎﱠﻤِﻣ
“Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab
(Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü:
“Bu, Allah tərəfindəndir!” - deyirlər. Öz əlləri ilə (təhrif olunmuş ki-
tab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay
onların halına!”
Həzrət Muhəmməd (s) də belə bir hədis rəvayət edirlər: “Həqi-
qətən Bəni-İsrail bir kitab yazaraq ona itaət etməyə başladılar və
Tövratı tərk edərək ondan uzaqlaşdılar.”
1
10-12. Səmavi kitabların başa düşülməsi
Müqəddəs kitabların mətnlərində mövcud olan məzmun və mə-
naları araşdırarkən dörd metoddan istifadə etmək olar. Bu metodlar
sadədən mürəkkəbə, gözlə aparılan metoddan zehni metoda və geniş
yayılmış metoddan tanınmamış metodlara qədər dəyişir. Həmin me-
todlar aşağıdakılardır:
1. Tərcümə: və yaxud müqəddəs kitablarda əsas dildə yazılmış,
çox vaxt ədəbi və açıqlaması olmayan mətnlərin mənasının başqa bir
dilə çevrilməsi sahəsində göstərilən səylər.
2. Təfsir: Müqəddəs mətnlərdə olan məfhumların açıqlanması,
müqəddəs məntlərin bir hissəsindən, müxtəlif əqli, elmi və dini mən-
1
Sünənüd Darəmi, Əl Müqəddimə, 480
Dostları ilə paylaş: |