Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə93/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   89   90   91   92   93   94   95   96   ...   113

 
293
 نا ﷲا دﺮﻳ ﻦﻣ و اورﺬﺣﺎﻓ ﻩﻮﺗﻮﺗ ﻢﻟ نا و ﻩوﺬﺨﻓ اﺬه ﻢﺘﻴﺗوُا نا نﻮﻟﻮﻘﻳ ﻪﻌﺿاﻮﻣ ﺪﻌﺑ ﻦﻣ ﻢﻠﮑﻟا
ﺧﻻا ﯽﻓ ﻢﻬﻟ و ٌﯼﺰﺧ ﺎﻴﻧّﺪﻟا ﯽﻓ ﻢﻬﻟ ﻢﻬﺑﻮﻠﻗ ﺮّﻬﻄﻳ
ﻢﻴﻈﻋ باﺬﻋ ةﺮ
;
 
“Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, 
dildə (ağızları ilə): “İnandıq”, deyənlərin (münafiqlərin), yəhudilər-
dən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir ca-
maata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnu-
xanları səni kədərləndirməsin. Onlar (Tövratdakı) sözlərin yerini son-
radan dəyişib təhrif edir və deyirlər: “Əgər sizə bu (təhrif olunmuş 
dini hökm) verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçının”. 
Allahın fitnəyə (azğınlığa) düşməsini istədiyi şəxs üçün Allaha qarşı 
sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların 
ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axi-
rətdə isə böyük (dəhşətli) bir əzab gözləyir!”
1
  
Yuxarıda qeyd etdiyimiz Qurani-Kərim ayələrinə ümumi baxış 
keçirməzdən öncə bir məsələyə diqqət yetirməliyik ki, bu ayələrdə 
yəhudilərin yalnız Tövratda apardıqların təhriflər nəzərdə tutulur. 
Çünki xristyanlara “Yəhudilər sizin İncili təhrif etmişlər!” sözünü de-
mək çox çətin məsələdir.  
Qurani-Kərim Yəhudilərin və xristyanların kitablarının təhrif 
olunması barəsində heç nə deməmişdir: 
Birinci: Yuxarıdakı ayələrin heç birisində Tövrat və yaxud İn-
cilin təhrif olunması barəsində birbaşa söz açılmamışdır, əksinə gör-
düyümüz kimi yalnız bir dəfə “Allah kəlamı” məfhumu mövcuddur 
və bu da Qurani-Kərim təfsirçilərinin nəzərincə  Həzrət Musanın (ə) 
dövründə yaşamış  yəhudilərin törətdikləri  əməllərə  işarə edir. Yəni, 
Həzrət Muhəmmədin (s) besətə çatmasından sonra Tövrat və İncilin 
təhrif olunması ilə heç bir əlaqəsi yoxdur. Qeyd etdiyimiz ayə  İsla-
mın ilk illərində yəhudilərin Allahın kəlamına qarşı etdiyi pis əməl-
lərə işarə də ola bilər. Yəni yəhudilər Allahın kəlamını, Qurani-Kəri-
mi eşidirdilər, amma təhrif olunmuş şəkildə başqalarına nəql edirdilər 
və onun mötəbərliyini azaltmağa çalışırdılar.  
                                                 
1
 Maidə, ayə 41 


 294 
İkinci: Qeyd etdiyimiz ayələrdə təhrif həm danişiq dilində, həm 
də  eşitməkdə mövcuddur: “ُﻪَﻧﻮُﻓﱢﺮَﺤُﻳ  ﱠﻢُﺛ  ِﻪﱠﻠﻟا  َمﺎَﻠَآ  َنﻮُﻌَﻤْﺴَﻳ” , “َنوُﻮْﻠَﻳ   ْﻢُﻬَﺘَﻨِﺴْﻟَأ
ِبﺎَﺘِﻜْﻟﺎِﺑ”, “
ﻴَﻟ
ْﻢِﻬِﺘَﻨِﺴْﻟَﺄِﺑ ﺎ ” 
Qeyd etdiyimiz kimi Qurani-Kərim üç ayədə “kəlmələrin təh-
rifi” barəsində söz açmışdır. Təhrif olunmuş sözlər onların düzgün 
formaları ilə Nisa surəsinin 46-cı ayəsində qeyd olunmuşdur: 
1.  “ﺎَﻨْﻴَﺼَﻋَو ﺎَﻨْﻌِﻤَﺳ”-nı yerinə  “
 
ﺎَﻨْﻌِﻤَﺳ
ﺎَﻨْﻌَﻃَأَو
” istifadə edilmişdir. Yə-
hudilərin bəziləri İbrani dilindəki “ﻮﻨﺴﻋ” yəni “yerinə yetiririk” sözü-
nün əvəzinə məsxərə etmək məqsədi ilə “ﺎﻨﻴﺼﻋ” yəni “üsyan edirik” 
sözündən istifadə etmişlər.   
2.  “ﻊَﻤْﺳا” yəni “eşit” əvəzinə “َﻊَﻤْﺴُﻣ  ْﻴَﻏ ْﻊَﻤْﺳا

”–dən istifadə olun-
muşdur. 
Sözlərlə oynamaq və xüsusi məqsədlər uğrunda sözləri bir-birinə 
qatmaq yəhudilərin adətlərindən biri hesab olunur. Yəhudilərin söz 
oyununun şahidi olmaq istəyənlər Təlmuda nəzər sala bilərlər. Həzrət 
Muhəmmədin (s) həyatı barəsində yazılmış kitablarda bəzi yəhudilə-
rin O Həzərət salam verərkən “Əssəlamun əleyk” əvəzinə “Əssamun 
əleyk”, yəni “Sənə ölüm olsun!” sözünü deyirdilər. Həzrət Muhəm-
məd (s) də öz növbəsində “Əleyk”, yəni “Sənə də” formasında cavab 
verirdi.  
Qurani-Kərimin Tövrat və İncilin təhrif olunmasını birbaşa ola-
raq deməməsini və “kəlmələrin təhrif olunması” barəsində söz aç-
dığını bildik. Bu təhrif bir neçə danışıq sözündə qeyd olunmuşdur və 
Tövrat, yaxud İncillər heç bir əlaqəsi yoxdur. Bizim yuxarıda vurğu-
ladığımız təhrif “demək və eşitmək” mərhələsindən qırağa çıxmamış-
dır, birbaşa olaraq qeyd olunmamışdır. Təhrif olunmuş ayələr də hal-
hazırda mövcud olan Tövrat və yaxud İncilə ünvanlanaraq söylənil-
məmişdir. Bu barədə hökm çıxarmaq üçün qeyd etdiyimiz ayələri nə-
zərə almamalıyıq.  
Bir məsələni də vurğulamaq lazımdır ki, hər hansı bir müsəlman 
şəxsin kitab əhlinin müqəddəs kitabı olan Tövrat və İncili təhrif olun-
muş  səmavi kitablar kimi təqdim etməsi böyük ehtiyatsızlıq olardı. 
Onların sözlərinin müsəlmanlar üçün nə  əhəmiyyəti vardır? Həqiqi 


 
295
Tövrat və  İncilin  İbrahihimin sühufları  və başqa müqəddəs ilahi ki-
tablar kimi itməsini və onların insanlar tərəfindən qələmə alınmış 
mötəbər sayılmayan kitablarla dəyişdirilməsini desək daha məqsədə-
uyğun olmazmı? Həqiqi Tövratda olan cümlələrin müasir Tövratda 
heç bir rolu yoxdur. Çünki, Həzrət Muhəmmədin (s) həyatı barəsində 
qələmə alınmış kitablarda da Qurani-Kərim ayələri mövcuddur, am-
ma bu kitablar Qurani-Kərim deyildir.  
Allah-təala bu barədə belə buyurur: 
َبﺎَﺘِﻜْﻟا َنﻮُﺒُﺘْﻜَﻳ َﻦﻳِﺬﱠﻠِﻟ ٌﻞْﻳَﻮَﻓ
 
ِﻪِﺑ اوُﺮَﺘْﺸَﻴِﻟ ِﻪﱠﻠﻟا ِﺪْﻨِﻋ ْﻦِﻣ اَﺬَه َنﻮُﻟﻮُﻘَﻳ ﱠﻢُﺛ ْﻢِﻬﻳِﺪْﻳَﺄِﺑ
 
 ْﻢُﻬَﻟ ٌﻞْﻳَﻮَﻓ ﺎًﻠﻴِﻠَﻗ ﺎًﻨَﻤَﺛ
ْﻢُﻬَﻟ ٌﻞْﻳَوَو ْﻢِﻬﻳِﺪْﻳَأ ْﺖَﺒَﺘَآ ﺎﱠﻤِﻣ
 
َنﻮُﺒِﺴْﻜَﻳ ﺎﱠﻤِﻣ
 
“Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab 
(Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: 
“Bu, Allah tərəfindəndir!” - deyirlər. Öz əlləri ilə (təhrif olunmuş ki-
tab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay 
onların halına!”  
Həzrət Muhəmməd (s) də belə bir hədis rəvayət edirlər: “Həqi-
qətən Bəni-İsrail bir kitab yazaraq ona itaət etməyə başladılar və 
Tövratı tərk edərək ondan uzaqlaşdılar.”
1
 
 
10-12. Səmavi kitabların başa düşülməsi 
Müqəddəs kitabların mətnlərində mövcud olan məzmun və mə-
naları araşdırarkən dörd metoddan istifadə etmək olar. Bu metodlar 
sadədən mürəkkəbə, gözlə aparılan metoddan zehni metoda və geniş 
yayılmış metoddan tanınmamış metodlara qədər dəyişir. Həmin me-
todlar aşağıdakılardır: 
1.  Tərcümə: və yaxud müqəddəs kitablarda əsas dildə yazılmış, 
çox vaxt ədəbi və açıqlaması olmayan mətnlərin mənasının başqa bir 
dilə çevrilməsi sahəsində göstərilən səylər. 
2.  Təfsir: Müqəddəs mətnlərdə olan məfhumların açıqlanması, 
müqəddəs məntlərin bir hissəsindən, müxtəlif əqli, elmi və dini mən-
                                                 
1
 Sünənüd Darəmi, Əl Müqəddimə, 480 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə