Səbinə Ələsgər qızı Nemətzade
334
Sonda qeyd etmək lazımdır ki, Müshəf təzyinatında
istifadə edilən motivlər
içərisində bestiar motivlərə rast gəlmək mümkün deyil. Yarı üslublaşdırılmış və ya
xəyal məhsulu olan bestiar motivlər Qurani-Kərimə qarşı duyulan və göstərilən
hörmət səbəbi ilə heç bir dövrdə müshəf təzhibində istifadə edilməmişdir.
ƏDƏBİYYAT
1. AKGÜN, Banu., Türk Süsleme Sanatın`da Hatailer .
http://www.ayk.gov.tr/wp-content/uploads/2015/01/AKG%C3%9CN-Banu-
T%C3%9CRK-S%C3%9CSLEME-SANATINDA-HATA%C4%B0LER.pdf
2. Ayla Ersoy. Türk tezhip sanatı. İstanbul, 1988, (95 s).
3. Hamide Nur Özsoy Tezhip Sanatinda Kullanilan Bitkisel Motiflerin
Kökenleri. Fatih Sultan Mehmet Vakif Üniversitesi Güzel Sanatlar Enstitüsü
Geleneksel Türk Sanatlari (Tezhip) Anasanat Dali (Yüksek Lisans Tezi) İSTANBUL
2013, (s.201)
4. İlhan Özkeçeci, Şule Bilge Özkeçeci, Türk Sanatında Tezhip,
Seçil Ofset,
İstanbul 2007, (312 s)
5. İnci Ayan Birol Tezhip. İslam Ansiklopedisi. cilt 41, DİA, İstanbul 2012,
(s.617)
6. İnci Birol, Çiçek Derman, Türk Tezyîni Sanatlarında Motifler, Kubbealtı
Neşriyat, İstanbul 2005, (s.206).
7. Metin Sözen, Uğur Tanyeli, Sanat Kavram ve Terimleri Sözlüğü, Remzi
Kitabevi, İstanbul 1986, (s.291).
8. Mustafa Öztürk, “Konya ve Çevresinde Anadolu Selçuklu Dönemi
Çinilerinde Kullanılan Bitkisel Motiflerin Dili ve Resim Eğitimi Açısından
İncelenmesi”, Selçuk Üniversitesi SBE Basılmamış Yüksek
Lisans Tezi, Konya,
2008.
9. Şenay Alsan. Türk Mimari Süsleme Sanatlarında Mitolojik kaynaklı Hayvan
Figürleri (Orta Asya’dan Selçuklu’ya). Doktora Tezi, Marmara Üniversitesi Türkiyat
Araştirmalari Enstitüsü Türk Sanati Ana Bilim Dalı İstanbul, 2005, (s.290).
Təzhib sənətində naturalist və bestiar motivlər
335
РЕЗЮМЕ
В статье рассматривается философско-эстетическая структура исламского
искусства Тазхиб. В статье изложены параметры формирования и развития в
исламском мире натуралистических и бестиарных мотивов, относящихся к
этому искусству, и их различные формы. Также была представлена подробная
информация о философии и символике этих мотивов.
SUMMARY
The article considers the philosophical and aesthetic structure of Islamic art
Tazhib. The article describes the parameters of the formation and development in the
Islamic world of naturalistic and bestial motifs related to this art, and their various
forms. Also, detailed information was provided on the
philosophy and symbolism of
these motives.
Kiçik yaşlı məktəblilərin emosional dəyişkənliyinin formalaşmasında ailənin rolu
337
KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN EMOSİONAL DƏYİŞKƏNLİYİNİN
FORMALAŞMASINDA AİLƏNİN ROLU
Gülnarə Həsənova
Psixologiya üzrə fəlsəfə doktoru, dosent
Bakı Slavyan Universiteti
e-mail gulya_psy@mail.ru
Açar sözləri: ailə, tərbiyə üslubu, korreksiya, həyəcan
Keywords: family, parenting style, correction, anxiety
Ключевые слова: семья, стиль воспитания, коррекция, тревожность
Rəyçi: prof. E.M.Quliyeva, dos. Z.S.Məcidova
Uşağın formalaşması və inkişafında əsas amillərdən biri ailədir.
Cəmiyyətin
mühüm təsisatlarından biri sayılan ailədə həyat əhəmiyyətli dəyərlər formalaşır. Ailə
daxilində baş verən bütün mənfi tendensiyalar, uşağın şəxsiyyətində öz əksini tapır və
onun emosional aləmindəki dəyişikliklərə, davranışındakı pozuntulara səbəb olur.
Tədqiqatın aktuallığı böyüməkdə olan nəslin formalaşması və tərbiyəsində
valideynlərin rolunun artması ilə bağlıdır. Cəmiyyətin bütün sahələrində baş verən
dəyişikliklər - müasir texnologiyalar, ümumdünya qloballaşması, inteqrasiya və s. ailə
problemlərindən
yan keşmir, ər-arvad, valideynlər və uşaqlar arasındakı
münasibətlərə də təsir edir. Uşaqların düzgün tərbiyə olunması problemi, uşağın
psixologiyası haqqında bilik, onun fərdi yaş xüsusiyyətləri, məktəbdə uşaq və
həmyaşıdları arasında baş verən proseslər, pedaqoji psixologiya haqqında ümumi
təsəvvürlər və s. minimum məlumatlardır ki, valideynlər bilməlidirlər.
Qeyd etmək lazımdır ki, problemin nəzəri aspektləri ilə Rusiyada, xaricdə və
Azərbaycanda
da bir çox alimlər, müəllimlər, psixoloqlar, məşğul olublar. Ailədaxili
problemlərin mənfi təsiri, uşaqlarda nevrotik simptomların, təcavüz, ya da əksinə
özünəqapanma faktını psixologiya elmi qeyd-şərhsiz qəbul edir. Ailədə problemlərin
mövcud olması, bir valideynin ailəni tərk etməsi,
daimi çəkişmələr, münaqişələr,
uşağın tərbiyə olunmasında ardıcıllığın pozulması, valideynlərin qeyri-adekvat
davranışı, valideynin uşaqla ünsiyyətinin olmaması və s. bütün bunlar sonradan
uşağın psixi sağlamlığında dəyişikliklərə gətirib çıxarır.
T.M.Mişina [14], A.S.Spivakovskaya [17], L.A.Petrovskaya [12] kimi alimlərin
işlərində ailənin uşağda həyəcan, qorxu hisslərinin inkişaf prosesinə təsir edən
problemlər
öyrənilmiş və ailə, ailədəki nifaq, ailədə hökm sürən mənfi mühit, uşağı
tərbiyə etmə bacarığının olmaması və s. kimi əsas səbəblər açıqlanmışdır. A.Adler
«Xarakterlər haqqında elm» əsərinin giriş hissəsində yazırdı: «Valideynlərin
əksəriyyəti şikayət edərək bildirirdilər ki, öz uşaqlarını dərk edə bilmirlər və eyni